Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə2/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   2   3   4   5   6   7   8   9   ...   38

 



GİRİŞ 



 

Bütün canlılar mühitin təsirindən dəyişikliyə uğramaqla 

yanaşı,  öz  növbəsində  yaşadıqları  əraziyə,  formalaşdıqları 

mühitə təsir edərək, onun dəyişilməsində müəyyən qədər rol 

oynayırlar.  Ətraf  mühitin  dəyişilməsinə  edilən  belə  təsirlər 

bilməyərəkdən,  qeyri-şüuri  və  bilərəkdən,  şüurlu  surətdə 

olur. Bilməyərəkdən, qeyri-şüuri təsirlər bitkilərə, heyvanlara 

və  mikroorqanizmlərə,  bilərəkdən,  yəni  şüurlu  surətdə 

təsirlər  isə  insanlara  məxsusdur.  İnsan  məskunlaşdığı  və 

fəaliyyət göstərdiyi bütün ərazilərdə, ən ekstremal vəziyyətdə 

belə  özü  üçün  müəyyən  şərait  yaratmaq  istəyir.  İlkin  olaraq 

insan ev tikir və qida axtarır.  

Rəvayətə  görə  ilk  insan  olan  Adəm  peyğəmbər  ölüm 

yatağında olarkən oğlanlarını çağırır və tapşırır ki, həyətdəki 

meyvələrdən  gətirin,  yeyib  sağalım.  Oğlanları  peyğəmbərin 

tapşırığına əməl edib müxtəlif meyvələr gətirirlər.  

Burada  iki  məqam  xüsusilə  diqqət  çəkir.  Əvvəla,  ilk 

insan  qidalanmaq  üçün  öz  həyətində  meyvə  ağacları  əkib, 

ikincisi,  onlar  qidalanmaqla  yanaşı,  həm  də  bitkilərin 

müalicəvi xüsusiyyətlərindən də bəhrələniblər.  

Mən  həmişə  bu  fikirdə  olmuşam  ki,  kim  torpağı 

becərirsə,  orada  bitki  əkir,  toxum  səpir,  torpağın  yatmış  və 

heç  vaxt  bilinməyəcək  potensial  enerjisini  üzə  çıxarmaqla 

onu bitkilər vasitəsilə insanların istifadə edə biləcəyi formaya 

salırsa,  o  cəmiyyət  üçün  ən  xeyirli  insandır.  Şübhəsiz  ki, 

təbiət  insanlığa  əvəzolunmaz  nemətlər  də  bəxş  etmişdir.  Bu 

danılmaz  faktdır  ki,  bitkilərin  əmələgəlmə  tarixi  insanlığın 

 



tarixindən çox qədimdir. Təbii meşələrimiz, qiymətli dərman 

və yem mənbəyi olan dağ-çəmən bitkiliyi buna misaldır. Bax 

bu nemətlər də sonunda insanlar üçündür. 

Azərbaycan təbiəti və onun florası böyük təbii potensial 

istehsal mənbəyinə malikdir. Floramızdakı bitkilik içərisində 

çox  müxtəlif  meyvə-giləmeyvə,  dərman,  texniki,  yağlı  və  b. 

bitkilər,  onları  isə  emal  sənayesi  üçün  hazırlamaq  imkanına 

qadir olan insan resursları vardır. Burada həm də bir-birindən 

kəskin  fərqlənən,  torpaq-iqlim  şəraitinə  malik  olan  ərazilər 

mövcuddur.  Məs.,  Abşeron  yarımadasının  torpaq-iqlim 

şəraiti,  xüsusilə  ağac  və  kol  bitkilərinin  əkilib-becərilmələri 

baxımından  Azərbaycanın  bir  çox  zonalarına  nisbətən 

əlverişsiz hesab olunur. Yarımadanın bitki örtüyü yarımsəhra 

bitki  örtüyü  tipinə  aiddir.  Ərazi  birillik  və  çoxillik  ot  tipli 

bitkilərlə  çox  zəngin  olmasına  baxmayaraq,  quru  subtropik 

iqlimə  malik  olduğundan,  burada  təbii  ağac  və  kol  bitkiləri 

azlıq təşkil edir. Yalnız ayrı-ayrı ərazilərdə, xüsusilə qayalıq 

zonalarda və yarğanların  kənarlarında səpələnmiş halda bəzi 

ardıc  növlərinə,  əncir,  nar  kollarına,  xırda  meyvəli  albalıya 

və  b.  rast  gəlinir.  Abşeronun  təbii  bitki  örtüyünü  buranın 

torpaq-iqlim  şəraiti  formalaşdırmışdır.  Təbii  halda  çoxlu 

miqdarda  efemer  və  efemeroidlərin  olması,  burada 

temperatur  ilə  nisbi  rütubət  rejimi  arasındakı  uyğunluqla 

əlaqədardır.  Yarımsəhra  bitkiləri  hesab  edilən  efemerlər,  bir 

çox geofitlər və b. payızda yağmurlar başladıqda öz böyümə 

və  inkişaflarına  başlayıb,  bütün  qışı  və  yazı  vegetasiyalarını 

davam  etdirir,  istilər  düşənə  qədər  yaşıl  qalıb,  ən  geci  may 

ayının sonlarına qədər quruyub tələf olurlar.  




 

Lakin  insan  ağlı  və  fədakarlığı  nələrə  qadir  deyildir. 



Yarımsəhra  bitki  örtüyü  tipi  insan  fəaliyyəti  nəticəsində 

tamamilə  dəyişilmiş,  barlı-bəhrəli  əraziyə  çevrilmişdir. 

Abşeronda geniş ərazilərdə zeytun, badam, üzüm, əncir və s. 

meyvə  bağları,  göz  oxşayan  dendroloji  park  və  xiyabanlar 

yaradılmışdır.  Həmin  park  və  bağlarda  minlərlə  növ  və 

çeşidli  ağac,  kol  və  ot  bitkiləri  əkilmişdir.  Təəssüflə  qeyd 

etmək  lazımdır  ki,  çox  böyük  zəhmət  və  vəsait  hesabəna 

müxtəlif ölkələrdən gətirilərək əkilmiş həmin bitkilərə lazımi 

səviyyədə  qulluq  göstərilmədiyindən,  onların  bir  qismi  tez 

bir  zamanda  quruyaraq  tələf  olurlar.  Bunun  bir  səbəbi, 

bitkilərin  yeni  torpaq-iqlim  şəraitinə  çətin  uyğunlaşması  ilə 

əlaqədardırsa,  digər  səbəbi  onların  becərilməsində  səriştəsiz 

insanların  iştirakı  və  bəzək  bağçılıq  sahəsində  mütəxəssis 

qıtlığıdır.  Bütün  bunları  aradan  qaldırmaq  məqsədilə  son 

illərdə bu sahədə xeyli işlər görülmüş,  müxtəlif ədəbiyyatlar 

və dərsliklər yazılmışdır.  

Azərbaycan,  o  cümlədən  Abşeron  ərazisində  park,  bağ 

və  bağçaların  salınma  tarixinin  çox  qədim  olduğu  barədə 

məlumatlar verilsə də (A.A.Həsənova “Azərbaycanın park və 

bağları”),  bu  ərazidə  yaşıllaşdırma  işlərinə  1920-ci  illərdən 

sonra  daha  çox  diqqət  yetirilməyə  başlanmışdır.  Belə  ki, 

1926-cı  ildə  Mərdəkan  dendradisinin,  1934-cü  ildə  Mərkəzi 

Nəbatat  Bağının  təşkili,  respublikamızda,  o  cümlədən 

Abşeronda  dekorativ-bağçılığın,  çiçəkçiliyin  və  b.  elmi 

əsaslarla  inkişaf  etməsinə  güclü  təkan  vermişdir.  Burada 

yerli  və  xarici  floradan  introduksiya  olunmuş  bitkilər 

üzərində  elmi-tədqiqat  işləri  aparılaraq,  onların  bioekoloji, 

 



təsərrüfat-texnoloji  xüsusiyyətləri  öyrənilmiş  və  perspektivli 

olanlar  çoxaldılaraq  yaşıllaşdırmada  tətbiqinə  tövsiyələr 

verilmişdir.  Son  illərdə  Azərbaycanda    bəzək-bağçılıq 

sahəsində xeyli irəliləyişlərin olduğu göz qabağındadır.  

2000-ci  illərdən  başlayaraq  ölkəmizdə  həm  fərdi 

həyətyanı  sahələrdə,  həm  də  park  və  xiyabanlarda  bəzək-

bağçılıq işləri daha da sürətlənib yenilənməyə başladı. Artıq 

xarici  ölkələrdən  bir  çox  ekzotik  ağac  və  kol  bitkiləri,  o 

cümlədən palmanın, evkaliptin, kameliyanın, azaliyanın və b. 

müxtəlif növ və çeşidləri park və bağlarda daha çox əkilməyə 

başladı.  Lakin  bir  çox  səriştəsiz  iş  adamları  və  bağbanlar 

tərəfindən  həmin  bitkilərin  çox  yaşlı  və  həcmcə  iri  fərdləri 

gətirilib  əkilirdi.  Məlumdur  ki,  canlılar  nə  qədər  cavan, 

azyaşlı olsalar, bir o qədər elastik olurlar, yəni ətraf mühitin 

hər hansı təsirinə daha asan və tez uyğunlaşırlar.  

Ayrı-ayrı  işbazlar  tərəfindən  gətirilmiş  belə  yaşlı 

bitkilər  yeni  torpaq-iqlim  şəraitinə  çətin  uyğunlaşır,  çox 

hallarda isə uyğunlaşmayaraq  məhv olurlar. Son onilliklərdə 

yenə  minlərlə  belə  bitkilərin  tələf  olmasının  şahidi  olmuşuq 

və  dəfələrlə  mətbuatda,  televiziya  və  radio  kanallarında 

mütəxəssislər  tərəfindən  Azərbaycanın  müxtəlif  zonaları 

üçün  perspektivli  bitkilərin  seçilməsindən,  düzgün  əkin 

qaydalarından,  onların  becərilmə  xüsusiyyətlərindən  və  b. 

əhaliyə  lazımi  məsləhətlər  verilmişdir.  Ayrı-ayrı  alim-

mütəxəssilər  tərəfindən  qiymətli  tövsiyələrdən  ibarət 

kitablar,  dərs  vəsaitləri  tərtib  olunmuş  və  yayılmışdır.  Bu 

sahədə 

İ.İ.Karyagin, 



A.A.Qrassqeym, 

İ.İ.Prilipko, 

İ.S.Səfərov,  U.M.Ağamirov,  T.H.Kazımova,  O.V.İbadlı, 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə