Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə35/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   31   32   33   34   35   36   37   38   ...   60

       93
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
kəndlərdə  yeni  sənaye,  tikinti,  nəqliyyat,  səhiyyə  və  təhsil  müəssisələri 
açmaq, yerli turizm şəbəkəsini genişləndirmək və s. nəzərdə tutulmuşdur. 
Atatürk adına su bəndi
Hazırda  Türkiyədə  istismar  edilən  elektrik  enerjisi  Cənub-Şərqi 
Anadolu  Layihəsi  çərçivəsində  tikilmiş  Karakaya,  Atatürk,  Dəclə, 
Kralqızı,  Örecik,  Karkamış  və  Batman  bəndlərindəki  su  elektrik 
stansiyaları tərəfindən istehsal edilir. Meqalayihənin tərkibi olan 1990-cı 
ildə Fərat çayının Türkiyə hissəsində istifadəyə verilmiş Atatürk su bəndi 
(
Atatürk Barajı) və üzərindəki səkkiz trubinli 2400 meqavatlıq su elektrik 
stansiyası Türkiyəyə 48,7 km³ həcmində su ehtiyatı yaratmağa, ümumi 
smeta dəyəri 30-35 milyard ABŞ dolları olan layihəyə əsasən, Türkiyəyə 
iqtisadi  yüksəliş  vəd  edən  22  su  bəndi,  19  su  elektrik  stansiyası  inşa 
etməyə, əkin sahələrinin suvarılmasına, bölgənin elektrik enerjisi ilə təmin 
olunmasını əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verəcəkdir. İlkin 
hesablamalara görə, yalnız Türkiyədə suvarılan kənd təsərrüfatı sahələri 
40%-dən 100%-dək artacaq, məhsuldarlıq 2-3 dəfə yüksəldilməklə ərzaq 
problemi tamamilə həll olunacaqdır
102
. O da sirr deyildir ki, Ankaranın 
Cənub-Şərqi Anadolu Layihəsinin tam reallaşdırılması iqtisadi yüksəlişə 
nail  olmaqla  yanaşı,  ölkə  daxilindəki  siyasi  problemlərin  də  həllində, 
məsələn,  separatizm  əhval-ruhiyyəsinin  aradan  qaldırılmasında,  PKK-
102   http://www.ekitapyayin.com/id/062/susorun02-02.htm


94        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
nın  ərazi  iddialarının  və  regional  su  ehtiyatlarını  nəzarətə  götürmək 
niyyətlərinin  neytrallaşdırılmasında  yardımçı  olacaqdır.  Ankaranın 
qlobal  hidrosiyasi  fəaliyyətindən  narahat  olan  dövlətlərin  qənaətinə 
görə,  Türkiyə  üstün  fiziki-coğrafi,  siyasi-coğrafi,  iqtisadi-coğrafi,  ən 
başlıcası isə hidroloji mövqeləri ilə regionda güc balansının öz xeyrinə 
dəyişməsinə nail olacaq, hətta rəsmi Dəməşq Türkiyəyə qarşı fəaliyyət 
göstərən separatçı qruplaşmaları dəstəkləməkdən birdəfəlik imtina etməli 
olacaqdır
103
. Suriya isə Atatürk adına su bəndinin fəaliyyəti nəticəsində 
Tabka Su Elektrik Stansiyasının gücünün 10% azaldılmasına açıq etirazını 
bildirməyə başlamışdır. Proqnozlara görə, 2025-ci ildə Suriya və İraqın 
Fərat  çaylarından  götürdükləri  su  payı  indiki  ilə  müqayisədə  müvafiq 
olaraq 17% və 27% azalacaqdır. 
Türkiyə Cümhuriyyətinin mərhum prezidenti Turqut Özalın hələ 
1986-cı ildə uzaqgörənliklə irəli sürdüyü 
Sülh su kəmərləri layihəsi 
(Barış  Suyu  Projesi)  də  Yaxın  və  Orta  Şərq  dövlətlərinin  şirin  su 
problemlərinin  həlli  ilə  yanaşı,  rəsmi  Ankaranın  regiondakı  strateji 
maraqlarının  təmin  olunmasına  yönəldilmişdir.  Layihəyə  əsasən, 
iki  transsərhəd  boru  kəmərinin  çəkilib  istismara  verilməsi  nəzərdə 
tutulmuşdur.  Şərti  olaraq,  «Qərb  xətti»  adlandırılan  və  uzunluğu 
2700  kilometrə  çatan  birinci  kəmər  Hama,  Humus,  Hələb,  Dəməşq, 
Əmman, Yanbu 
(Yanbu-əl-Bəhr) ərazilərindən keçərək Məkkə şəhərində 
tamamlanacaq,  Suriya,  İordaniya  və  Səudiyyə  Ərəbistanı  əhalisini 
sutkada 3,5 milyon m
3
 şirin su ilə təmin edəcəkdir. Sutkada 2,5 milyon 
m
3
 suyun nəqli üçün planlaşdırılan «Şərq xətti» 
(3900 km) isə Suriya 
və İordaniya torpaqlarından keçərək Küveyt, Bəhreyn, Qətər, Birləşmiş 
Ərəb Əmirliklərinə kimi uzanacaqdır. Türkiyə və ərəb dövlətləri üçün 
maliyyə baxımdan sərfəli olan Sülh su kəmərləri
 regionda qlobal siyasət 
yürüdən, su çatışmazlığı amilini siyasi-iqtisadi təzyiq vasitəsinə çevirən 
dövlətlərdə və transmilli şirkətlərdə ciddi narahatlığa səbəb olmuşdur. 
Belə ki, Qərb duzdan təmizlənmiş dəniz suyunu ərəb ölkələrinə hər m
3
 
üçün təqribən 4 ABŞ dollarına təklif etdiyi halda, Türkiyə onun satışını 
Qərb xəttində 0,8 sentə, Şərq xəttində isə bir dollara nəzərdə tutmuşdur. 
Antalya  yaxınlığındakı  Manavqat  çayının  su  ehtiyatlarının  bir 
hissəsinin ixracına dair proqramın reallaşması da Türkiyənin regionda 
103   Аль-Обайди Халид Хасун Джасим, «Проблемы использования трансграничных 
водных ресурсов», http://www.dissercat.com; М.Агаджанян. «Сотрудничество в водной 
сфере как ресурс регионального добрососедства» 28.06.2007// www.noravank.am/ru


       95
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
mövqelərinin  möhkəmləndirilməsinə,  xüsusilə  rəsmi  Ankara  və  Tel-
Əviv arasında əlaqələrin genişlənməsinə əlverişli zəmin yaradacaqdır. 
1997-ci ildə suyun filtrasiyası, saxlanılması və tankerlərə doldurulması 
üzrə  infrastrukturun  yaradılması  başa  çatdırılmış,  bu  məqsədlə  147 
milyon ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur. 
Türkiyənin  su  strategiyası  sahəsində  İsrail  ilə  yaxınlaşması  bəzi 
dövlətlərdə,  o  cümlədən  İranda  və  onun  strateji  müttəfiqi  olan 
Ermənistanda  «qısqanclıqla»  qarşılanmışdır.  Erməni  politoloqu 
David Babayan bu narahatlığı belə ifadə edir: «Həmin layihə Türkiyəyə 
gələcəkdə  su  ixracının  həcmini  artırmağa  imkan  verəcəkdir».  Tel-
Əviv  artıq  Manavqat  çayından  su  idxalına  razılığını  bildirmişdir. 
İlkin  hesablamalara  görə,  Türkiyə  20  il  ərzində  İsraili  50  milyon  m
3
 
su  ilə  təmin  edəcəkdir.  Şirin  su  İsrailə  hər  birinin  tutumu  400  min 
ton  olan  tankerlər  vasitəsi  ilə  çatdırılacaqdır.  Yəhudi  dövlətinin  suya 
olan  tələbatının  ildən-ilə  artmasını  nəzərə  alaraq,  Türkiyədən  ixrac 
olunan  suyun  həcminin  artması  gözlənilir.  Lakin,  Türkiyədə  suyun 
İsrailə deyil, Əlcəzairə, hətta Mərakeşə nəql olunmasında maraqlı olan 
qüvvələr də vardır
104
Türkiyə Respublikasının hidrostrateji imkanlarını 
genişləndirmək istiqamətində fəaliyyəti Yaxın və Orta Şərq dövlətlərini 
Avropa ilə birləşdirəcək növbəti layihədə - Cənub-Şimal su nəqliyyatı 
dəhlizinin çəkilişi ideyasında da özünü qabarıq şəkildə göstərməkdədir. 
Bu  layihə  hələlik  niyyət  xarakteri  daşısa  da,  rəsmi  Ankara  Böyük 
Britaniya,  Polşa  və  İspaniya  kimi  dövlətlərdə  özünə  xeyli  tərəfdaş 
tapmışdır.  Layihəyə  görə,  Aralıq  dənizini  Qara  dənizlə  birləşdirən 
və  oradan  da  Baltik  dənizini  keçməklə  Şimal  dənizinə  doğru  uzanan 
vahid  su  kanalı  yük  daşımalarını  artırmağa,  onlara  çəkilən  xərcləri 
azaltmağa,  bəzi  çayların  gəmiçilik  imkanlarını  genişləndirməklə  yeni 
liman infrastrukturları yaratmağa, xüsusilə Bosfor-Dardanel boğazında 
su  nəqliyyat  vasitələrinin  təhlükəli  həddə  çatan  intensivliyini  xeyli 
azaltmağa imkan verəcəkdir
105
.
İran  İslam  Respublikası.  İran  regionda  Türkiyə,  İsrail,  Suriya 
kimi  «su  geosiyasəti»nin  ənənəvi  iştirakçısı  olmasa  da,  2001-ci  ildə 
baş vermiş quraqlıq nəticəsində yaranan kəskin su çatışmazlığı, kütləvi 
104   Д.Бабаян. «Гидрополитика - ключевое направление геополитики Турции».http://www.
newsarmenia.ru/analytics/20100316/42216986.html
105   «Транснациональный водный транспортный коридор – иллюзия или 
реальность», www.cherginets.by/index.phtml?idx=20210&theme=1)


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə