137
Cavan zoğları paslı-şabalıdı rəngli, yaşlı budaqlar isə
qonur rəngli olub, seyrək, sərt tikanlıdır. Yarpaqları enli-
ellips formalı, üstdən parlaq-yaşıl, altdan gümüşü-qonur
rənglidir. Yarpaqlarının rəngi və forması ilə seçilən çoxlu
dekorativ formaları mövcuddur. Onlardan yarpaqlarının
kənarları yaşıl, ortası sarı rəngli forma Frederica (forma
Frederisi), üçrəng yarpağa malik (
forma tricolor) və b. bəzək
bağçılıqda daha geniş yayılmışdır.
Çiçəkləri xırda, gümüşü-ağ rəngli, olduqca ətirlidir.
Çiçəkləmə müddəti oktyabr-dekabr aylarıdır. Meyvələri həm
formasına, həm iriliyinə, həm də dadına görə zoğal
meyvələrini
xatırladır.
Əvvəlcə
gümüşü-göy
rəngli,
yetişdikdə isə tünd-qırmızı rəngli və şirəli olur. Abşeron
şəraitində meyvələri aprel-may aylarında yetişir.
Bu bitki təbii halda Çin və Yaponiyanın dağlıq və
dağətəyi zonalarında bitir.Mədəni şəkildə Aralıq dənizi, Qara
dəniz zonalarında, Qafqazda və b. becərilir. Azərbaycanda
(Abşeronda) 1950-ci illərdə tək-tək əkinləri olduğu qeyd
olunur. Son illər bitkinin bir çox yuxarıda qeyd etdiyimiz
formaları Aralıq dənizi rayonlarından (İtaliya, Türkiyə)
gətirilərək, park və bağlarda landşaft dizaynında geniş
istifadə olunmağa başlanmışdır.
Bitkinin
meyvələri
digər
meyvə-giləmeyvələrin
yetişmədiyi vaxtda yetişdiyindən, qış yemi qurtarmış quşlar
üçün əvəzsiz yem mənbəyidir. Bununla bərabər, qeyd
olunmalıdır ki, Azərbaycanda Tikanlı iydə və onun müxtəlif
formaları yalnız dekorativ məqsədilə əkilib becərilir. Bitki
daha çox bir və iki mərtəbəli yumru və ya yastı-dairəvi
formalar verməklə bağ və ya parklarda tək-tək, həmçinin
cərgəvi əkib kvadrat forma verməklə gəzinti yollarının
kənarlarında bordür, canlı çəpər şəklində becərilir. Kölgəyə
davamlı növ olduğundan iri çətirli, yarpaqların qışda tökən,
ağacların yaxınlığında çətiraltı bitki kimi də becərilə bilir.
138
Torpaq qidasına az tələbkar, maşın tüstüsünə və hakim
küləklərə davamlı olduğundan, şəhər yerlərində magistral
yolların kənarlarında tək-tək (bitki arası 1-2 m saxlanmaqla)
və canlı çəpər kimi də istifadə oluna bilər. Fərdi həyətyanı
sahələrdə külək çox tutan cəhətlərdə əkildikdə də normal
inkişaf edə bilir.
Tikanlı iydə istər vegetativ üsulla, istərsə də toxumlarla
çoxaldılmada ilk illər çox zəif böyüyür. Lakin 4-5 yaşdan
sonra ayrı-ayrı birillik zoğlar çox sürətlə uzanaraq bir
vegetasiya ilində 1,0-1,5 m-ə çata bilir. Həmin sürətlə uzanan
zoğları ildə bir neçə dəfə kəsməklə 1-2 il ərzində bitkidən hər
hansı çətir forması düzəltmək olar. Belə sürətlə böyümə
yalnız qidalı torpaqlarda müşahidə olunur. Bununla belə,
qida çatışmazlığı şəraitində də bitkinin böyümə sürəti
zəifləsə də inkişafdan qalmır. Rütubətə tələbkar deyil. Hətta
8-10 yaşlı normal irilikdə olan bitkilər də yaz-yay ayları
suvarılmadıqda belə yaşaya bilirlər. Kölgəyədavamlı,
yarımkölgəni sevən və günəşli ərazilərdə yaxşı inkişaf edən
universal bitki hesab olunur. Güclü küləklərdən, atmosferin
zərərli qarışıqlarından o qədər də əziyyət çəkmir, –18°C-yə
qədər şaxtalara davam gətirir.
Tikanlı iydə toxumla, vegetativ yolla (qələmlə, basma
ilə) və calaqla çoxaldılır. Abşeron şəraitində toxumla və
oduncaqlaşmış yarpaqlı qələmlərlə çoxaldılma təcrübələri
tərəfimizdən
Mərkəzi
Nəbatat
Bağında
aparılmışdır.
Toxumla çoxaldılmada tam yetişmiş giləmeyvələr may
ayında yığılaraq lət hissədən təmizlənmiş və üç müxtəlif
vaxtlarda (təmizlənən kimi, yəni may ayında, oktyabrda və
növbəti ilin mart ayında) eyni üsulla (cərgəli) eyni norma ilə
(hər n/m-ə 50 ədəd toxum) və eyni substrata (şirəli qum:
yanmış peyin: torpaq (1:0.5:1) səpilmişdir. Məlum olmuşdur
ki, ən yaxşı nəticə yığılan kimi aparılan səpində olmuşdur
(50%). Payızda səpilmiş toxumlarda bitiş 35%, növbəti ilin
139
martında səpilənlərdə isə 30% toxum cücərmişdir.
Qələmlə çoixaldılmada müxtəlif vaxtlarda və müxtəlif
variantlarda aparılmış, ən yaxşı nəticə aprel ayının 1-ci
ongünlüyündə oduncaqlaşmış qələmlərlə aparılan əkinlərdə
əldə olunmuşdur (80%).
Bütün hallarda çoxaldılmış bitkilər 1 yaşda olarkən
dibçəklərə və ya daimi yerinə köçürülməlidir. Əks halda
köçürülmə gecikdirildikdə yeni yerdə bitmə faizi aşağı düşür.
Tikanlı iydə qulluğa tələbkar olmayan növlərdəndir.
Daimi yerində bitkiyə qulluq işləri əsasən vegetasiya dövrü
bir neçə dəfə suvarılmaqla, ildə bir dəfə bitki diblərinin
yumşaldılmasından və qəbul olunmuş formanın vegetasiya
dövrü bir neçə dəfə budanılmaqla saxlanılmasından ibarətdir.
Tədqiqat illərində Tikanlı iydədə hər hansı ziyanverici
və xəstəliktörədici müşahidə olunmamışdır.
Dişli fotiniya
Uzun illərin müşahidələri göstərir ki, ayrı-ayrı illərdə
parkların, həyatyanı sahələrin, yol kənarlarının landşaft
dizaynında istifadə olunmaq üçün xaricdən gətirilən bir sıra
palma və evkalipt növləri, kameliyalar, azaliyalar həmin
şəraitə uyğunlaşmayaraq quruyub sıradan çıxdılar. Lakin
gətirilən növlər içərisində elə növlər də vardır ki, onlar heç
bir əziyyət çəkmədən normal bitdilər və özlərini buranın
davamlı, dözümlü bitkiləri kimi göstərdilər. Belə növlərdən
biri Dişli fotiniyadır(şəkil 28).
Dişli fotiniya (Photinia serrulata L.) Gülçiçəklilər
(Rosaceae) fəsiləsinə aid olub 4 m-ə qədər hündürlüyə qalxa
bilən çoxillik, həmişəyaşıl, çoxqollu kol tipli bitkidir.
Fotiniya yunan sözü olub parlaq yarpaqlı mənasındadır.
Bitkinin yarpaqlarının səthi çox hamar olduğundan günəş
şüaları altında parıldayır. Növün istər cavan, istərsə də yaşlı
yarpaqlarının kənarları xırda, iti dişli olduğundan bitki Dişli
140
fatiniya adlanır.
Bitkinin yaşlı, yəni bir yaşdan yuxarı yaşı olan
yarpaqları üst tərəfdən zümrüdü-yaşıl, alt tərəfdən isə açıq-
yaşıl, cavan, yəni bir yaşa qədər olan yarpaqlar isə üst
tərəfdən qızılı-qırmızı, altdan qızılı-sarı rəngli olub zoğ
üzərində növbə ilə düzülməklə uzunluğu 10-12 sm, eni 3-5
sm-dir. Zoğlar da həmçinin yarpaqlarda olduğu kimi dəyişən
rənglidir. Çiçəkləri xırda aq rəngli olub, dik duran salxımda
toplanmışdır. Xoş ətrə malik deyildir. Aprelin ortalarından
mayın sonuna qədər çiçəkləyir. Meyvələri tək toxumlu, xırda
qırmızı rəngli olub, soyuqlar düşənə qədər bitki üzərində
qalmaqla quşlar tərəfindən yeyiləndir.
Dişli fotiniya təbii halda Cənubi və Şərqi Asiya,
Kaliforniya və Meksikada yayılmışdır. Mədəni şəraitdə isə
dekorativ bitki kimi yer kürəsinin bütün mülayim iqlim
qurşaqlarında becərilir.
Dişli fotiniya cətirində iki müxtəlif rəngli (açıq-qırmızı
və zümrüdü-yaşıl) yarpaqları olan cox nadir növlərdəndir. Bu
səbəbdən ilk növbədə landşaft dizaynında dekorativ bitki
kimi əvəzolunmazdır. Növün digər üstün xüsusiyyəti əksər
topaq-iqlim şəraitində becərilə bilməsidir. Yəni bitki
bataqlaşmış və çox şoranlaşmış topaqlardan və qışı -15°C-
dən aşağı temperaturu olan ərazilərdən başqa bütün torpaq-
iqlim şəraitində bitə bilir. Belə xüsusiyyəti, həmçinin
xəstəliktörədicilərə və ziyanvericilərə qarşı davamlı olması
Dişli
fotiniyanın
becərilmə
arealının
maksimum
genişlənməsinə səbəb olmuşdur. Təsadüfi deyildir ki, son 10
ildə Azərbaycanda, xüsusilə Abşeronun bəzək-bağçılığında
bu bitki aparıcı rol oynayır.
Zoğəmələgətirmə
qabiliyyəti
yüksək
olduğundan
landşaft dizaynında bu növə 1-2 il ərzində budamaqla hər
hansı formanı vermək mümkündür. Ona görə də canlı
bordürlərin, şar, konusvarı və s. formaların yaradılmasında