83
Qeyd: Söz kökü ünlü ilə bitəndə köklə -i şəkilçisi arasına bitişdirici v ünsüzü artırılır;
örn.: dairəvi, kütləvi, səmavi vb.
7. -sal şəkilçisi; örn.: qumsal, duyğusal, toplumsal vb.
Qeyd: Son dönəm Azərbaycan türkcəsində -sal şəkilçisinin işlərlik qazanması Türkiyə
türkcəsinin etgisi ilə güclənmiş və şəkilçinin incə variantı olan -səl (Türkiyə türkcəsində -sel)
biçimi də yayılmağa başlamışdır; örn.: içsəl, bilimsəl, kürəsəl vb. Deməli, gələcəkdə bu
şəkilçi bir cür yazılan yox, iki cür yazılan şəkilçilər sırasında veriləcəkdir. Türkiyə
türkcəsində -sal, -sel şəkilçisinin türkcə kökənli olmamasına yönəlik iddia yanlış yanaşmadan
başqa bir nəsnə deyil.
8. -dar şəkilçisi; örn.: evdar, əməkdar, məhsuldar vb.
9. -mal şəkilçisi; örn.: sağmal, qırışmal, dadamal vb.
10. -varı şəkilçisi; örn.:qalxanvarı, zolaqvarı, yüngülvarı vb.
II. Ġki cür yazılan Ģəkilçilər
Azərbaycan türkcəsində -a və -ə açıq ünlüləri ilə işlənən bir çox şəkilçilər iki cür yazılır
ki, onlardan bir qismini göstərək:
1. -a, -ə şəkilçisi; örn.: quşa, evə, yola, bizə vb. (söz kökü ünlü ilə bitərsə, sözlə -a, -ə
şəkilçisi arasına bitişdirici y ünsüzü artırılır; örn.: suya, keçiyə vb.).
2. -aq, -ək şəkilçisi; örn.: qaçaq, çökək, yataq, kəsək vb.
3. -al, - əl şəkilçisi; örn.: daral-, düzəl-, çoxal-, genəl- vb.
4. -an, - ən şəkilçisi; örn.: alan, bilən, sayan, sevən vb. (söz kökü ünlü ilə bitərsə, sözlə
-an, -ən şəkilçisi arasına bitişdirici y ünsüzü artırılır; örn.: yuyan, üşüyən vb.).
5. -anda, -əndə şəkilçisi; örn.: alanda, biləndə, sayanda, sevəndə vb. (söz kökü ünlü ilə
bitərsə, sözlə -anda, -əndə şəkilçisi arasına bitişdirici y ünsüzü artırılır; örn.: yuyanda,
üşüyəndə vb.).
6. -ar, -ər şəkilçisi; örn.: qaçar-, biçər-, uçar-, seçər- vb. (söz kökü ünlü ilə bitərsə,
sözlə -ar, -ən şəkilçisi arasına bitişdirici y ünsüzü artırılır; örn.: yuyar-, deyər- vb.).
7. -araq, -ərək şəkilçisi; örn.: daşaraq, bişərək, duyaraq, üzərək vb. (söz kökü ünlü ilə
bitərsə, sözlə -araq, -ərək şəkilçisi arasına bitişdirici y ünsüzü artırılır; örn.: başlayaraq,
işləyərək vb.).
8. -la, -lə şəkilçisi; örn.: başla-, işlə-, ovla-, səslə- vb.
9. -lar, - lər şəkilçisi; örn.: otlar, bizlər, çaylar, gözlər vb.
10. -lan, -lən şəkilçisi; örn.: oğurlan-, dillən-, doğrulan-, gizlən- vb.
11. -laĢ, - ləĢ şəkilçisi; örn.: yaşıllaş-, gözəlləş-, xarablaş-, özəlləş- vb.
84
12. -ma, - mə şəkilçisi; örn.: baxma-, törəmə, qazma, demə- vb.
13. -malı, - məli şəkilçisi; örn.: oxumalı, gülməli, almalı, deməli vb.
14. -sa, - sə şəkilçisi; örn.: otursa, istəsə, dursa, gəlsə vb.
15. -ca, - cə şəkilçisi; örn.: tapmaca, bilməcə, bulmaca, gülməcə vb.
16. -ça, -çə şəkilçisi; örn.: kitabça, belçə, meydança, gözəlçə vb.
III. Dörd cür yazılan Ģəkilçilər
Azərbaycan türkcəsində -ı, -i, -u, -ü qapalı ünlüləri ilə işlənən və dörd cür yazılan
şəkilçilər çoxdur. Onların hamısını olmasa da, bir qismini göstərək:
1. -dı, -di, -du, -dü şəkilçisi; örn.: aldı, bildi, durdu, gördü vb.
2. -dır, -dir, -dur, -dür şəkilçisi; örn.: dağdır, işdir, odundur, düzdür vb.
3. –dıqda, -dikdə, -duqda, -dükdə şəkilçisi; örn.: saydıqda, bildikdə, duyduqda,
gördükdə vb.
4. -dıqca, -dikcə, -duqca, -dükcə şəkilçisi; örn.: qızdıqca, eşitdikcə, oturduqca,
düzdükcə vb.
5. -dığı, -diyi, -duğu, -düyü şəkilçisi; örn.: tapşırdığı, göstərdiyi, qoyduğu, səslədiyi vb.
6. -ıq, -ik, -uq, -ük şəkilçisi; örn.: qıyıq, bilik, donuq, sönük vb.
7. -ıb, -ib, -ub, -üb şəkilçisi; örn.: yatıb-, bitib-, qoşub-, süzüb- vb. (söz kökü ünlü ilə
bitərsə, sözlə -ıb, -ib, -ub, -üb şəkilçisi arasına bitişdirici y ünsüzü artırılır; örn.: daşıyıb-,
dişləyib-, uyuyub-, üşüyüb- vb.).
8. -ıl, -il, -ul, -ül şəkilçisi; örn.: qazıl-, deşil-, boğul-, düzül- vb.
9. -ım, -im, -um, -üm şəkilçisi; örn.: baxım, biçim, udum, büküm vb. (söz kökü ünlü ilə
bitərsə, sözlə -ım, -im, -um, -üm şəkilçisi arasına bitişdirici y ünsüzü artırılır; örn.: qaşı yım-,
deyim, suyum, sürüyüm- vb.).
10. -ıntı, -inti, -untu, -üntü şəkilçisi; örn.: axıntı, gəzinti, ovuntu, görüntü vb.
11. -ıcı, -ici, -ucu, -ücü şəkilçisi; örn.: qızdırıcı, bilici, qurucu, görücü vb. (söz kökü
ünlü ilə bitərsə, sözlə -ıcı, -ici, -ucu, -ücü şəkilçisi arasına bitişdirici y ünsüzü artırılır; örn.:
qaşıyıcı, deyici, yuyucu, bizləyici vb.).
12. -ıĢ, -iĢ, -uĢ, -üĢ şəkilçisi; örn.: qırış, eniş, oturuş, düzülüş vb. (söz kökü ünlü ilə
bitərsə, sözlə -ıĢ, -iĢ, -uĢ, -üĢ şəkilçisi arasına bitişdirici y ünsüzü artırılır; örn.: ara yıĢ, titrə yiĢ,
yürü yüĢ vb.).
13. -lı, -li, -lu, -lü şəkilçisi; örn.: adlı, dilli, odlu, üzümlü vb.
14. -lıq, -lik, -luq, -lük şəkilçisi; örn.: dağlıq, dizlik, otluq, gözlük vb.
15. -kı, -ki, -ku, -kü şəkilçisi; örn.: ondakı, səhərki, onunku, özümüzünkü vb.
16. -mıĢ, -miĢ, -muĢ, -müĢ şəkilçisi; örn.: qızmış, bilmiş, doymuş, görmüş vb.
Dostları ilə paylaş: |