Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə18/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   14   15   16   17   18   19   20   21   ...   195

41 

 

aşkar  olunmuş  dulus  kürəsi  orijinal  formaya  malik  olması  ilə  diqqəti  cəlb  etmişdir 



(O.Ш.Исмизаде, 1964 б; S.M.Qazıyev, 1964). 

1963-cü  ildə  Qalanın təxminən  ortasında  240 k v.m sahədə qazıntılar aparılmış və 

burada nəhəng bir binanın  qalıqları  aşkar olunmuş, ço xlu əşyalardan  ibarət olan  materiallar 

əldə  edilmişdir  (İ.Ə.Babayev,  Q.M.Əhmədov,  1981,  səh.  29).  1971-1983-ci  illərdə 

Covurluçayın uçurumu yanında (IV sahə) aparılan qazıntılar zamanı isə daha böyük sahə 

əhatə  olunmuş,  onun  xeyli  hissəsi  xam  torpağa çatdırılmış,  orta əsrlərə  aid  (III-XVIII) 

dörd  mədəni  təbəqənin  varlığı  müəyyən  edilmiş,  burada  mədəni  təbəqələrin  ümumi 

qalınlığının 4-5 olduğu aydınlaşdırılmışdır. Xeyli bina bünövrələri,  təsərrüfat  tikililəri 

və dulus kürəsi qalıqları, təndirlər, quyular, su qurğularının hissələri, çoxlu qab-qacaq, 

metal, şüşə, sümük əşya parçaları, sikkələr və s. tapılmışdır (Г.М.Ахмедов, Ф.В.Гадиров, 

1974;  Г.М.Ахмедов,  1975;  Г.М.Ахмедов,  1978;  Г.М.Ахмедов,  В.П.Фоменко,  1979; 

Г.М.Ахмедов, Г.Дж.Джабиев,1980; Г.М.Ахмедов  1982;   2003a).  IV  qazıntı sahəsində  üzə 

çıxarılmış evlərin qalıqlarının tədqiqi XII-XIII əsrlərdə şəhərdə tikililərin sıx yerləşdiyi 

və tez-tez  yanğınların  baş verməsini göstərmişdir  (Г.М.Ахмедов,  2003a,  cтp.  93).  Qala 

hissəsinin cənub darvazası qarşısındakı Kamaltəpədə orta əsrlərdə şəhərin Came məscidi 

yerləşirdi.  Ka maltəpədən  cənuba  təxminən  10  hektar  ərazini  əhatə  edən  "Bayır 

şəhər"də  aparılmış  tədqiqatlarla  tikili  qalıqları  izlənmişdir  (Ф.В.Гадиров,  1990,  стp. 

23).  Qəbələ  şəhər  yerinin  şərq  sahəsində  yerli  əhalinin  "Yanıq  yer"  adlandırdığı 

sənətkarlar  məhəlləsi  yerləşirdi.  Sahəsi  10  hektara  çatan  s ənətkarlar  məhəlləsində 

aparılmış arxeoloji qazıntılar nəticəsində X-XI əsrlərə aid istehsalat tikilisi qalıqları - bir 

kərpic, bir dulus kürəsi üzə çıxarılıb tədqiq edilmişdir (Ф.В.Гадиров, 1990, cтp.  29-31). 

Təxmini  hesablamalara  əsasən  bu  kərpic  kürəsində  birdəfəyə  15  minə  qədər  kərpic 

bişirilə bilərdi (İ.Əliyev, F.Qədirov, 1985, səh. 17). 

Bakı  şəhəri  IX-XIII  əsrlərdə  Xəzər  dənizinin  qərb  sahilində  mühüm  liman  

şəhəri  və  Şirvanın  sənətkarlıq  -  ticarət  və  mədəniyyət  mərkəzlərindən  biri  olmuşdur 

(tablo 1, şək. 3). Şəhərin keçmiş şöhrəti haqqında onun ərazisində indi də qalmaqda olan 

məşhur Qız qalası,  xalq arasında Sınıqqala adlanan məscid-minarə, qala divarları, qala 

bürcləri,  Bayıl  buxtasındakı  qəsr  qalıqları  və  s.  abidələr  xəbər  verir.  Şəhərin  orta  əsr 

ərazisini  tam  aydınlaşdırmaq  mümkün  deyil,  çünki  onun,  xüsusilə,  qala  divarlarından 

xa ricdə  olan  sahəsi  müasir  binalar  və  asfalt  yollar  altında  qalmışdır.  Hər  halda  tam 

aydın olmuşdur  ki,  XII  əsrdə tikilmiş  qala divarı  içərisində olan sahə  -  İçərişəhər artıq 

tamamilə məskunlaşmışdı. Bakıda arxeoloji qazıntılar bərpa işləri nəticəsində və şəhərin 

yenidən qurulması ilə əlaqədar boşalan sahələrdə aparılmışdır. 

Bakıda  İçərişəhərdə  aparılan  qazıntılarda  orta  əsrlərə  aid  əsasən  iki  mədəni 

təbəqə aşkara çıxarılmışdır.  Bu təbəqələrin ümumi  qalınlığı  mərkəzi  hissədə  5,5-6  m-ə  

çatırsa, kənarlarda 3,5-4 və daha ucqarlarda 2,5-3 m-dək azalır. 




42 

 

Şəhərin  Şirvanşahlar  sarayı  ərazisində  aparılmış  arxeoloji  qazıntı  işləri 



nəticəsində  orta  əsrlərə  aid  zəngin  mədəni  təbəqə  yatımı  aşkara  çıxarılmışdır 

(В.Н.Левиатов,

 

1945;  1946a;  1948;  1948a;  1949).  Qazıntılar  zamanı yaşayış binalarının 



qalıqları, təndirlər, təsərrüfat və məişət quyuları, çoxlu miqdarda şirsiz və şirli saxsı qab 

qırıqları, şüşə, metal parçaları, memarlıq hissələri, sikkələr və digər maddi mədəniyyət 

nümunələri ü zə çıxarılmışdır. 

Bakıda,  İçərişəhərin  şərq  ətəklərində  aparılan  qazıntılar  zamanı  iki  mədəni 

təbəqə  müəyyən  edilmişdir.  Alt  mədəni  təbəqə  yatımında  divar  qalıqları,  ocaq,  təndir, 

quyular  aşkara  çıxarılmış,  saxsı,  metal  şüşə,  kirkirə  daşı,  mis  sikkələr  tapılmışdır. 

Düzbucaqlı otaqları, kiçik həyəti və dəhlizi olan kompleks tikinti qalığı xüsusilə diqqəti 

çəkir. Burada həmçinin quyular, ocaqlar, təndirlər, manqal və s. məişət obyektləri tədqiq 

olunmuşdur. Alt təbəqə  IX-XIII  əsrlərə aid  zəngin  material  vermişdir. Qayanın üstündə 

çapılaraq, çox güman ki, su axmaq üçün kiçik arxlar düzəldilmişdir. 

Arxeoloji  qazıntılarla  İçərişəhərin  şərq  tərəfində  məskunlaşmanın  daha  sıx 

olduğu  aydınlaşmışdır.  Burada  yaşayış  binaları  qalıqlarından  başqa  məhəllə  məscidinin 

qalıqları,  iri  yuyunma  salonu, daş oturacaqları,  əlaqəli  quyuları,  böyük  daş  hovuzu  və 

döşəməaltı  qızdırıcı  sistemi  olan  hamam  qalığı  aşkara  çıxarılmışdır.  Burada təndir  və 

ocaqlarla  yanaşı,  iri  təsərrüfat  küplərini  xatırladan,  qayada  qazılmış,  orijinal  formaya 

malik quyular aşkarlanmışdır. Sahənin bir tərəfində 2,5-3 dərinlikdə yanmış gil,  kül, 

kömür və ço xlu dəmir pasalarına təsadüf olunmuşdur. Bu da güman etməyə əsas verir 

ki,  burada  dəmirçixana  olmuşdur.  Buradan  böyük  dəmir  gürz  və  çoxlu  daş  kirkirə  və 

həvəngdəstə tapılmışdır. Saxsı  mə mulatı, şüşə, fayans və həmçinin bəzi bəzək əşyaları 

və sikkələr əsasında alt təbəqə IX-XII əsrlə rə aid  edilir. 

İçərişəhərdə demək olar, hər yerdə alt mədəni təbəqə qalın qaya üstündə yerləşir. 

Binalar düzbucaqlı biçimdə olub, şərq-qərb istiqamətində tikilmişdir. Divarlarda qapı və 

pəncərə  yerləri  qalmışdır,  bəziləri  sonralar  yenidənqurma  və  təmir  işləri  za manı 

hörülmüşdür. Daş döşəməli dar dəhlizlərə də təsadüf olunur. Binaların qabağında kiçik 

daxili  həyətlərin  olduğu  da  müəyyən  edilmişdir.  Məsələn,  Məhəmməd  məscidinin 

yaxın lığında (tablo 2, şək.l) qazıntı aparılarkən (XXIV) kiçik bir həyətin bədii tərtibatı 

ilə   fərqlənən  divarı  üzə  çıxarılmışdır  (F.Ə.İbrahimov,  1989a,  s əh.  8-9).  Şərq-qərb 

istiqamətində 4 uzunluğunda salamat qalmış həmin divar qalığı s əliqə ilə yonulmuş 

əhəngdaşından  hörülmüşdür.  Divarın  qərb  tərəfində  səliqə  ilə  hörülmüş  üstü  tağbənd 

formalı tikinti qalığı - pilləkən aşkarlanmışdır (tablo 2, şək.  2,  3). Pilləkənin üç pilləsi 

mühafizə o lunmuşdur. Fiqurlu hörgü daş döşəmə səviyyəsindədir. Bu qalıqlar XI-XIII 

əsrin əvvəllərinə aid edilir. 

İctimai və dini binalarda divarlar adətən qalın tikilir, əhəng məhlulu ilə suvanmış 

olurdu. 1977-1982-ci illərdə İçərişəhərin şərq hissəsində aparılmış qazıntılar zamanı alt  




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə