Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə27/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   23   24   25   26   27   28   29   30   ...   60

74        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
sərhəd  xəttinin  demarkasiya  və  delimitasiya  edilməməsi  əhalini  bir 
dövlətdən  digərinə  sərbəst  miqrasiya  etməyə,  yeni  məskunlaşdıqları 
ərazilərdə  milli  icmalar  yaratmağa,  qanunsuz  olaraq  məhsuldar 
torpaqları, su ehtiyatlarını ələ keçirməyə sövq edir, eyni zamanda, burada 
separatizm  meyillərinin  və  etnik  dözümsüzlüyün  baş  qaldırmasına 
şərait  yaradır.  Hazırda  Özbəkistan  və  Qırğızıstan  arasında  «kətmən 
müharibələri» daha təhlükəli xarakter almaqdadır. Rəsmi Daşkənd illər 
boyu  toplanmış  borca  görə  Qırğızıstana  qaz  verilməsini  dayandırmış, 
Bişkek isə bunun müqabilində Toktoqul su anbarının bəndlərini açaraq 
özbəklərin süni dəryaçasını dağıtmış, əkin sahələrini susuz qoymuşdur. 
Digər bir misal. 2008-ci ilin mart ayında Tacikistanın İsfarin rayonunun 
150  nəfər  sakinindən  ibarət  dəstə  rayon  hakiminin 
(icra  hakimiyyəti 
başçısının)  rəhbərliyi  ilə  Qırğızıstan  ərazisinə  soxulmuş  və  buradakı  su 
bəndini dağıtmağa cəhd göstərmişdir. Qırğızıstan sərhədçilərinin səyləri 
nəticəsində  bu  diversiyanın  qarşısı  alındıqdan  sonra  İsfarin  hakimi 
Mühibə Yaqubova tacikləri dörd gün susuz qoyan bəndin «mübahisəli 
ərazidə» və qanunsuz tikildiyini bildirmişdir
71

Regionun  su  problemi  və  onun  yarada  biləcəyi  iqtisadi-siyasi  və 
etnik fəsadlar Beynəlxalq Böhran Qrupunun (
International Crisis Group) 
«Mərkəzi Asiya: su və münaqişələr» adlı hesabatında da əksini tapmış, 
regionun  bütün  kəndlərində  «su  müharibələrinin»  baş  qaldırması 
üçün  real  zəmin  yarandığı  vurğulanmışdır.  Bu  qarşıdurmalarda  hər 
bir  tərəf  öz  arqumentləri  ilə  çıxış  edir.  Su  çatışmazlığı  ilə  üzləşənlər 
(Qazaxıstan,  Türkmənistan,  Özbəkistan)  onu  «Allahın  bütün  insanlara 
göndərdiyi  nemət»,  region  xalqlarının  ümumi  sərvəti»  adlandırır,  bu 
ehtiyatlara  nəzarət  edənlər 
(Tacikistan,  Qırğızıstan)  isə  suyun  hər  bir 
dövlətin  strateji  mülkiyyəti  olduğunu  bildirirlər.  Maraqlıdır  ki,  Şanxay 
Əməkdaşlıq  Təşkilatına  üzv  dövlətlərin 
(Çin,  Rusiya,  Qazaxıstan, 
Tacikistan, Qırğızıstan və Özbəkistan) hər birinin su ehtiyatları ilə bağlı 
qarşılıqlı  iddia  və  problemləri  mövcuddur.
  Təhlillərə  əsasən,  məhz  su 
ehtiyatlarının  bölüşdürülməsi  və  istifadəsi  ətrafında  yaranmaqda  olan 
siyasi-iqtisadi gərginlik bu təşkilatın da parçalanmasına səbəb olacaqdır. 
Eyni  zamanda,  Qazaxıstan,  Özbəkistan  və  Əfqanıstan  arasında  da 
«kətmən  münaqişələri»nin  baş  qaldırması  ehtimal  olunmaqdadır. 
Qazaxıstan,  Özbəkistan  və  Türkmənistan  rəsmi  Düşənbə  və  Bişkeki 
hidrostrateji üstünlüklərini siyasi və kommersiya maraqlarının təminatına 
71   А.Евграфов. «Киргизско-таджикские водные войны», http://www.ia-centr.ru/publica-
tions/837/


       75
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
yönəltməkdə, genişmiqyaslı hidroenergetika layihələrini reallaşdırmaqla 
qonşu dövlətləri iqtisadi baxımdan asılı vəziyyətə salmaqda, region ölkələri 
arasında  siyasi-iqtisadi  münasibətləri  süni  şəkildə  gərginləşdirməkdə 
ittiham edirlər. Qırğızıstan mütəxəssisləri isə bu iddialarla razılaşmırlar. 
Bildirirlər  ki,  həmsərhəd  dövlətlərin  bu  ölkənin  su  ehtiyatlarına  iddia 
etmələri qətiyyən normal məntiqə söykənmir. 
Statistik mənbələrə görə, Qırğızıstanın dağlıq ərazilərində formalaşan 
su mənbələrinin illik ümumi həcmi təqribən 51 milyard m³-ə bərabərdir. 
Bu  isə  Mərkəzi  Asiyanın  su  ehtiyatlarının  40%-ni  təşkil  edir.  Lakin, 
Qırğızıstan  onun  yalnız  20%-dən  istifadə  edir.  Rəsmi  Bişkek  iddia 
edir ki, Özbəkistan, Qazaxıstan və Tacikistan heç bir vəsait ödəmədən 
«Qırğızıstanın  milli  sularının»  80%-ni  mənimsəyirlər.  Bişkek  bu 
vəziyyəti  «ədalətsiz,  qırğız  xalqının  mənafelərinə  zidd  olan»  situasiya 
hesab edir: 
«Dünyada Qırğızıstan qədər ağır iqtisadi problemlərlə 
üzləşən,  amma  öz  su  ehtiyatlarını  təmənnasız  olaraq  həmsərhəd 
dövlətlərə verən ikinci dövlət yoxdur»
72
. Qırğızıstan Respublikasının 
elektrik enerjisinə daim kəskin ehtiyacı vardır. Halbuki, ölkədə ümumi 
miqdarı bir milyard ton olan 70 daş kömür yatağı və istifadə edilməyən 
xeyli  sayda  istilik-elektrik  stansiyaları,  qazanxanalar  mövcuddur. 
Bununla belə, Bişkek onların yenidən qurulub istismara qaytarılmasına 
tələsmir,  soyuq  qış  aylarında  mənzillərin  qızdırılmasında  hələ  elektrik 
enerjisi  sərfinə  üstünlük  verməkdədir.  Qırğızıstan  parlamentinin 
yanacaq-energetika  kompleksləri  üzrə  komitəsinin  rəhbəri  Y.Danilov 
belə  israfçılığın  səbəbini  ölkədə  korrupsiyanın  geniş  miqyası  ilə  izah 
etmişdir: 
«Bu  gün  ölkədəki  isitilik  sistemlərinin  90%-i  elektrik 
enerjisi  ilə  işlədilir.  Bu,  görünməmiş  haldır!  Elektrik  enerjisinə 
keçən kimi, əlinə imkan düşən hər kəs dövlətdən enerji oğurluğuna 
başlamışdır.  Hazırda  illik  enerji  həcminin  30-40%-i  oğurluq  yolu 
ilə mənimsənilir». Hətta, Qırğızıstan Respublikasının sabiq prezidenti 
Q.Bakiyev  də  baş  verənlərə  münasibət  bildirərək,  energetika  sahəsini 
«ölkənin əsas korrupsiya mənbəyi» adlandırmışdır
73

Qeyd etmək lazımdır ki, Mərkəzi Asiya ərazisindəki təbii ehtiyatlar, 
o  cümlədən  şirin  su  mənbələri  region  dövlətləri  ərazisində  bərabər 
paylanmamışdır. Məsələn, buradakı daş kömür ehtiyatlarının 89,5%-i, 
neft  yataqlarının  86,2%-i  Qazaxıstan  Respublikasına  məxsusdur.  Qaz 
yataqlarının  42,6%-i  Türkmənistanın,  29,8%-i  Özbəkistanın,  27,8%-
72   M.Aбдуллаева, «Водная проблема Центральной Азии». Независимая газета, 13-03-1998
73  А.Касымов. «Россия хочет стать главным водным арбитром ЦентрАзии», http://www.
centrasia.ru/newsA.php?st=1234423680


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə