Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə28/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   24   25   26   27   28   29   30   31   ...   60

76        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
i  isə  Qazaxıstanın  payına  düşür.  Vaxtilə  SSRİ-də  iqtisadi  və  sosial 
vəziyyətinə  görə  ən  geridə  qalmış  respublikalar  sayılan  Tacikistan  və 
Qırğızıstan  isə  bu  gün  zəngin  su  ehtiyatlarına  söykənərək,  regionda 
liderlik  iddiasındadırlar.  Belə  ki,  onlar  Mərkəzi  Asiyanın  əsas 
hidroenerji potensialının müvafiq olaraq 
69% və 22%-nə malikdirlər və 
bu amildən təzyiq vasitəsi kimi digər dövlətlərə qarşı istifadə edirlər.
74
 
Qlobal  istiləşmə  regionun  su  problemlərini  də  kəskinləşdirmişdir. 
Mərkəzi  Asiya  çaylarını  şirin  su  ilə  təmin  edən  buzlaqların  sayı  son 
50  ildə  Tacikistanda  20-30%,  Əfqanıstanda  50-70%  azalmışdır. 
Bütövlükdə, 1965-1974-cü illər arasında Mərkəzi Asiyada 7628 buzlaq 
olduğu halda, indi onların sayı 5237-ə enmişdir. Bu gün Türkmənistan 
və Özbəkistanın su ehtiyatlarının 90% -i qonşu dövlətlərin ərazilərində 
formalaşır.  Özbəkistan  Respublikası  kənd  və  su  təsərrüfatı  nazirinin 
müavini  Şövkət  Xamrayevin  sözlərinə  görə,  hazırda  ölkədə  istehlak 
olunan  şirin  suyun  illik  həcmi  55,1  km³-ə  bərabərdir  və  onun  49,7 
km³-i aqrar sektorun tələbatına, 3,4 km³-i isə şəhər və kənd əhalisinin 
ehtiyaclarının  ödənilməsinə  yönəldilir.  Aral  dənizinin  quruması 
nəticəsində yaranmış Aralqum səhrasından hər il 15-75 milyon ton duz 
külək vasitəsilə ətrafa yayılaraq, otlaq və əkin sahələrini sürətlə yararsız 
vəziyyətə salır. Son onillikdə Özbəkistanda tuqay meşələrinin ərazisi iki 
dəfə, qamışlıqların sahəsi isə 6 dəfə azalmışdır. Hesablamalar göstərir 
ki,  orta  temperaturun  artması  və  yağıntıların  miqdarının  azalması 
2050-ci  ilədək  Sırdərya  və  Amudərya  çaylarının  da  su  ehtiyatlarının 
azalması  ilə  nəticələnəcəkdir
75
.  Ötən  əsrin  80-ci  illərindən  etibarən 
ölkədə  su  ehtiyatlarının  kəskin  şəkildə  azalması  Türkmənistan 
Respublikasında da böhran xarakteri almışdır. Burada kənd təsərrüfatı 
əsasən  pambıqçılıq  üzrə  ixtisaslaşmışdır.  Lakin,  su  ehtiyatlarından 
qeyri-səmərəli istifadə olunması üzündən ölkənin illik su istehlakının 
94%-i  pambıq  sahələrinə  yönəldilmişdir.  Qazaxıstan  Respublikası 
Ətraf Mühiti Mühafizə Nazirliyinin ekoloji siyasət və dayanıqlı inkişaf 
departamentinin eksperti
 Mıskal Şanqulov isə bildirir ki, «Ərazisinin 
böyük  hissəsini  quraqlıq  zona  təşkil  edən  Qazaxıstanın  torpaq 
sahəsinin təqribən 70%-i müxtəlif dərəcəli səhralaşma prosesinə 
məruz  qalmışdır.  Hesablamalara  görə,  otlaqların  deqradasiyası, 
əkin  sahələrinin  erroziyası,  torpaqların  şoranlaşması  ölkəyə 
hər  il  təqribən  300  milyard  tenge  ziyan  vurmaqdadır».  Qazax 
mütəxəssislərinin hesablamalarına görə, 2020-ci ildə ölkənin yerüstü su 
74   «Водная стратегия Кыргызстана. Кыргызстан: водонапорная башня Центральной 
Азии». http://www.easttime.ru/analitic/1/3/989p.html
75   http://www.cawater-info.net/5wwf/national_report_uzbekistan.htm


       77
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
ehtiyatlarının həcminin 100 km³-dən 70 km³-dək azalacağı gözlənilir
76

Paradoksal haldır ki, Mərkəzi Asiyada ən zəngin şirin su ehtiyatlarına 
malik  olan  Tacikistanda  əhalinin  1/3  hissəsi  davamlı  olaraq  təmiz 
su  problemi  ilə  üzləşir.  Yaşayış  mənbələrinin  böyük  hissəsi  kimyəvi 
maddələr,  kənd  təsərrüfatı  və  məişət  tullantıları  ilə  çirklənmiş  arx  və 
suvarma kanallarından istifadə edir. 
Mərkəzi  Asiya  paradokslarından  biri  bir  dövlətin  su  ehtiyatlarına 
olan tələbatın digərinin elektrik enerjisinə ehtiyacı ilə əlaqəli olmasıdır. 
Qazaxıstan  Respublikası  regionun  su  və  energetika  problemlərini 
beynəlxalq  hüquq  çərçivəsində  həll  etmək  məqsədilə  ortaq  qurumun 

Mərkəzi  Asiya  Hidroenergetika  Konserninin  yaradılması  barədə 
təşəbbüs irəli sürsə də, bu, hələlik nəticəsiz qalmışdır.
 Başqa bir misal, 
Qazaxıstan  yenə  də  regional  su  probleminin  birgə  həlli  məqsədilə 
«
Avrasiya  Su  Mərkəzi»  yaratmağı  təklif  edən  kimi,  Qırğızıstan 
hidroloji təsir imkanlarını əldən verməmək üçün ləngimədən Bişkekdə 
alternativ qurumun – «
Su Akademiyası»nın təsis olunması haqqında 
planlarını açıqlamışdır
77
. İş o yerə çatmışdır ki, Türkmənistan prezidenti 
Qurbanqulu  Berdımühəmmədov  transsərhəd  çaylarda  suyun  əvvəlki 
səviyyədə  saxlanılması  üçün  hətta  Tacikistana  kompensasiya 
(oxu: 
«rüşvət»)  ödənilməsini  təklif  etmişdir.  Beləliklə,  hər  iki  transsərhəd 
çayının  aşağı  hissəsində  olan  dövlətlər  su  axımının  əsas  hissəsinə 
yiyələnib onu kənd təsərrüfatı sahələrinə və ya su elektrik stansiyalarına 
yönəltməkdə  maraqlıdırlar.  Axarın  yuxarı  hissəsindəkilər  –  Tacikistan 
və Qırğızıstan zəngin poitensiala malik olsalar da, xüsusilə qış aylarında 
elektrik  enerjisinə,  məişət  qazına,  yanacağa  kəskin  ehtiyac  hiss  edirlər. 
Onların hələ də kompromis variant müəyyən edə bilməməsi problemin 
həllini  çətinləşdirir
78
.  Bununla  belə,  Sırdərya  və  Amudərya  çaylarının 
mənbələrinə  sahib  olan  Tacikistan  və  Qırğızıstan  digər  dövlətlərin 
həmin  su  axarlarından  hidroenergetika  məqsədilə  istifadə  etmələrinə 
narazılıqlarını gizlətmir, qaz və elektrik enerjisi idxalında böyük güzəştlər 
əldə etmək niyyəti ilə bu layihələrə mane olmağa və ya öz ərazilərində bu 
tipli stansiyaların tikintisini reallaşdırmağa çalışırlar. 
76   М.Шангулов. «Опустынивание, пути решения проблем», www.eco.gov.kz/old/public/
public/opustynivanie.doc
77   С.Жильцов, И.Зонн. «Борьба за воду», http://www.psj.ru/saver_national/detail.
php?ID=13981
78  В.Ясинский. «Сырдарья и Амударья: реки конфликта или сотрудничества»?  http://
www.worldenergy.ru/doc_20_43_2291.html)


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə