Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə29/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   25   26   27   28   29   30   31   32   ...   60

78        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Tacikistanın  qonşu  Özbəkistanla  razılaşmadan  Vəhş  çayı  üzərində 
3600 MVt gücə malik Roqun su elektrik stansiyasının inşasına başlaması 
təkcə qonşu dövlətlərin deyil, beynəlxalq təşkilatların da narahatlığı ilə 
nəticələnmişdir.  Qazaxıstan,  Özbəkistan  və  Türkmənistanın  bununla 
bağlı  rəsmi  Düşənbə  ilə  danışıqlar  aparmaq  cəhdləri  heç  bir  səmərə 
verməmişdir.  Oponentlər  etirazlarını  iki  səbəblə  izah  edirlər.  Birincisi, 
bu stansiyanın istismara buraxılması digər Mərkəzi Asiya dövlətlərinin 
şirin su ilə təminatını pisləşdirəcək, onları Tacikistandan asılı vəziyyətə 
salacaqdır. İkinci səbəb isə Roqun SES-in seysmik cəhətdən fəal zonada 
inşa  edilməsidir.  2009-cu  ildə  Özbəkistan  tikinti  işlərini  ləngitmək 
məqsədilə  inşaat  materialları  daşıyan  qatarların  Tacikistan  ərazisinə 
daxil olmasını qadağan etmişdi. Təkcə həmin ilin fevral ayında Termez, 
Karşi  və  Xavast  dəmir  yolu  stansiyasında  sement,  yanacaq  və  texniki 
qurğular  yüklənmiş  1117  yük  vaqonu  saxlanılmışdır.  Hesablamalara 
görə,  Özbəkistan  tərəfindən  həyata  keçirilmiş  blokada  səbəbindən 
Tacikistanın  dəmir  yolu  nəqliyyatına  təqribən  5  milyon  ABŞ  dolları 
məbləğində  ziyan  dəymişdir.  Ölkəyə  yanacaq  daşınmasında  yaranmış 
fasilələr nəticəsində benzinin bir litrinin qiyməti 20 diramdan 40 dirama 
qədər qalxmışdır
79
. Zənn etmək olardı ki, rəsmi Moskva seyrçi mövqedə 
qalmayacaq,  hidromünaqişələrin  nizamlanmasında  vasitəçi  qismində 
çıxış edərək, geosiyasi mənafelərinin ödənilməsində həmin imkandan da 
yararlanacaqdır. Lakin, Düşənbənin təkidli müraciətlərinə baxmayaraq, 
Rusiya  uzun  müddət  Özbəkistana  təzyiq  etməkdən  çəkinmişdir. 
Moskvanın gözləmə mövqeyində dayanması isə onun Mərkəzi Asiyada 
«alternativsiz  vasitəçi»  funksiyasının  məhdudlaşdırılması,  Roqun  su 
elektrik  stansiyası  ilə  bağlı  yaranan  münaqişənin  tənzimlənməsində 
beynəlxalq təşkilatların fəallaşması ilə nəticələnmişdir
80

Özbəkistan  və  Tacikistan  arasındakı  «kətmən  müharibəsi»  hətta 
Birləşmiş  Millətlər  Təşkilatının  rəhbərliyi  səviyyəsinə  də  qalxmışdır. 
BMT-nin  Baş  katibi  Pan  Gi  Mun  münaqişənin  tənzimlənməsində, 
Tacikistanın  energetika  problemlərinin  həllində  alternativ  yolların 
istifadəsinə dair Dünya Bankının göstərdiyi səyləri dəstəkləmiş, Roqun 
su elektrik stansiyası layihəsinin obyektiv dəyərləndirilməsi ilə əlaqədar 
texniki  ekspertizanın  aparılması  zəruriliyini  vurğulamışdır.  Əmin 
olduğunu  bildirmişdir  ki,  ekspertizanın  maraqlı  dövlətlər  tərəfindən 
qəbul ediləcək nəticələri Mərkəzi Asiya dövlətləri arasında su probleminə 
79  «Партизанщина. Узбекистан делает все, чтобы Рогунская ГЭС не была построена», 
http://www.centrasia.ru/newsA.php?st=1270452960
80   «Средняя Азия может «взорваться» из-за дефицита воды» http://www.nr2.ru/policy/184821.html


       79
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
dair konstruktiv dialoqun qurulması üçün əlverişli şərait yaradacaqdır
81

Beləliklə,  2012-ci  il  avqust  ayının  ilk  günlərində  Tacikistan  Dünya 
Bankının tələblərinə uyğun olaraq, ekspert yoxlamaları başa çatanadək 
Roqun su elektrik stansiyasında bütün işləri dayandırmalı olmuşdur. 
Roqun Su Elektrik Stansiyasının yarımçıq qalmış tikintisi
Qeyri-rəsmi  məlumatlara  görə,  Dünya  Bankı  ilkin  olaraq,  Roqun 
bəndinin  layihə  hündürlüyünü  335  metrdən  170  metrədək  endirməyi 
təklif  etsə  də,  Tacikistan  rəhbərliyi  belə  güzəştə  razılıq  verməmişdir. 
Yeri  gəlmişkən,  Roqun  SES-in  tikintisində  maraqlı  olan  «Русский 
Алюминий» 
(RUSAL)  şirkətinin  də  vaxtilə  kompromiss  variant  kimi 
bənd hündürlüyünü heç olmasa 285 metrədək azaltması təklifini rəsmi 
Düşənbə  rədd  etmişdi
82
.  Bununla  belə,  Tacikistan  rəhbərliyi  Roqun 
SES-in tikintisinin ölkə üçün prinsipial məsələ olduğunu və hidrotexniki 
obyektin  inşasının  istənilən  halda  davam  etdiriləcəyini  bildirmişdir. 
Prezident  Emoməli  Rəhmon  Tacikistan  Elmlər  Akademiyasının 
yaradılmasının  60  illiyi  münasibətilə  keçirilmiş  təntənəli  mərasimdəki 
çıxışında  stansiyanın  taleyi  ilə  bağlı  mövqeyin  dəyişilmədiyini  bir 
daha  açıqlamış,  tikintinin  zəruriliyini  ölkədə  neft  və  qaz  ehtiyatlarının 
81   http://news.tj/ru/news 
82   «Таджикистан приостановил работы на Рогунской ГЭС», http://www.rosbalt.ru/ex-
ussr/2012/08/03/1018364.html


80        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
olmaması  və  yeddi  milyonluq  əhalinin  ötən  iyirmi  il  ərzində  elektrik 
enerjisi çatışmazlığından əziyyət çəkməsi ilə əsaslandırmışdır. O demişdir: 
«Bizim  Roqun  SES-in  və  digər  hidroenergetika  qurğularının 
tikintisini  başa  çatdırmaqdan  savayı  yolumuz  yoxdur.  Tacikistan 
xalqı  beynəlxalq  normalara  uyğun  olaraq,  öz  təbii  ehtiyatlarını 
ölkənin  inkişafına  yönəltmək  hüququna  malikdir».  2012-ci  ilin 
sentyabr ayında Qırğızıstanda keçirilmiş «Dayanıqlı inkişafa yönəldilmiş 
energetika» Üçüncü Beynəlxalq Forumunda Tacikistanın nümayəndəsi 
Nazar Qailov da rəsmi Düşənbənin mövqeyini açıqlayaraq qeyd etmişdir 
ki, 1990-2012-ci illər ərzində Tacikistanda zərurət üzündən hər birinin 
gücü 25 mVt olan 217 kiçik su elektrik stansiyası istifadəyə verilsə də, 
bu  qurğular  əhalinin  enerjiyə  tələbatını  tamamilə  ödəyə  bilməmişdir: 
«Kiçik su elektrik stansiyaları vəziyyətdən çıxış yolu deyildir. Biz 
böyük gücə malik stansiyalar tikib istismara buraxmalıyıq. Roqun 
stansiyası təkcə bizim ölkəmizin deyil, bütövlükdə Mərkəzi Asiyanın 
energetika problemlərinin həllinə yardım edəcəkdir»
83
. 
Əslinə qalsa, Roqun stansiyasının tikintisini prinsipial məsələyə çevirən 
əsas amil təkcə onun Tacikistan Respublikası üçün iqtisadi əhəmiyyəti 
deyildir.  İri  hidroenergetika  qurğularının  inşası  və  istifadəyə  verilməsi 
məqsədilə bu ölkədə kifayət qədər alternativ variant mövcuddur. Roqun 
stansiyası  ətrafında  cərəyan  edən  siyasi  proseslər  eyni  zamanda,  daxili 
auditoriya üçün nəzərdə tutulmuş təbliğat kampaniyasının tərkib hissəsi 
kimi də dəyərləndirilə bilər. Belə ki, stansiya turbinlərinin işə salınması 
ölkənin iqtisadi gerilikdən, yoxsulluq səviyyəsindən çıxmasını, real dövlət 
müstəqilliyi əldə etməsini əyani şəkildə göstərməli, eyni zamanda, 2013-
cü  ildə  keçiriləcək  prezident  seçkiləri  ərəfəsində  Emoməli  Rəhmonun 
əhali arasında nüfuzunun və siyasi mövqeyinin möhkəmləndirilməsində 
əhəmiyyətli  rol  oynamalı  idi.  Bu  proseslərin  gərginləşməsində  xarici 
amillər – fövqəldövlətlərin geosiyasi meyillərinin iştirakı da birmənalıdır. 
Bir tərəfdən Rusiya və Qərb regionda geosiyasi mənafelərinin ödənilməsi 
istiqamətində  fəaliyyətlərini  gücləndirir,  digər  tərəfdən  isə  kənar 
qüvvələrin diktəsi ilə aqressivləşən Tacikistan hidroloji üstünlüyündən 
istifadə  edərək,  bütün  səylərini  Mərkəzi  Asiya  dövlətlərini,  xüsusilə 
«regional  dominant»,  «Əmir  Teymur  imperiyasının  varisi»  iddiasına 
düşən Özbəkistanı zəiflətməklə liderlik iddiasının ödənilməsinə yönəldir. 
Elə  Özbəkistanın  özü  də  regionun  lideri  olmaq  həvəsini  gizlətmir. 
Daşkənd SSRİ dönəmində olduğu kimi, «Mərkəzi Asiyanın kuratoru» 
83  «В Таджикистане заверили, что Рогунская ГЭС будет построена»,http://www.rosbalt.ru/
exussr/2012/09/13/1034036.html 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə