Arxeo logiya və etnoqrafiya institutu


Təxti-Süleyman. Dulus kürəsi



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə26/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   22   23   24   25   26   27   28   29   ...   195

59 

 

                                    Təxti-Süleyman. Dulus kürəsi. 

sıxlığın ı,  şəhərin  islamın  yayılmasından  əvvəl  salındığını  göstərmişdir  (H.Ş.Şiran, 

1383). 


Ultan qalası Muğan düzündə, Araz çayın ın cənub sahilində, Ərdəbil ostanının 

Ultan  kəndindən  qərbdə,  dəniz  səviyyəsindən  67-73  m  yüksəklikdə  yerləşir.  Yerli 

əhalinin Ultan qalası adlandırdığı bu ş əhər xarabalıqların ın qala divarları ilə müdafiə 

olunan  sahəsi  düzbucaq  biçimdə  olub  33  hektar  sahəni  əhatə  edir.  Düzbucaqlının  

küncləri əsas coğrafi cəhətlərə istiqamətlən mişdir (tablo 12, şək.  2-3). Qalanı en i 10 

m-ə  çatan  müdafiə  xəndəyi  əhatə  edir.  Şəhərin  qala  divarlarından  bayırda  cənub-

qərb,  cənub  və  şərq  istiqamətlə rində  genişlənən  rabad  yerləşir.  Rabadla  birlikdə  

Ultan şəhər xarabalıqların ın ümu mi sahəsi 70 hektara yaxındır (K.A lizadeh, 2007, p. 

5).  Arxeo loji  qazıntılar  məhdud  miqyasda  aparılmış,  mədəni  təbəqənin 

stratiqrafiyası  müəyyənləşdirilmiş,  şəhər  istehkamla rı  ilə  bağlı  bir  ço x  sualla ra  

aydınlıq  gətirilmişdir.  Qalınlığ ı  5  m-ə  çatan  mədəni  təbəqə  yatımında  dörd  inşaat 

dövrü  müəyyənləşdirilmiş,  I  və  II  inşaat  qatlarında  sasani  və  ərəb  fəthləri  dövrünün 

maddi mədəniyyət nümunələri, III və IV inşaat qatlarında isə IX-XI əsrin əvvəllərinə aid 

faktik materiallar əldə edilmişdir. İstehkam qalıqlarının tədqiqindən məlum olmuşdur ki, 

şəhərin ilk qala divarı çiy kərpicdən hörülmüş, qalınlığı 4 olmuşdur. Bu qala divarı sel 

ilə dağıdıldıqdan sonra onun qalıqları üzərində nisbətən kiçik ölçülü kərpiclərdən yenisi 

inşa olunmuşdur (K.Alizadeh, 2007, p. 9-13). 

Qazıntılar  zamanı  əldə  olunan  arxeoloji  materiallar  əsasən  saxsı  qab 

parçalarından  ibarətdir  və  daha  çox  orta  əsr  Beyləqan  şəhərinin  saxsı  məmulatı  ilə 

oxşarlıq  təşkil  edir.  Arxeoloji  qazıntıların  nəticəsinə  və  faktik  materialların  təhlilinə 



60 

 

                              Ultan qalası. Qalanın qərb bürcü. 

əsaslanaraq  tədqiqatçılar  bu  şəhərin  sasanilər  dövründə salındığını  və  burada  XI  əsrin 

əvvəllərinədək  həyatın  mövcud  olduğunu,  abidənin  Varsan  şəhərinin  xarabalıqları 

olmasını ehtimal edirlər (K.A lizadeh, 2007, p. 18-20). 

Arxeoloji  axtarışlar  zamanı  qeydə  alınmış  bəzi  şəhər  yerlərinin  yazılı 

mənbələrdə  adı  çəkilən  hansı  şəhərə  mənsub  olduğu  bəlli  deyildir.  Bunlardan  biri 

Kürdəmir  rayonunun  Ərəbqubalı  kəndində  yerləşir  və  ərazisi  25  hektardan  çoxdur. 

Düzbucaqlı  plan  quruluşuna  malik  bu  abidənin  ərazisi  kvadrat  formalı  bişmiş  kərpic 

qırıqlarından ibarət inşaat materialları, şirsiz və şirli saxsı qab qırıqları ilə zəngindir, şüşə 

və metal məmulatı, sikkələr tapılmışdır (Г.А.Джидди,1980; Ф.Л.Османов и др., 1984). 

Dibrar  şəhər  yeri  dağlıq  zonada,  Dəvəçi  rayonunun  Zöhrabkənd  adlı  kəndinin 

kənarında  geniş  bir  ərazini  əhatə  edir.  Abidə  yerli  əhalinin  Şəhərgahdağ  adlandırdığı 

dağın şərq ətəklərində yerləşərək şimal-şərqdən cənub-qərbə uzanır. Dağın yamaclarını 

Gilgilçayın  suları  yuyur.  Şəhər  yerinin  şərq  hissəsində  mikrorelyef  yaxşı  mühafizə 

olunmuşdur.  Burada  kvadrat  və  düzbucaqlı  plan  quruluşuna  malik,  qaya  və  çay 

daşlarından  hörülmüş  binaların  xarabalıqları,  200-250  m  məsafədə  qala  divarlarının 

qalıqları izlənilir. Qala divarları qaya daşlarından hörülmüşdür (Г.агаев, 1974, стp. 20-21). 

Dibrar  şəhər  yerindən  toplanmış  yerüstü  arxeoloji  materiallar,  əsasən,  IX-XIII 

əsrlər üçün səciyyəvi olan şirli və şirsiz saxsı, zərnaxışlı fayans qab qırıqlarından, şüşə 

bilərzik parça larından ibarətdir. 

Şəhər  yerinin  cənub  kənarında  geniş  sahəli  orta  əsr  müsəlman  qəbiristanlığı 

yerləşir. 



61 

 

Şübhəsiz  ki,  Dibrar  şəhər  yeri  Şirvanın  orta  əsr  şəhərlərindən  birinin 



xarabalıqlarıdır.  Şəhərin  yerində  Şirvan  şəhərinin  lokalizasiyasına  dair  ehtimal  irəli 

sürülmüşdür (T.M.Dostiyev, 2001, səh. 42-43; M.C.Xəlilov, 2006a, səh. 81-82). 

Yaşayış  məskənlərinin  ayrıca bir  tipini  kiçik  şəhər  məntəqələri  üçün səciyyəvi 

əlamətlərə  malik  şəhərtipli  iri  yaşayış  yerləri  təşkil  edir.  Bu  yaşayış  məskənləri 

şəhərlərdən mədəni təbəqənin sönüklüyü, sənətkarlığın zəif inkişafı və çox da mürəkkəb 

olmayan  müdafiə  sistemi  ilə  fərqlənir.  Bu  tip  abidələrə  Torpaqqalanı  (Qax  rayonu), 

Muncuqlutəpəni, Mingəçevir, Tatlı yaşayış yerlərini misal çəkmək olar. 

Orta  əsrlərə  aid  bir  neçə  şəhərtipli  iri  yaşayış  yeri  Azərbaycanın  şima l-

şərqində,  Quba-Xaçmaz  bölgəsində  tədqiq  olunmuşdur.  Bunlara  Canaxır,  Şəhərgah, 

Xınalıq, Qalaxur, Qalayeri və Utuq yaşayış yerlərini aid etmək olar. Baxmayaraq ki, bu 

abidələr yerüstü materiallar və kəşfiyyat səciyyəli qazıntılar əsasında tədqiq olunmuşdur, 

onların  ümumi  sahələrinin  6-12  hektar,  mədəni  təbəqələrinin  qalınlığı  isə  1,5-3  

olduğu müəyyən edilmişdir (T.M.Dostiyev, 2001). 

Yaqut  əl-Hə məvi  "Mücəm  əl-buldan"  adlı  lüğətində  Xınalığın  Xaza ran  dağ 

keçidində  kiçik şəhər olduğunu bildirir (Йакут аль-Хамави,  1983, стp. 23).  Xınalıq orta əsr 

yaşayış  yeri  Qudyal  çayın  sol  sahilində,  dəniz  səviyyəsindən  2300  m  hündürlükdə, 

Qızılqaya  yastanının  cənub-şərq  yamacında,  strateji  baxımdan  çox  əlverişli  məkanda 

salınmışdır  və  hal-hazırda  müasir  kənd  tikililəri  ilə  örtülmüşdür.  Qala  divarlarının 

qalıqları Xınalığın şimal və şimal-qərb tərəfində dar bərzəxdə qeydə alınmışdır. Yaşayış 

yerinin  cənub-şərq  tərəfindən  yerləşən  giriş  isə  piramida  biçimli  qüllə  ilə  mühafizə  

olunurdu (G.Mə mmədbəyova-Mehmandarova, 1993, səh. 28-30). Xınalığın orta əsrlərdə 

mahal mərkəzi olduğu ehtimal edilir (T.M.Dostiyev,2001,səh. 47). 

Qalacıq  yaşayış  yeri  Şamaxı  rayon  mərkəzindən  23  km  cənubda  Böyük 

Qafqazın  cənub  ətəyindəki  yüksəklikdə  yerləşir.  1980-1986-cı  illərdə  burada  aparılan 

arxeoloji qazıntılar zamanı qalınlığı 1 m-ə çatan üst mədəni təbəqədə IX-XIII əsrlər üçün 

səciyyəvi  maddi  mədəniyyət  qalıqla rı,  əhəng  daşından  hörülmüş  qala  d ivarla rın ın, 

yaşayış  evlərinin  qalıq ları,  təndirlər  və  ocaqlar  üzə  çıxarılmış,  xeyli  şirsiz  və  şirli 

saxsı qab nümunələri,  metal, şüşə və daş məmulat,  XII əsrin sonu -XIII əsrin birinci 

rübündə  Şirvanşahlar  tərəfindən  zərb  olun muş  mis  sikkələr  dəfinəsi  tapılmışdır 

(A.Б.Нуриев, 1981, c тp. 423; 1985, cтp. 491; 1986 a, cтp. 42-43; 1987, стp. 554; A. 

Б.Нуриев, P.M.Baидов, 1988). 

Mingəçevir  yaşayış  yerlərin in  orta  əsr  mədəni  təbəqəsi  pis  mühafizə  

olunmuşdur. Bu rada Kürün sol sahilində 2 və 3 saylı yaşayış yerlərində dağıntılara 

mə ruz  qalmış  tikintilərin  qalıq ları,  dairəv i  dulus  kürələri  aşkarlanıb  tədqiq 

edilmişdir.  Şirli  qablar,  şüşə  qab  və  bəzək  (bilərzik)  qırıq ları,  Şirvanşahların  

sikkə ləri və s. tapılmışdır (R.M.Vahidov, 1957). 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə