Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə36/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   32   33   34   35   36   37   38   39   ...   61

 
75 
      Dilimizi  və  imla  qaydalarımızı  bu  zərbələrdən  qorumanın  ən  doğru  yolu  alınma  sözlərin 
və  yabançı  adların  öz  dilimizin  qaydalarına  uyğun  yazılmasıdır.  Təbii  ki,  uyğun  səslərin  və 
uyğun  hərflərin  yazılışı  nisbətən  asandır.  Ancaq  tərkibində  özümlü  səslər  və  bu  səsləri 
bildirən özümlü hərflər işlənən, həmçinin qaynaq dildə hərf birləşmələri ilə verilən alınma söz 
və  özəl  adların  yazılışında  ciddi  sorunlar  olduğundan  onlara  ayrıca  göz  yetirilməlidir.  Öz 
dilimizin  qaydalarına  uyğunluq  ilkəsinə  söykənərək  bu  cür  söz  və  özəl  adların  Azərbaycan 
türkcəsində yazılışı ilə bağlı aşağıdakıları göstərə bilərik:  
 
 
 a) Ərəb əlifbalı qaynaq dillərə aid alınma söz və özəl adların yazılıĢı 
 
39.  Ərəb  əlifbalı  qaynaq  dillərə  aid  alınma  söz  və  özəl  adlar  Azərbaycan  türkcəsində 
deyildiyi kimi yazılır; örn.: darvaza, şəhər, adam,  şeytan, heyvan, saat, Kövsər, Akif, Vasif, 
Arzu, Dilşad, Kirman, Qahirə vb.   
 
40. Ərəb əlifbalı qaynaq dillərə aid bəzi alınma söz və özəl adlar tarixən yazıldığı kimi 
yazılır;  örn.:  hətta,  şair,  neştər,  Rza,  Əfrasiyab  vb.  (deyilişdə:  hətda,  şayir,  neşdər,    İrza, 
Əfrasyab vb.) 
 
41.  Ərəb  əlifbalı  qaynaq  dillərdəki  sözlərin  və  özəl  adların  tərkibində  işlənən  özümlü 
səslər  və  bu  səsləri  bildirən  hərflər  Azərbaycan  türkcəsində  uyğun  səs  dəyərini  qarşılayan 
milli hərflərlə yazılır. Örnəyin,  (ﻩ ﺡ) ha və he, (ﺹ ﺙ ﺱ) sad, se  sin, (ﻁ ﺕ) ta  te, (ﻅ ﺽ ﺫ 
za, zad, zal və ze hərfləri ərəb dilində fərqli səsləri bildirsələr də, Azərbaycan türkcəsində 
hst və z səslərinə uyğun gəlir və yalnız bu səsləri bildirən hərflərlə verilir. Örnəyin,  دﻤﺻ   
Səməd,  ﻪﻴ ﻧا ﺛ – saniyə, ﻞئ ﺳ  – sel sözləri istər ﺹ - sad ilə, istər ﺙ se ilə, istərsə də ﺱ - sin 
ilə verilsin, ərəbcə üçün  bunun önəmi böyük olsa da, Azərbaycan türkcəsi üçün elə bir önəmi 
yoxdur və bu sözlərin hamısı yalnız bircə s hərfi ilə veriləcəkdir. Ona görə də, örnəyin, ﺫ - zal 
hərfini  gah  z,  gah  da  d  kimi  verməyə  və  deyək  ki,    ي فﺍﺬﻘ ﻟﺍ    -  əl-Qəzzafi  adını  bəzən  əl-
Qəddafi yazmağa gərək yoxdur.  
b) Kiril əlifbalı qaynaq dillərə aid alınma söz və özəl adların yazılıĢı   
 
42.  Kiril  əlifbalı  qaynaq  dillərə  aid  alınma  söz  və  özəl  adlar  Azərbaycan  türkcəsində 
deyildiyi kimi yazılır; örn.: sovet, kolxoz, vaqon, maşın, Rusiya, Minsk, Volqa, Nataşa, İvan 
vb. 
 
43.  Kiril  əlifbalı  slavyan  dillərinin  (rus,  ukrayna,  belorus,  bolqar,  serb  vb.)  özümlü    ц 
(tse)  səsi  dilimizdə  yerinə  görə  həm  s  səsini,  həm  də  ts  (  transkripsiyada:  ç
ı
)  səsini  verir
27

2004-cü  il  imla  qaydalarına  görə,  tərkibində  ц  olan  ümumi  isimlər  s  ilə  yazılır:  dosent, 
konsert, sex, sirk, sement, lisey.   
 
Vitse sözü istisnadır.  


 
76 
 
Xüsusi isimlərdə (=özəl adlarda – A.R.) sözün əvvəlində s, sözün ortasında və axırında 
ts yazılır: Setkin, Sialkovski, Vorontsov, Kuznetsov, Muromets... (artıraq ki, bu qayda mütləq 
deyil və həm söz ortasında, həm də söz sonunda təkcə ts yox, s da işlənə bilir; aş.bax).  
 
44.  Kiril  əlifbalı  slavyan  dillərinin  özümlü  щ  (ĢĢa)  səsi  və  hərfi  çağdaş  bolqarcada  Ģt 
kimi, ruscada uzun yumşaq ĢĢ kimi, bəzən də Ģç kimi deyilir və Azərbaycan türkcəsi öyrənci 
jarqonunda  bu  səsi  bildirən  hərf  quyruqlu  Ģ  adlanır.    Ruscadan  alınma  sözlərdə  və  rus 
adlarında işlənən quyruqlu  Ģ Azərbaycan   türkcəsində sözönü və sözsonu durumlarda bir  Ģ 
səsi ilə, sözortası durumlarda isə iki ĢĢ səsi ilə verilir; örn.: щайба – şayba;
 
М.Е.С.-Щедрин 
–  M.E.S.-Şedrin;  борщ  –  borş;  марщ  –  marş;  В.В.  Верещагин  –  V.V.Vereşşagin; 
Д.В.Гущина – D.V.Quşşina  vb.  
 
Ancaq  sözortası  durumlarda  da  щ  səsinin  bir  Ģ  ilə  verilməsinə  də  tuş  gəlinir;  örn.: 
марщал – marşal; марщрут – marşrut; С.Марщак – S.Marşak vb.  
 
45. Kiril əlifbalı slavyan dillərinin səsi söz önü  və söz içi durumlarda ye kimi deyilir 
və tərkibində e hərfi olan sözlər, adlar Azərbaycan türkcəsində ye ilə yazılır; örn.: епископ – 
yepiskop;  карабинер  –  karabinyer;    С.  Есенин  –  S.  Yesenin,                Б.  Елцин  –  B.  Yeltsin,  
Д.И.Менделеев – D.İ.Mendeleyev vb.  
 
46. Kiril əlifbalı slavyan dillərində sonu -iy və ya -skiy ilə qurtaran sözlər, yaxud adlar 
Azərbaycan türkcəsində yazılarkən y düşür; örn.:
 
сценарий – ssenari;  М.Горкий – M.Qorki; 
В.В.Майаковский – V.V.Mayakovski; Ф.М. Достойевский – F.M.Dostoyevski vb.  
 
47.  Kiril  əlifbalı  bəzi  slavyan  dillərinin  (örn.:rus,  belorus...)  ё  (yo)  səsi  və  bu  səsi 
bildirən iki nöqtəli e – ё  hərfi Kiril kökənli slavyan əlifbalarında bəlkə də ən çox dartışmalı 
səs və hərfdir. Kiril kökənli slavyan əlifbalarının heç də hamısında ayrıca göstərilməyən  bu 
hərf    slavyan  dillərinin  özündə  belə  bir  sıra  durumlarda  gah  e,  gah  da  yo  səsini  bildirir.  Bu 
bəlirsizlik rus söz və özəl adlarının Azərbaycan türkcəsindəki yazılışında da eynilə qorunur və 
ё  hərfi  yazımızda  gah  yo,  gah  e,  gah  da  hətta  o  kimi  verilir;  örn.:    ёлка  –  yolka; 
стажёр//стажер – stajor; Потёмкинъ// Потемкинъ – Potyomkin; Пётр//Петр – Pyotr; 
Петербург  –  Peterburq;  Фёдор  –  Fyodr;  Королёв//Королев  –  Korolyov;  Н.С.  Хрущёв// 
Н.С. Хрущев – N.S.Xruşşov; Горбачёв// Горбачев –  Qorbaçov
 
vb.  
c) Latın əlifbalı qaynaq dillərə aid alınma söz və özəl adların yazılıĢı  
 
48.  Latın  əlifbalı  qaynaq  dillərə  aid  alınma  söz  və  özəl  adlar  Azərbaycan  türkcəsində 
deyildiyi kimi yazılır; örn.: abiturient – abituriyent; komission – komisyon;  Byron – Bayron; 
Beethoven  –  Bethoven;  Molière  –  Molyer;  Montesquieu  –Monteskyö;    Richelieu  –  Rişelye ; 
Shakespeare – Şekspir vb.   


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə