Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə33/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   29   30   31   32   33   34   35   36   ...   60

       89
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
region  dövlətlərinin  inteqrasiyası,  hidroenergetika,  su  ehtiyatlarından 
istifadə  sahəsində  qarşılıqlı  faydalı  əməkdaşlığın  qurulması,  elektrik 
enerjisinin və məişət qazının, maye yanacağın satışında qarşılıqlı güzəştlər 
müəyyənləşdirilməlidir. İkincisi, transsərhəd su mənbələrinin qorunması 
istiqamətində birgə fəaliyyət göstərilməlidir. Üçüncüsü, transsərhəd su 
ehtiyatlarından ortaq istifadəyə dair dövlətlərarası müqavilə bağlanmalı, 
kvota təyin edilməlidir. Dördüncüsü, transsərhəd və daxili su axarlarında 
yeni  bəndlərin,  su  anbarlarının,  su  elektrik  stansiyalarının  tikintisi 
regionun digər dövlətləri ilə razılaşdırılmalı, qarşılıqlı enerji mübadiləsi 
aparılmalıdır.  Ən  nəhayət,  Mərkəzi  Asiyanın  problemlərinə  kənar 
müdaxiləyə yol verilməməlidir.
Türkiyə Respublikası. Azərbaycanın strateji müttəfiqi olan Türkiyə 
Respublikası  bu  gün  təkcə  regionda  deyil,  dünyada  fəal  praqmatik 
hidrosiyasət  yürüdən,  dövlətlərarası  münasibətlərin  tənzimlənməsində 
üstün hidroloji mövqeyindən geniş istifadə edən ölkələrdəndir. Hazırda 
Türkiyə özünün su ehtiyatlarının yarısını istismar edir. Lakin proqnozlara 
görə,  2030-cu  ilədək  onun  tam  həcmdə  istifadəsinə  məcbur  olacaqdır. 
Burada  dağ-mədən  sənayesi,  metal  emalı  müəssisələri  su  ehtiyatlarını 
çirkləndirməklə  yerüstü  və  yeraltı  mənbələrə  ciddi  ziyan  vurmaqdadır 
95
. Kür, Araz, Fərat və Dəclə kimi iri transsərhəd çayların mənbələrinin 
bu ölkənin ərazisində yerləşməsi rəsmi Ankaraya su ehtiyatlarının əsas 
və ya bir hissəsi həmin çayların hesabına formalaşan ölkələrə - İran, İraq, 
Suriya, Ermənistan, Gürcüstan və Azərbaycana hidroloji təsir imkanlarını 
artırsa da, bu fəaliyyət təkcə daxili iqtisadi zərurətdən irəli gəlmir. 
İki fövqəldövlət - SSRİ və ABŞ arasında hərbi-siyasi qarşıdurmadan 
yaranan  və  yetmiş  il  ərzində  beynəlxalq  münasibətləri  formalaşdıran 
ikiqütblü sistemin süqutundan sonra Türkiyə Respublikası xarici siyasət 
sahəsində  xüsusi  fəallıq  nümayiş  etdirərək,  regiondakı  tarixi  geosiyasi 
mənafelərinin  bərpasına  yönəldilmiş  səylərini  son  dövrlərdə  xeyli 
artırmışdır.  2003-cü  ildə  «Böyük  Yaxın  Şərq»  geosiyasi  məkanının 
yaradılmasına  dair  ABŞ  hökumətinin  irəli  sürdüyü  «Böyük  şahmat 
oyunu» planı isə Türkiyənin regiondakı səlahiyyət və imkanlarını daha 
da genişləndirərək, onu müsəlman Şərqinin lideri - «qara fiqurları idarə 
edən  vəzir»  statusuna  yüksəltmişdir.  Mərakeşdən  başlamış  Pakistana 
qədər  uzanan  coğrafi  əraziləri  əhatə  edən  nəhəng  tamaşa  meydanında 
95  Сабри Шенер. «Турция испытывает дефицит воды», «Milliyet», http://inosmi.ru/
asia/20130325/207293533.html 


90        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
baş  verən  kütləvi  səhnələri,  dramatik  dəyişiklikləri,  radikal  yollarla 
«demokratikləşmə»  və  «modernləşmə»  proseslərini  nəzərdə  tutan 
qlobal  plana  əsasən,  Türkiyə  Respublikasına  Şərq  və  Qərb  dövlətləri, 
islam  və  xristian  mədəniyyətləri  arasında  vasitəçi,  «etalon  Şərq  dövlət 
modeli»  obrazını  yaratmaq  funksiyası  ayrılmışdır
96
.  Z.Bjezinskinin 
sözləri ilə desək, 
«Türkiyənin indiki vəziyyəti onu «regional lider» 
adlandırmağa əsas verir. Bu dövlət Orta və Yaxın Şərqdə regional güc 
mərkəzi və Amerikanın xarici siyasətinin dayaq məntəqəsidir»
97
. 
Anadolu  yaylası  istisna  olunmaqla,  Türkiyənin  əksər  əraziləri  zəngin 
yerüstü  və  yeraltı  su  ehtiyatlarına  malikdir.  Bununla  belə,  mürəkkəb 
geomorfoloji  şərait,  regionlarda  iqtisadiyyatın  zəif  inkişafı  həmin 
ehtiyatlardan  səmərəli  istifadə  etmək  imkanlarını  xeyli  məhdudlaşdırır. 
Qlobal  təbii  və  antropogen  proseslər  –  iqlim  dəyişmələri,  təbii 
ehtiyatlardan qeyri-səmərəli istifadə olunması, ətraf mühitin, o cümlədən 
şirin  su  mənbələrinin  çirklənməsi,  səhralaşma,  torpaqların  şoranlaşması 
və s. fəsadlar Türkiyədən də yan keçməmişdir. Hesablamalara əsasən, son 
40  ildə  ölkənin  şirin  su  ehtiyatları  təqribən  50%  azalmışdır.  Türkiyənin 
Təbiəti Mühafizə Cəmiyyətinin baş direktoru Filiz Dəmirayağın sözlərinə 
görə,  qlobal  istiləşmə,  yağıntıların  miqdarının  aşağı  enməsi,  buzlaqların 
sürətlə əriməsi şirin su hövzələrində ehtiyatın azalmasına, əhalinin içməli 
su  ilə  təmin  olunmasında  fasilələrə  səbəb  olmuşdur.  Onun  fikrincə: 
«Əgər  dövlətimiz  qısa  vaxt  ərzində  su  ehtiyatlarının  qorunmasına 
və  istifadəsinə  dair  düzgün  siyasət  həyata  keçirməzsə,  ölkədə  su 
çatışmazlığı  fəlakət  həddinə  çatacaqdır».  Türkiyənin  Elmi-Texniki 
Tədqiqatlar Şurasının mütəxəssisləri də bir neçə yüz il sonra ölkə ərazisinin 
səhralaşmasını proqnozlaşdırır və çevik su strategiyasının yürüdülməsinin 
vacibliyini  vurğulayırlar.  Qaziantep  Universitetinin  professoru  Ö.Kesici 
bu qənaətdədir ki, qlobal iqlim dəyişmələri nəticəsində buzlaqların ərimə 
prosesinin sürətlənməsi və tükənməsi ölkədə flora və fauna nümunələrinin 
böyük hissəsinin məhvinə, dəniz səviyyəsinin isə xeyli yüksəlməsinə gətirib 
çıxaracaqdır
98
.  Bu  baxımdan,  Türkiyə  Respublikasının  çevik,  bəzən  isə 
sərt  hidrosiyasəti  başa  düşüləndir  və  bir  çox  hallarda  milli  təhlükəsizlik 
mənafelərindən irəli gəlir. 
96   Will America Bring Democracy to the Middle East// Zaman. 29.04.2004
97   Z.Brzezinski. The Grand Chessboard: American Primacy and Its Geostrategic Imperatives
New York: Basic Books, 1997
98   «Запасы пресной воды в Турции за последние лет сократились наполовину и 
продолжают уменшаться», www.ami-tass.ru


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə