91
3. İdi, imiş, ikən, isə hissəcikləri ünsüzlə bitən fellərdən və adlardan (isim, sifət, say,
əvəzlik) sonra ilk ünlü səsi düşməklə bitişik yazılır; örn.: baxır dı, atam dı, qurd muş, deyir miş,
uşaq mış, gəlir kən, şair sə vb.
III. YarımbitiĢik yazılan köməkçi sözlər
66. Eyni sadə nidanın təkrarından düzələn nidalar yarımbitişik (cızqı ilə) yazılır; örn.:
bəh-bəh, vay-vay, oy-oy, ha-ha-ha, qəh-qəh vb.
Ġlk hərfi böyük yazılan sözlər
Sözlərin ilk hərfinin böyük yazılması anlaşılma baxımından ciddi önəm daşıyan
dəqiqləşdirici və fərqləndirici orfoqrafik işarələrdən biridir. Örnəyin, O, bülbül kimi oxuyur
və O, Bülbül kimi oxuyur cümlələri böyük hərf – kiçik hərf ayrımı olmayan əlifbalar üçün
anlaşılması zor cümlələrdir. Deyək ki, ərəb əlifbasında yazılarsa, bu cümlələri doğru anlamaq
üçün əlavə aydınlaşdırıcı dil faktlarına gərəksinmə duyulacaqdır. Çünki ərəb əlifbafında
bülbül və Bülbül yazılışları eyni olduğundan fərqli anlam daşımır və oxuyanın bülbül qişu
kimi, yoxsa Azərbaycanın görkəmli sənətçisi Bülbül kimi oxuması bilinmir.
Böyük hərf – kiçik hərf ayrımı olan əlifbalarda isə belə bir anlaşılmama qorxusu yoxdur
və sözün kiçik hərflə yazılması söhbətin bülbül quşundan, böyük hərflə yazılması da söhbətin
görkəmli Azərbaycan sənətçisindən getdiyini açıq-aydın və dəqiq göstərməkdədir. Dilimizdə
bülbül – Bülbül kimi faktlar çoxdur (örn.: arzu – Arzu, əsgər – Əsgər, ildırım – İldırım,
qəhrəman – Qəhrəman, laçın – Laçın, məhəbbət – Məhəbbət, mirzə - Mirzə, vurğun – Vurğun
vb.) və böyük hərflərin işlənməsi ilə bu dil faktları tam doğru-düzgün anlaşıla bilir. Ona görə
də, imla qaydalarımız içərisində ilk hərfi böyük yazılan sözlərə ayrıca diqqət yetirilir.
67. Çağdaş Azərbaycan yazısında aşağıdakı durumlarda sözlərin ilk hərfi böyük yazılır:
1. Ad, ata adı, soyad və ayama (ləqəb), təxəllüs bildirən sözlərin ( oğlu və qızı
sözlərindən başqa) baş hərfi böyük yazılır; örn.: Bulud Qaraçorlu Səhənd, Dəli Domrul,
Həsən Bayat, Kefli İsgəndər, Qul Abbas, Məhəmmədhüseyn Şəhriyar, Məhəmməd Füzuli,
Salur Qazan, Səməd Vurğun, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov vb.
Qeyd: a) Atanın kimliyini bildirib kiçik hərflə ayrıca yazılan oğlu və qızı sözləri
soyadın tərkib hissəsi olarsa, artırıldığı ada bitişik yazılır; örn.: Azəroğlu, Həsənoğlu, Bəşirqızı
vb.
b) Şəxs adları cəm şəkilçisi qəbul etdikdə də böyük hərflə yazılma özəlliyini qoruyurlar;
örn.: Nizamilər, Füzulilər, Səməd Behrəngilər, Koroğlular, Hacı Qaralar, Keçəl Həmzələr
vb.
92
c) Heyvanlara verilən özəl adların və bədii əsərlərdə işlədilən heyvan adlarının da baş
hərfi böyük yazılar; örn.: Qırat, Dürat, Alapaça, Bozat, “Qurd və Quzu”, “Qarğa və Tülkü”,
“Toplan və Məstan” vb.
2. Ayrıca yazılan a ğa, bəy, bəyim, hacı, xan, xanım, mir, mirzə, seyid, soltan, şah vb.
sözlər aid olduqları addan öncə gələrsə, adın ayrılmaz tərkib hissəsinə çevrilir və böyük hərflə
yazılır, aid olduqları addan sonra gələrsə, daha çox rütbə, titul və ayama (ləqəb) bildirdikləri
üçün ilk hərfi kiçik yazılır; örn.: Ağa Məhəmməd Qacar, Hacı Qara, Mir Mehdi Etimad,
Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Şah İsmayıl Xətayi, Cahandar ağa, Fətəli xan,
Abbas mirzə, Heyran xanım vb.
3. Göy cisimlərinin adları böyük hərflə yazılır; örn.: Yer, Ay, Günəş, Ülkər, Qoç bürcü,
Buğa bürcü, Əkizlər bürcü, Qız bürcü, Ağ yol//Süd yolu vb.
Qeyd: Ay, yer və günəş sözləri özəl göy cismini bildirən termin kimi işlənməzsə, kiçik
hərflə yazılır; örn.: ay ışığı, yer üzü vb.
4. Özəl coğrafi adlar böyük hərflə yazılır; örn.: Azərbaycan, Bakı, Təbriz, Həmədan,
Savalan dağı, Səhənd dağı, Araz çayı, Kür çayı, Muğan düzü, Urmu gölü, Göy göl, Ucan
yaylası, Basqal kəndi vb.
Qeyd: Coğrafi adlardan öncə aydınlaşdırıcı, dəqiqləşdirici və fərqləndirici rol oynayan
güney, quzey, aşağı, yuxarı, birinci, ikinci, yeni, mərkəzi, uzaq vb. bu kimi sözlər işlənərsə,
onların da baş hərfi böyük yazılır; örn.: Güney Azərbaycan, Quzey Azərbaycan, Birinci Şıxlı,
Daş Salahlı, İkinci Nügədi, Yuxarı Uzunoba, Aşağı Uzunoba, Yeni Ələt, Mərkəzi Asiya, Uzaq
Doğu, Çay Qaraqoyunlu vb.
Belə sözlər coğrafi adlardan sonra işlənərsə, kiçik hərflə yazılır; örn.: Azərbaycanın
güneyi, Azərbaycanın quzeyi, Uzunobanın yuxarısı vb.
5. Küçə, meydan, məhəllə, bağ, tarixi abidələr, mədəniyyət ocaqları vb. adların ilk hərfi
böyük yazılır; örn.: Azadlıq meydanı, Saat qabağı, Dəvəçi məhəlləsi, Qurdlar məhəlləsi,
Nəbatat bağı, Ərk qalası, Qız qalası, Atabəylər türbəsi vb.
6. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, tarixi barış və döyüşlərin, eləcə də qədim
yazılı abidələrin, sənədlərin vb. adlarında birinci sözün ilk hərfi böyük yazılır; örn.: Dünya
müharibəsi, Versal barışı (sülhü), Daş dövrü, Əsgəran döyüşü, Orxon – Yenisey abidələri,
Qacarlar sülaləsi, Türkmənçay müqaviləsi vb.
Belə mürəkkəb adlara fərqləndirici söz artırıldıqda onun da ilk hərfi böyük yazılır; örn.:
İkinci Dünya müharibəsi, Uzaq Daş dövrü vb.
Dostları ilə paylaş: |