Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə19/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   15   16   17   18   19   20   21   22   ...   195

43 

 

mədəni  təbəqədə  aşkarlanmış,  şərq-qərb  istiqamətində  yerləşmiş  ikiotaqlı  tikilinin 



qalıqları diqqəti cəlb edir. Tikilinin divarlarına yaxşı yonulmuş daş larla üzlük çəkilmişdir. 

Arakəsmə  divarda  şəbəkəli  daş  pəncərə  vardı.  Tikilinin  böyük  otağı  yastı  daşlarla 

döşənmişdi.  Tapıntılar  əsasında  binanın  dini  xarakterli  olduğu  müəyyən 

olunmuşdur(Ф.А.Ибрагимов,С.Б.Гусейнова,  1990,  стp.  23-24).  Dini  xarakterli  tikili 

qalıqları  1998-ci  ildo  Qız  qalası  ətrafında  aparılmış  arxeoloji  qazıntı  zamanı  da  üzə 

çıxarılmışdır (tablo 3, 4). 

Qala  divarlarından  bayırda  sənətkar  məhəllələri  yerləşirdi.  1985-ci  ildə  qala 

divarlarından 70-80 şimal-şərqdə, keçmiş Kommunist (İstiqlal) küçəsində torpaq işləri 

görülərkən  dulusçular  məhəlləsi  aşkarlanmış,  dulus  kürəsi,  dulusçu  ləvazimatı  - 

qəliblər, istehsal tullantıları,  xey li  miqdarda saxsı  mə mulat üzə  çıxarılmışdır. Burada 

XII-XIII  əsrin  əvvəllərinə  aid  500-dən  artıq  şirli  və  şirsiz  saxsı  qab  nümunəsi 

tapılmışdır (Ф.А.Ибрагимов, 1986, cтp. 51-52). 

İçərişəhərdə  alt  mədəni  təbəqədə  tez-tez  təndir  qalıqlarına  rast  gəlinir. 

Dia metrləri  65-70  sm,  bəzən  çox  olur.  Üç  tərəfdən  daşla  hörülmüş  ocaqlar  da  adi 

tapıntılardandır.  Təndirlərin  külbəsi,  ocaqların  ağzı  cənub-qərbə, dəniz  küləyinin daimi 

əsdiyi tərəfə yönəldilmişdir. Alt təbəqə üçün təsərrüfat quyuları, hovuzlar, həvəngdəstələr, 

kvadrat və dairəvi formalı daş oymalar,  manqallar səciyyəvi tapıntılardır. Bunlardan ən 

çox maraq oyadan II sahədə aşkar olunan anbar qalığıdır. Burada daş oymaların (eni 50-

58  sm)  içərisində  kirəclə bərkidilmiş  küplər tapılmışdır  (F.Ə.İbrahimov,  1999,  s əh.  80-

81). 


Arxeoloji materiallar mü xtəlifliyi ilə fərqlənirlər. Bunların əsas kütləsini şirli və 

şirsiz  saxsı  qablar,  fayans  və  s.  təşkil  edir.  İstehsal  tullantıları,  kürə  qalıqları, 

üçayaqlılar, gil çubuqları və s. tapılması yerli dulusçuluq istehsalından xəbər verir. 

Metal  tapıntılardan  tikinti  və  gül  mis marlarını,  o x  ucların ı,  bıçaq  və  dəhrə 

tiyələrini,  ayaqqabı  nallarını,  halqaları  və  s.  qeyd  etmək  ola r.  Mis  əşya  və  bəzək 

şeylərinə  də  təsadüf  olunur  (sancaq,  halqa,  düymə  və  s.).  Fiqurlu  daşlar,  memarlıq  

hissələri,  kirkirə  daşları,  bülöv  daşları  və  s.  tez-te z  rast  gəlinir.  Ço x  miqdarda  

Bakıda,  Şamaxıda,  Dərbənddə,  Təbrizdə  və  s.  yerlərdə  zərb  olun muş  sikkələr 

tapılmışdır.  Onları  Şirvanşahların,  Dərbənd  maliklərinin,  Səlcuqların,  Eldənizlərin  

və s. sülalələrin adından zərb etmişlər.  Dər əs-Sa la mda hicri 138-c i ildə kəsilmiş bir 

ədəd  gümüş  pul  tapılmışdır.  Pullar  dəfinə  şəklində  də  tapılır.  Mənuçöhrün  oğlu 

Axsitanın  (XII  əsr)  adından  kəsilmiş  pullardan  ibarət  bir  dəfinə  (29  ədəd)  təndir 

külbəsindən götürülmüşdür. 

İçərişəhərin  mərkəzi  hissəsində  -  uçurulmuş  binaların  yerində  də  qazıntılar 

aparılmış,  IX-XIII  əsrlərə  aid  yonulmuş  daşdan  hörülmüş  ev  qalıqları,  saxsı 

mə mu latı, pul və s. tapılmışdır. 




44 

 

Şirvanın  digər  mühü m  sənətkarlıq  -  ticarət  və  mədəniyyət  mərkəzi  olan  



Şabran  şəhərinin  xarabalıq ları  Azərbaycanın  şimal-şərq  bölgəsində,  düzənlik 

zonada,  Şabrançayın  sahilində,  Dəvəçi  rayonunun  Şahnəzərli  və  Rəhimli  kəndləri 

ətrafında  onlarla  hektar  sahəni  əhatə  edir.  Sakit  relyef  şəraiti,  təbii  maneələrin  

olmaması,  kifayət  qədər  su  ehtiyatı  burada  şəhərsalma  üçün  əlverişli  şərait 

yaratmışdı.  Yazılı  qaynaqlar  Şabranı  münbit  torpaqlı,  bol  məhsullu  və  çiçəklənən 

şəhər kimi səciyyələndirir. Şəhər yerində 1979-cu  ildən aparılan arxeolo ji qazıntılar 

yazılı  mənbələrin  məlu matın ı  təsdiqləyərək  burada  orta  çağda  intensiv  ş əhər 

həyatının  mövcudluğunu,  Şabranın  bütün  orta  əsrlər  boyu  Şirvanın  mühü m  siyasi, 

iqtisadi  və 

mədəni 


mərkə zi  olmasın ı  sənədləşdirir.  Arxeoloji  qa zıntıla r 

Qazıməmməd-Mo zdok  qaz  boru  kəmərin in  keçdiyi  xətt  üzrə  beş  sahədə  aparılmış, 

yarım  hektara  yaxın  ərazidə  mədəni  təbəqə  qazılaraq  tədqiq  olunmuşdur.  Bundan 

başqa,  2003-2004-cü  illərdə  Xanarx  kanalının  çəkilişi  ilə  əlaqədar  şəhər  yerinin 

ərazisində yoxlama qazıntısı aparılmışdır. Müəyyən edilmişdir  ki,  mədəni təbəqənin 

qalınlığı şəhər yerin in  mərkəzində 4,6-5  m-ə çatdığı halda,  kənarlarda 3  m-dən artıq  

deyil. Mədəni təbəqənin ən qalın, eyni zamanda zəngin qatı IX-XIII əsrlərə ,  xüsusilə  

də  XII-XIII  əsrin  əvvəllərinə  a iddir.  Hə min  çağda  şəhər  çiçəklən mə  dövrünü 

keçirmişdir. 

Yu xarıda qeyd olunan qazıntı sahələrindən üçü Şabrançayın sağ, ikisi is ə sol 

sahilində yerləşir. 1979-cu ildə Şabrançayın sağ sahilində, Ba kı-Xaç ma z şosesindən 

solda, körpünün yaxın lığ ında I sahədə aparılmış arxeolo ji qazıntılar 50  k v.m sahəni 

əhatə  etməklə,  kəşfiyyat  xarakterli  idi  və  abidənin  stratiqrafiyasını,  xarakterini, 

xronoloji çərçivəsini  müəyyənləşdirmək  məqsədini güdürdü (Дж.А.Халилов и др., 

1993, c тp. 68-79).  Burada qalın lığı 4,6  m-ə çatan mədəni təbəqədə VIII-XVI əsrlə rə  

aid  çaydaşından  hörülmüş  divar  qalıqları,  mü xtəlif  dövrlərə  aid  təndirlər,  ocaq 

qalıqları  üzə  çıxarılmış,  saxsı  məmu latın ın  üstünlük  təşkil  etd iyi  xeyli  miqdarda 

maddi  mədəniyyət  nümunələri  tapılmışdır.  Əsaslı  qazıntıla r  II  və  V  sahələrdə  

aparılmışdır.  1980-1982-ci  illərdə  Şabrançayın  sağ  sahilində,  I  qazıntı  sahəsindən 

100  m  qərbdə,  2000  k v.m  əra zidə,  II  qazıntı  sahəsində  VIII-XV  əsrləri  ə ks  etdirən, 

qalınlığı 4,6-5 təşkil edən mədəni təbəqə yatımı tədqiq olunmuşdur. Tədqiq olunmuş 

üç  inşaat qatından  üst  XIV-XV  əsrlərə,  orta  XII-XIII  əsrlərə,  alt  isə  VIII-XI  əsrlərə 

aiddir.  Qalın lığı  1,5  m-ə  çatan  XII-XIII  əsrlərə  aid  inşaat  qatında  çörəkçilər 

məhəlləsinin bir h issəsi, çaydaşından bünövrə qalıqları, dulus kürəsi, saxsı tünglərdən 

quraşdırılmış  su  kəməri  qalığı,  məişət  ocaqları,  quyular  aşkarlanıb  tədqiq  edilmişdir. 

Mədəni təbəqənin bu qatı daha zəngin olub tapıntılar mü xtəlif təyinatlı metal  məmulatı, 

saxsı və şüşə qablar, qızıl, gümüş, tunc və misdən düzəldilmiş bəzək əşyaları və s. təmsil 

olunmuşdur. VIII-XI əsrlərə aid edilən alt inşaat qatında təndir və ocaqlar, drenaj xəttinin 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə