Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə21/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   17   18   19   20   21   22   23   24   ...   60

58        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
suvarma şəbəkəsi yaratmaq planları ilə izah edir. Proqnozlara görə, 2030-
cu  ilədək  bu  ərazilərdə  su  çatışmazlığı  25%-ə  çatacaqdır.  Hindistanın 
Mubai 
(keçmiş «Bombey») şəhərində yerləşən Strateji Proqnozlaşdırma 
Qrupunun  rəhbəri  Sandip  Vaslikar  «India  Today»  nəşrinə  verdiyi 
müsahibədə  bildirmişdir  ki, 
«Hazırda  Çinin  6000  gölü  tamamilə 
qurumuş,  Sarı  çayın  (Xuanxe)  mənbəyində  suyun  səviyyəsi  30% 
azalmışdır»
55
.
Rusiya  və  MDB  dövlətləri.  SSRİ-nin  süqutu,  müttəfiq 
respublikaların  dövlət  müstəqilliyi  əldə  etməsi  postsovet  məkanına 
«çoxvektorlu  xarici  siyasət»  anlayışı  gətirsə  də,  müxtəlif  istiqamətlərə 
yönəldilmiş  həmin  şaxələr  arasında  Rusiya  səmtinin  prioritetliyi  uzun 
müddət  şübhə  doğurmamış  və  dayanıqlığını  saxlamışdır.  Bunu  «tarixi 
ənənələrə  sədaqət»  kimi  təqdim  edən  Rusiya  az  sonra  MDB-yə  üzv 
dövlətlərin  Qərbə  doğru  istiqamətlənməsinə,  xüsusilə  əzəli  rəqibi  olan 
ABŞ ilə yaxınlaşmasına, «tarixi ənənələri pozan keçmiş müttəfiqlərinin» 
Moskvanın  başı  üzərindən  beynəlxalq  iqtisadi  layihələrdə  iştirakına, 
eləcə  də  Şimali  Atlantika  Alyansı  ilə  hərbi-siyasi  əməkdaşlığına  açıq 
qısqanclıq  hissi  ilə  yanaşaraq,  onları  «korporativ  maraqları  regional 
mənafelərdən  üstün  tutmaqda»,  «karusel  siyasəti»  yürütməkdə 
təqsirləndirməyə  başlamışdır.  Bir  tərəfdən,  fövqəlgüclərin  postsovet 
məkanında  fəallaşması,  regionda  qütbləşmə  meyillərinin  və  geosiyasi 
mənafelərin  toqquşması,  digər  tərəfdən  həmin  dövlətlər  arasında 
münasibətlərin  yeni,  bəzən  isə  kəskin  xarakter  alması,  bu  ölkələrdə 
ciddi sosial-siyasi, iqtisadi problemlərin baş qaldırması rəsmi Moskvanı 
revanş  götürməyə,  «pozulmuş  hüquqlarının»  bərpası  üçün  radikal 
addımlar  atmağa  sövq  etmişdir.  Belə  ki,  keçmiş  ittifaq  dövlətlərinin 
mərkəzdənqaçma  prosesi  sürət  götürdükcə,  nostalji  hisslər  keçirən 
Rusiya  vaxtilə  SSRİ-nin  müttəfiq  respublikalara  yönəlik  «qarşılıqlı 
asılılıq» prinsipini reanimasiya edərək, onu xarici siyasət strategiyasının 
əsas amillərindən birinə çevirməyə başlamışdır. Bu baxımdan, MDB-nin 
üzvü olan dövlətlər arasında da su mübahisələrinin tənzimlənməsi, daha 
dəqiq desək, həmin qarşıdurmaların idarə olunması bu gün Rusiyanın 
yürütdüyü hidrostrategiyanın aparıcı istiqamətlərindəndir. 
Hazırda  bir  sıra  MDB  dövlətləri  arasında  hidroenergetika 
qurğularına,  transsərhəd  su  ehtiyatlarına  nəzarət  uğrunda  yaranmış 
qarşıdurmaların  hərbi  münaqişələrə  transformasiya  ehtimalı  Rusiya 
Federasiyasına  geosiyasi  maraqlarının  ödənilməsi  üçün  əlverişli 
55   Хэнк Пелисье. «Водяные войны — девять испытывающих жажду регионов, в которых 
вскоре возможно начало конфликтов», 'Transhumanity', США, noforum.ru


       59
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
imkanlar  açmışdır.  Bu  tipli  imkanlardan  bəhrələnən  rəsmi  Moskva 
sabiq  SSRİ  məkanına  daxil  olan  dövlətləri  özünün  siyasi-iqtisadi 
maraqları  çərçivəsində  saxlamaq  üçün  yeni  prioritet  istiqamətlər 
müəyyənləşdirərək,  «Avrasiya  İttifaqı»,  «vahid  gömrük  sistemi», 
«vahid  valyuta»,  «sərhədlərin  birgə  qorunması»,  «kollektiv 
təhlükəsizlik» kimi təşəbbüslərdən sonra transsərhəd su ehtiyatlarını 
və  energetika  sistemini  nəzarətə  götürmək  məqsədilə  aktiv  fəaliyyətə 
keçmişdir.
Dövlət  müstəqilliyi  həm  də  onun  iqtisadi  müstəqilliyindən 
asılıdır.  Rusiya  siyasətçilərinin  qənaətinə  görə,  bu  gün  Moskvanın 
qarşısında  duran  hidrostrateji  vəzifələrdən  biri  su  çatışmazlığı  amili 
vasitəsilə  həmsərhəd  dövlətləri  Rusiya  Federasiyasının  təsir  dairəsində 
saxlamaqdır.  Məsələn, 
«Bu  məqsədlə, 
şirin su ehtiyatlarının idarə olunması 
üzrə  yeni  əməkdaşlıq  formaları, 
inteqrasiya 
sistemi 
yaradılmalı, 
«su  birliyinə»  üzv  ölkələrin  hər 
birinin  daxili  tələbatı  ilə  yanaşı, 
kollektiv maraqlar da nəzərə alınmalı, 
sudan  istifadəyə  dair  regional  və 
milli  konsepsiyalar  uzlaşdırılmalı, 
transsərhəd  su  axarlarına  dair 
milli  maraqlar  vahid  mənafenin 
təminatına 
yönəldilməlidir»
56
. 
Xatırladaq  ki,  Rusiya  Federasiyasının 
təşəbbüsü  ilə  1992-ci  ildə  yaradılmış 
Müstəqil  Dövlətlər  Birliyinin 
Elektroenergetika Şurasının əsas vəzifələri sırasına MDB dövlətlərinin 
energetika  sistemlərinin  vahid  şəbəkə  daxilində  birləşdirilməsi, 
qiymətlərin sinxronlaşdırılması, MDB məkanında vahid elektrik enerjisi 
bazarının yaradılması da daxildir. Onun mexanizmlərinin su satışmazlığı 
problemi  ilə  üzləşən  dövlətlərə  münasibətdə  tətbiqi  isə  «könüllü 
inteqrasiya prosesi»nin sürətlənməsinə zəmin yaradacaqdır. Moskvanın 
məqsədi  rus  şirkətlərinin  iqtisadi  müdaxiləsinə  şərait  yaratmaq,  onları 
əməkdaşlığa  vadar  etmək,  su  ehtiyatları  və  hidroenergetika  sistemi 
56  С.Чернявский. «Россия и современная гидрополитика». http://www.vestnik.mgimo.ru/
fileserver/17/02_Chernyavskiy.pdf).
Hazırda MDB dövlətlərinin 
bir hissəsinin – Ukrayna, 
Moldova, Azərbaycan, 
Türkmənistan, Qazaxıstan və 
Özbəkistan iqtisadiyyatının 
sosial şəraitinin ən həssas 
bəndi onların malik olduqları 
məhdud su ehtiyatlarının əsasən 
transsərhəd su axarları hesabına 
formalaşmasıdır. 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə