Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə25/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   21   22   23   24   25   26   27   28   ...   60

68        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
bu  regionda  da  su  mənbələrini  bərabər  səviyyədə  bölməmişdir.  Belə 
ki, üstün coğrafi mövqeləri sayəsində Tacikistan və Qırğızıstanın geniş 
hidropotensialları  vardır.  Qazaxıstan,  Özbəkistan  və  Türkmənistan  isə 
əksinə, davamlı olaraq su çatışmazlığı problemini yaşayırlar. Bu çətinliklər 
Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlərə də təsir göstərmiş, su 
ehtiyatlarına nəzarət və onların istifadəsi hüququna dair narazılıq siyasi 
qarşıdurma səviyyəsinə qalxmışdır. Yaxın on-onbeş ildə isə burada şirin 
suya tələbatın 40% artacağı gözlənilir. Nəticədə, regionda su ehtiyatlarının 
həcmi  azaldıqca,  ona  nəzarət  uğrunda  ənənəvi  «kətmən  davası» 
intensivləşir  və  daha  aqressiv  xarakter  alır.  Proqnozlara  əsasən,  əgər 
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan yaxın 
illər ərzində regionun yeraltı və yerüstü su ehtiyatlarının bölüşdürülməsi, 
qorunması  və  istismarına  dair  ümumi  razılığa  gələ  bilməsələr,  onlar 
arasında siyasi polemikanın dövlətlərarası hərbi münaqişəyə, etnik, dini 
bəhanələr  altında  silahlı  toqquşmalara  transformasiyası  qaçılmazdır. 
Yaranan  situasiya  regionda  sülh  və  təhlükəsizliyə  ciddi  təhdid  olmaqla 
yanaşı,  Mərkəzi  Asiyada  geosiyasi  balansı  radikal  şəkildə  dəyişə, 
hidromünaqişələrə  Rusiya,  Çin,  Əfqanıstan  və  İran  kimi  dövlətləri  də 
cəlb edə biləcəkdir. 
Mərkəzi  Asiyada  təbii  sərvətlər,  o  cümlədən  şirin  su  ehtiyatları 
zəminində  proqnozlaşdırılan  münaqişələr  bu  regiona  nəzarət 
uğrunda  mübarizənin  aparıcı  aktorları  –  Rusiya,  ABŞ  və  Çinin 
diqqət  mərkəzindədir.  Çin  zahirən  müşahidəçi  mövqeyində  dayansa 
da,  rəsmi  Moskva  və  Vaşinqton  bu  istiqamətdə  açıq  fəaliyyətlərini 
gücləndirməkdədirlər.    Məsələn,  2013-cü  ilin  iyul  ayının  25-də  ABŞ 
Konqresi  Komitəsinin  keçirdiyi  dinləmələrdə  Mərkəzi  Asiya  dövlətləri 
arasında hərbi-siyasi qarşıdurmaların risk dərəcəsi, səbəbləri və  ehtimal 
olunan nəticələr ekspert və mütəxəssislərin müzakirəsinə çıxarılmışdır. 
Nümayəndələr  Palatasının  Avropa,  Avrasiya  və  yaranan  təhlükələr 
üzrə  Alt  Komitəsinin 
(House  Subcommittee  on  Europe,  Eurasia,  and 
Emerging  Threats)  təşkil  etdiyi  dinləmələrdə  qeyri-adekvat  çıxışları 
ilə  fərqlənən  konqresmen  Dana  Rorabaher  bildirmişdir  ki, 
«Dünya 
bazarında  mineral-enerji  ehtiyatlarına  tələbatın  sürətlə  artması 
səbəbindən  iqtisadi  rəqabətin  daha  da  sərtləşməsi  münaqişələrin 
baş qaldırması ehtimalını yüksəltməkdədir… Bu gün dünyada bir 
tərəf  öz  inkişafını  təmin  etmək  üçün  zəruri  olan  ehtiyatları  digər 
tərəfin əlindən alır. Bu isə münaqişələrin yaranmasına zəmindir». 
ABŞ Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin 
(Center for Strategic 
and  International  Studies)  mütəxəssisi,  ABŞ  Dövlət  Departamentinin 


       69
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
TAPH
  (Türkmənistan-Əfqanistan-Pakistan-Hindistan)  qaz  boru  kəməri 
layihəsi üzrə müşaviri Ed Çou isə diqqəti Mərkəzi Asiyada su ehtiyatları 
zəminində yarana biləcək dövlətlərarası qarşıdurmaya yönəltməyi daha 
vacib hesab etmişdir: 
«Mənim qənaətimə görə, regionda gözlənilən 
qarşıdurmaların  neft-qaz  ehtiyatları  uğrunda  deyil,  şirin  su 
mənbələri ətrafında baş qaldırması ehtimalları daha realdır».
66
 
 
Əslinə  qalsa,  Mərkəzi  Asiyanın  su  problemləri  təkcə  israfçılığın  və 
ya  qlobal  iqlim  dəyişməsinin  nəticəsi  deyildir.  Problemin  kökləri  daha 
dərindir və sovet dönəmində su təsərrüfatının səmərəsiz idarə olunması 
ilə əlaqəlidir. Məlumdur ki, İkinci dünya müharibəsindən qələbə ilə çıxan 
SSRİ  az  sonra  baş  qaldırmış  «soyuq  müharibə»  şəraitində  mürəkkəb 
hərbi-siyasi  və  iqtisadi  problemlərlə  üzləşməli  olmuşdur.  Hərbi  sənaye 
(barıt  istehsalı  üçün)  və  yüngül  sənaye  üçün  keyfiyyətli  xam  pambığı 
uzun illər boyu xarici ölkələrdən idxal edən dövlətin Qərb dövlətləri ilə 
münasibəti gərginləşdikcə, onun «pambıq asılılığı» da artırdı. Kommunist 
Partiyasının Mərkəzi Komitəsinin qərarı isə çıxış yolu kimi yerlərdə, xüsusilə 
Aral dənizi hövzəsindəki əkinə yararlı geniş ərazilərdə suvarma şəbəkəsinin 
yaradılması və burada pambıq plantasiyalarının salınması olmuşdur. 1949-
cu ildə akademik Aleksandr Askoçinskinin rəhbərliyi altında Aral dənizinə 
tökülən Amudərya çayının istiqamətinin gələcək pambıqçılıq ərazilərinə 
doğru  dəyişdirilməsi  proqramının  icrasına  başlanmışdır.  Bu  proqrama 
daxil olan digər hidrotexniki tədbirlər, o cümlədən 1954-cü ildə Qaraqum 
kanalının istismara buraxılması dünyanın ən böyük ekoloji fəlakətlərindən 
olan  Aral  dənizinin  qurumasına,  son  nəticədə  Mərkəzi  Asiyada  təbii  su 
balansının ciddi şəkildə pozulmasına, regionda kəskin şirin su böhranının 
yaranmasına səbəb olmuşdur.
Aral dənizinin indiki vəziyyəti
66   Subcommittee Hearing: Emerging Threat of Resource Wars, http://foreignaffairs.house.gov/
hearing/subcommittee-hearing-emerging-threat-resource-wars


70        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
 Qeyd edək ki, regionun ən böyük su axarı olan Amudərya çayının 
(illik orta su axımı 78,46 km
3
ehtiyatlarının 80%-i Tacikistan ərazisində, 
7,9%-i Əfqanıstanda, 6%-i Özbəkistanda, 3,5%-i Türkmənistanda, 2,42%-
i isə Qırğızıstanda formalaşır. Lakin Tacikistan və Qırğızıstan dağlarında 
buzlaqların  sürətlə  tükənməsi  bu  çayda  suyun  həcminin  azalması  ilə 
nəticələnmişdir.
  Sırdərya  çayı  isə  Qırğızıstanın  Narın,  Cəlalabad,  Oş, 
Tacikistanın Suğd 
(Soqd), Özbəkistanın Əndican, Namanqan, Fərqanə, 
Daşkənd,  Cizak  və  Sırdərya,  Qazaxıstanın  Qızıl  Orda  və  Cənubi 
Qazaxıstan  vilayətlərindən  keçərək  bu  dövlətlərin  su  ilə  təminatında, 
onların kənd təsərrüfatında və hidroenergetikasında müstəsna rol oynayır. 
Onu da nəzərə alaq ki, təkcə 1960-2000-ci illər ərzində bu ölkələrdəki 
əkin sahələri təqribən iki dəfə artmış, transsərhəd çaylar üzərində xeyli iri 
və kiçik hidrotexniki qurğular inşa olunmuşdur. Mərkəzi Asiya dövlətləri 
müstəqillik əldə etdikdən sonra həm Amudəryanın, həm də Sırdəryanın 
məhdud potensialından birtərəfli qaydada istifadə etməklə, nəinki təkcə 
kənd təsərrüfatı sahələrini genişləndirmiş, üstəlik onların hidroenergetik 
potensialından israfçılıqla, hətta bir-birinin milli maraqlarına zidd şəkildə 
istifadə etməyə başlamışlar.
 
Şirin  su  hazırda  Mərkəzi  Asiyanın  «qardaş  respublikalarını» 
iki  antoqonist  cəbhəyə  –  kəskin  su  qıtlığı  içərisində  olan  ölkələrə 
(Özbəkistan, Qazaxıstan, Türkmənistan) və zəngin su ehtiyatlarına malik 
dövlətlərə 
(Tacikistan,  Qırğızıstan)  bölmüşdür.  Məsələn,  Özbəkistanın 
ümumi şirin su ehtiyatları ildə cəmi 50-60 kubkilometrə bərabərdir. Bu 
həcmin  təqribən  38-48  kubkilometrlik  hissəsi  ölkənin  hüdudlarından 
kənarda  –  Tacikistanda  və  Qırğızıstanda  formalaşır  və  onlarda  güclü 
azalma  tendensiyası  müşahidə  olunmaqdadır.  Qazaxıstan  da  kəskin 
su  çatışmazlığı  problemi  ilə  üzləşməkdədir.  Ölkənin  ətraf  mühitin 
mühafizəsi  naziri  Nurlan  Kapparov  su  qıtlığının  2050-ci  ilədək  üç 
dəfə  arta  biləcəyini  bildirmişdir.  Onun  sözlərinə  görə,  təsirli  tədbirlər 
görülməzsə, tələbat təklifi üç dəfə üstələyəcək, Qazaxıstanın transsərhəd 
sulardan  asılılığı  artacaqdır
67
.  Hələlik,  mübahisələrə  fəal  qoşulmayan, 
siyasi debatları kənardan müşahidə etməklə kifayətlənən Türkmənistan 
da  çətin  durumdadır.  Onun  su  ehtiyatlarının  95%-i  ölkədən  kənarda 
formalaşır. 
Xatırladaq  ki,  SSRİ  dönəmində  transsərhəd  su  axarlarından,  o 
cümlədən, Amudərya və Sırdərya çaylarının su ehtiyatlarından istifadə 
67   «Казахстан ожидает дефицит воды», http://www.vestikavkaza.ru/news/Kazakhstan-
ozhidaet-defitsit-vody.html


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə