Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə30/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   26   27   28   29   30   31   32   33   ...   60

       81
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
rolunu  yenidən  oynamağa  hazırdır.  Lakin,  siyasi  tamaşada  bu  obrazın 
sözləri əvvəlkitək Moskvada deyil, Vaşinqtonda yazılacaqdır
84
. Qeyd edək 
ki, vaxtilə ABŞ-nin tanınmış politoloqu Fredrik Star Özbəkistanı ABŞ-
nin Mərkəzi Asiyadakı maraqlarının ifadəçisi -
 «anchor state» (lövbər/
dayaq dövləti) adlandırmışdır. Onun fikincə, «Mərkəzi Asiyanın vahid 
mərkəzdən  idarə  olunmasına  ehtiyac  vardır.  Bu  mərkəz  regionda 
sabitlik, sağlam balans yaradacaq, regional təhlükəsizliyə, Avropaya, 
NATO-ya  xidmət  edəcəkdir.  Regionda  yalnız  Özbəkistan  sabitlik 
yaratmaq  funksiyasını  öhdəsinə  götürmək  imkanına  malikdir»
85
. 
Bütün bunlar bir daha sübut edir ki, Rusiya Federasiyasının Özbəkistana 
yönəlik siyasəti səbəbsiz deyildir və rəsmi Moskva regiondakı mövqelərini 
istənilən halda nə Qərbə, nə də Tacikistana güzəştə getməyəcəkdir. Qeyd 
edildiyi kimi, onun Mərkəzi Asiyaya istiqamətlənmiş hidrosiyasətindən, 
«barışdırıcı  tərəf»  imitasiyasından  başlıca  məqsəd  regionun 
perspektivli  iqtisadi-siyasi-sosial  təzyiq  vasitəsi  olan  su  ehtiyatlarını  və 
hidroenergetikasını  tam  nəzarətə  götürməklə,  Qazaxıstan,  Özbəkistan, 
Qırğızıstan,  Türkmənistan  və  Tacikistanı  geosiyasi  mənafeləri 
çərçivəsində  saxlamaqdır.  Bu  baxımdan,  Daşkəndin  rəsmi  etirazlarına 
baxmayaraq,  məhz  Rusiyanın  iştirakı  ilə  Roqun  stansiyasının  tikilib 
istifadəyə  verilməsi  labüddür.  Nəticədə,  Moskva  Özbəkistanın  siyasi 
oriyentasiyasından, Rusiya üçün əhəmiyyətli məsələlərə münasibətindən 
asılı  olaraq,  bu  ölkə  üçün  su  limitini  artırıb-azaltmaq  imkanına  malik 
olacaqdır. 
ABŞ-ın  Şimali  Dakota  Universitetinin  tədqiqatçıları  Tomas  de-
Satter,  Cey  Leyç  və  Nyu-Meksika  Universitetindən  Şahruhmirzə 
Cəlilov «Beynəlxalq su ehtiyatları və ekoloji mühəndislik» jurnalında 
dərc  etdirdikləri  «Roqun  SES-in  Özbəkistan  iqtisadiyyatına 
təsiri»  başlıqlı  məqalədə  stansiya  tikintisinin  yaradacağı  kəskin  su 
çatışmazlığının  ölkənin  kənd  təsərrüfatına  hər  il  600  milyon  ABŞ 
dolları məbləğində ziyan vuracağını, ümumi daxili məhsulun həcminin 
2%  aşağı  düşəcəyini,  300  min  nəfərin  isə  iş  yerlərini  itirəcəklərini 
proqnozlaşdırmışlar.  Mütəxəssislər  ziyanı  maksimum  40%  azaltmaq 
üçün  Özbəkistana  qabaqlayıcı  tədbirlər  görməyi,  su  ehtiyatlarından 
istifadə  qaydalarını  və  normaları  dəyişdirməyi,  sudan  istifadənin 
84   «Независимая газета», №10, 29/11/2000
85  «Making Eurasia Stable», Foreign Affairs, vol. 75 no. 1, January/February 1996


82        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
səmərəsinin  yüksəldilməsini  təklif  edirlər.  Onlar  Roqun  SES-in  vura 
biləcəyi  zərəri  iki  ssenari  üzrə  dəyərləndirmişlər.  Birinci  ssenari 
Roqun  dəryaçasının  su  ilə  doldurulması  mərhələsini  əhatə  edir. 
Anbarın işlək vəziyyətə çatdırılması üçün 12,4 il 
(özbək hidroloqlarının 
hesablamalarına görə 8 il) vaxt tələb olunur və həmin müddət ərzində 
Amudərya çayının orta illik su axımının cəmi 2%-dən istifadə edildiyi 
üçün Özbəkistan kənd təsərrüfatı o qədər də ciddi ziyan çəkməyəcəkdir. 
Lakin,  ikinci  ssenariyə  əsasən,  stansiya  tam  gücü  ilə  işə  salındıqdan 
sonra Amudəryada suyun səviyyəsi yay aylarında 18% azalacaq, qışda 
isə  əksinə,  54%  yüksələcəkdir.  Nəticədə  may-sentyabr  aylarını  əhatə 
edən intensiv suvarma mövsümündə Özbəkistan kəskin su çatışmazlığı 
ilə üzləşəcək, ilin digər aylarında isə həm əkin sahələri, həm də yaşayış 
məntəqələri sel və daşqınlara məruz qalacaqdır
86

Digər  tərəfdən,  son  dövrlərdə  bəzi  xarici  siyasət  məsələlərində 
Moskva, Daşkənd və Düşənbənin mövqelərində yaranan fikir ayrılığı 
Rusiyanı  «regional  arbitraj»  imici  imitasiyasını  bir  kənara  qoyub 
daha radikal addımlar atmağa, Roqun SES-in gələcək taleyi ilə bağlı 
«zərbəni  öz  üzərinə»  götürməyə  vadar  edir.  Təsadüfi  deyildir  ki, 
hazırda  Rusiya-Tacikistan  danışıqlarında  Moskvanın  irəli  sürdüyü 
əsas şərt stansiya səhmlərinin 75%-ni, eləcə də hasil edilən elektrik 
enerjisinin  satışına  nəzarəti  öz  əlinə  keçirmək  istəyidir.  Tacikistan 
isə  stansiyanın  Rusiyanın  mülkiyyətinə  çevrilməsi  perspektivindən 
hələlik qəti şəkildə imtina edir. Bəzi ekspertlər Roqun SES ilə bağlı 
mübahisələrdə  Moskvanın  «qeyri-müəyyən»  siyasətini  –  vaxtaşırı 
olaraq  gah  Daşkəndin,  gah  da  Düşənbənin  mövqelərini  müdafiə 
eiməsini ABŞ və Rusiya arasında siyasi gəzişmələr edən Özbəkistan və 
Tacikistanı Şanxay Əməkdaşlıq Təşkilatında və Kollektiv Təhlükəsizlik 
Müqaviləsi  Təşkilatında  üzv  saxlamaq  cəhdi  kimi  qiymətləndirirlər. 
Lakin,  həm  Tacikistan,  həm  də  Özbəkistan  rəsmi  Moskvanın 
«karusel  siyasətinin»  hansı  maraqlardan  irəli  gəldiyini,  Rusiyanın 
«yumşalmasının»  və  «radikallaşmasının»  geosiyasi  səbəblərini 
yaxşı  dərk  edirlər
87
.  Tacikistanda  həm  də  ona  əmindirlər  ki, Roqun 
SES-in  tikintisini  ləngidən  maneələrdən  biri  Rusiya  və  Özbəkistan 
86   «Узбекистан будет терять $600 млн. в год из-за Рогунской ГЭС», http://www.rosbalt.ru/
exussr/2012/06/05/989029.html
87   А.Шустов. «Таджикско-узбекский конфликт и позиция России», http://www.centrasia.
ru/newsA.php?st=1270445520


       83
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
arasında  olan  qaz  anlaşmasıdır.  Prezident  V.Putinin  Mərkəzi  Asiya 
siyasətində  «Qazprom»  şirkətinin  maraqları  Rusiyanın  geosiyasi 
mənafelərinin təminatına yönəldilmişdir. Düşənbədə çıxan «Millat» 
qəzetinin  yazdığı  kimi, 
«nə  qədər  ki,  Rusiyanın  Özbəkistan 
qazında  maraqları  var,  Moskva  İslam  Kərimovun  mövqeyini 
dəstəkləyəcəkdir».  Lakin,  V.Putin  Özbəkistanın  Mərkəzi  Asiyada 
güc  mərkəzi  kimi  möhkəmlənməsində,  «regional  liderlik» 
iddialarının reallaşmasında maraqlı deyildir. Çünki, bu zaman rəsmi 
Moskvanın Mərkəzi Asiya dövlətlərinə təsir imkanları azalacaq, digər 
tərəfdən Özbəkistan Moskvadan əlavə imtiyazlar tələb edə biləcəkdir.
2012-ci  il  sentyabr  ayının  əvvəllərində  Nursultan  Nazarbayev  və 
İslam  Kərimovun  Astana  şəhərində  növbəti  görüşü  zamanı  qəbul 
edilən  birgə  bəyanat  regiondakı  «kətmən  davasının»  təhlükəli 
hidromünaqişə  həddinə  çatdığını  göstərməkdədir.  Sənəddə  deyilir: 
«Qırğızıstan «Kambar Ata-1» Su Elektrik Stansiyasının tikintisi 
üçün Qazaxıstanın və Özbəkistanın razılıqlarını almalıdır». O da 
bildirilir  ki,  Mərkəzi  Asiyanın  hidroenergetika  problemləri  ilə  əlaqəli 
bütün məsələlər, o cümlədən transsərhəd çaylar üzərində hidrotexniki 
qurğuların inşası hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına 
və region dövlətlərinin maraqlarına uyğun həll olunmalıdır. Özbəkistan 
və Qazaxıstanın texniki xarakterli iradlarından biri Roqun və «Kambar 
Ata-1» Su Elektrik stansiyaları layihələrinin ötən əsrin 70-80-ci illərində, 
SSRİ-nin normativləri əsasında hazırlanmasıdır. Belə ki, 40-50 il ərzində 
həmin normativlər əhəmiyyətini və tətbiq imkanını itirmişdir. Bundan 
başqa,  Roqun  su  elektrik  stansiyasında  bəndin  hündürlüyünün  350 
metr, Narın çayı uzərində tikilən «Kambar Ata-1» SES-in isə 275 metr 
olduğunu nəzərə alsaq, Qazaxıstan və Özbəkistanın düzən zonalarının 
əhalisi Sırdərya və Amudərya çaylarında su axımının nisbətən bərpası 
üçün  8-9  il  ağır  quraqlıq  şəraitində  yaşamağa  məhkumdur.  Daşkənd 
ekspertlərinin  qənaətinə  görə,  bu  tipli  genişmiqyaslı  obyektlərin 
inşasından  əvvəl  beynəlxalq  ekspertiza  aparılmalı,  layihə  texniki-
iqtisadi cəhətdən əsaslandırılmalı və digər dövlətlərin milli maraqlarına 
təsiri  müəyyənləşdirilməlidir
88
.  Qeyd  edək  ki,  Qırğızıstan  və 
Özbəkistan ərazilərindən keçən Narın 
(Alabuqatuz) çayı Qaradərya ilə 
birləşərək, Sırdərya çayını yaradır və bu su axımı Qazaxıstana daxil olur. 
Prezidentlərin  görüşü  zamanı  İslam  Kərimov  onu  da  vurğulamışdır 
ki, mübahisə doğuran hər iki stansiya seysmik cəhətdən aktiv zonada 
88   http://www.centrasia.ru/newsA.php?st=1237885200


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə