Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə18/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   14   15   16   17   18   19   20   21   ...   60

50        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
sinfi  mübarizəyə  transformasiyası  imkanlarını  da  istisna  etmir
40
.  Qeyd 
olunduğu  kimi,  ötən  əsrin  ərazi  və  karbohidrogen  mənbələri  uğrunda 
münaqişələrinin  tədricən  hidromüharibələrə  keçidi  təhlükəli  və 
idarəolunmaz həddə çatmaqdadır. Bu gün hər bir dövlətin su ehtiyatları 
onun  iqtisadi  və  ərzaq  təhlükəsizliyinin,  enerji  siyasətinin,  bütövlükdə 
milli  təhlükəsizlik  mənafelərinin  təminatçısı  olmaqla,  ölkədə  sosial-
siyasi  sabitliyin  qorunmasında  əsas  amillərdən  biridir.  Sirr  deyildir  ki, 
XX əsrin ortalarından etibarən Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya 
və  Cənub-Şərqi  Asiya  ölkələrinin  təcrübəsi  də  göstərir  ki,  yoxsulluq, 
ərzaq çatışmazlığı, qiymətlərin artımı, işsizlik, korrupsiya və mütəşəkkil 
cinayətkarlığın şaxələnməsi kimi bir sıra aktual məsələlərin mənbəyində 
dayanan  şirin  su  çatışmazlığı  daxili  siyasətə  də  güclü  təsir  göstərmək 
imkanına malikdir. 
Sənayenin və aqrar sektorun inkişafı, əhalinin suya olan tələbatının 
sürətlə artması, daxili su mənbələrinin tükənməsi, quraqlıq hallarının 
intensivləşməsi  daxili  və  dövlətlərarası  hidromünaqişələr  üçün 
yeni  zəminlər  yaratmaqdadır.  Eyni 
zamanda,  daxili  hidroproblemləri 
aradan  qaldırmaq  və  paralel  olaraq, 
qonşu  dövlətlərə  siyasi-iqtisadi  təsir 
imkanlarını 
artırmaq 
məqsədilə 
transsərhəd  su  ehtiyatlarına,  ortaq 
şirin  su  hövzələrinə  və  yeraltı 
yataqların 
yerləşdiyi 
torpaqlara 
yeni  ərazi  iddialarının  konturları 
görünməkdədir. Belə ki, müasir dövrdə 
əsassız  ərazi  iddialarının  bir  çoxunun, 
o  cümlədən  Ermənistan-Azərbaycan, 
Dağlıq Qarabağ münaqişəsinin arxasında da rəsmi Yerevanın şirin su 
ehtiyatlarını  nəzarətə  götürmək  planları  gizlənməkdədir.  Məsələn, 
Mərkəzi  Asiya  ölkələri  içərisində  zəngin  şirin  su  mənbələrinə 
malik  Tacikistan  Respublikası  hazırda  bu  üstünlükdən  digər  region 
ölkələrinə,  xüsusilə  ona  ərazi  iddiaları  irəli  sürən  Özbəkistana  qarşı 
siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə etməkdədir. Tacikistanın 
Sərhədyanı  Dövlətlərlə  Əməkdaşlıq  Assosiasiyasının  nümayəndəsi 
Andronik  Derenikyan  rəsmi  Düşənbənin  hidrostrateji  mövqeyini 
və  gələcək  planlarını  belə  bir  «geosiyasi  ironiya»  ilə  izah  etməyə 
40   «Нехватка воды в мире приводит к локальным военным конфликтам»,  http://aquaalians.ru/
Təkcə 2001-ci ildən 2013-cü ilin 
əvvəllərinə kimi Yer üzündə şirin 
su zəminində 41 lokal münaqişə
o cümlədən Asiyada - 6, Latın 
Amerikasında – 8, Afrikada – 11, 
Yaxın Şərqdə – 15 qarşıdurma 
əhalinin ən müxtəlif sosial 
təbəqələrini əhatə etmişdir. 


       51
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
çalışmışdır: 
«Suyun  yaxın  dövrlərdə  əmtəə  xarakteri  daşıyacağı 
labüddür.  Bu  zaman  bir  dövlət  özünün  su  mənbələrinə  qənaətlə 
yanaşacaq,  digəri  isə  qonşusunun  ehtiyatlarına  iddialar  irəli 
sürəcəkdir.  Əgər  təbiət  ölkəmizə  bol  şirin  su  mənbələri  verərək 
qonşuları  bu  nemətdən  məhrum  edib  çətin  vəziyyətə  salıbsa, 
burada Tacikistanın heç bir günahı yoxdur»
41
. 
Yaxın Şərq. Təhlillərə görə, transsərhəd şirin su mənbələrinə nəzarət 
uğrunda  münaqişələrin  yaranması  baxımından  Yaxın  Şərq  və  Mərkəzi 
Asiya ən riskli regionlar hesab olunur. Lakin Tunis, Misir və Liviyada baş 
vermiş «ərəb inqilabları», Suriyada cərəyan edən hadisələr, İran və Qərb 
arasında  hərbi-siyasi  qarşıdurmalar  Yaxın  Şərqdə  hidromünaqişələrin 
vaxtını təxirə salsa da, vəziyyət gərgin olaraq qalır. Yaxın Şərq regionunda 
İsrail,  İordaniya  və  qismən  də  Fələstin  Muxtariyyəti  ötən  əsrin  40-cı 
illərindən indiyədək İordan çayının su ehtiyatlarının bölüşdürülməsinə 
dair hələ də ümumi razılığa gələ bilməmişlər. İraq və Suriya Türkiyəni 
Dəclə və Fərat çaylarının su ehtiyatlarının böyük hissəsini mənimsəməkdə, 
İsraili isə İordan çayını inhisara almaqda və qonşu ölkələrdə süni su qıtlığı 
problemi yaratmaqda ittiham edir. 
1990-cı ilin aprelində Suriya və İraq Fərat çayının su ehtiyatlarının 
bölüşdürülməsinə  dair  imzaladıqları  sazişə  əsasən,  hər  biri  müvafiq 
olaraq transsərhəd su axımının 42% və 58%-ni əldə etmişdir. Lakin, az 
keçməmiş  Suriya  sazişin  şərtlərini  birtərəfli  qaydada  pozaraq,  Fərat 
üzərində Tabka su bəndini inşa etmiş, beləliklə, çayın İraqa aid hissəsində 
suyun həcmi kəskin şəkildə azalmış, ölkəyə daxil olan su axını saniyədə 
920  m³-dən  197  m³-ə  enmişdir.  Dəməşqin  bu  hərəkətinə  etirazını 
bildirən rəsmi Bağdad hərbi vəziyyət elan edərək, quru qoşunlarının bir 
hissəsini Suriya-İraq sərhədinə cəmləşdirmişdir. Suriya isə öz növbəsində 
İraqın “əzələ nümayişi”nə cavab olaraq, suyun həcmini daha da azaltmış 
və yalnız bölgədə kənd təsərrüfatı işləri başa çatdırıldıqdan sonra bərpa 
etmişdir. 
2011-ci ildən Suriyaya nüfuz etdirilən «ərəb baharı» da ölkənin onsuz 
da məhdud su ehtiyatlarına və şəbəkəsinə sarsıdıcı zərbə vurmuşdur. Piter 
Qlik  Bəşər  Əsəd  rejiminə  qarşı  mübarizənin  şiddətlənməsini  maraqlı 
bir «təsadüflə» - 2011-ci ildə Suriyanı çənginə almış quraqlığın ölkədə 
yaratdığı  sosial  gərginliklə  əlaqələndirir: 
«İsrail  və  Suriya  arasında 
41  http://www.nr2.ru/moskow/184821.html


52        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
olan  münaqişənin  nəticələri  sosial  gərginliyi  xeyli  artırmışdır.  Su 
və onun ehtiyatları bu ölkələrin münasibətlərinə təsir göstərmişdir. 
Vətəndaş müharibəsi başa çatdıqdan sonra ölkə susuzluq problemi 
ilə  qarşılaşacaqdır»
42
.  Hələlik  isə  BMT-nin  Uşaq  Fondu  -  UNICEF 
həyəcanla  bildirir  ki,  münaqişə  üzündən  Suriyanın  şirin  su  ehtiyatları 
təqribən 30% azalmışdır. Eyni zamanda, içməli suyu zərərli maddələrdən 
və  yoluxucu  xəstəlik  daşıyıcılarından  təmizləyən  preparatların 
istehsalı  tamamilə  dayandırıldığı  üçün  epidemioloji  risk  ehtimalı 
sürətlə  artmaqdadır. 
«Dörd  milyondan  çox  suriyalı  (onların  yarısı 
uşaqlardır) su çatışmazlığından əziyyət çəkir. Döyüş əməliyyatları 
rayonlarında yaşayan əhali gün ərzində 25 litr, bəzən isə cəmi 10 litr 
su əldə edə bilir »
43
.
Proqnozlara  əsasən,  əgər
  Yaxın  Şərqdə  demoqrafik  artım,  kənd 
təsərrüfatı  sahələrinin  genişləndirilməsi  və  sənayenin  inkişafı  sürətlə 
davam edərsə, 20-30 ildən sonra İsrail və İordaniyanın bütün şirin su 
ehtiyatları  yalnız  və  yalnız  əhalinin 
içməli  suya  olan  minimum  tələbatının 
ödənilməsinə  kifayət  edəcəkdir
44
.
 
İsrail  Dövlətinin  prezidenti  Şimon 
Peres
  «Yeni  Yaxın  Şərq»  kitabında 
regionda  kəskin  su  böhranının 
yaranması  haqqında  bunları  yazır: 
«Burada  suya  ehtiyac  dörd  əsas  səbəbdən  qaynaqlanır.  Həmin 
səbəblər  isə  bunlardır  -  ətraf  mühitdə  baş  verən  təbii  proseslər, 
əhalinin  sürətli  artımı,  su  ehtiyatlarından  səmərəsiz  istifadə 
olunması və ciddi düzəlişlərə ehtiyacı olan siyasət. Biz unikal bir 
vəziyyətin girovlarına çevrilmişik. Belə ki, regionda yoxsulluğun 
səviyyəsi  yüksələn  kimi,  dərhal  əhalinin  sayı  artmağa  başlayır 
və  nəticədə  suyun  miqdarı  (adambaşına  düşən  pay)  azalır.  Bu  isə 
öz  növbəsində,  yoxsulluğun  daha  da  artmasının  və  əhalinin 
daha  sürətlə  çoxalmasının  yeni  mərhələsini  yaradır».  Ş.Peres 
hidromünaqişələrin yaranmasına dair bədbin proqnozlarını da diqqətə 
çatdırır: 
«İsraildə  sudan  istifadəyə  dair  yürüdülən  milli  siyasət 
42   «Нехватка воды в мире приводит к локальным военным конфликтам», http://aquaalians.ru/
43   Сирии грозит нехватка питьевой воды, бьют тревогу в ООН http://www.newsru.com/
world/08feb2013/water.html
44   Н.Глебова. «Война из-за воды», http://www.apn.ru/publications/article17290.htm
Vaxtilə İordaniyanın mərhum 
kralı Hüseyn demişdir: 
«İordaniyanı müharibəyə sövq 
edə biləcək yeganə səbəb onun 
suya olan ehtiyacıdır». 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə