Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə36/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   30   31   32   33   34   35   36   37   38

 

141 


Dişli fotiniyadan geniş istifadə etmək olar. 

Növ  işıqsevən  və  yarımkölgədə  yaxşı  bitə  bilən,  topaq 

rütubətinə  və  güclü  küləklərə  davamlı  bitki  olduğundan 

landşaft  dizaynında    bitkinin  bu  xüsusiyyətləri  birinci 

növbədə  nəzərə  alınmalıdır.  Bitki  qazon  (süni  yaşıl  çəmən) 

sahələrinin  ortasında  topa  və  ya  tək-tək,  kənarlarında  isə 

canlı  bordür  kimi  daha  çox  istifadə  olunur.  Bununla  yanaşı 

həyətyanı  sahələrdə,  parklarda  və  b.  istirahət  yerlərində 

xüsusi  çətir  formaları  verilməklə  tək-tək  əkilə  bilər.  Növün 

hər  hansı  iri  çətirli  bitkilərin  və  hündür  mərtəbəli  binaların 

şimal-qərbində və yaxınlığında əkilməsi məsləhət deyil. Yəni 

nisbətən  kölgəli  mühitdə  bitki  öz  dekorativliyini  saxlaya 

bilmir. 

Dişli fotiniya işığa, istiliyə və rütubətə tələbkar bitkidir. 

Havanın  temperaturu  20-22°C-ə  yüksəldikdə,  yəni  aprelin 

ortalarından  çiçəkləməyə  başlayır.  Çiçəkləmə  ərəfəsində 

temperatur  aşağı  düşdükdə  bitki  normal  çiçəkləyib 

giləmeyvə əmələ gətirmir. 

Torpaq  rütubətinin  və  qidasının  azlığına  uzun  müddət 

davam  gətirsə  də  belə  şəraitdə  dekorativliyini  itirir.  Lakin 

normal  qidalanma  və  rütubət  tam  təmin  olunduqda  yaxşı 

inkişaf  edir.  Dənizkənarı  ərazilərdə  əkildikdə  dənizdən  əsən 

duzlu küləklər bitkinin inkişafına mənfi təsir edir.  

Qış  şaxtalarına  xeyli  dərəcədə  davamlıdır.  Mənfi  12-

15°C  şaxtada  zoğların  uc  hissələri  donur.  Uzun  illər 

müşahidələrimiz 

göstərir 

ki, 


bitkinin 

bioekoloji 

xüsusiyyətləri  onun  Azərbaycanın  əksər  torpaq-iqlim 

şəraitində becərilməsinə imkan verir. 

Dişli  fotiniya  toxumlarla,  odunlaşmış  və  yaşıl 

qələmlərlə  və  budaqların əyilib başdırılması (daldırma) yolu 

ilə  çoxaldılır.  Yəni  bitkinin  çoxaldılması  çox  asandır.  Ən 

geniş  toxumla  çoxaldılma  tətbiq  olunur.  Çünki  toxumların 

cücərmə qabiliyyəti  yüksək olduğundan və toxumdan əmələ 

 

142 



gəlmiş  cücərtilərin  daha  sürətlə  inkişaf  etdiyindən  irəli 

gələrək  bu  üsuldan  geniş  istifadə  olunur.  Bitkinin  yetişmiş 

giləmeyvələri quşlar tərəfindən yeyildiyindən   toxumlar tam 

yetişən  kimi  yığılmalıdır  ki,  (sentyabr-oktyabr  ayları)  itkiyə 

yol verilməsin. 

Azərbaycan  (Abşeron)  şəraitində  Dişli  fotiniya  çox  az 

və  nadir  hallarda  toxum  verdiyindən  bitkinin  çoxaldılması 

vegetativ üsulla aparılır. Bu zaman əsasən oduncaqlaşmış və 

üzərində  1-2  ədəd  yarpaq  ayası  olan  yaşıl  qələmlərdən 

istifadə  olunur.  Oduncaqlaşmış  qələmlər  oktyabr  və  mart 

ayları tədarük olunur  və dərhal da əkilir. Bundan əlavə bitki 

budaqların  torpağa  basdırılması  yolu  ilə  də  çoxaldılır.  Bu 

halda  payızda  bitki  ətrafındakı  topaq  30  sm  dərinlikdə 

qazılaraq  çıxarılır  və  yerinə  şirəli  qum,  yanmış  peyin  və 

qidalı  torpaq  qarışığı  (1:1:1  nisbətində)  doldurulur.  Daha 

sonra  bitkinin  yan,  yer  səthinə  yaxın  budaqları  ana  bitkidən 

ayırmadan əyilərək, xırda budaqlarla birlikdə həmin qarışığa 

basdırılır.  Əkin  zamanı  çalışmaq  lazımdır  ki,  hər  xırda 

budaqcığın  uc  hissələri  10-15  sm  uzunluğunda  torpaq 

səthində qalsın və eyni zamanda torpaqda qalan budaq qabığı 

bir  neçə  yerdən  zədələnməlidir  ki,  kök  əmələgətirmə  sürətli 

olsun.  Sonrakı  qulluq  işləri  bitki  ətrafı  torpağın  daimi 

yumşaq  və  rütubətli  saxlanılmasından,  başdırılmış  budağın 

gövdəyə  yaxın  yerindən  qabığının  həlqəvi  kəsilərək  

atılmasından və s. ibarətdir. 

Növbəti  ilin  oktyabr-noyabr  aylarına  qədər  hər  bir 

bitkinin basdırılmış budaqlarından çoxlu sayda, 50-100 ədəd 

köklü  tinglər  formalaşır.  Həmin  tinglər  səliqə  ilə  qazılaraq 

çıxarılır,  budaqdan  kökləri  ilə  birlikdə  kəsilərək  ayrılır  və 

şitillikdə  və  ya  dibçəklərdə  tək-tək  əkilir.  Basma  yolu  ilə 

çoxaltma  həm  aqrotexniki,  həm  də  iqtisadi  cəhətdən  çox 

faydalıdır. Ona görə də biz Azərbaycan (Abşeron) şəraitində 

Dişli fotiniyanı əsasən basma üsulla çoxaldırıq. 



 

143 


Daimi  yerinə  köçürülmüş  Dişli  fotiniyaya  qulluq  işləri 

ilk  bir  neçə  ildə  nəzərdə  tutulmuş  formanın  verilməsi 

istiqamətində, yəni  vegetativ orqanların sürətlə böyüməsi  və 

tez-tez budamaların aparılması istiqamətində həyata keçirilir. 

Belə  ki,  ilk  yazdan  başlayaraq  ayda  bir-iki  dəfə  yemləmə 

gübrələri verilir, torpaq-iqlim şəraitindən asılı olaraq yaz-yay 

ayları  ayda  5-6  dəfə  suvarılır,  ayda  bir  dəfə  budanılaraq 

uyğun formalar verilir. 

Azərbaycan  (Abşeron)  şəraitində  son 

10  illik 

müşahidələr  göstərir  ki,  Dişli  fotiniyaya  xəstəliktörədicilər 

yoluxmur.  Buna  baxmayaraq  yaz-yay  ayları  bitkinin  yarpaq 

və  cavan  zoğlarına  qaraağac  yarpaqyeyən  həşaratı  və  xırda 

qanlı mənənələr xeyli ziyan vurur.  

Mübarizə  məqsədilə  bitki  üzərində  həşarat  müşahidə 

olunan  kimi  Bİ-58,  Desis  və  s.preparatların  0,2-0,3%-li 

məhlullarından istifadə olunmalıdır. 

 

Tobira pittosporumu 

Landşaft  memarlığında  həmişəyaşıl  ağac  və  kol 

bitkilərinə daha çox üstünlük  verilir. Nəzərə alsaq ki, nəinki 

Abşeronun, bütövlükdə Azərbaycanın florasında həmişəyaşıl 

bitkilərə  çox  az  təsadüf  olunur,  bu  səbəbdən  də  xaricdən 

dekorativ,  həmişəyaşıl  bitkilərin  gətirilməsi  həmişə  aktual 

olmuşdur.  Bu  baxımdan  keçən  əsrin  50-60-cı  illərindən  

ölkəmizə  Cənubi  və  Şərqi  Asiya  florası  elementləri 

gətirilməyə  başlanmışdır.  Belə  xarakterik  növlərdən  biri 

tobira pittosporumudur. 

Tobira  Pittosporumu  –  (Pittosporum  tobira  Dryand) 

Pittosporkimilər 

(Pittosporacea 

Lindl.) 

fəsiləsinin 

Pittosporum Banks cinsinə aid olub, 4 m-ə qədər hündürlüyə 

qalxa bilən  ağac tipli, həmişəyaşıl koldur.  

Təbii  halda  Yaponiya  və  Çində  yayılmışdır.  1864-cü 

ildən  Qara  dəniz  sahili  ölkələrinə,  sonralar  isə  Azərbaycana 

 

144 


(Abşerona)  introduksiya  olunmuşdur.  Əvvəllər  tək-tək 

təsadüf 


olunurdusa 

(Nəbatat 

Bağında, 

Mərdəkan 

dendroparkda,  Bakının  bəzi  park  və  istirahət  yerlərində  və 

s.),  hal-hazırda  nəinki  Abşeronun  bütün  Azərbaycanın  əksər 

mülayim  iqlim  zonalarının  landşaft  dizaynında  bu  növə  tez-

tez rast gəlmək olar. 

Tobira Pittosporumu çoxlu sayda  gövdə  və  gövdəətrafı 

pöhrələr əmələ gətirdiyindən sıx formalı, yumru çətirə malik 

bitkidir.  Yarpaqları  tərs  yumurtavarı,  üst  tərəfdən  parlaq 

zümrüdü-yaşıl,  alt  tərəfdən  bozumtul-yaşıl  rəngdə  olub, 

əsasən  sıx  halda  cavan  zoğların  uc  hissəsində  toplanmışdır. 

Xarakterik xüsusiyyətlərindən biri yarpaq kənarlarının azacıq 

arxa  tərəfə  əyilmiş  və  dalğalı  olmasıdır.  Çiçəkləri  ağ,  çox 

ətirli  olub  başlıqlara  toplanmışdır.  Meyvəsi  çox  tükcüklü, 

dördoxlu,  çoxtoxumlu  qutucuqdur.  Qutucuq  əvvəlcə  yaşıl 

olub,  yetişdikcə  qonurlaşır,  tədricən  açılır  və  içərisində 

qətranlı  qırmızı  rəngli  toxumlar  görünür.  Toxumlar 

yapışqanlı olduğundan təzyiq olmadan tökülmür. Bitkinin adı 

da buradan  götürülmüşdür. Pittosporum  lüğəti mənaca latın 

dilində pita-qətran, spera-spor (toxum) deməkdir (şəkil29). 

Tobira  Pittosporumu  əsasən  açıq  şəraitdə,  qismən  isə 

otaqlarda  və  qış  bağlarında  landşaft  dizaynı  məqsədilə 

becərilir. 

Bitkinin  bir  sıra  üstün  xüsusiyyətləri  –  həmişəyaşıl 

olması,  ətirli  çiçəkləri  və  müxtəlif  mədəni  formalarının 

olması  onun  belə  geniş  sahələrdə  istifadə  edilməsinə  səbəb 

olmuşdur. 

Landşaft  dizaynında  bitkiyə  yer  ayıran  zaman  onun 

bioloji xüsusiyyətləri xüsusilə günəş şüasına və işığa tələbatı 

nəzərə  alınmalıdır.  Həyatyanı  sahələrdə,  park  və  bağlarda 

bitki tək-tək, cərgəvi və topa halda əkilə bilər. Belə əkinlərdə 

bitkiarası məsafə 2-3 m saxlanılır. Bitkilər əsasən günəşli və 

işıqlı  ərazilərdə  əkilir.  Kölgə  və  yarımkölgə  şəraitində 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə