Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə34/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   30   31   32   33   34   35   36   37   38

 

133 


olunur.  Noyabrda  götürülmüş  qələmlər  bağlanılaraq  şirəli 

quma  maili  basdırmaqla  1-3°C  temperaturda  növbəti  ilin 

mart  ayına  qədər  saxlanılır.  Qələmlər  asan  kök  əmələ 

gətirdiyindən  əlavə  kökəmələgətirmə  tədbirlərinə  ehtiyac 

olmur. Mart ayının ortalarında saxlanma yerindən çıxarılmış 

qələmlər  20-25  sm  uzunluqda  yenidən  hazırlanaraq  qum 

qarışdırılmış  qidalı  torpaqlara  5  sm  məsafə  ilə  hər  bir 

qələmdə  bir  buğum  torpaq  səthində  qalmaqla  basdırılır. 

Qələmlərə  sonrakı  qulluq  işləri  mütəmadi  suvarmadan,  alaq 

otlarının 

təmizlənməsindən 

və 


yay 

ayları 


süni 

kölgələndirmədən  ibarətdir.  Yaxşı  becərilmə  şəraitində 

vegetasiyanın  sonunda  qələmlər  dibçəklərə  və  ya  daimi 

yerlərinə köçürülməyə hazır olur.  

Daimi  yerində  bitkilərə  qulluq  ildə  1-2  dəfə  yemləmə 

gübrələrinin  verilməsindən  (hər  bitkiyə  25-50  q  hesabı  ilə), 

suvarılmalardan  (yaz-yay  ayları  ayda  3-4  dəfə,  payız-qışda 

isə  1-2  dəfə)  və  kəsilməklə  forma  vermədən  ibarətdir. 

Abşeron  şəraitində  İriçiçək  abeliya  böyümə  intensivliyindən 

asılı olaraq 2-3 dəfə, fevral-may ayları budanılır.  

Bitkinin 

Abşeronda 

xəstəliktörədiciləri 

və 


ziyanvericiləri aşkar olunmamışdır.  

 

Yapon  birgözü 

Birgöz  cinsinə  aid  olan  bir  çox  növlər  hal-hazırda 

Landşaft  memarlığında  geniş  istifadə  olunur.  Onlardan 

Parlaq birgözü (Ligustrum licidum), Adi birgöz (L. vulgare), 

Çin  birgözü  (L.  sinensis)  və  b.  qeyd  edə  bilərik.  Bioekoloji 

xüsusiyyətlərinin  və  Landşafta  yerlərinin  Yapon  birgözü  ilə 

uyğun  olmasını  nəzərə  alaraq,  növlərdən  biri  –  Yapon 

birgözü haqqında ətraflı məlumat veririk.  

Yapon 

birgözü 


(Ligustrum 

japonicum 

Thunb.) 


Zeytunkimilər  (Oleaceae  Hoffmgg.  et  Link.)  fəsiləsinin 

birgöz  (Ligustrum  L.)  cinsinə  aid  olub,  2-3  m  hündürlükdə 

 

134 


sıx  sallaq  çətirli,  həmişəyaşıl  koldur.  Cinsin  digər 

növlərindən, xüsusilə daha çox oxşarı olan Parlaq birgözdən 

boyunun  alçaq,  çətirinin  geniş  və  nisbətən  sallaq  olması, 

meyvələrinin uzunsovluğu ilə seçilir (şəkil 26).  

Yarpaqları  dərivari,  üst  tərəfdən  zümrüdü-yaşıl,  altdan 

açıq-yaşıl rəngli, səthi hamar, enli-uzunsov və tam kənarlıdır. 

Bir yarpaq bitki üzərində 5-6 ilə qədər qala bilir. Yarpaqları 

kifayət qədər iridir (uzunluğu 8-10 sm, eni 4-5 sm). 

Çiçəkləri  ağ,  ətirli,  budaqların  uclarında  süpürgədə 

toplanmışdır. Meyvələri əvvəlcə yaşıl, yetişdikdə qara rəngli, 

azacıq ətli-şirəli, uzunsov, birtoxumlu meyvə olmaqla, sallaq 

salxımda  toplanmışdır.    Bir  salxımda  50-100  ədəd  meyvə 

olur.  

Bitki  iyulda  çiçəkləyir.  Çiçəkləmə  müddəti  20-25 



gündür.  

Meyvələr  noyabr-dekabrda  yetişir  və  bütün  qışı  bitki 

üzərində qalır. Yazqabağı quşlar tərəfindən yeyilir.  

Yapon birgözünün vətəni Çin, Yaponiya, Koreya hesab 

olunur.  Mülayim  qışı  keçən  bütün  zonalarda  əkilib-becərilə 

bilər.  Azərbaycanda  keçən  əsrin  50-ci  illərindən  Mərkəzi 

Nəbatat 

bağında, 

Mərdəkan 

Dendrarisində 

tək-tək 

introduksiya  edilmişdir.  Lakin  Landşaft  memarlığında  bu 

növdən  çox  az  istifadə  edilrdi.  Yalnız  son  10  ildə  Naxçıvan 

bölgəsi  istisna  olmaqla  Azərbaycanın  bütün  ərazilərində, 

xüsusilə də Abşeronun yaşıllaşdırılmasında bu bitkidən geniş 

istifadə olunur. Artıq demək olar ki, yenilənən əksər park və 

bağlarda Yapon birgözündən mütləq istifadə edilir.  

Əsasən  park  və  bağlarda  dekorativ  bitki  kimi  əkilib-

becərilir.  Bütün  il  boyu  –  şaxtalı  qış  aylarında  belə  parlaq-

yaşıl yarpaqlara malik olması, bitkidən Lanşaft memarlığında 

geniş  istifadə  etməyə  imkan  verir.  Çox  böyüyən  kol 

olmadığından,  eyni  zamanda  sallaq-yumru  çətirə  malik 

olduğundan  onu  bir-birindən  və  digər  ağac-kol  cinslərindən 



 

135 


1,5-2,0  m  məsafədə  tək-tək  əkmək  daha  münasibdir.  Yer 

seçərkən  əsasən  günəşli  və  yarımkölgə  ərazilər  nəzərdə 

tutulmalıdır. Bütün günü günəş  düşməyən  ərazilərdə  yaxşı  

inkişaf    etmir.    Bitkidən  həmçinin  hündürlüyü  1  m-ə  qədər 

olan  çəpərlərin  yaradılması  zamanı  da  müvəffəqiyyətlə 

istifadə etmək mümkündür. Bu cür əkin tək cərgə ilə aparılır 

və  cərgədə  bitkilərarası  məsafə  20-30  sm  saxlanılır.  Bitkilər 

bordürdən içəriyə doğru 50 sm məsafədə əkilməlidir.  

Yapon birgözü torpaq qidasına və rütubətə çox tələbkar 

deyil.  Lakin  qidalı  torpaqlarda,  suvarılma  şəraitində  daha 

yaxşı  inkişaf  edib  böyüyür  və  ildə  bir  neçə  dəfə 

qayçılanmaqla istənilən çətir formasına daha tez düşür.  

Şəhər  iqliminin  əlverişsiz  şəraitinə  –  toza,  maşın 

tüstüsünə,  hakim  küləklərə,  zərərli  qazlara  qarşı  olduqca 

davamlıdır.  Günəşin  yandırıcı  şüalarından  əziyyət  çəkmir. 

Şaxtalı keçən bəzi illərdə cavan zoğların uc hissələri quruyur.  

Toxumla,  qələmlə  və  zoğları  basdırma  yolu  ilə 

çoxaltmaq  olar.  AMEA-nın  Mərkəzi  Nəbatat  bağında 

toxumla  çoxaldılma  təcrübələri  aparılmışdır.  Bir  neçə    illik 

tədqiqatların  nəticələrindən  məlum  olmuşdur  ki,  Yapon 

birgözünün  toxumları  yetişdikdən  sonra  –  dekabr  ayında 

yığılır, lət hissədən təmizləndikdən dərhal sonra açıq sahədə 

qumsal-qidalı  torpaqlarda  səpilir  ki,  bu  zaman  60-80%  bitiş 

əldə  olunur.  Toxumlar  saxlanılaraq  yazda  və  ya  qabıqla 

birlikdə  səpildikdə  isə  cücərmə  15-20  gün  gecikir.  

Çoxaldılma  toxumlarla  və  digər  üsullarla  tərəfimizdən 

aparılmışdır.  Abşeron  şəraitində  Yapon  birgözünün  ən 

səmərəli  çoxaldılma  üsulu  payızda  yığılaraq  dərhal  səpilmiş 

toxumlardır.  Hal-hazırda  Mərkəzi  Nəbatat  Bağında  bitkinin 

toxumla çoxaldılmış çoxlu sayda əkin materialı vardır.  

Qeyd  olunmalıdır  ki,  Yapon  birgözünün  toxumlarında 

cücərmə  çox  gec  başladığından  (dekabrda  səpilmiş 

toxumlarda  ilk  cücərtilər  yalnız  may  ayının  əvvəllərində 

 

136 



görünməyə  başlayır),  torpaq  səthi  qaysaq  bağlayaraq 

bərkiyir.  Müşahidələrimiz  göstərir  ki,  seyrək  səpin 

aparıldıqda  (1  n/m-ə  80-100  ədəd),  toxumdan  əmələ  gəlmiş 

cücərtilər  torpaq  səthinə  çətinliklə  çıxır.  Bəzi  hallarda  isə, 

xüsusilə  qaysaq  dağıdılmadıqda  cücərtilər  səthə  çıxmadan 

çürüyərək  məhv  olurlar.  Ona  görə  də  biz  1n/m-əsəpilən 

toxumların  miqdarını artıraraq 180-200 ədəd  normada etdik. 

Bu  normada  səpin  apardıqda  eyni  anda  cücərmiş  toxumlar 

torpaq  səthinə  daha  çox  təzyiq  edərək  səthə  sürətlə  çıxır  və 

kütləvi cücərti alınır. İlk cücərtilər birinci ili çox zəif inkişaf 

edirlər. Ona görə də Yapon birgözü şitilləri bir yerdən başqa 

yerə  yalnız  ikinci  ilin  payızında  köçürülə  bilər.  Köçürülmə 

tək-tək və ya 2-3 ədədi bir yerdə olmaqla aparıla bilər. Yeni 

yerdə şitillər bir-birindən 25-30 sm məsafədə əkilir. 2-3 illik 

tinglərə  qulluq  işləri  suvarmalardan,  yemləmə  gübrələrinin 

verilməsindən,  alaqlarla  mübarizədən  və  bitkilərə  forma 

verilməsindən  ibarətdir.  1,0-1,5  m  hündürlüyə  çatmış, 

dekorativ  çətirə  malik  kollar  yaşıllaşdırma  üçün  istifadə 

oluna bilər.  

Çoxillik 

müşahidələrimiz 

göstərir 

ki, 

Abşeron 


şəraitində  Yapon  birgözünə  heç  bir  xəstəliktörədici  və 

zərərverici sirayət olunmur.  

 

Tikanliiydə 

Payızda  çiçəkləyib,  erkən  yazda  meyvə  verən  çox 

ekzotik, Azərbaycanda introduksiya olunmuş bitkilərdən biri 

də Tikanlı iydədir (şəkil 27). 

Tikanlı  iydə  (Elaeagnus  pungens  Thunb.)  İydəkimilər 

(Elaegnaceae)  fəsiləsinin  İydə  (Elaeagnus  L.)  cinsinə  aid 

olub,  6-7  m.  hündürlüyə  qalxa  bilən  həmişəyaşıl  kol  tipli 

bitkidir.  Bu  bitki  çox  sürətlə  böyüyür.  İldə  bir  neçə  dəfə 

budanılmaqla,  1-2  il  ərzində  bitkini  hər  hansı  formaya 

salmaq olur.  




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə