Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə47/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   43   44   45   46   47   48   49   50   ...   61

 
97 
 
4.  Ancaq  yazıda  işlənib  bir  neçə  sözdən  ibarət  olan  ixtisarların  bir  hissəsini  sətrin 
sonunda  qoymaq  və  o  biri  hissəsini  yeni  sətrə  keçirmək  olmaz;  örn.:  vb.b.k  (və  baĢqa  bu 
kimi) ixtisar sözü vb.

 -b.k., vb.b.

 -k. biçimində bölünüb ayrı-ayrı sətirlərdə yazıla bilməz.  
 
5. Rəqəmlə yazılan saylardan sonra gələn və önündə cızqı qoyulan sıra say şəkilçisinin 
ixtisarını (-cı, -ci, -cu, -cü) və hal şəkilçilərini rəqəmdən ayıraraq yeni sətrə keçirmək olmaz; 
örn.: 

-cı,  5 

-ci,  10 

-cu,  3 

-cü  və  ya  

-da,  üç 

-ə,  9 

-dan...  yazıla  bilməz.  Bunlar  bir 
yerdə yazılmalıdır. 
 
6.  Rəqəmlə  yazılan  miqdar  sayının  yanındakı  ixtisarı,  faiz  işarəsini  və  digər  şərti 
işarələri rəqəmdən ayıraraq yeni sətrə keçirmək olmaz; örn.: 

 km, 17 

 kq, 56 

 ha, 4 

 %, 
100 

 $ vb. yazıla bilməz.  
 
7.  Hərf  və  rəqəmlərlə  düzələn  qısaltmalarda  hərfləri  sətrin  sonunda  saxlayıb  rəqəmləri 
yeni sətrə keçirmək olmaz və onların ikisi də eyni bir sətirdə yazılmalıdır; örn.: İL 

 -18, TU

 
-154, T

 -72 vb. yazıla bilməz.   
 
8. Durğu işarələri yeni sətrə keçirilmir. 
 
9. Açılan ayrac və dırnağı sətrin sonunda saxlamaq, bağlanan ayrac və dırnağı isə yeni 
sətrə keçirmək olmaz.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
98 
 
 
 
 
 
 
 
 
Dördüncü bölüm  
Azərbaycan türkcəsi ədəbi dilində durğu iĢarələri  
Yazıda iĢlədilən iĢarələr  
 
Yazılı  ədəbi  dildə  işlədilən  işarələr  çoxdur  və  bu  işarələr  işlənmə  alanı,  hansı  görəv 
daşıması vb. özüllər üzrə çeşidli qruplara ayrılır. Başqa  işarələrlə tutuşdurmada  Azərbaycan 
dilçiliyinin daha çox araşdırdığı durğu işarələri həmin çeşidli qruplardan yalnız biridir. Ancaq 
unudulmamalıdır  ki,  hansı  alanda  işlədilməsindən  asılı  olmayaraq  istənilən  işarənin  adı  bir 
ədəbi dil faktıdır və dilçilikdən qıraqda deyil. Ona görə də, təkcə durğu işarələri yox, çeşidli 
alanlardakı bütün işarələr, özəlliklə, onların terminoloji mahiyyət daşıyan adları və bu adların 
yazılış  biçimləri  Azərbaycan  dilçiliyinin  diqqət  mərkəzində  durmalıdır.  Dilçi  uzmanlarımız 
var olan bütün işarələrin Azərbaycan türkcəsi baxımından öyrənilib-araşdırılmasına, dilimizin 
milli  imkanlarından  yararlanılmaqla  adlandırılmasına,  yazılışının  imla  qaydalarımıza 
uyğunlaşdırılmasına və yazıda standartlaşdırılma sorununa özəl diqqət yetirməlidir.  
 
Yazılı  ədəbi  dildəki  işarələr  işlənmə  alanına  görə  riyazi  işarələr,  texniki  işarələr, 
kimyəvi  işarələr,  astronomik  işarələr,  topoqrafik  işarələr,  hərbi  işarələr,  yol  işarələri,  not 
içarələri, pul işarələri vb. qruplara ayrılır. Çeşidli şəkillər, ixtisar və qısaltma sözlər, hərflər, 
simgələr  vb.  işarələrlə  ifadə  edilən  bu  işarə  qrupları  (yaxud  bu  qrupların  ayrı-ayrı  işarələri) 
heç  də  həmişə  bəlli  bir  alanla  sınırlanıb  qalmır,  tərsinə,  çox  zaman  toplumun  günlük 
yaşamında kütləvi olaraq işlədilir. Örnəyin, toplum yaşamını pulsuz düşünmək olmaz və hər 
toplum  həm  öz  pul  vahidinin,  həm  də  uluslararası  alanda  aparıcı  olan  bir  sıra  başqa  pul 
vahidlərinin yazılış işarəsini bilməyə məcburdur. O sıradan, hər bir Azərbaycan insanı yaxşı 
bilir  ki,  man.,  qəp.  ixtisar  yazılışları  Azərbaycan  manatı  (uluslararası  işarəsi:  AZM)  və 


 
99 
qəpik deməkdir. Eyni zamanda, aydındır ki,  - avro, £ - funt-sterlinq, $ - dollar vb. işarələri 
bilmədən bank işlərini yürütmək, yaxud valyuta ilə bağlı gərəkən düzeydə addım ata bilmək 
çətin məsələdir vb.  
 
Toplum  üzvlərinin  günlük  yaşamda  çeşidli  işarə  qruplarından  yararlanma  düzeyi 
fərqlidir. Örnəyin, notun nə olduğunu bilsək belə, not işarələrini tanımaq və günlük yaşamda 
onları işlətmək heç də hamımıza gərək deyil. Riyazi işarələrin isə nə olduğunu geniş bilməsək 
də, günlük yaşamda ən azı rəqəmlərin yazılışı ilə üz-üzəyik və çağdaş bir toplumun bunlarsız 
ötüşməsi  imkansızdır.  Bizə  gərəkli  miqdar  saylarını,  telefon  nömrələrini,  saatı,  tarixi  vb. 
rəqəmlə  yazmağımızın  nə  qədər  yayğın  olması  hər  kəsə  bəllidir.  Başqa  sözlə,  riyazi 
formulların  yazılışı  riyaziyyat  alanına  aid  olsa  da,  deyək  ki,  günlük  yaşamda  geniş 
yararlandığımız rəqəmlərin yazılışı kütləvi xarakter daşıyır və ona görə də, bu yöndə qatma-
qarışıqlıq  olmamalı,  imla  qaydalarımızda  rəqəmlərin  ən  uyğun  və  standart  yazılışı 
göstərilməlidir. Təbii ki, örnəyin, 552366473 biçimində yazılmış bir miqdar sayını hər oxucu 
heç də asanlıqla anşıra bilməyəcəkdir. Belə rəqəmlərin oxunuşunu asanlaşdırmaq üçün  bəlli 
qaydalar  gərəkir.  Bu  baxımdan,  aşağıdakı  qaydaların  imlamızda  da  qəbul  edilib 
rəsmiləşdirilməsi yaxşı olar:  
 
79.    Rəqəmlə  yazılan  və  tərkibində  beşdən  çox  rəqəmi  olan    miqdar  sayları  sondan 
başlamaqla üçlü rəqəm qruplarına ayrılır (1. təklik - onluq -  yüzlük, 2. minlik - on minlik -  
yüz  minlik,  3.  milyon  -  on  milyon  -  yüz  milyon  vb.)  və  hər  rəqəm  qrupu  arasında  boşluq 
buraxılır; örn.: 2 564; 53 645; 546 654; 3 794 675; 552 366 473  vb.  
 
80.  Azərbaycanın  çağdaş  telefon  və  faks  nömrələrində  ilk  üç  rəqəm  birgə,  sonrakı 
rəqəmlər isə iki - iki   qruplaşdırılaraq yazılır və rəqəm qrupları arasında cızqı qoyulur; örn.: 
568-XX-XX, 429 - XX - XX,  850-XX-XX-XX; 855-XX-XX-XX  vb.  
 
Nömrədən öncə ölkə və şəhər kodları da verilirsə, aralarında cızqı qoyulmaqla ölkə və 
şəhər kodları   
a)
 
ya ayırtı içərisində yazılır; örn.: (00994 -12) 568-XX-XX, (00994 -136) 539 - 
 XX vb.;    
b)
 
ya da ayırtısız yazılır və kodla telefon nömrəsi arasında boşluq buraxılır; 
örn.: 00994 -12  568 - XX - XX,  00994 -136  539 - XX vb.      
 
81.  Saatın  rəqəmlə  yazılışında  saatla  dəqiqə  arasına  nöqtə  qoyulur,  dəqiqədən  sonra 
gələn şəkilçilər ahəngə uyğun yazılır və dəqiqə ilə şəkilçi arasında cızqı olur; örn.: saat 15.10-
da, saat 08.20-də; saat 11.30-dan vb. 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə