Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə35/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   30   31   32   33   34   35   36   37   38

 

137 


Cavan  zoğları    paslı-şabalıdı  rəngli,  yaşlı  budaqlar  isə 

qonur  rəngli  olub,  seyrək,  sərt  tikanlıdır.  Yarpaqları  enli-

ellips  formalı,  üstdən  parlaq-yaşıl,  altdan  gümüşü-qonur 

rənglidir.  Yarpaqlarının  rəngi  və  forması  ilə  seçilən    çoxlu 

dekorativ  formaları  mövcuddur.  Onlardan  yarpaqlarının 

kənarları  yaşıl,  ortası  sarı  rəngli  forma  Frederica  (forma 



Frederisi), üçrəng yarpağa malik (forma tricolor) və b. bəzək 

bağçılıqda daha geniş yayılmışdır.  

Çiçəkləri  xırda,  gümüşü-ağ  rəngli,  olduqca  ətirlidir. 

Çiçəkləmə müddəti oktyabr-dekabr aylarıdır. Meyvələri həm 

formasına,  həm  iriliyinə,  həm  də  dadına  görə  zoğal 

meyvələrini 

xatırladır. 

Əvvəlcə 


gümüşü-göy 

rəngli, 


yetişdikdə  isə  tünd-qırmızı  rəngli  və    şirəli  olur.  Abşeron 

şəraitində meyvələri aprel-may aylarında yetişir. 

Bu  bitki  təbii  halda  Çin  və  Yaponiyanın  dağlıq  və 

dağətəyi zonalarında bitir.Mədəni şəkildə Aralıq dənizi, Qara 

dəniz  zonalarında,  Qafqazda  və  b.  becərilir.  Azərbaycanda  

(Abşeronda)  1950-ci  illərdə  tək-tək  əkinləri  olduğu  qeyd 

olunur.  Son  illər  bitkinin  bir  çox  yuxarıda  qeyd  etdiyimiz 

formaları  Aralıq  dənizi  rayonlarından  (İtaliya,  Türkiyə) 

gətirilərək,  park  və  bağlarda  landşaft  dizaynında  geniş 

istifadə olunmağa başlanmışdır.  

Bitkinin 

meyvələri 

digər 

meyvə-giləmeyvələrin 



yetişmədiyi  vaxtda  yetişdiyindən,  qış  yemi  qurtarmış  quşlar 

üçün  əvəzsiz  yem  mənbəyidir.  Bununla  bərabər,  qeyd 

olunmalıdır ki, Azərbaycanda Tikanlı iydə və onun müxtəlif 

formaları  yalnız  dekorativ  məqsədilə  əkilib  becərilir.  Bitki 

daha  çox  bir  və  iki  mərtəbəli  yumru  və  ya  yastı-dairəvi 

formalar  verməklə  bağ  və  ya  parklarda  tək-tək,  həmçinin 

cərgəvi  əkib  kvadrat  forma  verməklə  gəzinti  yollarının 

kənarlarında  bordür,  canlı  çəpər  şəklində  becərilir.  Kölgəyə 

davamlı  növ  olduğundan  iri  çətirli,  yarpaqların  qışda  tökən, 

ağacların  yaxınlığında  çətiraltı  bitki  kimi  də  becərilə  bilir. 

 

138 


Torpaq  qidasına  az  tələbkar,  maşın  tüstüsünə  və  hakim 

küləklərə  davamlı  olduğundan,  şəhər  yerlərində  magistral 

yolların kənarlarında tək-tək (bitki arası 1-2 m saxlanmaqla) 

və  canlı  çəpər  kimi  də  istifadə  oluna  bilər.  Fərdi  həyətyanı 

sahələrdə  külək  çox  tutan  cəhətlərdə  əkildikdə  də  normal 

inkişaf edə bilir.  

Tikanlı iydə istər vegetativ üsulla, istərsə də toxumlarla 

çoxaldılmada  ilk  illər  çox  zəif  böyüyür.  Lakin  4-5  yaşdan 

sonra  ayrı-ayrı  birillik  zoğlar  çox  sürətlə  uzanaraq  bir 

vegetasiya ilində 1,0-1,5 m-ə çata bilir. Həmin sürətlə uzanan 

zoğları ildə bir neçə dəfə kəsməklə 1-2 il ərzində bitkidən hər 

hansı  çətir  forması  düzəltmək  olar.  Belə  sürətlə  böyümə 

yalnız  qidalı  torpaqlarda  müşahidə  olunur.  Bununla  belə, 

qida  çatışmazlığı  şəraitində  də  bitkinin  böyümə  sürəti 

zəifləsə də inkişafdan qalmır. Rütubətə tələbkar deyil. Hətta 

8-10  yaşlı  normal  irilikdə  olan  bitkilər  də  yaz-yay  ayları 

suvarılmadıqda  belə  yaşaya  bilirlər.  Kölgəyədavamlı, 

yarımkölgəni  sevən  və  günəşli  ərazilərdə  yaxşı  inkişaf  edən 

universal  bitki  hesab  olunur.  Güclü  küləklərdən,  atmosferin 

zərərli  qarışıqlarından  o  qədər  də  əziyyət  çəkmir,  –18°C-yə 

qədər şaxtalara davam gətirir. 

Tikanlı  iydə  toxumla,  vegetativ  yolla  (qələmlə,  basma 

ilə)  və  calaqla  çoxaldılır.  Abşeron  şəraitində  toxumla  və 

oduncaqlaşmış  yarpaqlı  qələmlərlə  çoxaldılma  təcrübələri 

tərəfimizdən 

Mərkəzi 


Nəbatat 

Bağında 


aparılmışdır. 

Toxumla  çoxaldılmada  tam  yetişmiş  giləmeyvələr  may 

ayında  yığılaraq  lət  hissədən  təmizlənmiş  və  üç  müxtəlif 

vaxtlarda  (təmizlənən  kimi,  yəni  may  ayında,  oktyabrda  və 

növbəti ilin mart ayında) eyni üsulla (cərgəli) eyni norma ilə 

(hər  n/m-ə  50  ədəd  toxum)  və  eyni  substrata  (şirəli  qum: 

yanmış peyin: torpaq (1:0.5:1) səpilmişdir. Məlum olmuşdur 

ki,  ən  yaxşı  nəticə  yığılan  kimi  aparılan  səpində  olmuşdur 

(50%).  Payızda  səpilmiş  toxumlarda  bitiş  35%,  növbəti  ilin 



 

139 


martında səpilənlərdə isə 30% toxum cücərmişdir.  

Qələmlə  çoixaldılmada  müxtəlif  vaxtlarda  və  müxtəlif 

variantlarda  aparılmış,  ən  yaxşı  nəticə  aprel  ayının  1-ci 

ongünlüyündə  oduncaqlaşmış  qələmlərlə  aparılan  əkinlərdə 

əldə olunmuşdur (80%).  

Bütün  hallarda  çoxaldılmış  bitkilər  1  yaşda  olarkən 

dibçəklərə  və  ya  daimi  yerinə  köçürülməlidir.  Əks  halda 

köçürülmə gecikdirildikdə yeni yerdə bitmə faizi aşağı düşür. 

Tikanlı  iydə  qulluğa  tələbkar  olmayan  növlərdəndir. 

Daimi  yerində  bitkiyə  qulluq  işləri  əsasən  vegetasiya  dövrü 

bir  neçə  dəfə  suvarılmaqla,  ildə  bir  dəfə  bitki  diblərinin 

yumşaldılmasından  və  qəbul  olunmuş  formanın  vegetasiya 

dövrü bir neçə dəfə budanılmaqla saxlanılmasından ibarətdir. 

Tədqiqat  illərində  Tikanlı  iydədə  hər  hansı  ziyanverici 

və xəstəliktörədici müşahidə olunmamışdır.  

 

Dişli fotiniya 

Uzun  illərin  müşahidələri  göstərir  ki,  ayrı-ayrı  illərdə 

parkların,  həyatyanı  sahələrin,  yol  kənarlarının  landşaft 

dizaynında  istifadə olunmaq üçün xaricdən gətirilən bir sıra 

palma  və  evkalipt  növləri,  kameliyalar,  azaliyalar  həmin 

şəraitə  uyğunlaşmayaraq  quruyub  sıradan  çıxdılar.  Lakin 

gətirilən  növlər  içərisində  elə  növlər  də  vardır  ki,  onlar  heç 

bir  əziyyət  çəkmədən  normal  bitdilər  və  özlərini  buranın 

davamlı,  dözümlü  bitkiləri  kimi  göstərdilər.  Belə  növlərdən 

biri Dişli fotiniyadır(şəkil 28). 

Dişli  fotiniya  (Photinia  serrulata  L.)  Gülçiçəklilər 

(Rosaceae) fəsiləsinə aid olub 4 m-ə qədər hündürlüyə qalxa 

bilən  çoxillik,  həmişəyaşıl,  çoxqollu  kol  tipli  bitkidir. 

Fotiniya  yunan  sözü  olub  parlaq  yarpaqlı  mənasındadır. 

Bitkinin  yarpaqlarının  səthi  çox  hamar  olduğundan  günəş 

şüaları altında parıldayır. Növün  istər cavan, istərsə də yaşlı 

yarpaqlarının  kənarları  xırda,  iti  dişli  olduğundan  bitki  Dişli 

 

140 



fatiniya adlanır.  

Bitkinin  yaşlı,  yəni  bir  yaşdan  yuxarı  yaşı  olan 

yarpaqları  üst  tərəfdən  zümrüdü-yaşıl,  alt  tərəfdən  isə  açıq-

yaşıl,  cavan,  yəni  bir  yaşa  qədər  olan  yarpaqlar  isə  üst 

tərəfdən  qızılı-qırmızı,  altdan  qızılı-sarı  rəngli  olub  zoğ 

üzərində  növbə  ilə  düzülməklə  uzunluğu  10-12  sm,  eni  3-5 

sm-dir. Zoğlar da həmçinin yarpaqlarda olduğu kimi dəyişən 

rənglidir.  Çiçəkləri  xırda  aq  rəngli  olub,  dik  duran  salxımda 

toplanmışdır.  Xoş  ətrə  malik  deyildir.  Aprelin  ortalarından 

mayın sonuna qədər çiçəkləyir. Meyvələri tək toxumlu, xırda 

qırmızı  rəngli  olub,  soyuqlar  düşənə  qədər  bitki  üzərində 

qalmaqla quşlar tərəfindən yeyiləndir. 

Dişli  fotiniya  təbii  halda  Cənubi  və  Şərqi  Asiya, 

Kaliforniya  və  Meksikada  yayılmışdır.  Mədəni  şəraitdə  isə 

dekorativ  bitki  kimi  yer  kürəsinin  bütün  mülayim  iqlim 

qurşaqlarında becərilir. 

Dişli fotiniya cətirində iki müxtəlif rəngli (açıq-qırmızı 

və zümrüdü-yaşıl) yarpaqları olan cox nadir növlərdəndir. Bu 

səbəbdən  ilk  növbədə  landşaft  dizaynında  dekorativ  bitki 

kimi  əvəzolunmazdır.  Növün  digər  üstün  xüsusiyyəti    əksər 

topaq-iqlim  şəraitində  becərilə  bilməsidir.  Yəni  bitki 

bataqlaşmış  və  çox  şoranlaşmış  topaqlardan  və  qışı  -15°C-

dən  aşağı  temperaturu  olan ərazilərdən başqa bütün torpaq-

iqlim  şəraitində  bitə  bilir.  Belə  xüsusiyyəti,  həmçinin 

xəstəliktörədicilərə  və  ziyanvericilərə  qarşı  davamlı  olması 

Dişli 


fotiniyanın 

becərilmə 

arealının 

maksimum 

genişlənməsinə səbəb olmuşdur. Təsadüfi deyildir ki,  son 10 

ildə  Azərbaycanda,  xüsusilə  Abşeronun  bəzək-bağçılığında 

bu bitki aparıcı rol oynayır. 

Zoğəmələgətirmə 

qabiliyyəti 

yüksək 


olduğundan 

landşaft  dizaynında  bu  növə  1-2  il  ərzində  budamaqla  hər 

hansı  formanı  vermək  mümkündür.  Ona  görə  də  canlı 

bordürlərin,  şar,  konusvarı  və  s.  formaların  yaradılmasında 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə