Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə33/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   61

 
69 
fransız dilində hygiène, isveç dilində hygien vb. işlənməkdədir ki, bütün bu sözlərin hamısı 
da  yunan  kökənli  hygieinos  “sağlıq,  sağlamlıq”  sözündən  götürülmüşdür.  Göründüyü  kimi, 
söz qaynaq dildə h səsi ilə başlayır və rus dilində bu səsi bildirən hərf olmadığı üçün onu г (q) 
hərfinə çevirmiş,  biz də  rus dilinə söykəndiyimiz üçün  dilimizin  qaynaq  dilə  uyğun  h  səsini 
yox, rusca  г (q) hərfinə uyğun g hərfini işlətmişik. Sonucda, sözün bizdəki gigiyena variantı 
qaynaq  dildəki  əslinə  yox,  ruscadakı  variantına  uyğun  yazılmalı  olmuşdur.  Sözün  özgün 
(orijinal) yox, törəmə yazılışına söykənərək yanlış orfoqrafiya qaydası da düzəltdik və 1958-
ci  il  qaydalarında  göstərdik  ki,  tərkibində  e  və  ya  i  ünlülərindən  öncə  q  ünsüzü  olan 
beynəlmiləl  sözlər  g  ilə  yazılır;  örn.:  gigiyena...(  §  36);  2004-cü  il  qaydalarının12-ci 
maddəsində  də  bildirdik  ki,  əsli  q  ünsüzlü  alınma  sözlər  incə  ünlülü  hecalarda  g  ilə  yazılır; 
örn.:  gigiyena...  Ancaq  bu  qayda  başqa  örnəklər  üçün  doğru  olsa  belə,  gigiyena  sözü  üçün 
doğru deyil, çünki onun əsli q ilə yox, h ilə işlənir.  
 
Biz  hər  hansı  bir  dildən,  o  sıradan  ruscadan  söz  alınmasına  qarşı  deyilik  və  bilirik  ki, 
kimlərsə istəsə də - istəməsə də, dildə gərəksinmə duyulursa, başqa dildən söz alınacaq. Biz 
öz dilini kiçik görməni və başqa bir dildən asılılığı olumlu qarşılayıb “Filan dil bizim dünyaya 
çıxış  dilimizdir”-  deyə  öz  dilinə  qarşı  aşağılıq  kompleksinə  uğramanı  doğru  saymırıq. 
Azərbaycan türkcəsi dünyanın heç bir dilindən aĢağı deyil və ona görə də, dünyaya çıxıĢ 
dilimiz hər hansı bir baĢqa dil yox, məhz öz dilimiz olmalıdır. Bu da bizdən tələb edir ki, 
soruna  doğru  yöndən  yanaşaq  və  dilimizə,  onun  bütün  özəlliklərinə  dəyər  verək, 
qarşılaşdığımız dil faktlarının hamısında öz dilimizin sistemindən çıxış edək. Düşünürük ki, 
gigiyena  və  ona  oxşar  faktlar  olmasın  deyə,  istər  alınma  sözlərin  yazılışında,  istərsə  də 
yabançı  özəl  adların  yazılışında  qaynaq  dildəki  hərflərin  səs  dəyərinə  uyğun  gələn  öz 
hərflərimizi  və  qaynaq  dildəki  özümlü  səslərin  öz  dilimizdəki  uyğun  qarĢılığını  əsas  
götürməliyik.  Bu  yanaşma  ortaya  qoyur  ki,  alınma  sözlərin,  özəlliklə  tərkibində  dilimizə 
uyğun olmayan səsləri bildirən hərflər işlənmiş alınma sözlərin və adların yazılışına bir sistem 
halında yanaşmalı, onları ayrıca bölmə üzrə gözdən keçirməliyik.   
 
Yuxarıda göstərdik ki, ərəb əlifbasında (ﻩ ﺡ) ha və he, (ﺹ ﺙ ﺱ) sad, se  sin, (ﻁ ﺕ) ta 
 te, (ﻅ ﺽ ﺫ ﺯza, zad, zal və ze  ayrı-ayrı hərflər olub, çeşidli məxrəclərdə deyilən müstəqil 
özümlü səsləri bildirir və ərəb, yaxud fars dillərində bu hərflərdən hansının işlədilməsi anlam 
fərqi  yaradır.  Bizim  dilimizdə  isə  bu  səslər  (və  ya  bu  hərflər)  heç  bir  anlam  daşımır  və  biz, 
örnək üçün, sadsesin ilə, yaxud za, zad, zal və ze  ilə yazılan ayrı-ayrı sözlərin hamısını 
dilimizin bircə s, bircə səsi (hərfi) ilə veririk ki, bizim dilimiz baxımından doğru olan yol da 
məhz budur. Əgər öz dilimizin yox, ərəb dilinin özəlliklərindən çıxış etsəydik, o zaman bu s-
lardan,  yaxud  z-lardan  hansının  işlədilməsi  anlam  fərqi  yaratdığı  üçün  biz  də  latın  kökənli 


 
70 
əlifbamızda bu səslərə uyğun fərqli hərflər düzəltməli idik. Ancaq doğru yolla getdiyimiz və 
ərəb dilinin yox, öz dilimizin özəlliklərindən hərəkət etdiyimiz üçün bu yanlışlığı yapmadıq, 
dilimizdə olmayan səslərə hərf yaratmadıq.  
 
Təbii ki, hər dildə özümlü səslər və bu səsləri bildirən hərf işarələri var. Əgər tərkibində 
özümlü səs (və bu səsi bildirən hərf) işlənmiş bir söz başqa bir dilə keçirsə, həmin başqa dil 
qaynaq  dildəki  səsi  olduğu  kimi  vermək  məcburiyyətində  deyil,  tərsinə,  o  səsin  öz dilindəki 
qarşılığını işlətməsi daha doğaldır. Örnəyin, dilimizin ü səsi rus dilində yoxdur və tərkibində 
ü  səsi  olan  sözlərimiz  rus  dilinə  keçəndə  dəyişir,  ruscanın  səs  özəlliklərinə  uymalı  olur. 
Aydınlıq üçün ütü (əski türkcədə: ütük) sözümüzü xatırladaq. Bu söz rus dilinə keçib утюг 
(=utyuq) ”ütü” kimi işlədilməkdədir, yəni rus dili bizim  ü səsimizi yerinə görə, ya u, ya da 
yu  səsi  (у  və  ю  hərfləri)  ilə  ifadə  edir  ki,  bu  da  bizim  yox,  rus  dilinin  özəlliyidir.  Yaxud 
dilimizin  qaĢıq,  çadır...  sözləri  fars  dilinə  qaĢoq,  çador...    kimi  keçmişdir  ki,  bu  da  fars 
dilinin  özəlliyidir  (fars  dilində  bizim  ı  səsimiz  olmadığı  üçün,  onu  o  səsi  ilə  verirlər)  vb. 
Xatırladaq ki, dilimizin ə, ö, ı, ü, g, ğ, h, x... kimi səsləri heç də hər dildə yoxdur və bu səslər 
bizim dilimizin özəlliyi kimi götürülməlidir.  
 
Alınma sözlərin milliləşdirilməsi, yəni sözü alan dilin özəlliklərinə uyğun dəyişdirilməsi 
geniş yayılmış bir sürəc olub bütün dünya dilləri üçün keçərlidir. Yeri gəlmişkən, vurğulayaq 
ki,  bu  dəyişdirilmə  sürəcində  üç  durum  daha  çox  seçilir:                    1.  sözün  səs  tərkibinin 
dəyişdirilməsi; 2. sözün formaca dəyişdirilməsi və 3. sözün anlamca dəyişdirilməsi.  
 
Ərəb  əlifbasında  sözlərin  daha  çox  gələnək  üzrə  yazılması  Azərbaycan  türkcəsində 
alınma  sözlərin  milliləşdirilməsinə  (özəlliklə,  səs  və  forma  baxımlarından  dilimizə 
uyğunlaşdırılmasına)  ciddi  əngəl  törətməkdədir.  Latın  əlifbası  isə,  tərsinə,  fonetik  ilkənin 
aparıcılığı  nədənilə  alınma  sözlərin  milliləşdirilməsinə  və  Azərbaycan  türkcəsinə 
uyğunlaşdırmasına çox yaxından yardım etməkdədir. Örnəyin, Avropa Birliyi pulunun adını 
gözdən keçirək.  
 
 Avropa Birliyinin pul vahidinə ayrı-ayrı Avropa ölkələrində oyro (Almaniya, Avstriya), 
öro (Fransa, Belçika), yuro (İngiltərə, ABŞ, İtaliya, İspaniya, Hollandiya, Portiqaliya), euro 
(İsveç),  evra  (İslandiya),  evro  (Rusiya),  efro  (Belarusiya),  yevro  (Özbəkistan),  eiro 
(Latviya),  euria  (Litva)  vb.  adlar  deyilməkdədir.  Xatırladaq  ki,  pulun  adı  Avropa  adının 
ixtisarıdır  və  Avropa  adı  çeşidli  dillərdə  fərqli  deyildiyi  üçün  pulun  adı  da  hər  dilin  öz 
deyilişinə uyğun ortaya çıxır. Əgər biz bu pula ruscadan alınma evro, yaxud yevro deyiriksə, 
belə çıxır ki, bizim dilimizdə Evropa, yaxud Yevropa adı varmış. Ancaq biz adı Avropa kimi 
işlədirik və ona görə də, doğru yol budur ki, pula da Avropa adının ixtisarı olaraq avro deyək. 
Bir  alınma  sözün  formaca  milliləşdirilməsi  ilə  ortaya  çıxan  avro  adı  dilimizin  qaydalarına 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə