Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə31/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   27   28   29   30   31   32   33   34   ...   60

84        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
yerləşir: 
«Əgər  bu  ərazi  növbəti  zəlzələ  fəlakəti  ilə  üzləşərsə, 
bəndlərin dağılması nəticəsində hündürlüyü 50-100 metrə çatan 
dalğalar  və  ümumi  həcmi  19  milyard  m
3
  olan  sel  suları  aşağı 
əraziləri  yuyub-aparacaqdır.  Uzun  əsrlər  boyu  Sırdərya  çayının 
aşağı  hissəsində  özbəklər  və  qazaxlar  yaşayırlar.  Odur  ki,  bizim 
sabah üzləşə biləcəyimiz vəziyyəti nəzərə almadan həyata keçirilən 
planlara  susmayacağıq»
89
.  Özbəkistan  prezidentinin  çıxışındakı 
bir məqam Tacikistan və Qırğızıstana müharibə hədəsi olmaqla, həm 
də  su  probleminin  həllində  öz  geosiyasi  maraqlarından  çıxış  edən 
Rusiyanın  «qeyri-müəyyən  mövqeyinə»  yönəlik  açıq  və  sərt  mesaj 
kimi  dəyərləndirilməlidir: 
«Biz  bu  ölkələrə  tikintiyə  başlamazdan 
və  böyük  dövlətlərlə  müqavilələr  bağlamazdan  əvvəl  birgə 
obyektiv ekspertizaların aparılmasını, çayların aşağı hissələrində 
yaşayan  xalqlara  sabah  nələrin  baş  verəcəyinin  izah  olunmasını 
xahiş edirik. Tacikistan və Özbəkistan transsərhəd Amudərya və 
Sırdərya  çaylarının  su  axımından  energetika  məqsədilə  istifadə 
edilməsində  maraqlıdırlar.  Elə  isə,  zəhmət  çəkib,  transsərhəd 
çaylara dair beynəlxalq normalara əməl etsinlər. Çünki, sabah su 
ehtiyatları  münasibətlərimizi  gərginləşdirən  problemə  çevrilə 
bilər.  Özü  də  təkcə  bizim  regionda  yox.  Vəziyyət  elə  bir  həddə 
çatar  ki,  adi  qarşıdurmalarla  deyil,  müharibələrlə  üzləşərik»
90
. 
Lakin,  müharibə  hədələrinin  tədricən  ciddiləşməsinə  baxmayaraq, 
Mərkəzi  Asiya  dövlətləri  bütövlükdə  güclü  hərbi  potensiala  malik 
deyillər.  Bu  ölkələrin  silahlı  qüvvələri  hələ  də  milli  konstitusiyaların 
tələblərinə uyğun yaradılmış atribut, görüntü xarakteri daşımaqdadır. 
Son dövrlərdə baş vermiş kütləvi iğtişaşların yatırılması, lokal sərhəd 
münaqişələri, dini-terrorçu və separatçı qruplaşmalarla mübarizə halları 
ordunun peşəkarlığını, döyüş qabiliyyətini və təchizatını şübhə altına 
alır.  Nəticədə,  regionun  hər  hansı  bir  dövlətinin  planlaşdırdığı  hərbi 
əməliyyat  «bliskriq»  deyil,  uzunmüddətli,  üzücü  müharibəyə,  ağır 
sosial-iqtisadi və ekoloji nəticələrlə müşayiət olunan regional fəlakətə 
çevriləcəkdir.
Həmkarlarının sərt mövqelərinin əksinə olaraq, Qırğızıstan prezidenti 
Almazbek Atambayev «Kambar Ata-1» Su Elektrik Stansiyasının bütün 
Mərkəzi Asiya dövlətlərinin hidroenergetika və irriqasiya ilə bağlı bir sıra 
problemlərini aradan qaldıracağına əmindir. Xatırladaq ki, hələ 2008-ci 
89   «Президент Узбекистана резко высказался против строительства Камбаратинской и 
Рогунской ГЭС», www.fergananews.com
90  «Президент Узбекистана: Водно-энергетические проблемы могут привести к войне», 
http://guralyuk.livejournal.com/1872885.html


       85
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
ildə Rusiya və Qırğızıstan qonşu dövlətlərlə razılaşdırmadan transsərhəd 
Narın  çayı  üzərində  illik  enerji  hasilatı  5  milyard  kilovatt/saat  olan 
SES-in  tikintisinə  dair  hökumətlərarası  müqavilə  imzalamışdılar.  İlkin 
razılığa  görə,  stansiyanın  inşasına  və  avadanlıqla  təchiz  olunmasına 
Moskvanın təqribən 1,7 milyard ABŞ dolları məbləğində vəsait ayırması 
nəzərdə tutulmuşdu. Rusiya Federasiyasının bu layihəyə qoşulmasında 
öz  maraqları  vardı.  Müqavilə  şərtlərinə  əsasən,  SES-in  və  gələcəkdə 
enerji  satışından  əldə  olunan  gəlirin  yarısı  Rusiyanın  payına  düşürdü. 
Bu  məqsədlə  «Kambar  Ata  SES-1»  birgə  müəssisəsi  yaradılmış  və 
stansiya səhmlərinin 50%-i Rusiyanın «İnter RAO» energetika şirkətinə 
verilmişdi.  Lakin,  həmin  dövrdə  Rusiya  meyilli  siyasət  yürüdən  rəsmi 
Daşkənd  və  Astananın  etirazları  Moskvanı  bu  layihədə  iştirakdan 
müvəqqəti olaraq çəkindirmişdi. 
Kambar Ata-2 Su Elektrik Stansiyasının tikintisi
Xüsusi olaraq vurğulamaq lazımdır ki, 2004-cü ildə rəsmi Düşənbə 
«Tacikistanın  dövlət  müstəqilliyinin  möhkəmləndirilməsi  və 
qorunması»  məqsədilə  Rusiyanın  201-ci  Qatçinsk  hərbi  bazasının 
(keçmiş  201-ci  motoatıcı  diviziyasının)  ölkə  ərazisində  (Düşənbə, 
Kurqantəpə,  Kulab)  dislokasiyasına  razılıq  vermişdir.  Bundan  başqa, 
Rusiya  ilə  bağlanmış  müqaviləyə  əsasən,  burada  Rusiya  Federasiyası 
Silahlı  Qüvvələrinin  hava-kosmik  hücumdan  müdafiə  qoşunlarının 
«Okno»  optik-elektron  nəzarət  kompleksi,  kosmik  fəzaya  nəzarət 


86        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
sistemi də yerləşdirilmişdir. Bununla belə, paralel olaraq ABŞ-a yönəlik 
siyasət yürüdən Düşənbə hərbi yüklərin Əfqanıstana daşınması üçün 
NATO-ya  öz  ərazisini  təklif  etmiş,  2007-ci  ildə  isə  ABŞ-nin  iştirakı 
ilə  Tacikistan-Əfqanıstan  sərhədindəki  Pənc  çayı  üzərində  strateji 
əhəmiyyətli  körpünü  tikib  istifadəyə  vermişdir.  Lakin  Tacikistanın 
dövlət  sərhədlərinin  mühafizəsi  Rusiya  hərbçilərinin  nəzarəti  altına 
keçdikdən  sonra  Düşənbə  qısa  vaxt  ərzində  narkotik  maddələrin 
qeyri-qanuni  dövriyyəsinə  qarşı  mübarizədə  zəif  bənd  imicini 
qazanmışdır.  Belə  ki,  Əfqanıstandan  keçirilən  narkotik  maddələrin 
miqdarı azalmaq əvəzinə 3,5 dəfə artmışdır
91
. O da qeyd olunmalıdır 
ki,  2012-ci  il  iyun  ayının  28-də  Özbəkistan  Respublikasının  növbəti 
dəfə  rəsmi  olaraq  Kollektiv  Təhlükəsizlik  Müqaviləsi  Təşkilatından 
(KTMT) çıxması «kətmən müharibəsi»ndə Tacikistanın mövqeyinin 
möhkəmlənməsinə  və  Moskva-Düşənbə  yaxınlaşmasına  səbəb 
olmuşdur.  Doğrudur,  Daşkəndin  KTMT  üzvlüyündən  imtina  etməsi 
onun  «əzəli  su  rəqiblərinin»  -  Tacikistanın  Roqun,  Qırğızıstanın 
«Kambar Ata-1» stansiyalarının razılaşdırılmamış qaydada tikintisinə 
və  Rusiyanın  «anlaşılmaz»  mövqeyinə  etirazı,  yaranmış  problemi 
beynəlxalq  təşkilatların  və  regionda  geosiyasi  maraqları  olan  Qərb 
dövlətlərinin  vasitəsilə  nizamlaması  istəyi  ilə  yozulur.  Yəni,  Rusiya 
Roqun  SES-in  tikintisində  iştirak  edərsə,  Özbəkistan  öz  geosiyasi 
baxışlarını radikal şəkildə Qərbin xeyrinə dəyişəcəkdir. 
Əslinə  qalsa,  Daşkəndin  bu  addımı  tamamilə  gözlənilən  idi. 
Dövri  mətbuata  Özbəkistan  və  ABŞ  arasında  siyasi  əlaqələrin 
möhkəmləndirilməsi, hətta Özbəkistanda Amerikanın hərbi bazalarının 
yerləşdirilməsi  planları  barədə  məlumatlar  sızmaqdadır.  Təsadüfi 
deyildir  ki,  Z.Bjezinski  ABŞ-nin  geosiyasi  maraqlarının  ödənilməsində 
Özbəkistana  böyük  önəm  verərək  yazır: 
«Faktiki  olaraq,  bu  ölkə 
Mərkəzi Asiyada regional lider roluna əsas namizəddir. Özbəkistan 
və  ABŞ  regional  təhlükəsizliyin  möhkəmləndirilməsində  oxşar 
mövqelərə  malikdirlər.  Mərkəzi  Asiyanın  hansısa  müstəmləkəçi 
dövlətin  təsiri  altında  olmamasında  da  mövqelərimiz  yaxındır»
92
. 
Bütün bunlarla yanaşı, Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi 
Təşkilatı  sıralarını  tərk  etməsi  öz  növbəsində  Roqun  Su  Elektrik 
91   А.Молчанов. «Таджик и узбек поссорились под ногами у России»,  http://www.news-
info.ru/articles/2009-01-29/tadcgik/539138/
92   Z.Brzezinski. «The Grand Chessboard: American Primacy and Its Geostrategic Imperatives», 
New York: Basic Books, 1997


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə