Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə34/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   30   31   32   33   34   35   36   37   ...   195

79 

 

ikimə rtəbəli  o lub,  üst  mərtəbələri  20x20x5  sm,  20,5x20,5x5  sm  ölçü lü,  kvadrat  



formalı  biş miş  kərp icdən  hörülərək,  üzəri  gəclə  suvanmışdır.  Bu  tikililərin  

xarabalıqlarından  tapılmış  dekorativ  hiss ələr  evlərin  gəc  oymalarla  bəzədildiyin i 

göstərir. 

Şəhristanda  yaşayış  evləri  ikimərtəbəli,  ço xotaqlı  ko mp lekslər  şəklində  olub 

sıx  yerləş mişdilər.  Bir  evin  divarı  eyni  zamanda  digər  evin  divarın ı  təşkil  edird i 

(Б.И.Ибрагимов, 2000, cтp.  40-41).  Evlə rin yükdaşıyan əsas divarları  kifayət qədər 

qalın və  möh kəmdir.  Onların bəzilərinin qalınlığ ı  1,5  m-ə çatır. Şəhristanın yaşayış 

evlərin i  səciyyələndirmə k  üçün  1977-1978-ci  illərdə  şəhristanın  şərqində  arxeo loji 

qazıntılarla  öyrənilmiş  XII-XIII  əsrin  əvvəllərinə  aid  tikiliyə  mü raciət  edək. 

Divarları  1,8-2  m  hündürlüyə  qədər  mühafizə  o lunmuş  bu  evin  qərb  tərəfi  istisna 

olmaqla qazıntılarla əsas sahəsi təmizlən mişdir. İkinci  mərtəbə tamamilə dağılmışdı. 

Amma   11  pilləsi  sala mat  qalmış,  2  m  hündürlükdə  pillə kən  onun  vaxtilə  

mövcudluğuna dəlalət edir.  Birinci  mərtəbədə səkkiz otaq aşkarlan mışdır.  Otaqların  

döşəmələrinin  səviyyəsi  fərqli  id i.  Sahəsi  9,6  kv.m  olan  otaq,  görünür  dəhliz 

olmuşdur.  Burada  ikinci  mərtəbəyə  pilləkən  yerləşdirilmişdir.  Otaqlardan  biri 

təndirxana, digəri isə mətbə x  rolunu oynamışdır. Təndirxanada silindrik formada iki 

təndir  vardır.  Onla rdan  birinin  d ia metri  50  sm,  d igərin in  isə  70  sm  idi.  Mətbə x 

adlandırılan  otaqda  da  iki  təndir  yerləşirdi.  On lardan  biri  böyük,  kü lbəsiz  olub  

içərisində  taxıl  saxlanılırmış.  İkinci  təndir  kiçik  o lub  içərisindən  güvəc  qırıqları  və 

mis  qabın  fraqmenti  tapılmışdır.  Otaqda  şimal  divarı  boyunca  səki  (sufa) 

düzəldilmişdi. Dəhlizə bitişik otağın cənub-qərbində külbəsiz təndir, şimal divarında 

isə 1,1  enində ca ma xatan vardı. Dəh liz ya xın lığında yerləşən digər otaq koridoru  

xatırladır.  Burada  25x25x5  sm  ö lçülü  biş miş  kərpiclərdən  hörülmüş  qapı  tağının  

qalıqları  aşkarlanmışdır.  Evin  qərb indəki  otaqlar  arxeoloji  qazıntılarla  qazılıb  

təmizlən mə mişdir. Qonaq otağı və "əndərun" görünür ikinci  mə rtəbədə yerləşmiş və 

tam dağılmışdır. 

Be ləliklə,  tədqiq  olunan  evin  mühüm  xüsusiyyətlərindən  biri  alt  mərtəbədə 

təsərrüfat təyinatlı otaqların yerləşməsidir.  Digər d iqqəti cəlb edən cəhət evin c iddi 

düşünülmüş plan əsasında inşa olunması, mü xtəlif təyinatlı otaqların vahid bir tamda 

birləşməsindədir (Б.И.Ибрагимов, 2000, стp. 42-43). 

Şəhristandan fərqli olaraq  rabadda yaşayış evləri, əsasən, bir  mərtəbəli olub, 

iki-üç otaqlı idilər. Burada me ma rlıq bə zəklərinə rast gəlin mir. 

Xaraba-Gilanın  ict ima i  binaları  arasında  ş əhərin  ikinci,  üçüncü  və dördüncü 

mə rhələ ləri arasında yerləşən karvansara arxeolo ji qazıntılar nəticəsində ya xşı tədqiq  

edilib öyrənilmişdir  (tablo 19).  Bünövrəsi qayalıq üzərində qoyulmuş bu binanın ilk 

cərgələri  iri daşlardan hörülmüş və yuxarıya doğru daşların ölçüləri tədricən kiç ilir. 




80 

 

Birləşdiric i  məhlu l  kimi  yüksək  plastikliy i  ilə  fə rqlənən  palçıqdan  istifadə 



olunmuşdur. Qapı və pəncərə aşırımları  isə əsasən kvadrat formalı b işmiş kərp icdən 

əhəngli  məh lulla  hörülmüşdür.  Karvansaranın  divarları  2,8-3  m  hündürlüyə  qədər 

daşdan,  sonra  isə  27x27x8  sm  ölçüdə  çiy  kərpicdən  hörülmüşdür.  Divarların  

qalınlığı  2  m-dən  60  sm-ə  qədərdir.  Binanın  antiseysmik  keyfiyyətini  yüksəltmək 

üçün  bünövrə  və  hörgünün  aşağı  cərgələri  daha  qalın  inşa  olunmuşdur.  Divardakı 

pəncərə  açırımları  içəriyə  doğru  genişlənir.  Bu  isə  onların  otağı  işıqlandırma  

imkanlarını artırırd ı. 

Karvansaranın  planda  kvadrat  formalı  daxili  həyəti  vardı.  Bu rada  alqı-satqı 

və  istirahət  etmək  olard ı.  Karvansaranın  bütün  otaqları  dördkünc  biçimd ədir. 

Təyinatına  görə  onları  aşağıdakı  t iplə rə  bölmə k  o lar:  a)  yaşayış,  b)  mə işət,  c) 

təsərrüfat,  ç)  anbar,  d)  heyvanlar  üçün.  VII,  IX,  XX,  XXI,  XXII,  XXIV,  XXVII 

otaqlar  və  eləcə  də  mühafizə  o lun ma mış  ikinc i  mə rtəbənin  bütün  otaqları  yaşayış 

otaqları  idi.  Onların səciyyəvi  xüsusiyyətləri döşəmənin torpaqdan olması,  külbəsiz 

təndirlərin,  bu xarı  tip li  ocaqla rın  və  xüsusi  quruluşlu  s əkilərin  (sufa)  varlığ ıdır. 

Sonuncu bütün yaşayış otaqlarında mühafizə olun mamışdır. 

Karvansaranın  yaşayış  və  təsərrüfat  təyinatlı  otaqları,  dəhliz  və  koridorları 

oyma gipslə bə zədilmişdir.  Xüsusilə yaşayış otaqlarının qapı və pəncərə açırımla rı, 

cama xatan və səkilər  (sufa)  zəngin bəzədilmişdi (Б.И.Ибрагимов, 1985;  2000, стp. 

52-57).  

Şəhristandan  bayırda  şəhərin  adətən  sənətkarlıq  məhəllələri,  rabadın  

tikintiləri  yerləşird i.  Bə zi  şəhərlərin  rabadı  da  qala  divarları  ilə  əhatə  olunurdu. 

Rabadın və şəhərətrafı təsərrüfat sahəsinin böyüklüyü şəhərin özünün böyüklüyü ilə 

bağlı  id i,  çünki  rabad  şəhərin  ayrılmaz  hissəsi  idi.  Rabadda  başlıca  olaraq  "qara 

camaat"  adlanan  kasıb  ailələr,  sənətkarlar,  kiçik  ticarətçilər  və  kənddən  gələn 

yoxsullar yaşayırdı. Şəhərətrafı sahədə evlər seyrək olur, onları adətən həyətlər, bağ 

və  bağçalar,  bostan-tərəvəz  sahələri  və  s.  müşayiət  edirdi.  Gəncədə  və  Beyləqanda 

aparılan  arxeoloji  tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki,  rabadda  evlər 

əsasən  səliqəsiz  tikilmiş,  müvəqqəti  səciyyə  daşımışdır.  Belə  yerlərdə  iri  binalar 

nadir  hallarda  tikilird i.  Misal  ola raq  Beyləqandakı  Mil-Minarə  adlanan  məscid  

mədrəsəni göstərmə k ola r (Q.M.Əh mədov, 1979, səh. 4). 

Yu xarıda qeyd olunduğu kimi, rabad və şəhərətrafı sahələrin  məskunlaşması 

əsasən kənd əhalisinin hesabına şəhərə gedən yolun kənarlarında baş verirdi.  Bəzən  

belə  sahələr  bir  neçə  kilo metr  u zanırd ı.  İ.M.Cə fərzadənin  hesablamasına  görə  

Gəncənin şəhərətrafı sahəsi 9-10 k v.k m bərabər idi  (И.М.Джафарзаде ,  1949, стp. 

17).  Qalmış  tikinti  qalıqlarına  əsasən  müəyyən  edilmişdir  ki,  Bey ləqanın  qərbə 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə