96
Kə nd ti pli yaşayış yerləri
Yazılı qaynaqlar Azərbaycanda orta əsrlərdə çoxlu zəngin kəndlərin
olduğunu qeyd edirlər. X əsr ərəb coğrafiyaşünası əl-Müqəddəsi Azərbaycandan
bəhs edərkən bildirir ki, "Bu (yerlər) başdan-başa kənd və əkin sahələridir"
(N.M .Və lixan lı, 1974, səh. 130). Əsərini XIII əsrin əvvəllərində yazmış Yaqut əl-
Hə məvi Muğanın ço xlu kənd və otlaqla rı olan vilayət olduğunu qeyd edir
(N.Əliyeva, 1999, səh. 70. 181). O, Azərbaycandakı bəzi kəndlərin adını da çəkir:
Xalxal yaxın lığ ında Hamis, Qəzvinlə Xalxal arasında Bərəndək, Xalxalda Səncəbəz,
Dərbənd yaxınlığ ında Sincan, Təbrizdən 6-7 k m ara lı Va ran, Urmiya ya xınlığında
Farfaqabad, Urmiyadan bir mə rhələ a ralıda Mart, Urmiya və Təbriz a rasında
Kuzkunan (N.Əliyeva, 1999, səh. 69).
Azərbaycan Respublikasında XX əsrin son rübündə aparılmış geniş miqyaslı
çöl arxeoloji tədqiqatları da yazılı qaynaqların məlu matını təsdiqləyərək o rta çağda
ölkəmizdə kənd məskənlərin in sıx yerləşdiyini göstərir. Bunu arxeolo ji baxımdan
məqsədyönlü və sistemli tədqiqatlara cə lb olun muş Quba-Xaç ma z bölgəsinin
timsalında aydın müşahidə etmək mü mkündür. Bu rada qeydə alın mış orta əsr
yaşayış yerlərinin böyük əksəriyyətini kənd tipli yaşayış məskənlərinin qalıq ları
təşkil edir. On lar topoqrafik ba xımdan çaykənarı, düzən, yamac və meşəiçi kənd
tipləri ilə tə msil olun muşdur. Çaykənarı kəndlərə mənsub yaşayış yerlərinin
əksəriyyəti dağ çaylarının hündür sahilində, meşəiçi kəndlər isə meşə zolaqlarındakı
talalarda, alçaq təpələr ü zərində yerləşirlər. Yamac kəndlərin in əksəriyyəti yaxşı
insolyasiya olunan, külək tut mayan dağın ş ərq və cənub ətəklərində salın mışlar.
Bölgədə dağ çayların ın sıx şəbəkəsinin mövcudluğu, yaşayış məskənlərinin
salın ması və inkişafında su mənbələrinin mühüm əhəmiyyət kəsb etməsi çaykənarı
kəndlərin daha geniş yayılmasını ş ərtləndirmişdi.
Quba-Xaç ma z bölgəsinin IX-XII əsr kənd tipli yaşayış yerlərinin tədqiqi
əsasında Azərbaycanda həmin çağda kəndlərin ölçülərinə görə fərqli olduğunu, bir
neçə min kv.m-dən bir neçə hektara qədər sahəyə malik kənd məskənlərinin
mövcudluğunu müəyyənləşdirmək o lur. Quba-Xaçmaz bölgəsində ölçülərinə görə
böyük, orta və kiçik sahəli kənd yaşayış yerləri o lmaq la üç tip ayrılmışdır.
Böyük kənd tipli yaşayış yerləri sahəsi 3,5 hektardan artıq olan abidələrlə
təmsil olunmuşdur. Buraya Seyidli, Çiləgir, Talabı, Yurdyerlə ri, Köhnəpir və digər
yaşayış yerləri daxildir. Arxeo loji qazıntılar Müşkür düzünün şima lında, Xaçmaz
rayonunun eyni adlı kəndindən 1 km qərbdə yerləşən Seyidli yaşayış yerində
aparılmışdır. Hər tərəfdən meşə ilə əhatə olunan bu yaşayış yerinin sahəsi 4
97
hektardan artıqdır (tablo 28, ş ək. l). Arxeolo ji qa zıntıla r za manı burada qalınlığı 1,5
m-ə çatan mədəni təbəqədə tikili qa lıq ları, təndir və ocaqlar, də mirç iliklə bağlı
qalıqlar üzə çıxarılmış, xey li miqdarda VIII-XV əsrlər üçün səciyyəvi olan saxsı qab
qırıqları, əmək alətləri, bəzək nü munələri tapılmışdır (T.M.Dostiyev, 2001, s əh. 56-
57). Məlu m olmuşdur ki, burada VIII əsrdə kənd salınmış, XI-XII əsrlərdə o
genişlənərək maksimu m həddə çatmış, monqol ağalığı dövründə tənəzzül keçirmiş,
XV əsrdə isə sakinlər onu tərk et mişlər.
Orta dərəcəli kənd tip li yaşayış yerləri sahəsi 1 hektardan artıq, la kin 3,5
hektardan az olan ab idələrlə tə msil o lunmuşdur. Bu tip abidə lərə misal o laraq
Dərə zarat, Qalaqantəpə və Dəyirmantəpə yaşayış yerlərini göstərmə k olar. Onlardan
Dərə zarat yaşayış yerində kiç ik a rxeo loji qazıntılar aparılmışdır. Qa zıntı n əticəsində
mədəni təbəqə yatımının qalınlığın ın 2,2 m olduğu müəyyən edilmiş, tikinti
qalıqları, təndirlər, təsərrüfat quyuları aşkara çıxarılmış, XII-XIV əsrlərə aid saxsı
qab qırıqları, metal məmulat, şüşə və sümükdən bəzək əşyaları və s. tapılmışdır
(C.Ə.Xəlilov, 1960, səh. 105-114).
Qalaqantəpə yaşayış yeri Müşkür düzündə, Caqacuq çayın sağ sahilində,
Xaçmaz rayonunun Qalaqan kəndinin şimal-qərb kənarında yerləşir və 3,5-4,5 m
hündürlükdə, dördkünc biçimdə geniş sahəli təpədən ibarətdir. Yaşayış yerinin
cənub-şərq tərəfində aparılmış yoxla ma qa zıntı mədəni təbəqə yatımının 3,5 m
qalınlıqda olduğunu göstərmişdir. Qazıntı nəticəsində əldə olun muş arxeo loji
materia lla r VII-XII əsrlərə aid şirli və şirsiz saxsı, fayans qab qırıqları, iy başlığı v ə
bülöv daşı ilə təmsil o lunmuşdur (Дж.А.Халилов и др., 1991, стp. 106).
Dəyirmantəpə yaşayış yeri Xaç ma z rayonunun Maşıoba kəndi ya xın lığ ında
iki təpənin üzə rində yerləşir. Abidənin əra zisində aparılmış ilkin tədqiqatlar yaşayış
yerində IV-XII əsrlə rə a id 2,7 m qalınlıqda mədəni təbəqə yatımının varlığın ı
göstərmişdir.
IX-XII əsrlərin kənd tipli yaş ayış yerləri arasında kə miyyət etibarilə III tip
kiçik sahəli kəndlərin xarabalıq ları üstünlük təşkil edir. Sahəsi 1 hektardan artıq
olmayan bu abidələrin səciyyəvi cəhətlərindən biri onların əsasən qrup halında
salın masındadır. Be lə kəndlərin təşəkkül tapmasında bir nəslin üzvlərinin bir-b irinin
yaxınlığında məskunlaşmaq istəyi mühü m ro l oynamışdır (H.Həvilov, 1991, səh.
115-116). Bu baxımdan Məscidtəpə, Aqbilbaba yaşayış yerlərini misal gətirmə k
olar. Əslində III tipi kəndə nisbətən xey li kiçik yaşayış məntəqəsini əks etdirən
"şenlik" istilahı ilə adlandırmaq daha düzgün olardı. III tip kənd yaşayış yerlərindən
ikisində - Sərkə rtəpə və Sandıqtəpə yaşayış yerlərində geniş arxeo loji qazıntıla r
aparılmışdır. Sərkərtəpə yaşayış yeri Müşkür düzündə, Xaçmaz rayonunun Sərkərli
kəndindən şima l-şərqdə, Ağçayın sahilində, şərq-qərb istiqamətində u zanan təpə,