Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə26/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   22   23   24   25   26   27   28   29   ...   60

       71
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
olunması  mövcud  İttifaq  qanunları  və  normaları  ilə  tənzimlənir  və 
sudan  istifadə  mərkəzləşdirilmiş  qaydada  idarə  olunurdu.  Qazaxıstan, 
Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan dövlət müstəqilliyi 
əldə etdikdən sonra regionun su təsərrüfatının «qarşılıqlı faydalı şərtlər və 
dövlətlərarası əməkdaşlıq çərçivəsində idarə olunması» məqsədilə 1992-
ci ildə müvafiq saziş imzalamışlar. Lakin, bu sazişin mənfi cəhəti onun 
hidroenergetika  məsələlərini  nəzərdə  tutmaması  və  su  ehtiyatlarının 
bölgüsündə  SSRİ  dövründən  qalma  normaların 
(kvotaların)  əsas 
götürülməsi  olmuşdur.  Nəticədə,  Mərkəzi  Asiya  dövlətlərinin  hər 
biri  bu  hüquqi  boşluqdan  istifadə  edərək  bir-biri  ilə  razılaşdırılmamış 
qaydada,  bəzən  isə  «basmaçı  üsulları»  ilə  qonşularının  su  payını  da 
mənimsəyir,  transsərhəd  çaylar  üzərində  bəndlər  və  hidroenergetika 
qurğuları  inşa  edərək  onların  ərazilərinə  keçən  suaxarların  səviyyəsini 
azaldırlar. Maraqlıdır ki, həm zəngin su ehtiyatlarına malik olanlar, həm 
də su çatışmazlığı ilə üzləşənlər öz irad və iddialarında beynəlxalq hüquq 
normalarına  söykənirlər.  Tacikistan  və  Qırğızıstan  hər  bir  dövlətin  öz 
təbii  sərvətlərindən  istifadə  etmək  hüququnu  önə  çəkir,  Özbəkistan, 
Türkmənistan  və  Qazaxıstan  isə  transsərhəd  sulardan  istifadə  zamanı 
qonşu  dövlətlərin  maraqlarının  da  nəzərə  alınmasının  vacibliyini 
vurğulayırlar.  Bu  polemika  davam  etdikcə,  Amudərya,  Sırdərya,  Vəhş 
(Surxob), Narın kimi çayların yuxarı hissəsində yaşayanlar su ehtiyatlarını 
tam inhisara almaqda davam edir, su axarlarının aşağı hissəsinin əhalisi 
isə  ciddi  su  çatışmazlığı  problemi  ilə  üzləşir.  Beləliklə,  Mərkəzi  Asiya 
üçün ənənəvi olan «kətmən davaları» getdikcə siyasi müstəviyə çıxaraq, 
dövlətlərarası münasibətlərdə gərginliyin kritik həddə çatmasına, radikal 
dəyişikliklərə aparan hərbi-siyasi münaqişələr üçün zəmin yaranmasına 
səbəb  olmuşdur.  Hazırda  Türkmənistanın  Daşoğuz  rayonunda, 
Özbəkistanın  Qaraqalpaq  Respublikasında  və  Xarəzm  vilayətində 
kəskin  su  böhranları,  Qazaxıstanın  Şardarinsk  su  elektrik  stansiyasının 
hövzəsində  suyun  səviyyəsinin  kəskin  aşağı  düşməsi  bu  ərazilərdə 
geosiyasi  və  sosial-iqtisadi  vəziyyəti  xeyli  gərginləşdirmişdir.  Bütün 
bunları ironik də olsa, Vladimir Leninin hələ 1915-ci ildə irəli sürdüyü 
inqilabi  şəraitin 
(burada:  hidromüharibələr)  əlamətlərindən  birinin 
Mərkəzi  Asiyadakı  təzahürü  də  adlandırmaq  olar.  Yəni,  «aşağılar» 
(su 
qıtlığı ilə üzləşən dövlətlər) əvvəlki kimi yaşamaq istəmir, «yuxarılar» (su 
ehtiyatlarına malik dövlətlər) isə hegemonluq iddialarını davam etdirirlər. 


72        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Qarşıdurmalardan  kənarda  olan  neytral  Türkmənistan  isə  ölkənin 
şirin  su  ilə  təmin  olunmasını  nisbətən  yaxşılaşdırmaq  məqsədilə  hələ 
ötən  əsrin  90-cı  illərinin  axırlarında  susuz  Qaraqum  səhrasında  yeni 
hidrotexniki obyektin – «Altın asır» 
(Qızıl əsr) su anbarının tikintisinə 
başlamışdı. Uzunluğu 103 kilometr, eni 18,6 kilometr, ümumi su tutumu 
isə  132  km
3
  olan  süni  gölün  ilk  novbəsinin  tikintisi  2009-cu  ildə  başa 
çatdırılmışdır. «Altın asır»ın suvarılan əkin rayonlarından kollektorlar 
vasitəsilə  nəql  ediləcək  drenaj  suları  hesabına  doldurulması  nəzərdə 
tutulur.  Lakin,  mütəxəssislər  yeni  su  anbarının  gözlənilən  səmərə 
verməyəcəyi,  əksinə  regionda  ekoloji  tarazlığı  ciddi  şəkildə  pozacağı 
qənaətindədirlər
68
.
 
Türkmənistanda su ehtiyatlarına qənaəti əhalinin diqqət mərkəzində 
saxlamaq üçün hər ilin aprel ayının ilk bazar günündə «Su damlası – altun danəsi» 
devizi altında ümumxalq bayramının keçirilməsi ənənə xarakteri almışdır. 
69
 
Şanxay  Əməkdaşlıq  Təşkilatına  üzv  dövlətlərin  prezidentlərinin 
2007-ci il avqust ayının 16-da Bişkek şəhərində keçirilmiş toplantısında 
Özbəkistan  prezidenti  İslam  Kərimov  su  ehtiyatları  zəminində  siyasi 
qarşıdurmalara  son  qoymaq  məqsədilə  ortaq  maraqlara  cavab  verən 
təkliflər  irəli  sürmüşdür.  Həmin  təkliflərə  əsasən,  Mərkəzi  Asiyanın 
transsərhəd  çaylarının  su  ehtiyatlarından  istifadə  zamanı  beynəlxalq 
hüquq  normalarının  tələbləri  və  bütün  region  əhalisinin  mənafeləri 
nəzərə alınmalı, su axarlar üzərində hər hansı bir hidrotexniki fəaliyyət 
regionun  su  balansına,  ekoloji  şəraitə  mənfi  təsir  göstərməməlidir. 
Vurulan ziyan zamanı onun nəticələrinin aradan qaldırılması məqsədilə 
təxirəsalınmaz  tədbirlər  görülməli,  zərurət  yaranarsa,  təzminat 
68   http://www.memoid.ru/node
69   http://www.turkmenistan.gov.tm/?id=3722


       73
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
ödənilməsi  məsələsinə  baxılmalıdır.  Bundan  başqa,  transsərhəd  su 
axarları üzərində tikilən bütün hidrotexniki qurğuların layihələri ciddi 
ekspertizadan  keçirilməli,  maraqlı  tərəflər  məlumatlandırılmalı  və 
onların mənafeləri nəzərə alınmalıdır. Lakin, Tacikistan və Qırğızıstan 
yenə də həmin təklifləri məqbul hesab etməmişlər.
Beynəlxalq  Böhran  Qrupunun  prezidenti  Luiza  Arbor  ABŞ-nin 
nüfuzlu «Foreign Policy» jurnalının dekabr nömrəsində dərc etdirdiyi 
«2012-ci  ilin  10  müharibəsi»  başlıqlı  məqaləsində  su  ehtiyatlarına 
nəzarət uğrunda Mərkəzi Asiya dövlətləri arasında müharibə ehtimalının 
yüksək  olduğunu  xüsusi  vurğulamışdır.  Özbəkistanın  Tacikistan  və 
Qırğızıstan ilə hərbi qarşıdurmalarını daha real və region üçün təhlükəli 
hesab edən müəllif su münaqişələrinin qısa vaxt ərzində qarşılıqlı ərazi 
iddiaları  və  etnik  zəmində  silahlı  toqquşmalarla  müşayiət  olunması 
ehtimalının  tədricən  artdığını  bildirir.  Həmin  ölkələrin  sərhədçiləri 
arasında  müntəzəm  baş  verən  toqquşmalar,  kütləvi  sərhədpozuculuğu 
halları  və  kütləvi  informasiya  vasitələrində  aparıcı  mövzulara  çevrilən 
«atəş mübadilələri» bu proqnozun reallığını təsdiqləyir. Rusiya Elmlər 
Akademiyası  Etnologiya  və  Antropologiya  İnstitutunun  əməkdaşı 
Valentin Buşkov Mərkəzi Asiya dövlətlərindəki su problemini «regiondakı 
sabitliyə başlıca təhdid» adlandırmışdır: 
«Regionun bəzi dövlətlərində 
su ehtiyatlarının tükənməsi nəticəsində yaranan problemi ənənəvi 
üsullarla, hətta Qanq çayından kanal çəkilişi kimi fantastik və qeyri-
ciddi  layihələrlə  aradan  qaldırmaq  mümkünsüzdür.  Çıxış  yolu 
kənd təsərrüfatının əsaslı şəkildə yenidən qurulmasında, sənayedə 
suya qənaət edən və onu təkrar istehsala qaytaran texnologiyaların 
tətbiqində,  sutəmizləyici  və  duzlu  suyu  şirinləşdirən  qurğuların 
istismarında, həmçinin su ilə əlaqəli sosial məsələlərin həllindədir. 
Bu  məqsədlə  mütəxəssislər  hazırlanmalı,  əhalinin  psixologiyası, 
suya münasibəti dəyişdirilməlidir»
70
. 
2008-ci  ilin  iyul  ayında  Düşənbədə  «Su  ilə  əlaqəli  olan  təbii 
fəlakətlərin  risk  dərəcəsinin  azaldılması»
  mövzusunda  keçirilmiş 
beynəlxalq  konfransda  Şanxay  Əməkdaşlıq  Təşkilatının 
(ŞƏT)  Baş 
Katibi  Bolat  Nurqaliyev  kəskin  su  çatışmazlığının  regionda  qarşılıqlı 
ərazi  iddialarının  yaranması,  terrorizm  və  separatizmin  daha  kəskin 
şəkildə təzahür etməsi, sərhəd münaqişələrinin baş qaldırması üçün real 
bəhanə olduğu barədə xəbərdarlıq etmişdir. Məsələn, Fərqanə vadisinin 
Tacikistan,  Özbəkistan  və  Qırğızıstan  arasında  bölünmüş  hissələrində 
70   В.Бушков. «Водные проблемы Центральноазиатского региона», http://kungrad.com/
aral/ekology/water/


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə