Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə28/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   61

 
59 
çoxsaylı əngəlləri, o biri yandan ərəb-fars və rus (+Avropa) orfoqrafiya qaydalarının bir sıra 
gərəksiz  etgiləri,  üçüncü  yandan  özümüzün  zaman-zaman  yol  verdiyimiz  yanlışlıqlar, 
dördüncü yandan dilimizin tarixi gəlişimi ilə ortaya çıxan obyektiv sorunlar vb. nədənlər imla 
qaydalarında  bütövləşmənin  yeyinliyini  azaltmaqda  və  bütövləşmənin  bir  an  öncə 
gerçəkləşməsini  yubatmaqdadır.  Ona  görə  də,  quşqusuz,  bu  gedişlə  imla  normalarımızın 
bütövləşməsi  və  vahid  düzgün  yazı  qaydalarımızın  tam  oturuşub  sabitləşməsi    sürəci 
millətimizdən  daha  artıq  zaman,  güc  və  təpər  (enerji)  istəməkdədir.  Təbii  ki,  əli  qoynunda 
sakitcə  oturub  haçansa  uyğun  ortamın  yetişəcəyini  gözləmək  olmaz  və  elə  bu  gün  milli 
aydınlarımız  gecikmədən  bu  yöndə  sistemli  çalışmalı,  orfoqrafiya  (və  gənəldə  ədəbi  dil) 
normalarımızın bütövləşməsinə yönəlik ardıcıl addımlar atılması qayğısına qalmalıdırlar.  
 
Bu  baxımdan,  Azərbaycanın  quzeyinin  öz  bağımsızlığını  qazanması  ədəbi  dilimizin 
yenidən  yüksəlişi  və  bütövləşmə  sorunumuzun  çözülməsi  yönündə  böyük  imkanlar 
yaratmaqdadır.  Ancaq  çox  yazıqlar  ki,  Azərbaycan  Respublikasında  hələ  dövlət  düzeyində 
oturuşmuş  sabit  milli  dil  siyasətinin  yoxluğu  nədənilə  ədəbi  dil  (  o  sıradan,  imla) 
normalarımızın bütövləşməsi sorununa bu günədək çox da ciddi önəm verilməmişdir. Elə ona 
görədir  ki,  2004-cü  ildə  təsdiqlənmiş  yeni  orfoqrafiya  normaları  tələm-tələsik,  başdansovdu 
hazırlanmışdır  və  heç  də  Azərbaycan  dilçilik  elminin    səviyyəsinə  uyğun  deyil.  İmla 
sözlüyünün  son  çapında  sözlərin  sayının  58  mindən  80  minə  çatdırılması,  gərəksiz  apostrof 
işarəsinin  atılması  vb.  nə  qədər  uğurlu  olsa  da,  2004-cü  ildə  təsdiqlənən  yeni  orfoqrafiya 
qaydaları 1958-ci ildə təsdiqlənmiş orfoqrafiya qaydalarından səviyyəcə aşağıdır və boşluqları 
daha  çoxdur.  Özəlliklə,  yeni  orfoqrafiya  qaydaları  Azərbaycanın  güneyində  ədəbi  dilimizin 
yazılı qolunun bərpa edilməsinə yardım baxımından götürüldükdə, elə bir ciddi önəm daşımır 
və imla normalarımızın bütövləşməsi yönündə görülə biləcək işlərə heç də uyğun deyil. Ona 
görə  də,  milli  aydınlarımız  “latın  əlifbasına  uyğun  dövlət  düzeyində  təsdiqlənmiş  yeni 
orfoqrafiya  qaydalarımız  var”  –  deyə  arxayınlaşmamalı  və  bu  yöndə  çalışmaları  daha  da 
gücləndirməlidirlər.  
 
Geniş  yayılmış  bir  qaydadır  ki,  hər  hansı  bir  yeni  qərar  çıxanda  öncəki  uyğun  qərar 
özlüyündən  ləğv  olunur  və  bu  baxımdan,  2004-cü  ildə  təsdiqlənən  orfoqrafiya  qaydaları  da 
mahiyyətcə  1958-ci  ildə  təsdiqlənmiş  qaydaların  ləğvi  deməkdir.  Ancaq  bizə  elə  gəlir  ki, 
buraxılmış  boşluqları  ortadan  qaldırmaq  və  ədəbi  dilimizin  yazılı  qolunu  çağın  şərtlərinə 
uyğun  yüksəldə  bilmək  üçün  milli  aydınlarımız  dayanıb  durmamalı  və  orfoqrafiya 
qaydalarımızın  daha  da  cilalanıb  təkmilləşməsinə,  bütövləşib  vahidləşməsinə  diqqəti 
artırmalıdırlar.  Başqa  sözlə,  öncəki  orfoqrafiya  qaydalarımız  tam  ləğv  edilmiş  sayılmamalı, 
həm  1958-ci  ildə  və  həm  də  2004-cü  ildə təsdiqlənmiş  orfoqrafiya  qaydalarının  hər  ikisində 


 
60 
yaxşı nə varsa, hamısı qəbul edilib işlədilməlidir. Bu zaman bir-biri ilə toqquşan nöqtələrdə 
millilik  və  dilimizə  uyğunluq  əsas  götürülməli,  yabançı  orfoqrafiya  normalarının  gərəksiz 
etgilərindən  qurtulma  xəttinə  önəm  verilməli,  var  olan  boşluqların  ortadan  qaldırılmasına, 
bütün  məqamlar  üçün  yazımızı  düzənləyəcək  qaydaların  olmasına  və  hər  bir  qaydanın  da 
açıq-aydın yazılmasına çalışmalıyıq. Örnəyin, 1958-ci il qaydalarında apostrof işarəsi vardı və 
2004-cü  il  qaydalarında  bu  işarə  doğru  olaraq  yazımızdan  çıxarıldı.  Çünki  apostrofun 
verməyə  çalışdığı  ərəb  dilinin    -  əyn  səsi  bizim  dilimizdə  yoxdur  və  olmayan  bir  səs  üçün 
yazıda işarə düzəltmək də anlamsızdır.  
 
Ancaq deyək ki, sözün sətirdən-sətrə keçirilməsi ilə bağlı 1958-ci il qaydaları 2004-cü il 
qaydalarından daha kamil və daha dədiqdir. 1958-ci il qaydalarında heca vahidliyi, söz kökü 
vahidliyi və qrafik vahidlik özəl ilkələri əsasında sözlərin sətirdən-sətrə keçirilməsinin on altı 
qaydası (§101 - § 116) verildiyi halda, 2004-cü il qaydalarında yalnız aşağıdakılar yazılır:  
 
“36. Sözlər yeni sətrə hecalarla keçirilir: və-tən, mək-təb-li-lər... 
 
Bir saitdən (ünlüdən – A.R.) ibarət hecalar istisnadır: ai-lə-li... “ 
 
Göründüyü kimi, burada heca vahidliyi ilkəsi əsasında yalnız bircə qayda və bir istisna 
verilmişdir  ki,  bu  da  yazımızın  sətirdən-sətrə  keçirilmə  qaydalarını  tam  olaraq  düzənləyə 
bilməz.  Doğrudur,  sətirdən-sətrə  keçirmədə  heca  vahidliyi  ilkəsi  aparıcıdır,  ancaq  o  biri 
ilkələrin bir qırağa  qoyulması bu yöndə  çox  ciddi boşluqlar  törətməkdə  və bir sıra durumlar 
üçün qaydasızlıq, qarışıqlıq yaratmaqdadır. Örnəyin, qrafik vahidlik ilkəsinə önəm verməsək, 
ixtisar və qısaltmalar, durğu işarələri vb. yeni sətrə necə keçiriləcək? Yaxud söz kökü ilkəsini 
bir qırağa atıb yalnız heca vahidliyi ilkəsinə söykənsək, örnəyin, dilucu sözünü di-lucu və ya 
dilu-cu kimi, teleqram sözünü te-leqram və ya teleq-ram kimi vb. yeni sətrə keçirməliyik və 
bu keçirmələr söz kökü vahidliyini pozacaqdır. Əslində isə bu sözlərin dil-ucu və tele-qram 
kimi yeni sətrə keçirilməsi sözlərin anlaşılması baxımından nisbətən rahat olduğu üçün daha 
doğru sayılmalıdır.  
 
Beləliklə, latın əlifbalı yazımız üçün önəmli incəlikləri gözə alan bitkin, dolğun və vahid 
orfoqrafiya  normaları  yaradılması  güncəl  (aktual)  bir  sorun  kimi  qarşıda  durmaqda,  öz 
çözümünü  gözləməkdədir.  Təbii  ki,  bu  çözüm  çoxsaylı  araşdırmalardan,  dartışma  və 
müzakirələrdən  sonra  ortaya  çıxacaqdır.  İndiliksə  bizim  başlıca  amacımız  məsələ  ilə  bağlı 
sorumluluq (məsuliyyət) duyan milli aydınlarımızın və özəlliklə də, uzmanlarımızın diqqətini 
bu  önəmli    soruna  yönəltmək  və  eyni  zamanda,  öz  düşüncələrimizi  ortaya  qoymaq,  bəzi 
önərilərimizi söyləməkdirdir.  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə