Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə43/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   39   40   41   42   43   44   45   46   ...   195

98 

 

tunc  dövrünə  aid  yaşayış  yerinin  üzərində  salın mışdır.  Salamat  qalmış  sahəsi  0,5 



hektardan  bir  qədər  çoxdur  (tablo  28,  ş ək.2).  Arxeoloji  qazıntılar  təpənin  cənub-

qərbində  1000  k v.m  sahədə  aparılmış  və  müəyyən  olunmuşdur  ki,  1,4  m  qalın lıqda  

üst mədəni təbəqə VIIl-XIII əsrlərə,  4,5 qalın lıqda alt  mədəni təbəqələr isə orta və 

ilk  tunc  dövrlərinə  aiddir.  Üç  inşaat  qatına  ayrılan  orta  əsr  təbəqəsində  daş bina  və 

çubuq  hörmə  evin  qalıqları,  onların   yaxınlığında  təsərrüfat  və  məişət  quyularının, 

təndir və ocaqların yerləşdiyi sahə aşkar edilib  tə mizlən mişdir. Tapıntılar şirsiz sa xsı 

qablardan,  şirli  kasa,  xeyrə  və  boşqab  qırıqlarından,  dəmir,  sümü k,  daş  alətlərdən, 

meta l,  şüşə  mə mu latdan  ibarətdir.  Şirli  sa xsı  mə mu lat  arasında  yüks ək  bədiiliyi  ilə  

fərqlənən polixro m şirli sa xsı qab nümunələrin in ço xluğu diqqəti cəlb et məyə bilməz. 

Onlar  XI-XIII  əsrlərin  şirli  sa xsı  mə mulatın ın  yarısını  təşkil  edirlə r  (T.M.Dostiyev, 

2002,  səh.  41).  Tapıntılar  arasında  Məhəmməd  ibn  Biştəkinin  adından  hicri  620-c i 

ildə  Əhər  şəhərində  zərb  o lunmuş  sikkə   də  vardır  (T.M.Dostiyev,  1997,  s əh.  192-

202). 

Sandıqtəpə  yaşayış  yeri  Quba  şəhərinin  cənub-şərq  kənarında,  Ağçayın 



yüksək sahilində yerləşir.  Yaşayış məskəni erkən orta əsrlərdə çox böyük olmuş, bir 

neçə  təpə  üzərində  yerləş mişdi.  İnkişaf  etmiş  orta  əsrlərə  aid  mədəni  təbəqə  isə 

yalnız  bir  təpədə,  erkən  orta  əsrlərdə  narınqalanın  yerləşdiyi,  sıld ırımlı  yamacları 

olan  təpədə  qeydə  alınmışdır.  Üstünün sahəsi  1600  k v.m,  hündürlüyü şima l-qərbdə  

11  m,  cənub-şərqdə,  çay  yatağı  tərəfdə  24  m-ə  çatan  bu  təpə  üç  tərəfdən  dərin  

xəndək, bir tərəfdən isə Ağçayın dərin yatağı ilə hüdudlanır (tablo 28, ş ək. 3).  1300 



k v.m sahədə, yəni təpənin 

4

/



5

 hissəsində aparılmış arxeo loji qazıntılar  mədəni təbəqə 

yatımının qalınlığın ın 2-2,4  olduğunu, onun 1,5 m-ə çatan üst mədəni təbəqəsinin 

inkişaf  etmiş  orta  əsrlərə,  0,9-1  m  qalınlıqda  alt  mədəni  təbəqəsinin  isə  erkən  orta 

əsrlərə  mənsubluğunu  təsdiqləmişdir.  Üst  mədəni  təbəqədə  iki  inşaat  qatı  müəyyən 

olunmuşdur. Təpənin şimal-qərbində  IX-X əsrlərə aid  inşaat qatında yaşayış evinin 

bünövrəsi,  təsərrüfat  quyuları,  məişət  ocaqları  aşkar  edilib  təmizlən mişdir,  XI-XIII 

əsrlərə aid inşaat qatında iki-üç otaqlı yaşayış evləri ko mplekslərinin qalıqları, ço xlu  

çaydaşı  töküntüləri  aşkarlan ıb  tədqiq  edilmişdir.  Üst  mədəni  təbəqədə  yanğın 

izlə rin in  qeydə  alın ması  XI-XIII  əsrlər  ərzində  yaşayış  məskənində  iki  dəfə  güclü  

yanğın  baş  verdiyini  ehtimal  etməyə  əsas  verir.  İn kişaf  etmiş  orta  əsrlərə  aid  

təbəqədən  xeyli  şirli  və  şirsiz  saxsı  qablar,  şüş ə  mə mulat,  silah  nümunələ ri,  sümük 

alətlər  tapılmışdır  (T.M .Dostiyev,  2001,  s əh.  69-71).  Arxeo loji  qa zıntıların  

nəticələrinə  əsasən  belə  qənaətə  gəlmə k  olar  ki,  XIII  əsrin  ikinci  yarısın ın  hərbi-

siyasi hadisələri ilə  əlaqədar bu yaşayış yerində həyat kəsilmişdir. 

Şamaxı ətrafında bir neçə kənd tipli yaşayış yeri aşkarlanıb qeydə alın mışdır. 

Onlardan  Gü müşlü yaşayış yeri Şamaxıdan 15  km cənubda, Bağırlı  kəndi ərazisində 



99 

 

yerləşir.  Abidənin  orta  əsr  təbəqəsi  şirli  qablar,  Şirvanşahların  və  Eldəgizlərin  



sikkə ləri  ilə  müəyyən  edilmişdir.  Maraqlıdır  ki,  burada  vaxtilə  Qırlıq  dağındakı 

Gəray  bulağından  kəndə  gətirilən  su  xəttin in  tüngləri  də  tapılmışdır  (A.B.Nuriyev, 

1965, səh. 159-166). 

Xocalı  yalı  yaşayış  yeri  Şamaxı  rayonunun  Kolanı  və  Poladlı  kəndləri 

arasında  yerləşir  və  geniş  ərazin i  əhatə  edir.  Kəşfiyyat  axtarışları  zaman ı  abidənin  

ərazisindən toplanmış yerüstü arxeoloji  materiallar şirli və şirsiz qab qırıntılarından 

və kirkirə daşlarından ibarətdir. Kirkirə daşların ın ço xluğu diqqəti xüsusilə cə lb edir. 

Abidə IX-XIII əsrlərə  aid ed ilir (А.Б.Нуриев, 1979, стp. 36) 

Quşqona yaşayış yeri də həmin rayonda Əngəxaran kəndi yaxınlığında dağın 

üstündə  yerləşir  və  XI-XIII  əsrlərə  aid  edilir  (F.Ə.İbrahimov,  1963).  Burada  tikinti 

qalıqları, su tünglərinin  sınıqları və ço xlu şirli və şirsiz saxsı qalıqlarına da təsadüf 

olunmuşdur. 

Kəndyeri adlı yaşayış yeri Şa ma xıdan 2-3 k m şimalda a lçaq təpənin üstündə 

yerləşir.  Mədəni  təbəqənin  qalın lığ ı  yaşayış  yerinin  şərq  kənarında  0,75  m, 

mə rkə zində isə 1,8 m-ə qədərdir. A lt təbəqə VIII-X əsrlə rə a id arxeoloji materia llarla  

səciyyələndirilir.  Burada  yonulma mış  daşdan  inşa  edilmiş  bina  qa lıq ları  ü zə  

çıxarılmışdır.  Qalın lığ ı 0,8  m-ə çatan üst təbəqədən xeyli şirli və şirsiz saxsı və şüşə 

qab qırıqları, bəzək əşyaları tapılmışdır (H.Ə.Ciddi, 1969, s əh. 49-57). 

Xanyurdu  yaşayış yeri  də  Şamaxı  şəhərindən  şimalda,  hündür  təpə  üzərində 

yerləşir.  Təpənin  ü zərində  yonulmuş  daşlardan  əhəngli  məhlu lla  hörülmüş  tikili 

qalıqları  izlənilir.  Buradan  XI-XIII  əsrlərə  aid  çoxlu  saxsı  qab  nümunələri  əldə 

edilmişdir. 

Tova  yaşayış  yeri  eyni  adlı  kəndin  1  km  şimalında,  Yu mruqalaq  və 

Yastıqalaq dağları arasında yerləşir.  Yaşayış yeri üç tərəfdən dərin sıldırım qaya ilə 

əhatə  olunub,  ancaq  şərq  tərəfdən  ona  daxil  olmaq  mü mkündür.  Burada  da  daşla 

müdafiə  divarı  tikilmişdir.  Ona  görə  buranı  möhkəmləndirilmiş  yaşayış  yeri  də 

adlandırmaq  olar.  Hələlik,  burada  qazıntı  aparılmay ıb,  lakin  toplanmış  yerüstü 

materia lla r - şirli və şirsiz sa xsı qablar, pullar abidənin IX-XIII əsrlərə a id olduğunu 

göstərir. Sikkələr Şamaxı, Dərbənd və Bakıda XIII əsrdə zərb ed ilmişdir. 

Çobanabdallı  yaşayış  yeri  Samu x  rayonunun  Çobanabdallı-Nəbiağalı 

şosesinin  solunda,  düzənlik  sahədə  yerləşir.  Abidənin  ərazisində  50  kv.m  sahədə 

aparılmış arxeolo ji qazıntılar yaşayış yerinin 1,7 qalınlıqda üst mədəni təbəqəsinin 

IX-XII  əsrlərə  a id  olduğunu  göstərmişdir.  Yaşayış  yerində  21x21x4  sm  ö lçüdə 

bişmiş  kərp icdən  tağbənd  formada  hörülmüş  su  təchizatı  xətti  aşkarlan mışdır. 

Qazıntı  zaman ı şirsiz və şirli saxsı qab qırıq ları,  metal və şüşə məmu latı tapılmışdır 

(A.Mə mmədov, 2000, s əh. 29). 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə