Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə34/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   30   31   32   33   34   35   36   37   ...   60

       91
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Regionun ən iri su axarlarından olan Fərat çayının su ehtiyatlarının 
98%-i, Dəclə çayının isə 45%-i Türkiyə ərazisində formalaşır. Fərat çayının 
su axımının 98%-i 
(31 milyard m
3
Türkiyənin, cəmi 11%-i isə Suriyanın 
payına düşür. Türkiyə və Suriya arasında münasibətlərin pisləşməsinin 
arxasında rəsmi Dəməşqin kürd separatizmini asıq şəkildə dəstəkləməsi, 
öz ərazisində Kürd İşçi Partiyasının
 (PKK) hərbi təlim düşərgələrinə yer 
verməsi  ilə  yanaşı,  Dəclə  və  Fərat  çayları  sularının  bölüşdürülməsində 
yaranan  ziddiyyətlər  də  dayanır.  1980-ci  ildən  başlanan  diplomatik 
polemika dəfələrlə hər iki tərəfdən qoşunların sərhəddə cəmləşdirilməsi 
həddinə  çatdırılmışdır.  Suriyada  getdikcə  kəskin  xarakter  alan  su 
çatışmazlığı, nəhayət, 1987-ci ildə Dəməşqi su ehtiyatlarından istifadəyə 
dair ikitərəfli sazişə imza atmağa, Türkiyənin irəli sürdüyü siyasi şərtlərlə 
razılaşmağa  vadar  etmişdir.  Beləliklə,  Suriya  terrorçu-separatçı  PKK 
qruplaşmalarına hərbi-siyasi yardım göstərməkdən rəsmi şəkildə imtina 
etmişdir.  Lakin  reallıqda  Suriya  rəhbərliyi  həmin  qüvvələrə  hərtərəfli 
dəstək  verməkdən  çəkinməmişdir.  1987-ci  ildə  hər  iki  ölkə  Suriyanın 
Fərat çayından istifadəsi haqqında Protokol imzalasalar da, aralarındakı 
hidrosiyasi qarşıdurma səngiməmiş, 1990-cı ilin yanvar ayında Türkiyə 
tərəfinin  Atatürk  adına  su  anbarının  (
Atatürk  Barajı)  səviyyəsinin 
istismar həddinə çatdırılması məqsədilə bir ay müddətinə Fərat çayının 
Suriya  ərazisinə  keçən  hissəsində  suyun  həcmini  azaltması  növbəti 
siyasi  gərginliyə  səbəb  olmuşdur.  Nəticədə,  Dəməşq  və  Bağdad  bir 
araya  gələrək  çayın  Türkiyənin  cənubundan  Hələb  yaxınlığındakı  «əl-
Əsəd»  süni  dəryaçasınadək  olan  hissəsinin  «tamamilə  qurumasını» 
bəhanə gətirmiş, Ankaranın bu hərəkətini «ərəb dünyasına qəsd» kimi 
dəyərləndirmiş,  problemi  beynəlxalq  səviyyədə  müzakirəyə  çıxarmaq 
məqsədilə Ərəb Dövlətləri Liqasına müraciət etmişlər
99

Fərat  və  Dəclə  çaylarının  su  ehtiyatlarının  bölüşdürülməsinə  dair 
mübahisələrin  hüquqi  baxımdan  tənzimlənməsi  sahəsində  ilk  addım 
1946-cı  ildə  Türkiyə  və  İraq  arasında  bağlanmış  müqavilə  olmuşdur. 
Müqavilənin  şərtlərinə  görə,  həmin  çaylar  üzərində  tikiləcək  istənilən 
hidrolayihə haqqında tərəflərin qabaqcadan bir-birini məlumatlandırması 
və qarşılıqlı məsləhətləşmələrin aparılması nəzərdə tutulmuşdur. 1980-ci 
ildə bu ölkələr arasında bağlanmış protokola əsasən, su mübahisələrini 
nizamlayan qurum – 
Birgə Texniki Komitə yaradılmışdır. 1983-cü ildə 
Suriyanın da həmin komitəyə qoşulmasına baxmayaraq, yeni qurum su 
münaqişələrinin  həllində  nəzərəçarpacaq  irəliləyişə  nail  ola  bilməmiş, 
99   Ю.Рысбеков, «Трансграничное сотрудничество на международных реках: проблемы
опыт, уроки, прогнозы экспертов», Научно-информационный центр, МКВК, 2009 


92        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
1992-ci ildə formal fəaliyyətini tamamilə dayandırmışdır. Bu zaman İraq 
və Suriya yenə də Türkiyəni su ehtiyatlarının istifadəsi ilə bağlı danışıqları 
pozmaqda təqsirləndirmiş, rəsmi Ankara isə onları Türkiyənin və regionın 
mənafelərinə zidd tələblər irəli sürməkdə ittiham etmişdir. Lakin Türkiyəni 
«su işğalında» günahlandıran Suriyanın özü də görünmək istədiyi kimi 
«məsum»  deyildir.  Rəsmi  Dəməşqin  transsərhəd  Asi  çayının 
(Oront) 
qarşısını kəsərək üzərində Dastan və Mahərd bəndlərini inşa etdirməsi, 
Cizr əl-Uqhur şəhərində sutəmizləyici qurğunun istifadəyə verilməsi və 
beləliklə, çayın illik su axımının 90%-ni mənimsəməsi Türkiyənin Hatay 
vilayətinin su təchizatını xeyli dərəcədə pisləşdirmişdir. Üstəlik, Suriya 
tikilməkdə olan Zezun və Kastun bəndlərini də istismara daxil edərsə, bu 
zaman illik su axımı 1,2 milyard m
3
-ə çatan Asi çayından Türkiyəyə ildə 
cəmi 25 milyon m
3
 pay düşəcəkdir
100
. Lakin Ankara və Dəməşq nəhayət 
ki, bir araya gələrək Asi çayı üzərində müştərək su bəndi tikməyi qərara 
almışlar. Bunu görən Bağdad da Dəclə çayı üzərində tikilən və Türkiyə ilə 
su mübahisələrinə səbəb olan digər hidrotexniki qurğunun - İlısu bəndinin 
inşasından  imtina  etmişdir.
  Bundan  başqa,  rəsmi  Ankara  transsərhəd 
sulardan istifadəyə dair region dövlətləri üçün məqbul sayıla biləcək yeni 
hidrosiyasət modelinin hazırlanmasını və adaptasiyasının başlanılmasını 
bildirmiş və su bölgüsü ilə əlaqəli bütün mübahisəli məsələlərin üçüncü 
tərəfin  müdaxiləsi  olmadan,  yalnız  ikitərəfli  danışıqlar  yolu  ilə  həllini 
təklif etmişdir. Ekspertlərin fikrincə, Türkiyənin bu mövqeyi bir tərəfdən 
qonşu  dövlətlərlə  münasibətlərinin  yaxşılaşmasına,  digər  tərəfdən  isə 
İraqın  şimal  hissəsində  müstəqil  kürd  dövlətinin  yaradılmasına  qarşı 
yönəldilmişdir.
101
 
Türkiyənin  yeni  hidrosiyasi  konsepsiyası  dünyanın  ən  böyük 
doqquz  layihəsindən  biri  olan  Cənub-Şərqi  Anadolu  Layihəsində 
(Güneydoğu  Anadolu  Projesi  -  GDA)  öz  təzahürünü  tapmaqdadır.  Bu 
barədə  fərqli  mövqelərə  baxmayaraq,  GDA  layihəsi  transsərhəd  Dəclə 
və  Fərat  çaylarının  su  ehtiyatlarını  təkcə  Türkiyənin  deyil,  İraq  və 
Suriyanın  da  maraqlarının  təminatına  yönəltməyə,  onların  da  elektrik 
enerjisi  ilə  təminatının  yaxşılaşdırılmasına,  suvarılan  torpaq  sahələrini 
artırmaqla  kənd  təsərrüfatının  inkişaf  etdirilməsinə  geniş  imkanlar 
açacaqdır. Layihəyə əsasən, Fərat və Dəclə çayları üzərində 22 su bəndi, 
19  hidroelektrik  stansiya,  irriqasiya  obyektləri  inşa  etmək,  şəhər  və 
100     A.Ирхин, «Проблема водных ресурсов в реализации региональной политики 
Турции», http://nomos.com.ua/content/view/64/84/)
101  A.Караева, «Водные ресурсы Азербайджана и Турции», http://kornelij.livejournal.
com/707443.html)


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə