Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə36/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   32   33   34   35   36   37   38   39   ...   60

96        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
etirazlar,  «su  qiyamları»  rəsmi  Tehranı  hidrosiyasi  oyunlara  fəal 
şəkildə  qoşulmağa  sövq  etmişdir
106
  Lakin,  təbii  hidroloji  imkanlarının 
məhdudluğuna  baxmayaraq,  son  onillikdə  fəal  hidrosiyasət  yürüdən 
və  xüsusilə  Türkiyənin  regionda  iqtisadi-siyasi  təsirini  azaltmağa  səy 
göstərməklə  Ermənistanla  həmrəylik  nümayiş  etdirən  Tehran  su 
nəqliyyat  dəhlizlərinin  tikintisində  təşəbbüsü  ələ  almaq  məqsədilə 
alternativ və daha iddialı layihə irəli sürmüşdür. 2012-ci il avqust ayının 
əvvəllərində İranın energetika naziri Məcid Namcu Xəzər dənizini İran 
körfəzi  ilə  birləşdirəcək 
«Şimal-Cənub»  kanalının  tikintisinə  ilin 
sonunadək  başlanılacağı  barədə  məlumat  vermişdir.  Onun  sözlərinə 
görə,  uzunluğu  təqribən  600  kilometr,  ümumi  smeta  dəyəri  təqribən 
7  milyard  ABŞ  dolları  olan  su  nəqliyyat  dəhlizi  Baltik  dənizi  və  Qara 
dənizdən  keçməklə  Şimal  buzlu  okeanı  sahillərini  Hind  okeanı  ilə 
birləşdirəcəkdir.  Əlbəttə,  bu  gün  İran  ətrafında  cərəyan  edən  proseslər 
kanalın tikintisini ciddi şübhə altına alır. Lakin, nəzəri də olsa, «Şimal-
Cənub»  kanalının  istifadəyə  verilməsi  ilk  növbədə  Türkiyənin  əsas 
nəqliyyat  arteriyalarından  olan  Bosfor  boğazının  strateji  əhəmiyyətini 
xeyli azaldaraq, bu ölkənin iqtisadiyyatına ciddi zərbə vuracaqdır. Qeyd 
etmək lazımdır ki, təkcə 2011-ci ildə Bosfor boğazından təqribən 95 min 
müxtəlif təyinatlı gəmilərin, xüsusilə neft tankerlərinin keçməsi Türkiyə 
büdcəsinə  milyardlarla  dollar  gəlir  gətirmişdir.  Bu  isə  rəsmi  Ankara 
və  Tehran  arasındakı  soyuq  münasibətlərə  hidrosiyasi  çalarlar  əlavə 
edəcəkdir.  Hazırda  Çin,  Yaponiya,  Pakistan,  İsveç  və  Norveç  şirkətləri 
kanalın  tikintisinə  ciddi  maraq  göstərirlər.  Bu  layihənin  pərdəarxası 
məqamları  onun  arxasında  Moskvanın  geosiyasi  maraqlarının 
dayanmasını,  Rusiya  Federasiyasının  da  layihəyə  qoşulacağını  istisna 
etmir.  Belə  ki,  hələ  ötən  əsrin  60-cı  illərində  İran  şimal  qonşusu  SSRİ 
ilə birlikdə «Xəzər dənizi-İran körfəzi» kanalının inşası barədə məsələ 
qaldırmış, hətta onun ilkin layihəsini hazırlamışdır. Sovet İttifaqı həmin 
layihənin  gerçəkləşməsinə  xüsusi  maraq  göstərirdi.  Birincisi,  onun 
vasitəsilə  dünya  bazarına  yeni  çıxış  imkanları  əldə  edir,  eyni  zamanda, 
«soyuq müharibə» şəraitində Yaxın və Orta Şərq regionlarında hərbi-
siyasi  fəallığını  əhəmiyyətli  dərəcədə  artırırdı.  Lakin,  ABŞ  İranın  şah 
rejiminə  təzyiq  edərək,  bu  planın  həyata  keçməsinə  mane  olmuşdu. 
Digər  tərəfdən,  su  nəqliyyat  dəhlizinin  layihəsində  Volqa-Don,  Volqa-
Baltik  kanallarının  inşaat  metodlarının,  istismar  texnologiyalarının  və 
iş  prinsiplərinin  əsas  götürülməsi  də  burada  Rusiya  amilinin  mühüm 
106   Н.Мосаки. «Иран в водной геополитике региона»,  http://www.centrasia.ru/newsA.
php?st=1184018520)


       97
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
rol  oynadığını  təsdiqləməkdədir
107
.  Bundan  başqa,  beynəlxalq  hüquqa 
əsasən, bu tipli meqalayihənin gerçəkləşməsi üçün qonşu dövlətlərin, ilk 
növbədə  Xəzərin  sahilyanı  dövlətlərinin  razılığı
  tələb  olunduğu  halda, 
Rusiya Federasiyası hələ də ona münasibətini bildirməmişdir. 
İranın  qlobal  hidrolayihələri  bununla  kifayətlənmir.  2007-ci  ilin 
iyun  ayında  İran  hökumətinin  prezident  Mahmud  Əhmədinejatın 
sədrliyi  ilə  keçirilmiş  səyyar  iclasında  Kiçik  Zab  çayı  üzərində 
Kulese 
Su  Elektrik  Stansiyasının  tikintisi  barədə  qərar  qəbul  olunmuşdur. 
Qeyd edək ki, Kiçik Zab çayı Dəclə çayının sol qoludur və İranın Qərbi 
Azərbaycan vilayətindən keçərək İraq ərazisinə daxil olan transsərhəd su 
axarıdır. İlkin smeta dəyəri təqribən 342 milyon ABŞ dolları məbləğində 
müəyyənləşdirilən  kompleksə  daxil  olan  su  bəndindən 
(600  milyon 
m
3
)  elektrik  enerjisi  istehsalından  savayı,  kənd  təsərrüfatı  sahələrinin 
suvarılmasında da istitfadə ediləcəkdir. Lakin həmin layihənin təhlükəli 
məqamlarından  biri  onun  Tehran  və  Bağdad  arasındakı  münasibətləri 
gərginləşdirə  bilməsi  ehtimalıdır.  Məlumdur  ki,  Kiçik  Zab  çayı  İraqın 
hidroenergetikasında və kənd təsərrüfatında xüsusi əhəmiyyətə malikdir. 
Bəndin  istismara  buraxılması  nəticəsində  çayda  suyun  səviyyəsinin 
azalması  Dukan  Su  Elektrik  Stansiyasının  dayanmasına,  Kərkük 
vilayətində irriqasiya sisteminin sıradan çıxmasına səbəb olacaqdır. 
    Bütün bunlardan başqa, İran İslam Respublikasının hidrosiyasətində 
Azərbaycana qarşı yönəldilmiş təhdidlər - Araz çayı üzərində 
Qaraçılar 
və  Mehri  su  elektrik  stansiyalarının  tikintisi  layihəsi  (Ermənistanla 
birlikdə), qurumaqda olan Urmiyə gölünə Araz çayından kanal çəkilişi 
layihələri hələ də aktuallığını saxlamaqdadır. 
  5.  Azərbaycanın  su  ehtiyatları.  Reallıqlar,  geosiyasi 
çağırışlar və təhdidlər
Azərbaycan  Respublikasının  su  ehtiyatları  və  onların  istifadəsi  ilə 
bağlı  yaranmış  vəziyyət  həssas  olsa  da,  çıxılmaz  deyildir.  Reallıqda 
ölkə  şirin  su  mənbələrinin  həcmi  və  onların  istismarı  baxımından 
müəyyən  çətinliklərlə  üzləşən  dövlətlər  sırasındadır
.  Arid  zonada 
yerləşən, ərazisinin hər kvadratkilometrinə və hər nəfərə düşən yerüstü 
su  ehtiyatlarına  görə,  Azərbaycan  Respublikası  Cənubi  Qafqazın  digər 
dövlətlərindən və qonşu Rusiya Federasiyasından xeyli geridə qalır. Belə 
107   (А.Балиев. «Каспийское море будет впадать в Персидский залив», «Российская 
газета”, http://www.rg.ru/bussines/rinky/132.shtm)


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə