Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə14/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   10   11   12   13   14   15   16   17   ...   38

 

53 


altında  ağ  kifəbənzər  örtük  görünür.  Yağmur  və  günəşli 

günlərin  bir-birini  tez-tez  əvəz  etdiyi  günlərdə  xəstəlik 

sürətlənir və bir neçə günə yarpaqlar qonurlaşır və quruyaraq 

tökülür.  Eyni  əlamət  çiçək  qruplarında  və  xırda  gilələrdə  də 

baş  verir.  Günlər  yağmurlu  keçdikdə  xəstəlik  payız  aylarına 

qədər  davam  edir.  Yağmursuz  aylarda  isə  (iyul-avqust)  zəif 

inkişaf edir.  

Xəstəliyə  qarşı  mübarizə  zəif  aparıldıqda  və  ya 

aparılmadıqda,  yağmurlu  illərdə  üzüm  məhsulu  tamamilə 

məhv olur. Artıq üzümçülüklə məşğul olan hər bir şəxs aydın 

bilir  ki,  yaz-yay  ayları  üzüm  tənəkləri  mütləq  müvafiq 

dərmanlarla  dərmanlanmalıdır.  Lakin  dərmanlanmaya  qədər 

bir sıra aqrotexniki tədbirlər görülərsə, dərmanlanmanın həm 

sayı azalar, həm də effektivliyi artar. Bunlar aşağıdakılardır: 

1. Üzüm tənəklərinin hündürştamplı formada becərilməsi; 

2. Üzümlüklərin relyefi düz olan ərazilərdə salınması; 

3. Bütün  vegetasiya  dövrü  ərazidə  normal  havalanmanı 

təmin etmək məqsədilə yaşıl budama və bağlama işlərinin 

vaxtında, düzgün aparılması; 

4. Sahədə alaq otlarının inkişafına yol verilməməsi; 

5. Payızda tökülmüş yarpaqların sahədən kənarlaşdırılması; 

6. Suvarılan  üzümlüklərdə  payızdan  dərin  şum  aparmaqla 

dondurma (qış) suyunun verilməsi. 

Bütün  aqrotexniki  tədbirlərə  ciddi  riayət  olunmasına 

baxmayaraq,  üzümlükdə  yenə  də  mildiu  xəstəliyi  müşahidə 

olunduqda,  1-2%-li  Bordo  (Göydaş)  məhlulu  ilə  bir  neçə 

dəfə  çiləmə  aparılmalıdır.  Çiləmələr  çiçəkləməyə  qədər  2 

dəfə  və  çiçəkləmədən  dərhal  sonra  aparılmalıdır.  Bundan 

sonra  yağmurlu  havalardan  asılı  olaraq  2-3  dəfə  çiləməni 

təkrar  aparmaq  lazımdır.  Bordo  (Göydaş)  məhlulunun 

hazırlanması  çətin  olduğundan  son  zamanlar  bu  məqsədlə 

Bordo  mayesinin  (kuprazon)  0,5%-li  məhlulundan  (hər  10  l 

suya  50  q  Bordo  mayesi  tozu  qarışdırılır),  sinebin  0,5%-li, 

 

54 



polikarpatsinin 0,5%-li məhlulundan da istifadə olunur. Qeyd 

olunmalıdır  ki,  mildiu  xəstəliyinə  Abşeron  üzümlüklərində 

çox az təsadüf olunur.  

Oidium  (unlu  şeh,  sibrə)  –  geniş  yatılmış  və  çox 

ziyanlı  xəstəliklərdən  biridir.  Xəstəlik  tənəyin  bütün  yaşıl 

hissələrini  və  salxımını  zədələyir.  Xəstəliyin  ilk  əlamətləri 

belədir:  təzə  əmələ  gəlmiş  cavan  yarpaqlar  kənardan  içəriyə 

doğru  bükülür,  qıvrılır  və  üzərində  bozumtul-kül  rəngli 

təbəqə  əmələ  gəlir.  Ən  çox  çiçək  qrupu  zədələnir. 

Zədələnmiş  çiçək  və  yarpaqlar  quruyaraq  tökülür.  Xəstəlik 

sonrakı  mərhələdə  giləli  salxıma  keçir  və  gilələrdə  cadarlı-

qonur  ləkələr  əmələ  gəlir,  gilələr  çatlayır,  çürüyür  və  məhv 

olur.  


Mildiunun  inkişaf  etməsi  üçün  mütləq  su  damcıları 

lazım olduğu halda, oidiumun inkişafı üçün istilik lazımdır.  

Oidiuma respublikanın bütün zonalarında rast gəlinir.  

Oidiumla  ən  effektli  mübarizə  üsulu  toz  kükürdlə  (hər 

hektara 20-25 kq) tozlama aparmaqdır. Digər halda mildiuya 

qarşı  Bordo  mayesi  çilədikdə  əlavə  əmək  və  vəsait  sərfi 

olmasın  deyə,  hazırlanmış  məhlula  1%-li  kolloid  kükürd 

qarışdırılır.  

Həyətyanı  sahələrdə,  çardaqlarda  və  digər  kiçik 

üzümlüklərdə  oidiuma  qarşı  Topsin-M,  topaz  və  s. 

preparatlardan da istifadə etmək olar.  

Ziyanvericilər.  Üzümün  ən  geniş  yayılmış  və  daha 

təhlükəli  ziyanvericiləri  salxım  yarpaq  bükəni,  torlu  gənə, 

unlu yastıca və filloksera həşəratlarıdır. 

Salxım 


yarpaq 

bükəni 


respublikanın 

bütün 


üzümlüklərində  müşahidə  olunmuşdur.  Əsasən    tırtılları 

ziyan  vurur.  May  ayının  əvvəllərindən  ilk  tırtıllar  hələ 

çiçəkləməmişsalxımlarda  görünməyə  başlayır  və  15-20  gün 

ərzində  çiçək  topası  ilə  qidalanaraq  özlərinə  tordan  yuva 

qururlar.  Məhv  edilmədikdə  həmin  torun  içində  toplaşaraq 



 

55 


sonrakı nəsillər üçün  mənbəyə çüvrilirlər. Yağmursuz  keçən 

illərdə 3 nəsil verirlər. 1-ci nəsil qönçə və çiçəklərə, 2 ci nəsil 

çiçəkləmə  tam  qurtardıqdan  25-30  gün  sonraqoralara,  3-cü 

nəsil isə yetişməkdə olan gilələrə ziyan vurur. 

Mübarizə  tədbirləri  kimi  tənəklərdə  vaxtlı-vaxtında 

yaşıl əməliyyatlar aparılması çox vacibdir. Çünki, kəpənəklər 

öz  yumurtalarını  həmişə  günəşdən  və  küləkdən  mühafizə 

olunan yerlərə qoyurlar.  

Kimyəvi  mübarizə  məqsədilə  tırtıllar  (sovkalar)  ilk 

görünən  kimi  avantaj,  mayestro,  karate  və  b.  kimyəvi 

preparatların  biri  ilə  0,2-0,3%-li  məhlul  hazırlayıb  tənəklərə 

çiləmək  lazımdır.  Kimyəvi  mübarizəkəpənəyin  hər  nəsli 

üçün  təkrar  olunmalıdır,  yəni,  vegetasiya  ərzində  hər  25-30 

gündən bir çiləmə təkrar olunmalıdır.  

Üzüm  tənəklərində  torlu  gənə  və  unlu  (çanaqlı) 

yastıcalar  müşahidə  edildikdə  sistem  təsirli  preparatlardan 

(Bi-58,  Omayt,  Akreks  və  b.)  biri  ilə  0,2-0,3%-li  məhlul 

hazırlayıb vegetasiya dövrü 2-3 dəfə çiləmə aparılmalıdır.  

Tənəyin  ən  qorxulu  ziyanvericisi  fillokseradır.  Gözlə 

çətin  görünən  narıncı-sarı  rəngli  həşərat  olub,  əsasən  kök 

hüceyrələrini  parçalayaraq  onu  çürüdür  və  tənəyin  yerüstü 

hissəsi ilbəil zəifləyir, böyüməsi dayanır və quruyaraq məhv 

olur.  Bir  vegetasiya  dövrü  6-8  nəsil  verir.  Geniş 

üzümlüklərdə  tənəklərin  tala-tala  (ocaqşəkilli)  zəifləməsi  və 

bu  talaların  ulbəil  genişlənməsi  filloksera  ziyanvericisinin 

nişanəsidir.  Filloksera  ilə  əsasən  aqrotexniki  üsullarla, 

xüsusilə  bitkilərin  üzvi  və  mineral  gübrələrlə  intensiv 

yemləndirilməsi  yolu  ilə  və  fillokseroya  davamlı  calaqaltı 

tənəklərə  (Amerika  mənşəli  üzüm  növləri)  yerli  sortlar 

calamaqla  mübarizə  aparılır.  Burada  qeyd  olunmalıdır  ki, 

qumlu torpaqlarda (Abşeron) filloksera yayıla bilmir.  

 

 

 

56 


Meyvə bitkilərinin əsas zərərvericiləri, 

xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri 

 

Meyvə  bitkiləri  üzərində  çoxlu  növdə  zərərvericilər 

müşahidə  olunur.  Onlar  bitkilərin  kökündən  tutmuş 

meyvələrinə,  toxumuna  qədər  bütün  orqanlarına  ziyan 

vururlar.  Onlar  çox  müxtəlifdir  və  müxtəlif  yaş  dövrlərində 

ziyan  vururlar.  Məs.  kəpənəklər  tırtıl  (sovka)  mərhələsində 

yarpaqları,  çiçəkləri,  meyvə  və  toxumları  gəmirərək 

zədələyir.  Mənənələr,  yastıcalar,  gənələr  isə  yarpaq  və 

zoğlarda fəaliyyət  göstərərək xortumları ilə bitkinin hüceyrə 

sitəsini  somurmaqla  ziyan  vururlar.  Ziyanvericilərin  növ 

tərkibi  çox  olduğundan,  onlara  qarşı  müxtəlif  mübarizə 

üsullarından  –  aqrotexniki,  mexaniki,  bioloji,  karantin  – 

istifadə  olunur.  Burada  aqrotexniki  mübarizə  üsulu  xüsusi 

qeyd  olunmalıdır.  Zərərverici  həşəratlar  adətən  torpaqda, 

payızdan tökülmüş yarpaqların arasında, bitkinin quru budaq 

və  qabıqlarında  qışlayırlar.  Aqrotexniki  mübarizə,  məhz 

həşəratın  qışladığı  həmin  əraziləri  qışda  və  yazqabağı  ləğv 

etməklə,  onun  məhvinə  yönəldilən  tədbirlərdir.  Bura 

tökülmüş  yarpaqların,  alaq  otlarının  sahədən  kənarlaşdırı-

lması,  bitki  diblərinin  və  cərgəaralarının  dərin  (25-30  sm) 

şumlanması,  qurumuş  budaqlardan,  qabıqlardan  təmizlən-

məsi,  qışda  bir  dəfə  sahənin  bol  suvarılması,  yazda 

gövdələrin  əhənglə  ağardılması    və  s.  aiddir. Yaz-yay  ayları 

çətirdə  sıxlığın  çoxalmasının  qarşısını  almaqla,  ərazidə 

normal  havalanmanı  və  işıqlanmanı  təmin  etməklə  də 

həşəratların  çoxalmasının  qarşısını  almaq  olar.  Bu  mübarizə 

üsulları  səmərə  vermədikdə,  yəni,  zərərvericinin  ziyanı 

çoxaldıqda  kimyəvi  mübarizə  qaçılmaz  olur.  Hal-hazırda 

bağbanlar  maksimum  çalışmalıdır  ki,  kimyəvi  mübarizə 

üsulundan az istifadə etsinlər.  



 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə