Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə37/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   33   34   35   36   37   38   39   40   ...   195

85 

 

ərazilərindəki  mənbələrdən  şəhərə  gətirilməsində,  həm  də  şəhər  daxilində  məhəllə 



və küçələrə paylan masında mühü m vasitə idi. 

Şəhərlərdə  su  ehtiyatının  toplanması  və  saxlan ması  üçün  hovuzlar,  xüsusi 

sututarları  düzəldilirdi.  Bu  tip  tikililər  Xunanda  (P.M.Ваидов  и  др.,  1979,  c тp.  511;  

E.Ə.Qasımov,  2002,  səh.  97-98),  Beyləqanda  (H.B.Минкевич-Мустафайева,  1973. 

стp.  319),  Xaraba-Gilanda  (Б.И.Ибрагимов,  2000,  стp.  31),  Dərbənddə 

(A.A.Ку дрявцев,  1976,  стp.  127;  1982a,  стp.  89-90)  arxeolo ji  tədqiqatlarla  

öyrənilmişdir.  Yaqut  əl-Həməv i  isə  Dərbənd  haqqında  belə  yazır:  "Şəhərin  lap  

yaxınlığında  pilləkənləri  olan  tağlı  quyu  var.  Su  azalanda  pilləkənlərlə  quyuya 

düşürlər"  (N.Ə.Əliyeva,  1999,  səh.  142).  Yaqut  Həməv inin  təsvir  etdiyi  bu sututan 

görünür  ovdandır.  Orta  çağda,  Azərbaycanda  daşla  hörülmüş,  üstü  tağ  örtüklü, 

içərisinə  düşmək  üçün  pilləkən i  olan  ovdanlar  geniş  yayılmışdı.  Şəhərlərin  su 

təchizatında  bulaqlar  da  özünə mə xsus  yer  tutmuşdur.  Bu laqlardan  istifad ə  fakt ı 

Şamaxı,  Qəbələ,  Dərbənd  şəhərlərin in  arxeo loji  qazıntılarından  məlu mdur 

(E.Qasımov, 2002, səh. 102-105). 

Tikililə rin  sıx  yerləşdiyi,  on  minlərlə  əhalinin  yaşadığı  ş əhər  məskənlərində 

sanitariya  məsələ lərinin  həllinə  yönəlmiş  tədbirlərin  həyata  keçirilməsinə  böyük 

ehtiyac  duyulurdu.  Araşdırmalar  küçə  və  meydanların,  ictimai-din i  binaların, 

istehsalat  tikililərinin  tə mizliyinə  d iqqət  yetirildiyin i,  bu  məqsədlə  xüsusi  qurğular 

düzəldiy ini  təsdiqləyir.  Mü xtəlif  mühəndis  qurğuların ın  mövcudluğu,  eləcə  də 

mühtəsib  nəzarətinin  cidd iliyi  şəhərlərdə  təmizliyə  riayət  olun masına  şərait 

yaradırdı. 

Çirkab  və  zibil  quyuları,  drenaj  və  kanalizasiya  xətləri  belə  qurğulardan  idi. 

Məişət  və  istehsalat  tullantıları,  mü xtə lif  cür  zir-zibil  imkan  da xilində  şəhərdən 

kənara  ç ıxa rılırd ı.  Şəhər  da xilində  isə  zibil  ya lnız  xüs usi  dərin  quyulara  atılırdı. 

Küçə  və  meydanlardan  çirkli  və  ya  yağış  sularının  çıxarılması  üçün  drenaj 

sistemindən  istifadə  olunurdu.  Ya zılı  mənbələr  Dərbənd  şəhərində  su  axarlarının  

(drenaj  xətlə rinin)  mövcudluğunu  xüsusi  vurğulayırlar  (N.M.Vəlixanlı,  1974,  səh. 

132).  Şaxələn miş  kanalizasiya  sisteminin  qalıq ları  Şəmkirin  narınqalasında  IX-X 

əsrlərə  aid  təbəqədə  üzə  çıxarılmışdır  (tablo  21,  şək.3).  Həmin  mühəndis  qurğusu 

bişmiş kərp ic, çaydaşı və ağ daş lövhələrdən istifadə etməklə kürəbənd üsulu ilə inşa 

olunmuşdur (T.M.Dostiyev, 2007, s əh. 29). Kanalizasiya  xəttin in qalıqları a rxeo loji 

qazıntılar zamanı Örənqala şəhər yerində də üzə çıxarılmışdır (tablo 21, şək. 4). 

Arxeoloji  qazıntılardan  məlu m  olmuşdur  ki,  orta  əsr  şəhərlərində  lokal 

kanalizasiya  üçün  xüsusi  quyular  qazılırdı.  Be lə  quyular  Gəncə,  Beyləqan,  Şə mkir, 

Qəbələ  və  Şabranda  aşkar  olun muşdur.  Çirkab  quyuları,  b ir  qayda  olaraq, 

mən zillərdən ara lıda qazılırdı. Hə r tikinti  ko mp leksinin ö zünəmə xsus çirkab quyusu 




86 

 

var  idi.  On lar  adətən  3-4  m  və  daha  çox  dərin likdə  olub  silindr  ş əklində  qazılırdı. 



Quyuların  ağzı  ağac,  qamış  və  yaxud  taxta  ilə  örtülürdü.  Bəzən  quyuların  ağzı 

bişmiş  kərpic  və  yonulmuş  daşla  döşənirdi.  Bəzi  hallarda  belə  quyular  tünglər 

vasitəsilə  mənzillə rlə  əlaqələndirilird i.  Buna  da  ən  çox  da xili  həyətlərdə  təsadüf 

olunur.  Bunlara  yağış  suları  da  axıb  gedir  və  torpağa  hopurdu.  Quyuların  qıraq ları 

uçub  dağılmasın  deyə,  bəzən  onların  yuxarı  hissəsi  bişmiş  kərpiclə  möhkəm 

hörülürdü.  Onlar  çirkab  suların ın  axıdılması  üçün  də  yararlı  idi.  Beyləqanda  aşkar 

olunmuş  belə  quyuların   bəzilərinin  ağız  döşəməsi  səkkizguşəli  u lduzvari  deşiklə 

tamamlan mışdır. Bir ço x quyuların ağ ız hissəsi ortaya qoyulmuş,  mərkəzində  kiçik 

deşik  olan  bişmiş  kərpiclə  döşənmişdir.  Beyləqanda,  Şəmkirdə,  Qəbələdə  belə 

kərpic lər  tapılmışdır.  Bu  cür  sanitariya  qurğuları  Orta   Asiya  ş əhərlərində  aşkara  

çıxarılan  daşnov  adlanan  qurğuları  xatırladır.  Belə  quyulu  otaqlar  görünür 

yuyunmaq, xüsusilə qış fəslində dəstəmaz və qüsl üçün istifadə olunurdu. 

 

Qalal ar, qəsrlər və  qüllələr 

 

Yazılı  qaynaqların  təhlili  Azə rbaycan  feodal  hökmdarla rın ın  istehka m 



tikililərinin  ucald ılmasına  xüsusi  əhəmiyyət  verdiklə rini  söyləməyə  imkan  verir. 

Mənbələrdən  birində  deyilir  ki,  A zərbaycan  "əsasən  dağlıq  diyardır,  çoxlu  qalala rı, 

bol  nemətləri,  saysız  meyvə  ağacları  vardır"  (Йакут  аль-Хамави,  1983,  стp.  7-8). 

Azərbaycanın  müdafiə  istehka mla rı  ko mple ksinə  bir-birindən  müəyyən  məsafədə 

tikilmiş  qəsr  və  qüllələ r  də  daxil  id i.  Be lə  qəsr  və  qüllələrdə  iğtişaşlar  və  basqınlar 

zaman ı  feodalın  ailəsi  mühafizə  o lunur,  onlarda  hərb i  hissələr  saxlan ılır  və  şəhəri 

hücumlardan  xəbərdar  etmək  üçün  gecələr  işıq  yandırılır,  gündüzlər  isə  tüstü 

qaldırılırdı.  Təəssüf  ki,  orta  əsr  qalaları  arxeolo ji  cəhətdən  zəif  öyrənilmiş  

abidələrdəndir. 

Gü lüstan qalası - Şamaxı şəhərindən 3 km şimal-qərbdə ətraf ərazilərdən 180-

200  m  yüksəklikdə  olan,  şima l-qərbdən  cənub-şərqə  genişlənən  dağın  üstündə 

yerləşir və  onun mürə kkəb  re lyefinə uyğunlaşdırılmışdır. Sahənin u zunluğu 400 m, 

eni isə  30-140  a rasında dəyişir (tablo  22, ş ək.  1).  Qala  şima l-şərq və cənub-qərb 

tərəfdə  uçurumlu  dərə,  qərb  və  şima l-qərb  tərəfdə  sərt  enişlə   hüdudlanır,  yaln ız 

şəhərə baxan cənub tərəfdə az enişli yamac vardır.  Burada qeydə alınan böyük bürc 

qalıqları  qalaya  aparan  yeganə  cığ ırın  cidd i  qorunduğuna  dəlalət  edir.  Qalanın  

narınqalası  hakim  mövqeyə  malik  şimal-qərb  tərəfdə  ucaldılmışdır.  Qalan ın  divarı 

ve bürcləri kirəc  məhlu lunda dördkünc yonulmuş daşla tikilmişdir (tablo 22, ş ək. 2). 

Qala  müdafiə  üçün  çox  əlverişli  yerdə  olduğundan  Şirvanşahlar  dövlətinin  hərbi-

müdafiə sistemində çox  mühü m rol oynamış və Şirvanşahlar bu qaladan həm də yay 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə