89
9. Ölçü və çəki vahidlərini bildirən isimlər; örn.: qram-kalori, kilometr-saat, kilovat-saat
vb.
10. Cəhətlər arasını bildirən isimlər; örn.: güney-batı, güney-doğu, quzey-batı, quzey-
doğu (və ya getdikcə köhnələn cənub-qərb, cənub-şərq, şimal-qərb, şimal-şərq) vb.
11. Tərkib içində bir anlayış bildirən müxtəlif anlamlı isimlərdən yaranmış sözlər; örn.:
alim-geoloq, kafe-restoran, general-qubernator vb.
12. Klassik muğam adlarını bildirən isimlər; örn.: bayatı-qacar, bayatı-şiraz, mahur-
hindi vb.
13. Qarşılıqlı ilişgi, münasibət bildirən sifətlər; örn.: türkcə-ingiliscə, isveçcə-türkcə,
almanca-fransızca vb.
14. Bəlirsiz miqdar sayları; örn.: üç-beş, beş-on, əlli-altmış vb.
15. Çeşidli sözlərdən düzəlmiş yabançı coğrafi adlar; örn.: Buenos-Ayres, Mahaç-Qala,
Monte-Karlo, Nyu-york, Puerto-Riko vb.
16. Siyasi partiyaların, cərəyanların, ideolojilərin və onların tərəfdarlarının adlarını
bildirən mürəkkəb isimlər; örn.: inqilabçı-demokratlar, sosial-demokratiya, sosial-şovinizm
vb.
17. İki sözdən yaranaraq əlavə əlamət, anlam çalarlığı və rəng bildirən sifətlər; örn.: ala-
bəzək, ala-çiy, al-qırmızı, açıq-sarı, tünd-göy vb.
18. İlk sözü, yaxud hər iki sözü -i (ünlü ilə bitənlərdə -vi) şəkilçisi qəbul etmiş sözlərdən
yaranan mürəkkəb sifətlər; örn.: elmi-tədqiqat, hərbi-dəniz, ictimai-siyasi, mədəni-kütləvi vb.
19. Tərkibində -ıb
4
(-ıb, -ib, -ub, -üb) şəkilçili feli bağlama olan fellər; örn.: yazıb-
yaratmaq, itib-batmaq, oturub-durmaq, düşünüb-daşınmaq vb.
Köməkçi sözlərin yazılıĢ qaydaları
Mürəkkəb sözlər və özəl adlar kimi köməkçi sözlər də (qoşma, bağlayıcı, ədat, nida)
yazılış tərzınə görə üç cür yazılır:
I. Ayrı yazılan köməkçi sözlər
64. Aşağıdakı köməkçi sözlər ayrı yazılır:
1. İki və üçhecalı qoşmalar qoşulduqları sözdən ayrı yazılır; örn.: mənim üçün, ona
görə, evə tərəf, kəndə sarı, axına qarşı, yola doğru, dünəndən bəri, səndən başqa, ondan
savayı, bizdən özgə, dünəndən sonra, öylədən qabaq vb.
Qeyd: ilə qoşması sonu ünlü ilə bitən sözlərdə ayrı yazılır (örn.: su ilə), sonu ünsüzlə
bitən sözlərdə isə həm bitişik, həm də ayrı yazıla bilir (örn.: sizin lə – sizin ilə).
Xatırladaq ki, sonu ünlü ilə bitən sözlərə qoşularkən sözlə ilə qoşması arasına bitişdirici
y ünsüzü artırıla bilir; örn.: su yla, meşə ylə vb. Ancaq bu, yalnız danışıq özəlliyidir və ədəbi
90
dildə deyiliş (tələffüz) qaydası kimi qəbul edilsə də, yazılış qaydası kimi məqbul sayılmır.
Ona görə də, ünlü ilə bitən sözlərə ilə qoşması qoşularkən yazı qaydası ilə danışıq qaydasının
qarışdırılmamasına diqqət yetirilməlidir.
2. İki sadə bağlayıcıdan və ya sadə bağlayıcı ilə başqa nitq hissəsindən düzələn
mürəkkəb bağlayıcılar ayrı yazılır; örn.: belə ki, buna görə də, tutaq ki, və ya, yoxsa ki, onun
üçün də, madam ki, gah da vb.
3. Ədatlar sözlərdən ayrı yazılır; örn.: axı, ancaq, bax, bəli, bəs, da, də, daha, di, elə,
ən, əsl, ha, hətta, kaş, ki, qoy, lap, məhz, məgər, nə, təkcə, təki, yalnız vb.
Ġstisna: -mı, -mi, -mu, -mü və -sana, -sənə ədatları aid olduqları sözlərə bitişik yazılır;
örn.: başmı, dilmi, odurmu, üzümmü, alsana, gəlsənə vb.
Ancaq -mı, -mi, -mu, -mü ədatı ilə da, də ədatı birgə islənərsə, ayrı yazılar; örn.: o da
mı, sən də mi vb.
4. Nidalar sözlərdən ayrı yazılır; örn.: ax, ox, uf, of, aha, oho, əh, ura vb.
5. Çeşidli sözlərin bir araya gəlməsi ilə yaranan nidalar ayrı yazılır; örn.: ay aman, ay
can, ay haray, ey vay vb.
6. İdi, imiş, ikən, isə hissəcikləri ünlü ilə bitən fellərdən və adlardan (isim, sifət, say,
əvəzlik) sonra ayrı yazılır; örn.: baxası idi, su idi, durmalı imiş, duru imiş, gəlməkdə ikən,
körpə ikən, harada isə, atası isə vb.
Qeyd: Danışıqda ünlü ilə bitən fel və adlarla idi, imiş, ikən, isə arasına bitişdirici y
artırılır və sözlə hissəcik ahəng qanununa uyğunlaşdırılaraq birgə deyilir; örn.: baxası ydı,
su ydu, durmalı ymış, duru ymuş, gəlməkdə ymiş, körpə ymiş, atası ysa vb.
Bəzən bu danışıq qaydası yazıya da gətirilir.
II. BitiĢik yazılan köməkçi sözlər
65. Aşağıdakı köməkçi sözlər bitişik yazılır:
1. Birhecalı qoşmalar ( -can, -cən, -dək, -tək) qoşulduqları sözə bitişik yazılır; örn.:
buracan, evəcən, bizədək, qartaltək vb.
ikihecalı ilə qoşması da ünsüzlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə
biçimində bitişik yazıla bilir; örn.: atla, gözlə, daşla, dillə vb.
Qeyd: Qoşmaların şəkilçi kimi sözə bitişik yazılması onların hazırda şəkilçiləşmə sürəci
keçirmələri ilə bağlıdır.
2. Kökəncə mürəkkəb olan aşağıdakı bağlayıcılar bitişik yazılır; örn.: yainki, yaxud,
nəinki, habelə, halbuki, həmçinin, çünki, hərçənd vb.
Dostları ilə paylaş: |