Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə32/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   28   29   30   31   32   33   34   35   ...   38

 

125 


və  s.  görə  dekorativ  bağçılıqda  da  ənginardan  geniş  istifafə 

oluna bilər.  

Bu  bitkini  rerspublika  heyvandarlığını  yaşıl  yemlə 

erkən yaz ayları təmin etmək baxımından da çox perspektivli 

hesab edirik. 

Təəssüf  ki,  bu  qədər  çoxsahəli  əhəmiyyətə  malik 

ənginar Azərbaycanda kifayət qədər əkilib becərilmir. Bunun 

bir  səbəbi  bitki  haqqında,  xüsusilə  onun  əkilib  becərilməsi 

barədə əhalinin lazımi səviyyədə biliyə malik olmamasından 

irəli gəlirsə, digər səbəbi əkin və səpin materialının azlığıdır. 

Bütün bunları nəzərə alıb ənginarın becərilməsi barədə ətraflı 

məlumat veirirk.  

Ənginar  əsasən  toxumla,  zəruri  hallarda  isə  (toxum 

olmadıqda)  vegetativ  yolla    çoxaldılır.    Toxumlar    aprel 

ayının  1-ci  ongünlüyündə,  torpaqda  temperatur  8-10º-yə 

yüksəldikdə  açıq  sahəyə  səpilir.  Azərbaycanın  aran 

rayonlarında və Abşeronda toxumlar cari ilin sentyabr ayında 

da  səpilə  bilir.  Belə  halda  cücərtilər  şaxtalar  düşənə  qədər 

xeyli böyüyür və qışı normal keçirir. Dekorativ və ya tərəvəz 

məqsədilə becərilmə zamanı toxumlar, ölçüsü 2m x 1m olan 

ləklərə,  cərgəarası  15-20  sm  olmaqla,  2-3  sm  dərinliyə 

səpilir. Toxum səpiləcək ləklər bir neçə gün əvvəl səpin üçün 

diqqətlə  hazırlanmalıdır.  Yəni,  ləklər  şurəli  qum  və  yanmış 

peyin  qarışdırılmış  qidalı  torpaqla  7-10  sm  qalınlığında 

doldurulub,  səthi  hamarlanır.  Hər  paqon-metrə  50-60  ədəd 

sağlam  toxum  səpilir  və  lək  daimi  optimal  nəmlikdə 

saxlanılır. Normal qulluq edildikdə bir ləkdən 500-600 ədəd 

şitil  əldə  etmək  mümkündür.  Ənginar  şitilləri  2-3  həqiqi 

yarpaq fazasında 70 x 70 sm sxemlə daimi yerinə köçürülür. 

Daimi  yerində  bitkiyə  50-60  sm  dərinlikdə  və  diametrdə 

qidalı  təbəqə  yaradılmaqla,  3  gün  müddətində  hər  axşam 

suvarılmalı,  sonrakı  günlər  isə  torpaq  quruduqca  suvarılma 

təkrarlanmalıdır. 

 

126 



1-ci  vegetasiya  ili  bitkinin  yalnız  kökətrafı  (rozet) 

yarpaqları  formalaşır.  Bəzi  illərdə  bitkinin  birinci  ili 

çiçəklədiyi  müşahidə  olunmuşdur.  Azərbaycanda  ənginar 

qışı  açıq  şəraitdə  normal  keçirdiyindən,  onun  qış  ayları 

çıxarılaraq  xüsusi  saxlayıcılarda  saxlanılmasına  ehtiyac 

yoxdur.  2-ci  ilin  yazında  qışı  normal  keçirmiş  bitkilərdən 

gövdə inkişaf edir və çiçək zoğları formalaşır. Torpaq qidalı 

olduqda  hər  bitkidə  15-ə  qədər  çiçək  oxu  və  uyğun  olaraq 

çiçək  səbəti  əmələ  gəlir.  Qeyd  olunmalıdır  ki,  bir  bitkidən 

əvvəlcə bir çiçək oxu, sonra isə həmin ox üzərində növbə ilə 

digər çiçək oxları formalaşır. Uyğun olaraq çiçək səbətləri də 

növbə  ilə  yetişir.  Hər  il  toxum  yetişdikdən  sonra  (iyun-iyul 

ayları)  bitkinin  yerüstü  gövdəsi  quruyaraq  məhv  olur  və 

növbəti  ildə  yenidən  formalaşır.  Bu  qayda  ilə  yüksək 

aqrotexniki  qulluq  şəraitində  ənginar  eyni  yerdə  30-40  il 

yaşaya bilir.  

Hər  il  bol  və  keyfiyyətli  məhsul  almaq  üçün 

cərgəaraları  yumşaldılmalı,  yazı  quraq  keçən  aylarda 

çiçəkləyənə  qədər  bitki  2-3  dəfə  suvarılmalıdır.  Çiçəkləmə 

dövrü  suvarmalar  dayandırılır.  İldə  2  dəfə  (mart  ayında 

fosfor-kalium tərkibli, aprelin 2-ci yarısında isə azot tərkibli 

gübrələrklə) hər bitkiyə 20-30 q hesabı ilə yemləmə gübrələri 

verilir.  Oktyabr-noyabr  aylarında  isə  bir  dəfə  hər  bitkinin 

gövdə  ətrafına  3-5  kq  yanmış  peyin  verilməklə  şum  edilir. 

Ənginar becərilən sahələr alaq otlarından təmiz olmalıdır. 

Ənginarı  toxum  əldə  etmək  (səpin  üçün)  məqsədilə 

becərdikdə,  hər  bir  bitkidə  yalnız  1-2  çiçək  səbəti 

saxlanılmaqla,  qalanları  kəsilərək  götürülür.  Bu  qayda  ilə 

saxlanılmış  səbətlərdə  çiçək  telləri  qonurlaşıb  qaraldıqda 

toxumlar  yetişmiş  hesab  olunur.  Yetişmiş  toxumları  yığmaq 

üçün  səbət  3-4  sm  uzunluqlu  saplaqla  birlikdə  kəsilir  və 

polietilen üzərinə sərilərək günəş şüasının altında qurudulur, 

sonra  ağacla  döyülərək  toxumlar  ayrılır  və  küləkli  günlərdə 



 

127 


sovrularaq  təmizlənir.  Bu  qayda  ilə  təmizlənmiş  toxumlar 

quru,  qaranlıq  və  sərin  mühitdə  saxlandıqda  cücərmə 

qabiliyyətini 5-6 il itirmir.  

Ənginarın 

becərilməsinin 

daha 


önəmli 

iqtisadi 

səmərəliliyi  onun  Azərbaycan  şəraitində  hər  hansı  xəstəliyə 

yoluxmamasıdır.  Ayrı-ayrı  illərdfə,  xüsusilə  yaz  aylarının 

yağmurlu  keçdiyi illərdə bitki xırda qanlı  mənənələrlə (bitki 

biti)  sirayətləndiyi  müşahidə  olunsa  da  zərərvericinin 

məhsula ziyanı qeydə alınmamışdır.  

 

Feyxoa 

Bəzək-bağçılıqda  az  bitkilər  vardır  ki,  onlar  dekorativ 

görkəmi  ilə  yanaşı  insanların  qidalanmasında  geniş 

əhəmiyyət kəsb edən dadlı meyvələr də verirlər. 

Gözəl  görkəmi,  il  boyu  həmişəyaşıl  yarpaqlarla  örtülü 

olması,  eyni  zamanda  qiymətli  dad  keyfiyyətinə  malik 

meyvələri  feyxoanın    həm  bəzək  bağçılıqda,  həm  də  meyvə 

bitkisi  kimi  son  50-60  ildə  Azərbaycanda  geniş  yayılmasına 

səbəb olmuşdur. 

Becərilməsində  və  qulluq  işlərində  feyxoanın  spesifik 

xüsusiyyətlərini  nəzərə  alıb  bitki  haqqında  ətraflı  məlumat 

verməyi lazım bildik. 

Feyxoa  (Feijoa  Berg.),Mərsinçiçəklilər  (Murtaceae 

Juss.)  fəsiləsinə  aid  olub  üç  növu  birləşdirir:  Feijoa 



sellowiana,  F.  obovata  və  F.  shenkiana.  Bunlardan  mədəni 

halda  becərilən  yalnız  F.sellowiana  Berg.  növüdür.  Vətəni 

Cənubi  Amerika  hesab  olunan  bu  bitki  buradan  Avropaya 

daha  sonralar  (1900-cü  ildən)  isə  İtaliyaya  və  digər  avropa 

ölkələrinə  1990-cü  ildən  isə  Azərbaycana  yayılmağa 

başlamışdır. 

Feyxoa  Azərbaycanda  geniş  ərazilərdə  yalnız  cənub 

zonada  (Lənkəran-Astarada)  becərilir.  Bununla  belə  qış 

şaxtaları  –15°C-dən  aşağı  olmayan  bütün  zonalarda,  örtülü 

 

128 



şəraitdə isə respublikanın hər yerində becərilə bilər. 

F.sellowiana Berg. növü həmişəyaşıl kol bitkisi olub, 4 

m-ə  qədər  böyüyən  və  geniş,  dikduran  çətirə  malik  olan 

bitkidir.  Yarpaqlar  zoğ  üzərində  qarşı-qarşıya  düzülməklə 

gümüşü-boz  rənglidir.  Çiçəkləri  iri,  çəhrayı  rəngli,  tək-tək, 

bəzən  3-4  ədədi  bir  yerdə  olur.  Əsasən  may  ayının  ikinci 

yarısindan  çiçəkləməyə  başlayır.  Çiçəklədiyi  dövrdə  bitki 

çox  dekorativ  görkəm  alır.  Çiçəkləmə  bir  aya  qədər  davam 

edir.  Meyvələri  20-120  q  ağırlığında  uzunsov  və  ya  yumru 

giləmeyvədir (şəkil 24). 

Əsasən  meyvə  əldə  etmək  məqsədilə  becərilir. 

Meyvələri  özünəməxsus  ətri  və  dadı  ilə  seçilir.  Meyvələrin 

tərkibində  insan  orqanizmi  üçün  çox  faydalı  olan  şəkərlər, 

turşular,  dabbaq  maddələri,  yod  və  vitaminlər  vardır. 

Meyvələri  həm  təzə  halda,  həm  də  mürəbbə,  kampot,  cem 

hazırlamaqla istifadə olunur. Orqanizm üçün ən xeyirlisi təzə 

halda  yemək  və  meyvələrin  şirəçəkən  maşından  keçirilib 

şəkər tozu ilə qarışığından istifadə etməkdir. 

Feyxoa  meyvəsinin  şəkər  tozu  ilə  qarışığı  aşağıdakı 

qaydada  hazırlanır:  meyvələr  təmiz  yuylub,  hər  iki  tərəfi 

kəsilərək  atılır.  Qalan  ətli  şirəli  hissə  qabıqla  birlikdə 

şirəçəkən  maşınından  keçirilərək  (əzilərək)  1:1  nisbətində 

şəkər tozu ilə qarışdırılıb iri, ağzı geniş qablara tökülür  və 3 

gün  müddətində  tez-tez  yaxşıca  qarışdırılır.  Şəkər  tozu 

meyvə  şirəsi  ilə  tam  qarışdıqdan  sonra  istifadə  üçün  hazır 

olan  kütlə  şüşə  qablara  yığılır  və  qaranlıq  sərin  yerdə 

saxlanılır.  Bu  qayda  ilə  hazırlanmış  feyxoa  cemi  3-4  il  öz 

keyfiyyətini saxlayır. Qan təzyiqi  yuxarı olan insanlar üçün 

bütün il boyu istifadə etmək ən yaxşı vasitə hesab olunur. 

Bitki 

həmişəyaşıl 



yumru-yığcam 

cətirə 


malik 

olduğundan,  eləcədə  çiçəklədiyi  ərəfədə  çox 

gözəl 

göründüyündən  ondan  bəzək  bağçılıqda  geniş  istifadə 



edilməsinə  imkan  yaradır.  Feyxoa  xırda  çətirə  malik  olan 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə