Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə26/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   61

 
54 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Üçüncü bölüm  
 
Azərbaycan türkcəsində düzgün yazı qaydaları  
 
Ġmla (orfoqrafiya) anlayıĢı və düzgün yazı ilkələri  
 
Ədəbi  dilin  normaları  çoxqatlı  bir  sistem  olub  fonetik  normalar,  leksik  normalar  və 
qrammatik  (morfoloji  və  sintaktik)  normalar    üzərində  qurulur,  üslubi  normalar,  düzgün 
yazılış (orfoqrafiya) normaları, düzgün deyiliş (orfoepiya) normaları vb. normalar isə məhz bu 
özüllər əsasında yaranır. İndiki anda bizi bütün normalar yox, yalnız düzgün yazılış normaları 
ilgiləndirir.  


 
55 
 
Orfoqrafik normalar düzgün yazı qaydaları sistemini ortaya qoymaqdadır. Bu normaları 
dilçilik  sahələrindən  biri  olan    orfoqrafiya  (yunanca.  orthos  ”düzgün”
22
+  grapho 
“yazıram”)  araşdırır. Yeri  gəlmişkən,  xatırladaq  ki,  vaxtilə  ədəbi  dilimizdə  “düzgün  yazı 
qaydaları” anlamında alınma imla termini də geniş işlədilmişdir və bu termin Azərbaycanın 
güneyində indi də tam işləkdir. Ġmla sözü Azərbaycanın quzeyində də eyni anlamda qorunur, 
ancaq  onunla  yanaşı,  bu söz  həm də  tədrislə  bağlı bir  termin  kimi  işlədilir  və  yoxlama yazı 
türü
23
  anlamını  verir.  Belə  ki,  tədrisdə  üç  yoxlama  yazı  türü  daha  geniş  yayılmışdır:  imla 
(öyrətmən cümlə-cümlə mətni oxuyur və öyrəncilər də oxunanı yazır); ifadə (öyrətmən mətni 
bir  və  ya  iki  dəfə  tam  oxuyur,  öyrəncilər  yadlarında  qalanları  yazır)  və  inĢa  (mövzunun  adı 
verilir, mətni isə öyrənci özü yazır). 
 
 
Biz  düzgün  yazı  qaydaları  anlamında  həm  imla,  həm  də  orfoqrafiya  sözünü 
işlədəcəyik.  Adətən,  orfoqrafiyada  səslərin  yazılış  qaydaları,  şəkilçilərin  yazılış  qaydaları, 
mürəkkəb  sözlərin  yazılış  qaydaları,  köməkçi  sözlərin  yazılış  qaydaları,  özəl  adların  yazılış 
qaydaları,  qısaltma  və  ixtisar  sözlərin  yazılış  qaydaları,  sözün  sətirdən-sətrə  keçirilmə 
qaydaları  vb.  bu  kimi  qaydalar  bəlirlənər.  Rəsmən  qəbul  olunduğu  üçün  hamının  işlətməsi 
məcburi  sayılan  bu  qaydalar  günümüzdə  bəlli  sayda  sözlərin  düzgün  yazılış  biçimini  ortaya 
qoyan  çeşidli imla sözlüklərində verilər (Örnəyin, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 
son çapında 80 000-dək sözün düzgün yazılış biçimi göstərilmişdir).  
 
Bilinən gerçəklikdir ki, yüz illər boyu ərəb əlifbasında yazmış və həm ərəb, həm də fars 
orfoqrafiya  normalarının  bir  çoxunu  dəyişdirib  dilimizə  tam  uyğunlaşdırmadan  olduğu  kimi 
yazımıza  köçürmüşdük  (bəlli  istisnaların  da  olmasını  unutmayaq).  Bu  da  ədəbi  dilimizdə 
çoxlu  orfoqrafik  sorunlar  törətməkdə  idi.  Ayrı-ayrı  çağlarda  o  sorunlara  yönəlik  ötəri 
toxunmaları  gözə  almasaq,  bir  sistem  halında  imla  məsələlərimiz  M.F.Axundovdan 
başlayaraq  araşdırılmışdır.  Özəlliklə,  XIX  yüzilliyin  sonu  –  XX  yüzilliyn  əvvəllərində  bu 
yöndə  gözə  çarpacaq  bir  sıra  işlər  görülmüş,  1920-ci  illərin    ikinci  yarısından  isə 
orfoqrafiyaya  yönəlik  çalışmalar  çoxalaraq  dərinləşmiş  və  çağdaş  imlamızın  aparıcı  özülləri 
biçimlənmişdir. Unutmayaq ki, hər əlifba özünə uyğun imla normaları ortaya qoyur və ərəb 
əlifbası  dilimizə  çoxlu  ərəb-fars  imla  normaları  gətirdiyi  kimi,  altmış  ildən  çox  işlətdiyimiz 
kiril  əlifbası  da  dilimizi  gərəksiz  rus  orfoqrafiya  qaydaları  ilə  doldurmuşdur.  Ona  görə  də, 
bundan  sonrakı  dönəmdə  bir  yandan  dilimizi  gərəksiz  ərəb-fars-rus  (+Avropa)  imla 
qaydalarından arındırmalı, o biri yandan dilimizin orfoqrafiya normalarının bütövləşərək daha 
da  cilalanmasına,  dəqiqləşməsinə,  zənginləşməsinə  çalışmalı,  üçüncü  yandan  isə  latın 
əlifbasının  gətirə  biləcəyi  gərəksiz  imla  normalarına  göz  qoymağı,  güclü  dil  gömrüyü 
yaradaraq dilimizi qorumağı bacarmalıyıq. Bu önəmli işlər bizdən orfoqrafiya normalarımızın 


 
56 
bilimsəl  sistemini  daim  sağlam  tutmağı,  o  normaları  dərin  və  sarsılmaz  özüllər  üzərində 
biçimləndirməyi tələb edir.      
 
Təbii  ki,  imla  normaları  təsadüfi  istəklərlə  və  ya  kimlərinsə  şəxsi  iradələri  ilə 
düzənlənməz,  tərsinə,  dilin  sistemindən  və  var  olan  özəlliklərindən  irəli  gələn  bəlli  ilkələrə 
söykənilməklə ortaya qoyular. Öz önəmi ilə seçilən ayrı-ayrı təsadüfi istək və şəxsi iradələrin 
isə  yalnız  bu  ilkələrlə  uzlaşan,  onlara  tam  uyğun  gələn    bəlli  bir  dəyərli  qismi  qəbul  edilə 
bilər. Başqa sözlə, imla normaları necə gəldi yox, yönləndirici özül rolu oynayan bəlli ilkələrə 
uyğunluq əsasında və sistemli bir biçimdə yaranar. İmla normaları üçün yönləndirici özül rolu 
oynayan bu ilkələr dilçilikdə orfoqrafiya  ilkələri (prinsipləri) adlanır. Uzmanlar göstərir ki, 
hər bir dilin imla normaları o dilin var olan dil birimlərinin orfoqrafiya ilkələri ilə uzlaşması 
əsasında bəlirlənər.  
 
Adətən,  imla  normalarının  uzlaşdığı  orfoqrafiya  ilkələri  birdən  çox  olar  və  bir  dilin 
orfoqrafiya  ilkələri  başqa  dilin  orfoqrafiya  ilkələri  ilə  tam  eyniləşməz.  Başqa  sözlə, 
orfoqrafiya ilkələri hər dil üçün özümlüdür və dillər arasında uzlaşılacaq ilkələrin sayına görə, 
bu  ilkələrin  önəmlilik  baxımından  sıralanmasına  görə,  imla  normalarının  düzənlənməsində 
oynadığı rola görə vb. yönlərdən çeşidli fərqliliklər vardır.  
 
Azərbaycan  türkcəsi  ədəbi  dilində  imla  normalarının  düzənlənməsi  daha  çox  üç  ilkə 
üzrə özünü göstərməkdədir: fonetik ilkə, morfoloji ilkə və tarixi-gələnəksəl ilkə.  
 
Fonetik  ilkə  sözün  deyildiyi  kimi  də  yazılması  üzərində  qurulmuşdur  və  Azərbaycan 
türkcəsi  ədəbi  dilində  imla  normaları  daha  çox  fonetik  ilkəyə  söykənilməklə 
düzənlənməkdədir.  Özəlliklə,  dilimizdə  önəmli  bir  yer  tutan  təkhecalı  sözlərin  böyük 
çoxunluğu məhz  fonetik  ilkə  əsasında  deyildiyi  kimi  də  yazılmaqdadır.  Örnəyin:  ac,  aç,  ad, 
ağ, ax-, al, an, an-, as-, aş, at, ay, az, bu, de, ev, ək-, əl, ən, ər, əs-, ət, əy-, iç, iç-, il, ip, iş, it, 
iy, iz, qu, od, ox, ol-, on, ot, oy-, öc, öd, öl-, ön, öz, uc, uç, ud-, un, üç, ün, üt-, üz, üz-, bal, 
baş, bat-, biz, bir, çax-, çal-, çan, çap-, çaş-, çay, dad-, dağ, dal, dam, dan, dar, daş, day, daz, 
diz, don, dor, doy-, döl, döş, döy-, döz-, dul, dur-, duy-, duz, qar, qaz, qız, mən, min, sən, siz 
vb.   
 
Buraya ahəng qanununa uyan iki, üç və daha çox hecalı sözlərimizin olduqca böyük bir 
bölümünün  də  deyildiyi  kimi  yazılmasını  artırsaq,  Azərbaycan  türkcəsi  ədəbi  dili  üçün 
düzgün  yazı  qaydalarının  bəlirlənməsində  fonetik  ilkənin  tam  aparıcı  olması  ortaya  çıxar. 
Ancaq  nə  qədər  aparıcı  olur-olsun,  unutmayaq  ki,  fonetik  ilkənin  açıq  yönləri  də  var  və  bu 
açıq yönlərdən imla normalarımıza zərbələr də dəyir. Özəlliklə, fonetik ilkə ədəbi dilin orta 
dirəyi  olan  standartlaşdırılma  və  normaya  çevrilmə  anlayışının  yıpradılmasına  bir  sıra 
durumlarda  əngəl  ola  və  fərqli  ləhcə  deyilişlərinin  yazıya      gətirilməsinin  qarşısını  tam  ala 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə