141
Dişli fotiniyadan geniş istifadə etmək olar.
Növ işıqsevən və yarımkölgədə yaxşı bitə bilən, topaq
rütubətinə və güclü küləklərə davamlı bitki olduğundan
landşaft dizaynında bitkinin bu xüsusiyyətləri birinci
növbədə nəzərə alınmalıdır. Bitki qazon (süni yaşıl çəmən)
sahələrinin ortasında topa və ya tək-tək, kənarlarında isə
canlı bordür kimi daha çox istifadə olunur. Bununla yanaşı
həyətyanı sahələrdə, parklarda və b. istirahət yerlərində
xüsusi çətir formaları verilməklə tək-tək əkilə bilər. Növün
hər hansı iri çətirli bitkilərin və hündür mərtəbəli binaların
şimal-qərbində və yaxınlığında əkilməsi məsləhət deyil. Yəni
nisbətən kölgəli mühitdə bitki öz dekorativliyini saxlaya
bilmir.
Dişli fotiniya işığa, istiliyə və rütubətə tələbkar bitkidir.
Havanın temperaturu 20-22°C-ə yüksəldikdə, yəni aprelin
ortalarından çiçəkləməyə başlayır. Çiçəkləmə ərəfəsində
temperatur aşağı düşdükdə bitki normal çiçəkləyib
giləmeyvə əmələ gətirmir.
Torpaq rütubətinin və qidasının azlığına uzun müddət
davam gətirsə də belə şəraitdə dekorativliyini itirir. Lakin
normal qidalanma və rütubət tam təmin olunduqda yaxşı
inkişaf edir. Dənizkənarı ərazilərdə əkildikdə dənizdən əsən
duzlu küləklər bitkinin inkişafına mənfi təsir edir.
Qış şaxtalarına xeyli dərəcədə davamlıdır. Mənfi 12-
15°C şaxtada zoğların uc hissələri donur. Uzun illər
müşahidələrimiz
göstərir
ki,
bitkinin
bioekoloji
xüsusiyyətləri onun Azərbaycanın əksər torpaq-iqlim
şəraitində becərilməsinə imkan verir.
Dişli fotiniya toxumlarla, odunlaşmış və yaşıl
qələmlərlə və budaqların əyilib başdırılması (daldırma) yolu
ilə çoxaldılır. Yəni bitkinin çoxaldılması çox asandır. Ən
geniş toxumla çoxaldılma tətbiq olunur. Çünki toxumların
cücərmə qabiliyyəti yüksək olduğundan və toxumdan əmələ
142
gəlmiş cücərtilərin daha sürətlə inkişaf etdiyindən irəli
gələrək bu üsuldan geniş istifadə olunur. Bitkinin yetişmiş
giləmeyvələri quşlar tərəfindən yeyildiyindən toxumlar tam
yetişən kimi yığılmalıdır ki, (sentyabr-oktyabr ayları) itkiyə
yol verilməsin.
Azərbaycan (Abşeron) şəraitində Dişli fotiniya çox az
və nadir hallarda toxum verdiyindən bitkinin çoxaldılması
vegetativ üsulla aparılır. Bu zaman əsasən oduncaqlaşmış və
üzərində 1-2 ədəd yarpaq ayası olan yaşıl qələmlərdən
istifadə olunur. Oduncaqlaşmış qələmlər oktyabr və mart
ayları tədarük olunur və dərhal da əkilir. Bundan əlavə bitki
budaqların torpağa basdırılması yolu ilə də çoxaldılır. Bu
halda payızda bitki ətrafındakı topaq 30 sm dərinlikdə
qazılaraq çıxarılır və yerinə şirəli qum, yanmış peyin və
qidalı torpaq qarışığı (1:1:1 nisbətində) doldurulur. Daha
sonra bitkinin yan, yer səthinə yaxın budaqları ana bitkidən
ayırmadan əyilərək, xırda budaqlarla birlikdə həmin qarışığa
basdırılır. Əkin zamanı çalışmaq lazımdır ki, hər xırda
budaqcığın uc hissələri 10-15 sm uzunluğunda torpaq
səthində qalsın və eyni zamanda torpaqda qalan budaq qabığı
bir neçə yerdən zədələnməlidir ki, kök əmələgətirmə sürətli
olsun. Sonrakı qulluq işləri bitki ətrafı torpağın daimi
yumşaq və rütubətli saxlanılmasından, başdırılmış budağın
gövdəyə yaxın yerindən qabığının həlqəvi kəsilərək
atılmasından və s. ibarətdir.
Növbəti ilin oktyabr-noyabr aylarına qədər hər bir
bitkinin basdırılmış budaqlarından çoxlu sayda, 50-100 ədəd
köklü tinglər formalaşır. Həmin tinglər səliqə ilə qazılaraq
çıxarılır, budaqdan kökləri ilə birlikdə kəsilərək ayrılır və
şitillikdə və ya dibçəklərdə tək-tək əkilir. Basma yolu ilə
çoxaltma həm aqrotexniki, həm də iqtisadi cəhətdən çox
faydalıdır. Ona görə də biz Azərbaycan (Abşeron) şəraitində
Dişli fotiniyanı əsasən basma üsulla çoxaldırıq.
143
Daimi yerinə köçürülmüş Dişli fotiniyaya qulluq işləri
ilk bir neçə ildə nəzərdə tutulmuş formanın verilməsi
istiqamətində, yəni vegetativ orqanların sürətlə böyüməsi və
tez-tez budamaların aparılması istiqamətində həyata keçirilir.
Belə ki, ilk yazdan başlayaraq ayda bir-iki dəfə yemləmə
gübrələri verilir, torpaq-iqlim şəraitindən asılı olaraq yaz-yay
ayları ayda 5-6 dəfə suvarılır, ayda bir dəfə budanılaraq
uyğun formalar verilir.
Azərbaycan (Abşeron) şəraitində son
10 illik
müşahidələr göstərir ki, Dişli fotiniyaya xəstəliktörədicilər
yoluxmur. Buna baxmayaraq yaz-yay ayları bitkinin yarpaq
və cavan zoğlarına qaraağac yarpaqyeyən həşaratı və xırda
qanlı mənənələr xeyli ziyan vurur.
Mübarizə məqsədilə bitki üzərində həşarat müşahidə
olunan kimi Bİ-58, Desis və s.preparatların 0,2-0,3%-li
məhlullarından istifadə olunmalıdır.
Tobira pittosporumu
Landşaft memarlığında həmişəyaşıl ağac və kol
bitkilərinə daha çox üstünlük verilir. Nəzərə alsaq ki, nəinki
Abşeronun, bütövlükdə Azərbaycanın florasında həmişəyaşıl
bitkilərə çox az təsadüf olunur, bu səbəbdən də xaricdən
dekorativ, həmişəyaşıl bitkilərin gətirilməsi həmişə aktual
olmuşdur. Bu baxımdan keçən əsrin 50-60-cı illərindən
ölkəmizə Cənubi və Şərqi Asiya florası elementləri
gətirilməyə başlanmışdır. Belə xarakterik növlərdən biri
tobira pittosporumudur.
Tobira Pittosporumu – (Pittosporum tobira Dryand)
Pittosporkimilər
(Pittosporacea
Lindl.)
fəsiləsinin
Pittosporum Banks cinsinə aid olub, 4 m-ə qədər hündürlüyə
qalxa bilən ağac tipli, həmişəyaşıl koldur.
Təbii halda Yaponiya və Çində yayılmışdır. 1864-cü
ildən Qara dəniz sahili ölkələrinə, sonralar isə Azərbaycana
144
(Abşerona) introduksiya olunmuşdur. Əvvəllər tək-tək
təsadüf
olunurdusa
(Nəbatat
Bağında,
Mərdəkan
dendroparkda, Bakının bəzi park və istirahət yerlərində və
s.), hal-hazırda nəinki Abşeronun bütün Azərbaycanın əksər
mülayim iqlim zonalarının landşaft dizaynında bu növə tez-
tez rast gəlmək olar.
Tobira Pittosporumu çoxlu sayda gövdə və gövdəətrafı
pöhrələr əmələ gətirdiyindən sıx formalı, yumru çətirə malik
bitkidir. Yarpaqları tərs yumurtavarı, üst tərəfdən parlaq
zümrüdü-yaşıl, alt tərəfdən bozumtul-yaşıl rəngdə olub,
əsasən sıx halda cavan zoğların uc hissəsində toplanmışdır.
Xarakterik xüsusiyyətlərindən biri yarpaq kənarlarının azacıq
arxa tərəfə əyilmiş və dalğalı olmasıdır. Çiçəkləri ağ, çox
ətirli olub başlıqlara toplanmışdır. Meyvəsi çox tükcüklü,
dördoxlu, çoxtoxumlu qutucuqdur. Qutucuq əvvəlcə yaşıl
olub, yetişdikcə qonurlaşır, tədricən açılır və içərisində
qətranlı qırmızı rəngli toxumlar görünür. Toxumlar
yapışqanlı olduğundan təzyiq olmadan tökülmür. Bitkinin adı
da buradan götürülmüşdür. Pittosporum lüğəti mənaca latın
dilində pita-qətran, spera-spor (toxum) deməkdir (şəkil29).
Tobira Pittosporumu əsasən açıq şəraitdə, qismən isə
otaqlarda və qış bağlarında landşaft dizaynı məqsədilə
becərilir.
Bitkinin bir sıra üstün xüsusiyyətləri – həmişəyaşıl
olması, ətirli çiçəkləri və müxtəlif mədəni formalarının
olması onun belə geniş sahələrdə istifadə edilməsinə səbəb
olmuşdur.
Landşaft dizaynında bitkiyə yer ayıran zaman onun
bioloji xüsusiyyətləri xüsusilə günəş şüasına və işığa tələbatı
nəzərə alınmalıdır. Həyatyanı sahələrdə, park və bağlarda
bitki tək-tək, cərgəvi və topa halda əkilə bilər. Belə əkinlərdə
bitkiarası məsafə 2-3 m saxlanılır. Bitkilər əsasən günəşli və
işıqlı ərazilərdə əkilir. Kölgə və yarımkölgə şəraitində