Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə30/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   26   27   28   29   30   31   32   33   ...   195

69 

 

yaraşıq verird i (Г.М .А хмедов, Ф.А.Ибрагимов, 1970, cтp. 380-381). Azərbaycanın 



şəhərlərinin  2-3,  bəzən  isə  4  darvazası  olurdu.  Təbriz  və  Dərbənd  istisna  təşkil 

edirdi.  Əl-Müqəddəsi  Dərbəndin  şimal  d ivarında  üç,  dəniz  və  cənub  tərəfdən  isə 

çoxlu  darvazaları  olduğunu  qeyd  edir  (N.M.Vəlixan lı,  1974,  səh.  132).  Şimaldakı 

darvazala r "Carçı", "Qırxlar" və "Daşqapı", cənubdakılar isə "Qala", "Bayat", "Orta  

qapı"  (tablo  17,  şək.  2-4)  və  "Dubarı"  adlarını  daşımışlar  (А.А.Кудряацев,  1982; 

1982a;  C.O.Хан-Магомедов,  1972).  Da rvaza lar  də mirdən  və  ya  qalın  ta xtadan 

düzəldilirdi.  Taxta  darvazalar  dəmir  qurşaqlarla  möhkəmləndirilirdi.  Gəncə 

darvazaların ın bir tayı  indiyədək  Gü rcüstanda Gelati  monastırında saxlan ılmaqdadır 

(Х.М .Френ,1926;И.Енико лопов,

 

1948). 



Şəhərlərin  müdafiə  ko mpleksinə qala divarlarını bayırdan müşayiət edən qala 

xəndəyi də daxil id i.  Qala  xəndəkləri təhlükə o lduqda yaxından a xan çay, arx və ya  

kanalın  suyu  ilə  doldurulurdu.  Darvazadan  xariclə  əlaqə  xüsusi  körpü  vasitəsilə 

saxlan ılırdı:  gündüzlər  körpü  xəndəyin  üstündə  durur,  gecələr  isə  qaldırılıb  d ivara 

bağlanırdı.  Beyləqanın qala  xəndəyinin eni 12-15 m,  Gəncənin 8-9 m, dərinlikləri isə 

3-4  idi.  Qəbələdə xəndəyi hər iki tərəfdən şəhəri əhatə edən Covurluçay və Qaraçay 

əvəz edirdi. Süni  xəndək şəhərin ancaq şimal qala d ivarı ətrafında qazılmışdı. Bakıda 

qala xəndəyi Xəzər tərəfdən dənizin suyu ilə doldurulurdu. 

Orta  əsr  Bakı  şəhərinin  istehkam  tikililəri  arasında  Qız  qalası  xüsusi  maraq 

doğurur.  1962-1963-cü  illərdə  Bakıda  Qız  qalasının  və ona  bitişik  olan,  dənizə  doğru 

uzanan,  19  m  enində  qala  divarla rı  və  bürclərin  bünövrəsi  təmizlənmiş,  yaxşı 

yonulmuş  iri  daşlarla  kirəc  məhlulunda  hörülmüş bina qalıqları,  daş  təbəqəni  oymaqla 

düzəldilmiş  quyular  aşkara  çıxarılmışdır.  Quyuların  diametri  0,7-0,8  m  idi. 

Aydınlaşdırılmışdır ki, Qız qalası böyük qaya üstündə tikilmişdir (tablo 18). Daş süxurda 

qazılmış  quyunun suyunun yoxlanılması  göstərmişdir  ki,  o  içməyə tamamilə yararlıdır. 

Belə  bir  fikir  söylənilmişdir  ki,  bu  abidə Abşeronun  başqa  müdafiə  tikintiləri  kimi  qala 

rolunu oynamış, şəhərin müdafiəsi üçün istifadə edilmişdir (О.Ш.Исмизаде, 1964; 1965a; 

1968; М.Халилов, 1997, стp.  296-297). Həmin abidənin dini səciyyə daşıması haqqında da 

fikirlər var (Д.А.Ахундов, 1974, стp. 14-25; P.M.Гиршман, 1978, cтp. 37-41). Başqa bir 

fərziyyə  isə  Qız  qalasının  rəsədxana  kimi  istifadə  olunmasını  irəli  sürür  (Г.Ахмедов, 

1997, стp. 179-191). 

Qız qalasında aparılan qazıntılardan və quyuların təmizlənməsindən əldə edilən 

materiallar XI-XII əsrlərə aiddir. Qalanın inşa tarixinə dair yekdil fikir yoxdur. Amma, bir 

çox əlamətlər onun V-VI əsrlərdə inşa olunduğunu ehtimal etməyə əsas verir. 




70 

 

                                Bakı. Qız qalası. 

Feodal  hökmdarlar  şəhərə  yaxın  dağların  çıxılmaz  yerində  yay  iqamətgahı  və 

sonuncu  sığınacaq  kimi  istifadə  olunan  qala  tikdirirdilər.  Şamaxı  yaxınlığındakı 

Gülüstan  və  Buğurt  qalası,  Şabran  yaxınlığındakı  Çıraqqala,  Naxçıvan  yaxınlığındakı 

Əlincəqala,  Bərdə  yaxınlığında  Şatar,  Urmiya  yaxınlığında  Şahi,  Təbriz  yaxınlığında 




71 

 

Dizmar,  Marağa yaxınlığında  Ruin-Diz  belə  qalalardan  idi.  Şahi qalasının  fərqləndirici 



əlaməti  onda  idi  ki,  o,  Urmiya  gölünün  mərkəzindəki  adada,  günbəzvari  dağda 

ucaldılmışdı (С.Г.Мамедов, 1997, стp. 189). 

Bu  dövrə  aid şəhər  istehkamlarının  planı  adətən  dördbucaqlı  şəklində  olurdu. 

Məsələn, Ərdəbilin, Beyləqanın, Gəncənin, Şəmkirin  istehkamlarını nümunə göstərmək 

olar.  Qəbələnin  də  planı  dördbucaqlı  şəklindədir.  Belə  plandan  kənara  çıxma  ha lla rı, 

əsasən, yerin quruluşu ilə bağlı olmuşdur. 



Şəhər  tikililəri.  Şəhərlərin  qala  divarları  içərisində  yerləşən  ərazisi  yaşayış 

evləri, ictimai və dini binalardan ibarət sıx tikintilərə malik idi. Tikintilərin tipologiyası yeni 

tip binalarla  zənginləşirdi.  Şərqin  digər  müsəlman  ölkələrində  olduğu  kimi,  Azərbaycan 

şəhərlərində  də  monumental  tikililərin  yeni  tipləri:  məhəllə  və  Came  məscidləri, 

minarələr,  mədrəsələr  və  digər  ictimai-dini  binalar  ucaldılırdı.  İctimai-dini  və  yaşayış 

binalarının  tikintisində  çatma  tağlar,  tağ-tavanlar,  günbəzlər,  çatma  tağlı  portallar, 

şəbəkəli  pəncərələr,  stalaktit  karnizlər  kimi  konstruktiv  elementlərdən  geniş  istifadə 

olunurdu. Arxeoloji qazıntılar geniş miqyasda aparılmadığından VIII-X əsrlərin tikililəri, 

eləcə də sonrakı dövrlərin tikililəri əksər hallarda komplekslər şəklində deyil, tək-tək üzə 

çıxarılmışdır. Bununla belə arxeoloji qazıntıların miqyasının məhdudluğuna baxmayaraq 

üzə  çıxarılmış  tikinti  qalıqları  orta  əsr  memarlığının  tədqiqi  üçün  çox  qiymətli  faktik 

materiallar olmaqla, Azərbaycan şəhərlərində inşaat texnikası və  me marlığının yüksək 

səviyyəsindən  xəbər  verir.  Müəyyən  olunmuşdur  ki,  artıq  IX-X  əsrlərdə  Azərbaycan 

şəhərlərində  bişmiş  kərpic  və  daş  memarlığı  aparıcı  mövqe  tutmuş,  möhrə  və  çiy 

kərpicdən  inşa olunmuş tikililərin sayı  kəskin şəkildə azalmışdı.  Yaşayış evləri  və saray 

binalarının, ictimai-dini  ko mplekslərin,  körpü və digər təyinatlı tikililərin qalıq larının  

forma  və  materialları  orta  əsr  me mar  və  mühəndislərinin  yüksək  peşəkarlığın ı 

təsdiqləyir. 

Yazılı qaynaqların  məlu matı və arxeoloji qazıntılar nəticəsində üzə çıxarılan  

tikili qalıqları əsasında belə qənaətə gəlmək olar ki, şəhərlərin Şəhristan və narınqala 

hissələrində tikililə rin salın ması plan lı,  müəyyən bir sistemlə aparılırdı. Şəhərin qala  

divarların ın  içərisində  -  narınqalada,  adətən,  hökmdarın  (paytaxt  şəhərlərdə)  və 

yaxud şəhər başçısının iqamətgahı - sarayı və digər in zibati tikililər yerləşird i. 

Arxeoloji  qazıntılarla  Dərbəndin  narınqalası  daha  yaxşı  tədqiq  olun muşdur. 

Məlu m olmuşdur ki,  VIII-IX əsrlərdə ə rəb canişinin in sarayı narınqalanın ş ərqində, 

divara bitişik idi (А.А.Кудрявцев,  1982, стp. 139-140). Saray ko mpleksinin qalıq ları 

600  k v.m-ə  ya xın  sahəni  əhatə  edirdi.  Sa ray  yaxşı  yonulmuş  daşlardan,  yüksək 

keyfiyyətli  əhəngli  məhlu lla   inşa  olun muşdu.  Divarların  qalınlığı  1-1,5  m-dir. 

Ko mple ksə  daxil  olan  yaşayış  və  təsərrüfat  təyinatlı  otaqlar  kvadrat  və  dördbucaq 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə