Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə33/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   30   31   32   33   34   35   36   37   38

 

129 


dekorativ  kollarla  1,5-2  m-lik  məsafədə,  nisbətən  iri  çətirə 

malik  kollarla  isə  3  m-lik  məsafədə  əkilməlidir.  Canlı 

çəpərlərin  yaradılmasında  da  feyxoadan  istifadə  etmək  olar. 

Feyxoa  istiliksevən  bitki  olmasına  baxmayaraq  25°C-dən 

yuxarı  temperaturda  böyüməsi  dayanır  və  cavan  yarpaqların 

uc  hissələrindən  yanıqlıq  müşahidə  olunur.  Ona  görə  də 

ərazidə  bitkini  yerləşdirərkən  bu  amil  nəzərə  alınaraq 

nisbətən yarımkölgəli yerlər seçilməlidir. 

Feyxoanın 

çiçəkləri 

ikicinsiyyətli 

və 


öz-özünə 

tozlanandır.  Buna  baxmayaraq    bitkinin  bir  neçəsi  yanaşı 

əkildikdə  çarpaz  tozlanma  nəticəsində  məhsuldarlıq  daha 

yüksək  olur.  Nəzərə  alınmalıdırki,  çoxaldılma  üsulundan 

asılı  olaraq  bitkilər  müxtəlif  illərdə  yəni  toxumla  çoxaldılan 

zaman  6-8,  vegetativ  yolla  –  qələmlərlə,  calaqla  və  s. 

çoxaldılan zaman isə 2-3 ildən sonra çiçəkləyib məhsul verir. 

Feyxoa  xarici  mühit  amillərinə  həssas  bitkilərdən  hesab 

olunur.  Xüsusilə  rütubət  amili  cinsin  inkişafında  böyük  rol 

oynayır.  Torpağın  və  havanın  rütubəti    azaldıqca  bitkinin 

böyüməsi və inkişafı ləngiyir. Yağıntıların miqdarı az olduğu 

aylarda    bitkilər  ayda  3-4  dəfə  (5  yaşa  qədər  olan  bitkilərə 

hər dəfədə 20-30 litr, yaşlı bitkilərə isə 50-100 litr norma ilə) 

suvarılmalıdır. 

Feyxoa  torpaq  qidasına  az  tələbkar  bitkilərdəndir. 

Lakin  yaxşı  böyüməsi  və  bol  çiçəkləyib  normal  məhsul 

verməsi üçün münbit torpaqları sevir. 

Toxumla  və  qələmlə  çoxaldılır.  Toxumla  çoxaldılma 

zamanı  iri,  tam  yetişmiş  meyvələrdən  istifadə  olunmaqla, 

meyvələr  çürüyənə  qədər  (yanvar,  fevral  ayları)  saxlanılır. 

Sonra meyvələr əzilir yuyulub toxumlar təmizlənib və dərhal 

da səpilir. Səpin xüsusi hazırlanmış və yeşiklərə doldurulmuş 

substrata  (çay  qumu+qidalı,  yumşaq  torpaq  +yarpaq 

çürüntüsü 1:1:1 nisbətində) 1 sm dərinliyində cərgəvi üsulla 

səpilərək  kipləşdirilir  və  cuçiləyənlə  suvarılaraq  20-25°C 

 

130 



olan otaqlara qoyulur. Toxumlar cücərənə qədər substrat tez-

tez nəmləndirilir. 12-15  gündən  sonra  ilk  cücərtilər  əmələ 

gəlir.    Bu  zaman  otağın  temperaturu  15-16°C-yə  endirilir. 

Cücərtilərdə  5-6  yarpaq  formalaşdıqda  onlar  tək-tək  xüsusi 

hazırlanmış  1-2  litrlik  polietilen  dibçəklərə  köçürülür. 

Dibçəklərin  substratı  toxumda  olduğu  kimi  hazırlanır. 

Dibçəklərdə bitkilərə qulluq işıqlı ərazilərdə saxlamaqdan və 

tez-tez  suvarmadan  ibarət  olur.  8-10  yarpaq  formalaşdıqdan 

sonra  bitkilər  daimi  yerlərinə  –  açıq  sahəyə  və  ya  daha  iri 

qablara köçürülə bilər. 

Qələmlə  çoxaldılma  zamanı  yarıodunlaşmış  və  10-15 

sm uzunluqda  kəsilmiş qələmlərdən istifadə edilir. Qələmlər 

noyabr-dekabr 

aylarında 

temperaturu 

18-22°C 


olan 

istixanalara  əkilməklə  kökverməni  sürətləndirmək  üçün 

heteroauksinlərlə  işlənməlidir.  Qələmlərin  əkiləcəyi  substrat 

toxumlarda  olduğu  kimi  hazırlanır.  Qələmlərə  qulluq 

mütəmadi suvarmadan və üzərinin bir ay müddətində şüşə ilə 

örtülməsindən  ibarərdir.  Bitiş  almış  qələmlər  növbəti  iln 

oktyabr-noyabr aylarında daimi yerlərinə köçürülür. 

Feyxoa  digər  kol  bitkilərindən  3  m,  ağac  bitkilərindən 

isə 4 m aralı məsafədə əkilməklə birgövdəli və 4-5 qollu  kol 

formasında becərilir.  

Becərilmə  ərəfəsində  feyxoa  yayın  ikinci  yarısından 

etibarən  xırda,  ulduzvari,  ağ  rəngli  yastıcalarla  sirayətlənir. 

Zərəverici  bitkinin  şirəsini  somurmaqlaqidalanaraq  onun 

inkişafını 

zəiflədir 

və 


özünün 

ifrazatı 

ilə 

bitkini 


çirkləndirərək  ümumi  görkəminə  xələl  gətirir.  Ona  görə  də 

çalışmaq  lazımdır  ki  zərərverici  bitkiyə  sirayət  olunmasın. 

Bunun  üçün  ilk  növbədə  aqrotexniki  tədbirlər  aparılmalıdır. 

Yəni  feyxoa  üçün  yaxşı  havalanan  və  az  kölgəli  ərazilər 

seçilməli  və  çətirdə  sıxlıq  yaradan  budaqlar  kəsilməlidir. 

Bitkidə 


zərərverici 

müşahidə 

olunduqda 

kimyəvi 


preparatların tətbiqi qaçilmazdır. 


 

131 


Bunun  üçün  əvvəlcə  bitki  adi  su  ilə  yuyulur,  1-2 

saatdan,  yəni  bitki  quruduqdan  sonra  hər  10  litr  suya  200  q 

VOLK-92 və 10 q paskal (paskalı digər preparatlar- avantaj, 

desis  və  b.  sistem  təsirli  insektisidlər  də  əvəz  edə  bilər) 

qarışdırıb bitki həmin qarışıqla yuyulur. 3 gündən sonra bitki 

adi su şirnağı ilə yenidən yuyulur. 

 

İriçiçək abeliya 

Bir  neçə  növ  və  çeşiddən  ibarət  çox  sadə  bit 

kompozisiya  yaratmaqla  ərazidə  bütün  il  boyu  gül-çiçəklə 

qarşılaşmaq  mümkündür. Bu  məqsədlə aşağıdakı bitkilərdən 

istifadə oluna bilər: İriçiçək abeliya, Dəfnəyarpaq basınağacı 

və  qızılgülün  bir  neçə  sortu.  Seçilmiş  bu  bitkilər  ərazinin 

quruluşuna uyğun növbə ilə bir-birindən 1,5-2,0 m məsafədə 

əkilir.  İriçiçək  abeliya  iyun-noyabr,  Dəfnəyarpaq  basınağacı 

noyabr-aprel  ayları,  qızılgüllər  isə  may-iyun  ayları  ərzində 

çiçəklədiyindən,  bütün  il  boyu  bu  bitkilər  əkilmiş  ərazilərdə 

çiçəklər olur. 

İlin  150  günü  ətirli,  orta  irilikdə  ağ  çiçəkləri  ilə  çox 

dekorativ  olan  bitkilərdən  biri  də  İriçiçək  abeliyadır  (şəkil 

25). 


İriçiçək  abeliya  (Abelia  grandiflora  Andre  Rehd.) 

doqquzdonkimilər  (Caprifoliaceae  Juss.)  fəsiləsinin  Abeliya 

(Abelia  R.Br.)  cinsinə  aid  olub,  qismən  həmişəyaşıl  koldur. 

Azərbaycanda  qışı  sərt  keçən  illərdə  yarpaqları  tökülür  (1-

5°C-dən aşağı). 2 metrə qədər hündürlüyə qalxa bilən, sallaq, 

dağınıq  çətirlidir.  Cavan  zoğları  çubuqvari  tünd-şabalıdı 

rəngli,  yaşlı  budaqları  isə  qonur  rəngli  olub  əyiləndir. 

Yarpaqlar yumurtavari, orta irilikdə (uzunluğu – 2-5 sm, eni 

–  2-3  sm)  olub,  üstdən  tünd  yaşıl,  altdan  açıq  yaşıldır. 

Havalar  mülayim  keçən  illərdə,  fevralın  20-i  yeni  yarpaqlar 

əmələ gəlməyə başlayır. Çiçəkləri ağ rəngli olub, budaqların 

ucunda topa  şəklində süpürgələrə toplanır. Olduqca ətirlidir. 

 

132 


Qırmızımtıl  rəngli  kasa  yarpaqlar  demək  olar  ki,  bütün  il 

boyu  bitkini  dekorativ  görkəmdə  saxlayır.  Bitki  Abşeronda 

iyun  ayının  ortalarından  çiçəkləməyə  başlayır.  Çiçəkləmə 

müddəti140-150  gündür.  Abşeronda  bitkinin  toxum  verməsi 

tərəfimizdən müşahidə edilməmişdir.  

Bitkinin  təbii  yayılma  arealı  Cənub-Şərqi  Asiya  və 

Mərkəzi Amerikadır. Mədəni şəkildə isə dekorativ bitki kimi 

mülayim  iqlimi  olan  əksər  rayonlarda  əkilib  becərilir. 

Azərbaycanda əsasən Abşeronda keçən əsrin 60-cı illərindən 

park və bağlarda tək-tək əkini mövcud olmuşdur. Son 10 ildə 

isə bitkinin yeni çeşidləri ilə Abşeronun park və bağları daha 

da  zənginləşmişdir.  İndi  əksər  yaşıllıq  zonalarında  İriçiçək 

abeliyanın yeni nana formalarına tez-tez rast gəlmək olur.  

İstiliyə  və  torpaq  qidasına  çox  tələbkar,  rütubət 

çatışmazlığına  nisbətən  davamlı,  ağac  və  bina  kölgələrində 

yaxşı inkişaf edən, lakin bu şəraitdə zəif  çiçəkləyən bitkidir. 

Həmişəyaşıl bitki olmasına baxmayaraq, Abşeronda sərt qışı 

olan  illərdə  yarpaqları  tökülür.  Buna  baxmayaraq,  bitkinin 

zoğ  və  budaqları  şaxtaya  davamlıdır.  Küləktutan  ərazilərdə 

dekorativliyini küləyin təsirindən tez itirir.  

Azərbaycanda əsasən bəzək bitkisi kimi becərilir. Bitki 

üçün park və bağlarda külək az tutan ərazilər əlverişlidir. Yol 

kənarlarında, küçə bordürlərındə və b. ərazilərdə əkildikdə öz 

dekorativ  görkəmini  itirir.  Landşaft  dizaynında  ən  görkəmli 

yerlərdə  tək-tək,  bir-birindən  ən  azı  2  m  məsafədə  əkilməsi 

daha münasibdir. Digər  kol formalı bitkilərlə 2 m məsafədə, 

gövdəli  ağac  bitkilərinin  isə  dairəsində  yan-yana  əkildikdə, 

ərazidə daha çox görkəm yaradır. Fərdi həyətyanı  sahələrdə, 

yaşayış 

binalarının 

ətrafında, 

gəzinti 


zolaqlarının 

kənarlarında və ümumi sahənin ön planında əkilir.  



İriçiçək  abeliya  Azərbaycanda  qələmləri  (çilikləri) 

vasitəsilə çoxaldılır. Bu məqsədlə bir və ikiillik qələmlərdən 

istifadə  olunur.  Qələmlər  noyabr  və  mart  ayları  tədarük 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə