Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə32/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   28   29   30   31   32   33   34   35   ...   60

       87
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Stansiyası ətrafında qarşıdurmaların daha da kəskinləşməsinə, obyektin 
tikintisi və istismarının Rusiyanın nəzarətinə keçməsi üçün əlverişli şərait 
yaradacaqdır.
Bütün bunların məntiqi nəticəsi olaraq, 2012-ci il sentyabr ayının 
20-də  Rusiya  prezidenti  Vladimir  Putinin  Qırğızıstana  rəsmi  səfəri 
zamanı  bağlanan  müqavilələr  hələlik  «Kambar  Ata-1»  stansiyası  ilə 
bağlı mübahisələrə son qoymuş və bütövlükdə Rusiya Federasiyasının 
Mərkəzi  Asiyaya  yönəlik  hidrosiyasətinin  konturlarını  açıqlamışdır. 
Rusiya  prezidenti  qırğızıstanlı  həmkarı  ilə  keçirdiyi  birgə  mətbuat 
konfransında «Kambar Ata-1» stansiyasının tikintisinin istənilən halda 
davam  etdiriləcəyini  bildirmiş,  hətta  Qazaxıstan  və  Özbəkistanı  bu 
layihəyə qoşulmağa çağırmışdır. Lakin, Moskvanın bu qərarı heç də onun 
altruizmindən irəli gəlmirdi. Belə ki, Putin Qırğızıstan Respublikasının 
Rusiya  Federasiyasına  2005-2009-cu  illərdən  qalan  489  milyon  ABŞ 
dolları məbləğində kredit borclarını silmiş, əvəzində isə 2014-cü ilədək 
ABŞ hərbi-hava qüvvələri bazalarının bu ölkədən tamamilə çıxarılması, 
2017-ci ildən isə Rusiyanın birləşmiş hərbi bazalarının həmin ərazidə 
yerləşdirilməsi,  Qazaxıstana  və  Özbəkistana  axan  transsərhəd  çaylar 
üzərində  hidrotexniki  qurğuların  birgə  tikintisi,  istismarı,  elektrik 
enerjisi satışı və digər məsələlər üzrə razı salmışdır. Bütün bunlardan 
sonra  prezident  A.Atambayev  Qırğızıstanın  gələcəyinin  Rusiya  ilə 
tərəfdaşlıqda olduğunu bəyan etmişdir. Maraqlıdır ki, Rusiyanın sabiq 
prezidenti  Dmitri  Medvedev  2009-cu  ilin  yanvarında  Daşkənddə 
olarkən  əminliklə  bildirmişdi  ki,  Roqun  və  «Kambar  Ata-1»  su 
elektrik  stansiyalarının  inşası  qonşu  dövlətlərin  razılığı  alınmadan 
davam etdirilərsə, Rusiya birmənalı şəkildə həmin tikintilərdə iştirakını 
dayandıracaq.  Lakin,  görünür,  Moskvadakı  prezident  yerdəyişmələri 
geosiyasətdə  taktiki  gedişlərə  də  təsirini  göstərmişdir.  Nəticədə, 
Moskva  və  Bişkek  münaqişə  doğuran  «Kambar  Ata-1»  Su  Elektrik 
Stansiyasından savayı «Yuxarı Narın» hidroenergetika qurğusunun da 
birgə inşası barədə saziş imzalamışlar. Sənədə əsasən, Rusiyanın «İnter 
RAO» şirkətinin «Rusqidro» Açıq Səhmdar Cəmiyyətinin iştirakı ilə 
tikiləcək «Kambar Ata-1» və «Yuxarı Narın» su elektrik stansiyalarının 
nizamnamə  kapitalının  bərabər  pay  üzrə  bölüşdürülməsi,  səhmlərin 
və  istismar  gəlirlərinin  50%-inin  Rusiyaya  məxsus  olacağı  nəzərdə 
tutulmuşdur. Bişkek Rusiyanın bu məqsədlə 1,7 milyard ABŞ dolları 
məbləğində  kredit  ayıracağına  ümidlidir.  Üstəlik,  gələcəkdə  burada 


88        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
«Akbulun»,  «Narın-1»,  «Narın-2»,  «Narın-3»  hidroenergetika 
stansiyalarının tikintisi barədə də ilkin razılıq əldə olunmuşdur
93

Lakin  2013-cü  ilin  müşahidələri  göstərir  ki,  Mərkəzi  Asiyada  su 
ehtiyatları  zəminində 
(bəlkə  də  bəhanəsi  altında)  qütbləşmə  meyilləri 
sürətlənməkdədir.  Yəni,  bir  tərəfdə  su  qıtlığından  əziyyət  çəkən 
Qazaxıstan,  Özbəkistan  və  Türkmənistandan 
(böyük  ehtimalla),  digər 
tərəfdə isə Rusiya, Tacikistan və Qırğızıstandan ibarət rəqib «koalisiyalar» 
yaranmaqdadır. Özbəkistan və Qazaxıstan prezidentlərinin 2013-cü ilin 
iyun  ayında  Daşkənddə  keçirilmiş  görüşünün  nəticələri  bu  ehtimalları 
təsdiqləməkdədir.  Prezidentlərin  görüşündə  Mərkəzi  Asiyanın  su 
ehtiyatları  əsas  müzakirə  mövzusu  olmuş  və  hər  iki  ölkə  arasında  su 
ehtiyatlarının  birgə  idarə  olunmasına  dair  strateji  tərəfdaşlıq  haqqında 
saziş  imzalanmışdır.  Görüş  zamanı  region  dövlətlərinin  su  ilə  təhdid 
olunması  terrorçuluq,  narkotik  maddələrin  qaçaqmalçılığı,  separatizm 
və mütəşəkkil cinayətkarlıq kimi problemlərlə eyni səviyyədə tutulmuş, 
bunun  Mərkəzi  Asiyada  sülh  və  təhlükəsizliyə  qarşı  yönəldiyi  bəyan 
edilmişdir.  Nursultan  Nazarbayev  və  İslam  Kərimov  Tacikistan  və 
Qırğızıstanın  hidroenergetika  layihələrinin  qonşu  dövlətlərin  su  ilə 
təchizatına mənfi təsir göstərəcəyini və bu məsələnin Birləşmiş Millətlər 
Təşkilatında müzakirəyə çıxarılmasının zəruriliyini xüsusi qeyd etmişlər. 
İ.Kərimov birgə mətbuat konfransında demişdir: 
«Roqun və Kambar 
Ata  Su  Elektrik  stansiyalarının  layihələri  BMT-nin  ekspertlərinin 
və  digər  beynəlxalq  qurumların  yoxlamalarından  keçirilməli, 
tikinti işləri Sırdərya və Amudərya çaylarının aşağı hissələrindəki 
dövlətlərlə  razılaşdırılmalıdır».  Onun  qazaxıstanlı  həmkarı  isə 
Tacikistan və Qırğızıstana energetikaya dair məsələlərin həllində yardım 
təklifi etməklə, onları yaranmış problemlərinin aradan qaldırılması üçün 
bir daha danışıqlar masası arxasında əyləşməyə çağırmışdır
94
.
Yuxarıda  göstərilənlərə  əsasən,  belə  bir  nəticəyə  gəlmək  olar  ki, 
Mərkəzi  Asiya  dövlətləri  şirin  su  ehtiyatları  ilə  bağlı  münaqişələri  və 
iqtisadi  şantaj  xarakterli  təhdidləri  aradan  qaldırmaq  məqsədilə  ilk 
növbədə  bir  sıra  prinsipial  məsələlərdə  ortaq  mövqe  əldə  etməlidirlər. 
Birincisi,  müharibə  təhlükəsinin  neytrallaşdırılmasının  ən  real  yolu 
93   «В.Путин: В проектах по двум ГЭС должны участвовать Казахстан и Узбекистан». inform.kz/
rus/article/2496223 
94   Central Asia’s Water Conflicts Come into Focus During Nazarbayev-Karimov Summit
Eurasia Daily Monitor, http://www.jamestown.org


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə