87
4. Arada bitişdirici ha ünsürü işlənməklə felin iki yol təkrarlanmasından yaranan
mürəkkəb sözlər; örn.: vurhavur, dehade, yazhayaz, gəzhagəz, çalhaçal vb.
Qeyd: Təkrarlanan fel kar ünsüzlə bitərsə, ha əvəzinə ahəngə görə a və ya ə yazılır;
örn.: basabas, qaçaqac, tutatut, kəsəkəs vb.
5. Sonuna xana və ya namə sözü artırmaqla yaradılan mürəkkəb sözlər; örn.: kitabxana,
bəyannamə, “İsgəndərnamə”, “Hophopnamə” vb.
6. Sadə sifətlə sadə ismin birləşməsindən düzələn coğrafi adlar; örn.: Ağdam, Ağdaş,
Ağşəhər, Qaraqoyunlu, Qaraşəhər, Içərişəhər, Göyçay vb.
7. İki sadə ismin qovuşmasından düzələn mürəkkəb sözlər və coğrafi adlar; örn.:
qaynana, giləmeyvə, sacayaq, Arpaçay, Qusarçay, Qonaqkənd vb.
8. Insan adlarını bildirən mürəkkəb sözlər; örn.: Qızqayıt, Qızyetər, Aybəniz, Çilənay,
Tuncər, Ayxan vb.
Qeyd: Insan adlarını bildirən mürəkkəb isimlərdə iki ünlü yanaşı gələrsə, birinci sözün
son ünlüsü atılır; örn.: Ə ləkbər, Ələsgər, Mirzəli, Hacağa vb.
9. Tərkibində zadə, oğlu və ya bəyli ( sözlərindən biri olan
soyadlar; örn.: Əzimzadə, Cabbarzadə Azəroğlu, Həsənoğlu, Rəhimbəyli, Rüstəmxanlı vb.
10. Tərkibində rütbə, ləqəb, titul bildirməyən ağa, bəy, bəyim, hacı, xan, xanım, mir,
mirzə, seyid, sultan, şah sözlərindən biri olan isimlər; örn.: Ağabacı, Balabəy, Gülxanim,
Hacıbala, Xanmurad, Mirəli, Sultanəli, Şahsənəm, Vəlixan vb.
11. Çeşidli iki sözün birləşməsindən yaranıb bir vurğu ilə deyilən sifətlər; örn.:
qaraqabaq, enlikürək, sarıbəniz, yadelli, qoşabuynuz, quşqonmaz vb.
12. Sadə isimlə bir miqdar sayından yaranan zərflər; örn: arabir, əlbir, sözbir, canbir
vb.
13. Sadə isimlə mənsubiyyət şəkilçili zərf və ya isimdən yaranan zərflər; örn.:
addımbaşı, ayaqüstü, dilucu, dodaqaltı, dodaqucu vb.
14. Təkrarlanan çeşidli nitq hissələrindən ba, bə bitişdiricisi vasitəsil yaranan zərflər;
örn.: addımbaaddım, dalbadal, ilbəil, yerbəyer, gunbəgun, taybatay vb.
15. İki ismin birləşməsindən yaranıb ikincisi mənsubiyyət şəkilçisi qəbul etmiş
mürəkkəb sözlər; örn.: ayaqqabı, əlyazması, suiti, eloğlu, əmiqızı vb.
16. İki sifətin birləşməsindən yaranan mürəkkəb sözlər; örn.: qarabuğdayı, ağsaçlı,
uzunboylu vb.
17. Tərkibində az, bərabər, bir, düz, eyni, müxtəlif, ümum, həm, çox sözləri olan
mürəkkəb sözlər; örn.: azişlənən, düzbucaqlı, həmfikir, çoxuşaqlı, ümumxalq vb.
88
18. Sadə isimlə verici, dəyişdirici, düzəldici, edici, sevər, əmər, edilməz vb. bu kimi
düzəltmə sifətlərdən yaranan mürəkkəb sifətlər; örn.: zərərverici, sözdəyişdirici, sözdüzəldici,
əvəzedici, elsevər, südəmər, məğlubedilməz vb.
19. İsimlə -ma
2
sonluqlu felin birləşməsindən yaranan mürəkkəb sözlər; örn.:
qarşıdurma, səsvermə, yükdaşıma, pambıqtəmizləmə vb.
20. Sadə isimlə feli sifət tərkibindən yaranan mürəkkəb sözlər; örn.: aşsüzən, günbatan,
tozsoran, susəpən vb.
III. YarımbitiĢik yazılan mürəkkəb sözlər
63. Azərbaycan türkcəsində aşağıdakı sözlər yarımbitişik yazılır və bu yarımbitişiklik
cızqı (defis) işarəsi ilə göstərilir:
1. Tərkibindəki sözlərdən biri (bəzən hər ikisi) ayrılıqda anlam verməyən, yaxud başqa
məna bildirən isim, sifət və zərflər; örn.: adda-budda, dedi-qodu, kələ-kötür, kol-kos, sür-
sümük vb.
2. Eyni sözün önünə ya m səsi artırmaqla, ya damaq səsini dodaq səsinə çevirməklə, ya
da sözün ilk ünsüzünü m səsi ilə əvəz etməklə yaranan sifət, isim və zərflər; örn.: az-maz,
uşaq-muşaq, qara-qura, dəmir-dümür, şey-mey, cındır-mındır vb.
3. -maz, - məz şəkilçili feli sifətlərdən yaranan sifət və zərflər; örn.: bitməz-tükənməz,
dinməz-söyləməz, dinməz-danışmaz vb.
4. Tərkibində qeyri, əks, külli, vitse, kontr, ober, super sözləri işlənmiş çeşidli nitq
hissələri; örn.: qeyri-adi, əks-təsir, külli-ixtiyar, vitse-konsul, kontr-admiral, ober-leytenant,
super-market vb.
5. Ən azı iki sözdən yaranan və ilk sözü -i (-yi) şəkilçisi qəbul edən izafət tərkibləri;
örn.: nöqteyi-nəzər, tərzi-hərəkət, tərcümeyi-hal vb.
Qeyd: Bu cür izafət tərkibləri getdikcə köhnəlib işlərliyini itirməkdə və dilimizdən
çıxmaqdadır.
6. Eyni sözün təkları ilə yaranan isimlər, sifətlər, zərflər və fellər; örn.: qoz-qoz, cəh-cəh,
civ-civ, balaca-balaca, yumru-yumru, lopa-lopa, ağır-ağır, qarış-qarış, tez-tez, gülə-gülə,
ağlaya-ağlaya, oxuya-oxuya vb.
7. İki özəl addan yaranaraq soyad bildirən isimlər; örn.: Andersen-Nikse, Rimski-
Korsakov vb.
8. Anlamca bir-birinə yaxın, ya da uzaq və ya zidd olan ayrı-ayrı sözlərdən yaranan
mürəkkəb isimlər və sifətlər; örn.: ağız-burun, alış-veriş, gecə-gündüz, səs-küy, adlı-sanlı,
daşlı-kəsəkli, ucsuz-bucaqsız, dava-dərmansız, xəbər-ətərsiz vb.
Dostları ilə paylaş: |