Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə45/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   ...   61

 
93 
 
7.  Bayram  və  əlamətdar  tarixi  günlərin  adlarının  ilk  hərfi  böyük  yazılır;  örn.:  Novruz 
bayramı, Ərkənəkon bayramı, Qurban bayramı, İyirmi səkkiz may, İyirmi bir azər, Otuz bir 
dekabr vb.  
 
Belə  adların  tərkibindəki  miqdar  sayları  rəqəmlə  yazılarsa,  ondan  sonrakı  sözün  baş 
hərfi böyük yazılır; örn.: 28 May, 21 Azər, 31 Dekabr vb.   
 
8. Ölkələrin, dövlətlərin, vilayətlərin, coğrafi və inzibati bölgü üzrə bütün ərazi adlarının 
ilk  hərfi  böyük  yazılır;  örn.:  Tatarıstan,  Türkiyə,  Özbəkistan,  Azərbaycan  Respublikası, 
Şirvan, Qarabağ, Sulduz mahalı vb.  
 
Rəsmi  məqamda  işlənərkən  belə  adların  tərkibindəki  bütün  sözlərin  ilk  hərfi  böyük 
yazılır; örn.: Azərbaycan Xalq Cümhuriyyəti//Azərbaycan Demokratik Respublikası, Azadistan 
Dövləti,  Azərbaycan  Milli  Hökuməti,  Naxçıvan  Muxtar  Respublikası,  Doğu  Azərbaycan 
Vilayəti, Bakı Şəhər İcra Hakimiyyəti vb. 
 
9.  Yüksək  dövlət  vəzifələrinin,  fəxri  adların,  habelə  nazirlik,  komitə,  birlik,  qurum, 
akademiya,  universitet,  teatr,  filarmoniya,  siyasi  partiya  vb.  adlarının  tərkibindəki  bütün 
sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır; örn.: Azərbaycan Respublikası 
Milli  Məclisi,  Azərbaycan  Respublikası  Nazirlər  Kabineti,  Azərbaycan  Respublikası  Xarici 
İşlər  Nazirliyi,  Azərbaycan  Respublikası  Milli  Elmlər  Akademiyası  Nəsimi  adına  Dilçilik 
İnstitutu,  Bakı  Dövlət  Universiteti,  Azərbaycan  Yazıçılar  Birliyi,  Müsavat  Partiyası,  Güney 
Azərbaycan Milli Qurtuluş Təşkilatı  vb.  
 
Qeyd:  2004-cü  il  orfoqrafiya  qaydalarına  görə,  aşağıdakı  üç  yüksək  dövlət  vəzifəsi 
böyük hərflə yazılır: Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş 
naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri. 
 
Qalan bütün vəzifə, elmi dərəcə və titul adları isə kiçik hərflə yazılır; örn.: nazir, qurum 
prezidenti, rektor, filoloji elmlər doktoru, xan, şah vb.  
 
10.  Orden,  medal,  bədii  əsər,  opera,  balet,  kinofilm,  qəzet,  dərgi,  kinoteatr, 
mehmanxana,  nəşriyyat,  kafe,  restoran,  bazar,  mağaza  vb.  adları  dırnaq  içərisində  və  böyük 
hərflə yazılır; örn.: “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “İgidliyə görə” medalı, 
“Dumanlı  Təbriz”  əsəri,  “Koroğlu”  operası,  “Yeddi  gözəl”  baleti,  “O  olmasın,  bu  olsun” 
filmi, “Tanıtım” qəzeti, ”Çənlibel” dərgisi,  “Təbriz” kafesi, “Badamlı” mineral suyu vb.    
 
Qeyd:  Dırnaqda  yazılan  belə  adlara  artırılan  şəkilçilər  dırnaqdan  qıraqda  yazılır  və 
şəkilçilərdən  öncə  heç  bir  işarə  (boşluq  da  daxil)  qoyulmur;  örn.:  “Badamlı”nın  dadı, 
“Dumanlı Təbriz”in başlıca xətti, “Leyli və Məcnun”un yeni tamaşası  vb.  
 
11.  Sırf orfoqrafik qayda olmasa da, aşağıdakı  durumlarda  ümumi  sözlərin ilk hərfinin 
böyük yazılması yanlış sayılmır: 


 
94 
 
a) Rəsmi məlumatlarda, müqavilələrdə və digər sənədlərdə şərti anlam daşıyan sözlərin 
ilk  hərfi  böyük  yazılır.;  örn.:  Razılaşan  Tərəfəflər  (uluslararası  sənədlərdə,  rəsmi 
bağlaşmalarda  vb.),  Müəllif,  Nəşriyyat  (müəlliflik  müqavilənamələrində),      Alıcı,    Satıcı 
(ticarət müqavilənamələrində) vb.  
 
b) özəl üslubi məqamlarda Azadlıq, Qurtuluş, Barış, İnsan, Ədalət, Vətən vb. bu kimi 
sözlər işlənmə yerindən asılı olmayaraq böyük hərflə yazıla bilir.  
Ġxtisar və qısaltmaların yazılıĢı 
 
Dilçilikdə ixtisar yazılış zamanı sözün ilk hərfinin, yaxud sözün bir hissəsinin yazılıb, 
qalan qisminin atılması anlamında, qısaltma (abbreviatura) isə mürəkkəb özəl adların yalnız 
baş hərflərinin, ayrı-ayrı hallarda da bir hissəsinin göstərilməsi mənasında işlədilməkdədir.   
I. Ġxtisarların yazılıĢı  
 
İxtisarlar sadə və mürəkkəb olmaqla iki yerə bölünür.  
 
68. Ancaq yazıda işlənən və oxunarkən bütöv deyilən sadə ixtisarlar üç cür yazılır: 
 
1.  Sözün ilk hərfi yazılır və ondan sonra nöqtə işarəsi qoyulur, sözün qalan qismi isə 
ixtisar edilərək yazılmır; örn.: c. (cild), h. (hissə), vb. (və başqa), b.k. (bu kimi), və s. və i.a. 
(və sair və ilaxır), ç.v. (çap vərəqi), d.y. (dəmir yolu) vb. 
 
Qeyd:  Ölçü,  çəki,  uzunluq  vb.  bu  kimi  vahidləri  bildirən  ixtisar  sözlər  həm  bitişik 
yazılır, həm də onlardan sonra nöqtə işarəsi qoyulmur; örn.: km (kilometr), sm (santimetr), dm 
(desimetr) , kq (kiloqram), ml (millilitr) vb.  
 
2. Sözün bir hissəsi yazılır və ondan sonra nöqtə işarəsi qoyulur, sözün qalan hissəsi isə 
atılır;  örn.:  ad.  (adına),  dos.  (dosent),  prof.  (professor),  səh.  (səhifə),  örn.  (örnək,  örnəyin), 
məs. (məsələn), man. (manat) vb.  
 
3. Sözün ilk və son hərfi saxlanan, orta hissəsi isə atılan ixtisarlar cızqı ilə yazılır; örn.: 
d-r (doktor), z-d (zavod), c-b (cənab) vb.   
 
69. Ən azı iki sözün birləşməsindən yaranan və yazıldığı kimi də oxuna bilən mürəkkəb 
ixtisarlar aşağıdakı biçimlərdə yazılır: 
 
1.  Birləşən  sözlərdən  hər  birinin  bəlli  bir  qismi  ixtisar  edilib  atılır,  qalan  hissələr  isə 
kiçik hərflə bir söz kimi bitişik yazılır və yazıldığı kimi də oxunur; örn.: univermaq (universal 
mağaza), sosdem (sosial demokrat)nəşrkom (nəĢriyyat  komitəsi) vb. 
 
2.  Birləşən  sözlərdən  yalnız  birinci  sözün  bir  hissəsi  ixtisar  edilir,  ikinci  söz  isə  bütöv 
şəkildə  yazılır;  örn.:  partbilet  (partiya  bileti),  biocoğrafiya  (bioloji  coğrafiya), 
linqvososiologiya (linqvistik sosiologiya) vb. 
 
3.  Qurum  adı  bildirən  mürəkkəb  ixtisarlarda  birinci  sözün  baş  hərfi  böyük,  qalan 
sözlərin baş hərfi isə kiçik yazılır; örn.: Azərkitab, Azərnəşr, Azərticarət, Azneft, Azpetrol vb.          


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə