81
uzanan şəhərətrafı sahəsi 2,5 k m-ə bərabər o lmuş, məşhur Mil-Minarəyə qədər
davam etmişdir (Q.M .Əh mədov, 1979, səh. 4).
Dərbənd şəhərinin sənətkar məhəllələ rinin fo rma laşması ö zünə mə xsusluğu
ilə fə rqlən mişdir. VIII-X əsrlərdə sənətkarlıq və ticarətin güclü inkişafı nəticəsində
Dərbənd şəhristanının aşağı, dənizkənarı h issəsində sənətkar və tacirlərin məhəllə ləri
formalaşmış, bu hissə bir növ özünəməxsus rabada çevrilmişdi. Şəhərin yu xarı
hissəsi, Ca me məscidinin ətrafındakı sahə isə şəhristan funksiyasını davam
etdirməkdə idi (A.A.Kyдрявце в, 1982, стp. 150).
Ümu miyyətlə, arxeolo ji qazıntılar nəticəsində üzə çıxarılmış tikili qalıq ları və
salamat qalmış memarlıq abidələrinin tədqiqi orta əsr tikililərinin b ir ço x səciyyəvi
ünsürlərin i, onların xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verir. İnşaatçılar
mü xtəlif tip tikililəri ucaldarkən ərazinin xüsusiyyətlərin i və inşa olunacaq binanın
xara kterin i nə zərə a lmaq la öz işlə rin i qururdular. Tikilinin bünövrəsinin
möhkəmliyinə xüsusi diqqət yetirilirdi. Təbii şəraitin imkan verdiyi ərazilərdə
qayalıqlardan səmərəli istifadə olunurdu. Bunu Bakıda Qız qalası əyani nümay iş
etdirir (Ö.Ş.İs mizadə, 1965, səh. 225-227). Qayalıq olmayan ərazilərdə tikililərin
bünövrəsi üçün xəndək qazılır, qaya daşlarından və ya çaydaşılarından adi palçıqla
və ya əhəngli məh lulla özül qoyulurdu. Kürsülük çox va xt bünövrə ilə vahid
konstruksiya təşkil edirdi. Bir, iki, bəzən hətta üç pilləli stilobata təsadüf olunur
(K.M.Maмедза де, 1983, стp. 195). Kürsülük divarların dayanaqlığını art ırır,
xüsusilə binanın antiseysmik imkanlarını gücləndirirdi. Kürsülüyün iri daşlardan
hörülməsinə üstünlük verirdilər (K.M.Maмедзаде, 1983, cтp. 198).
Memarlıq abidəsinin xarakterindən asılı o laraq döşəmələr mü xtəlifd ir: sadə
gil suvaq - şirə çəkilmiş döşəmələ rdən başlamış fiqurlu kə rpic döşəmələrə qədər.
Arxeoloji qazıntılar zamam Dərbənd şəhərinin yaşayış evlərində hətta əhəng
döşəmələrə də təsadüf olunmuşdur (A.A.Kyдрявцев, 1977).
Orta əsrlərdə şəhər tikililə rində tətbiq olunan hörgülərin quruluşu mü xtəlifdir
və əsasən aşağıdakı növlərlə tə msil olun muşdur: biş miş kərp icdən, daşdan və onların
qarışığından ibarət hörgü. Kənd tip li yaşayış yerləri üçün səciyyəvi olan çiy
kərpicdən hörülmüş divarla ra məhdud şəkildə şəhər yerlərində rast gəlinir. XI-XII
əsrlərin b işmiş kərpicdən inşa olunmuş tikililərində bəzən hörgü vasitəsi ilə d ivar
səthində naxış salın ması (tablo 20) dövrün mühüm əla mətlərindəndir.
Yaşayış evlərinin və ictimai-d ini b inaların inşaatında qapı, pəncərə, taxça və
digər açırımla rın tərtibatına yetərincə d iqqət verilird i.
Azərbaycanın orta əsr me ma rlığında mü xtəlif forma lı tağlardan geniş istifadə
olunmuşdur. Onlar əsasən çatma və dairəvidir. Da irəvi tağlara başlıca ola raq dövrün
xristian abidələrində rast gəlin ir.
82
Sivri tağlar mü xtəlif tipdə olub mü lki, ictimai-d ini və müdafiə tikililərində
uğurla tətbiq olunurdu. Tağların hörgü üsulu mü xtəlifliyi ilə fərqlən ir. Kərp icdən
qurulan tağlarda yüks ək keyfiyyətli b irləşdiric i məh lulun olması vacib ş ərt idisə,
daşdan qurulan tağların möhkəmliyi daha ço x ayrı-ayrı daşların forma və
düzülüşündən asılı id i. Tağların qurulması ciddi hesablama əsasında aparılırd ı
(K.M.Maмедза де 1983, c тp. 233-236; М.С.Була тов, 1988, c тp. 119-121).
Bə zi tikililərin qalıqla rı şəhər me marlığında tağ-tavanlardan istifadəni
sənədləşdirir. Tağ-tavanın ucaldılmasında sənətkarlar hörgünün dəqiq aparılmasına,
daşların bir-birinə yaxşı geydirilməsinə xüsusi diqqət yetirirdilər. Hörgü tikişlərinin
ardıcıllığ ına ciddi riayət olunurdu. Mülki və ictimai b inaların inşaatında çatma tağ-
tavanlar, xatirə abidə lərində isə xaçvari tağ-tavanlar daha çox qurulurdu. Sonuncuda
tağ-tavanın bütün ağırlığ ı dörd dayaq nöqtəsinə düşürdü (K.M.Maмедзаде, 1983,
CT
P
.
238-239).
İctimai-d ini binaların inşasında günbəzli örtüklər də ucaldılırdı. On lar əsasən
yarımkürəvi və konusvari formalıdır.
Şəhər abadlığı. Orta əsr şəhərsalma problemləri hələlik Azərbaycanda lazımi
səviyyədə tədqiq olunmamışdır. Bu s əbəbdən şəhərlərin mülki və ictima i tikintiləri
haqqında, hətta onun plan-quruluşu - məhəllələri, küçələri, bazar meydanları və s.
haqqında tam aydın təsəvvürümüz yo xdur. Orta əsr Azərbaycan şəhərlərinin heç
olmasa birinin məhə lləsin in bütövlükdə aşkara çıxarıb tədqiq et mək bir arzu o laraq
qalmaqdadır.
Orta əsr Bakı şəhərinin - İçərişəhərin son dövrlərə aid (1806-1810) p lanı
qalmışdır. Ço x gü man ki, bu plan şəhərin monqol istilasından əvvəlki dövrün plan
quruluşunu bir ənənə kimi saxlamışdır.
Orta əsr şəhərləri üçün dar küçələr, əyri və kiç ik dalanla r, sistemsiz
tikintilərin olması, yaşıllığ ın azlığ ı s əciyyəvi hal idi. Ba kıda İçərişəhərin küçə və
dalanlarının qalıq ları onlarda son zamanlar xey li dəyişikliklər edilməsinə
baxmayaraq, nə qədər darısqal, çəp, əyri olduqlarını bütün aydınlığı ilə nümay iş
etdirir. Gö rünür məhəllə daxili küçələr ensiz olub, əsasən, piyadaların hərəkəti üçün
nəzərdə tutulmuşdu. Şəhər darvazalarına istiqamət lən miş əsas magistral küçələr isə
kifayət qədər enli olub ikiça rxlı arabaların, yüklü dəvələrin sərbəst hərəkət edə
bilməsinə imkan yaradırdı. Məhəllə da xili küçələ rdən fərqli olaraq onlar dü zxət li və
səliqəli idi.
Beyləqanda şəhər darvazala rın ın üz-ü zə dayanması burada əsas küçənin düz
olmasından xəbər verir (A.A.Иессен, 1959a, стp. 34). Dü zxətli, kənarları boyunca
yaşayış evləri yerləş miş küçə qalığı Dəbildə arxeo loji qazıntılarla öyrənilmişdir
(A.Ka лантарян
И Д
p., 1979, стp. 521). Şə mkir şəhər xarabalıqla rında darvaza