Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə12/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   8   9   10   11   12   13   14   15   ...   38

 

45 


ştampları  bərpa  etmək  üçün,  bic  zoğlar  isə  tənəyin  əkildiyi 

birinci  ili  ona  sürətli  formavermə  məqsədilə  və  yaşıl  zoğlar 

güclü  zədələndikdə  onu  bərpa  etmək  məqsədilə  saxlanılır. 

Haramı  və  bic  zoğların  qoparılması,  əsasən  may  ayında 

aparılır.  

Bundan 


başqa, 

üzüm 


tənəklərində 

barlı 


zoğlarınuclarının  vurulması  (kəsilməsi)  əməliyyatı  da 

aparılmalıdır. Belə ki, sonuncu çiçək salxımından 3-4 yarpaq 

sonra  barlı  zoğların  ucları  vurulur.  Barlı  zoğların  uclarının 

qoparılmasında  məqsəd  digər  zəif  inkişaf  edən  zoğların 

boyunu  nizamlamaq  və  zoğa  daxil  olan  qida  maddələrini 

çiçək  salxımına  yönəltmək,  həmçinin  çətirdə  işıqlanmanı 

təmin etməkdir. Ucların vurulması çiçəkləməyə bir neçə gün 

qalmış aparılır.  

Tənəklərdə tətbiq olunan digər yaşıl budamadan biri də 

iyul  ayının  axırları,  avqust  ayının  birinci  yarısında  aparılan 

budamadır.  Bu  budamada  çox  uzanmış  bütün  yaşıl  zoğların 

ucları  bağ  qayçısı  ilə  kəsilərək  atılır.  Ucları  kəsilmiş  zoğlar 

tez odunlaşır (yetişir) və qış şaxtalarına davamlı olurlar.  

 

 Azərbaycanda üzümçülüyün tarixinə qısa səyahət 

 

Üzümçülük  qədim  zamanlardan  Azərbaycan  xalqının 

həyatında  və  iqtisadiyyatında  mühüm  rol  oynamışdır. 

Azərbaycanın  həm  ərazisi,  həm  də  iqlimi  üzüm  bitkisi  üçün 

çox  əlverişlidir.  Təsadüfi  deyildir  ki,  Azərbaycanın  mədəni 

üzümçülüyün  ilk  ərazilərindən  olması,  dünya  alimləri 

tərəfindən  də  qəbul  edilmişdir.  Məşhur  üzümçü  alim 

A.M.Neqrul  üzümçülüyün  inkişaf  tarixindən  bəhs  edərkən 

De  Kondol  və  N.İ.Vavilova  istinad  edərək  bildirmişdir  ki, 

mədəni üzümçülüyin vətəni Zaqafqaziya, Orta Asiya və Şərq 

ölkələri olmuşdur.  

Azərbaycan  ərazisində  aparılan  qazıntılar  nəticəsində 

 

46 


əldə  edilən  üzüm  salxımlarının  və  yarpağının,  habeləşərab 

qablarının qalıqları və s. üzümçülüyün 3 min il bundan əvvəl 

bu  ərazidə  becərilməsini  deməyə  əsas  verir.  Eramızın 

əvvəllərində 

coğrafiyaşünas 

Strabon 


Azərbaycana 

səyahətindən bəhs edərək yazmışdır:  “Burada tənəklər qışda 

torpağa  basdırılmır,  tənəklər  o  qədər  məhsul  verir  ki, 

məhsulun  çox  hissəsini  yığa  bilmirlər  və  məhsul  budaqda 

qalır”. 

Sonrakı  araşdırmalar  və  aparılan  qazıntılarla  sübut 

edilir  ki,  üzümçülük  bütün  dövrlərdə  Azərbaycan  əhalisinin 

mühüm məşğulluq sahələrindən biri olmuşdur. 

XII  əsrdə  Örənqala  yaxınlığındakı  qazıntı  nəticəsində 

bu  mahalda  üzümçülüyün  geniş  inkişaf  etməsi  sübut 

edilmişdir.  XV  əsrdə  Şabran  şəhəri  ətrafında  çox  zəngin 

üzüm və meyvə bağları olduğu yazılır. XVIII əsrdə Rus çarı I 

Pyotrun  Şamaxı,  Dərbənd  ətrafında  üzümçülüyü  inkişaf 

etdirmək  cəhdləri  də  məlumdur.  Gəncə  ətrafında  “Bala 

bağban”,  “Böyük  bağban”  adlanan  ərazilərin  əhalisi  məşhur 

Təbrizi üzüm sortu becərib satmaqla məşhur olmuşlar.  

Xalq  zərb-məsəlləri,  el  mahnıları  da  Azərbaycanda 

üzümçülüyün qədim tarixə malik olduğunu sübut edir: “Səbr 

elə,  halva  bişər  ey  qora  səndən”;  “Doşab  aldım,  bal  çıxdı”; 

“Tülkünün ağzı üzümə çatmadı, dedi turşdur”. 

Azərbaycanın ayrı-ayrı rayonlarının yerli üzüm  sortları 

bu günə qədər də öz keyfiyyətlərini qoruyub  saxlamış və bu 

da  təsdiq  edir  ki,  Azərbaycan  xalqı  üzümçülüklə  kortəbii 

məşğul olmamış, həm də yeni yerli sortlar yaratmışlar. Buna 

misal  olaraq  Şirvan  zonasında  “Şirvanşahı”,  Gəncədə 

“Təbrizi”, 

Daşkəsəndə 

“Qızıl 


üzüm”, 

“Bayansirə”, 

Qarabağda  “Kal  üzüm”,  “Tülküquyruğu”,  “Çirkov”,  “Xan 

üzümü”,  Naxçıvanda  “Arna-qırna”,  “Kişmişi”,  Bakıda  “Ağ 

şanı”,  “Qara  şanı”  və  s.  göstərmək  olar.  Keçən  əsrin 

əvvəllərindən  Azərbaycanda  üzümçülük  daha  çox  sistemli 




 

47 


təşkil olunmağa başlayır.  

Keçən  əsrin  80-cı  illərinə  qədər  üzümçülüyün  inkişafı 

ayrı-ayrı  dövrləri  çıxmaq  şərtilə,  demək  olar  ki,  daim 

yüksələn  xətlə  getmişdir.  Bu  dövrdə  respublika  k/t 

iqtisadiyyatının  yarıdan  çoxu  üzümçülüyün  payına  düşürdü. 

1986-cı  ildən  sonra  bu  sahəyə  münasibət  kəskin  dəyişdi. 

Şərabçılığa olan yanlış münasibət təbii ki, üzümçülüyə də öz 

mənfi  təsirini  göstərdi  və  get-gedə  üzüm  bağları  baxımsız 

hala  düşərək  məhsuldarlığını  itirdi.  Nəzarətsiz  qalan 

üzümlüklər demək olar bütünlüklə sökülüb ləğv edildi. Beton 

dayaq  və  məftillər  dəyər-dəyməzinə  satıldı,  tənək  kolları  isə 

kəsilərək  yanacaq  kimi  istifadə  edildi.  Boş  qalmış  sahələr 

şumlanaraq  orada  çox  zəruri  ehtiyacları  təmin  edə  bilən 

birillik k/t bitkiləri (taxıl, bostan-tərəvəz və s.) əkildi.  

1986-2000-ci  illər  ərzində  bu  proses  davam  etdi  və 

demək  olar  ki,  ancaq  fərdi  təsərrüfatlarda  xırda  üzümlüklər 

qaldı.  İqtisadiyyata  dəyən  ağır  zərbə  ilə  bərabər  digər 

fəsadlar  da  ortaya  çıxdı.  İllərlə  çox  ağır  zəhmət  bahasına 

yaradılmış qiymətli üzüm sortları (Qızıl üzüm, Mərəndi, Xan 

üzümü, Təbrizi, Xəzəri və s.) itib-batmaq təhlükəsində qaldı 

və çoxusu da itdi.  

2000-ci  ildə  akademik  C.Ə.Əliyevin 

və  onun 

əməkdaşlarının  səyi,  əməksevərliyi,  qayğısı  nəticəsində  itib-

batmaqda  olan  qiymətli  üzüm  sortlarının  bir  qismi  (86  adda 

sort)  ayrı-ayrı  rayonlardan  toplanaraq  bərpa  edilmiş,  əkin 

materialı kimi yetişdirilmişdir.    

 

Abşeronda üzümçülük  

Abşeron  üzümçülüyü  Azərbaycan  üzümçülüyünün 

tərkib 


hissəsindən 

biri 


olmaqla, 

bir 


sıra 

spesifik 

xüsusiyyətlərə  malikdir.  Bu  xüsusiyyətlər  yarımadanın 

yerləşdiyi ərazi, torpaq-iqlim şəraiti ilə səciyyələnir. Belə ki, 

Abşeron  yarımadası  Xəzər  dənizinin  qərb  sahillərində, 

 

48 



Böyük  Qafqazın  cənub-şərq  qurtaracağında  yerləşir.  İqlimi 

əsasən  mülayim, isti  və quru subtropikdir. Respublikanın ən 

az  yağıntılı  (200-400  mm)  və  ən  küləkli  ərazilərindəndir.  İl 

ərzində  sürəti  21  m/san-yə  qədər  olan  günlərin  sayı  30-35 

gündən  çoxdur.  Ərazidə  səhra,  yarımsəhra  landşaftı  üçün 

xarakterik  olan  boz-qəhvəyi,  boz,  boz-qonur,  şorakətvari 

boz-qonur,  qumsal  torpaqlar  üstünlük  təşkil  edir  ki,  bu 

torpaqlarda da üzvi və mineral qida elementləri zəifdir. Məhz 

belə  torpaq-iqlim  şəraitində  üzümlüklərin  salınması  və 

becərilməsinin  bir  sıra  özünəməxsusluğu  formalaşmışdır. 

Bunlar aşağıdakılardır: 

1. Üzüm  tənəkləri  respublikanın  digər  bölgələrinə  nisbətən 

zəif  inkişaf  edib  böyüyür,  ona  görə  də  tənəklərə  az  yük 

qoyulur. Yəni, quru budama zamanı tənəklərdə saxlanılan 

bar  zoğları  qısa  (4-6  göz)  kəsilir  və  sayı  4-6  ədəd 

saxlanılır; 

2. Üzümlüklər  əsasən  həyətyanı  sahələrdə  becərilir  və 

kollara əsasən kələsər (öküzbaşı) forma verilir; 

3. Şpaler  sistemi  çox  az  tətbiq  olunur.  Bu  zaman  tənəklərə 

qısaştamplı, ikiqollu Kyo forması verilir; 

4. Yerli  üzüm  sortları  olan  Ağ  şanı,  Qara  şanı,  Sarıgilə, 

Gəlinbarmağı, Kişmişi sortları daha çox əkilir; 

5. Ayrı-ayrı  həyətyanı  sahələrdə  becərmənin  çardaq 

sisteminə  də  rast  gəlinir.  Çardaqda  Ağ  və  Qara  şanı  ilə 

yanaşı,  Gəlinbarmağı,  Buzovna  xatunisi,  Dərbəndi, 

Ağadayı  və  s.  becərilir.  Çardaqda  tənəklər  2-4  gözə 

kəsilir; 

6. Yaz ayları yağmurlu olan illərdə yalnız 1-2 dəfə Göydaş 

məhlulu  çilənir.  Çünki  ərazi  küləkli  olduğundan  üzümün 

çox  təhlükəli  xəstəliyi  mildiunun  törədicisi  olan 



Plazmopora  viticola  göbələyi  inkişaf  edə  bilmir.  Bunun 

əksinə olaraq yay ayları yerli əhalinin “sibrə”, “gəzəyən” 

adlandırdıqları  Oidium  xəstəliyi  (törədicisi  Uncinula 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə