Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə10/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   6   7   8   9   10   11   12   13   ...   38

 

37 


 Bitkilərin suvarılması 

Bitkilərin normal böyüməsi və inkişafı üçün havanın və 

torpağın  rütubətliliyinin  böyük  əhəmiyyəti  var.  Ona  görə  də 

təbii atmosfer çöküntüləri az olan bütün ərazilərdə bitkilərin 

suvarılması zəruridir. 

Bitkilərin  suvarılma  norması  və  vaxtı  torpaq-iqlim 

şəraitindən  və  bitkinin  bioloji  xüsusiyyətindən  asılı  olaraq 

müəyyənləşir.  

Ağır-gilli,  qidalı-qara  torpaqlarda  suvarmalar  çox 

norma  ilə  gec,  yüngül-qumsal  torpaqlarda  isə  az  norma  ilə 

tez-tez aparılır.  

Atmosfer çöküntülərinin illik miqdarı 600 mm-dən çox 

olan  zonalarda  suvarmalar  az,  bundan  az  olan  zonalarda, 

(məs.: Abşeron yarımadasında) tez-tez aparılır. 

Ağac  və  kol  bitkilərinə  nisbətən  ot  tipli  bitkilər  az  su 

norması  ilə,  tez-tez  suvarılır.  Ümumiyyətlə,  suvarma  elə 

aparılmalıdır  ki, bitkinin  kök sistemi yerləşən torpaq qatının 

rütubətliliyi 70-80% olsun. 



Cədvəl 5. E.V.Kryunkova görə təxmini suvarma norması

 

 



Torpağın rütubətləndirmə dərinliyindən asılı olaraq  

1 m

2

 sahəyə təklif olunan suvarma norması (litrlə) 

 

Torpaq 

10 sm dərinlik üçün  20 sm dərinlik üçün 

30 sm dərinlik 

üçün 

Qumlu 


11 


17 

Qumlucalı 

10 

15  


23 

Yüngül gillicəli 

13 

27 


36 

Orta gillicəli 

17 

29 


43 

Ağır gillicəli 

19 

31 


47 

 

Yeni  əkilmiş  bütün  bitkilər  dərhal  suvarılmalıdır  ki, 



torpaqla 

bitki 


kökü 

arasında 

hava 

boşluğu 


qalmasın.Bitkilərin illik və ya aylıq suvarılma sayı hər hansı 

 

38 



rəqəmlə  təsdiq  olunmur.  Bu,  say  bitkilərin  vəziyyətilə 

əlaqədardır. Yəni, bitkiyə suyu onun  “tələb etdiyi” zamanda 

vermək  lazımdır.  Belə  olduqda  suya  qənaət  olunmaqla 

yanaşı, bitkilər də sudan səmərəli istifadə etmiş olur.  



Dibçək  bitkilərinin  suvarılması.Dibçək  bitkilərinin 

suvarılması,  onların  yemləndirilməsində  olduğu  kimi  xüsusi 

diqqət  tələb  edir.  Dibçəkdə  suyun  çatışmazlığı  və  artıqlığı 

bitkinin  tez  bir  zamanda  məhvinə  səbəb  olur.  Qeyd 

olunmalıdır ki, suyun çatışmazlığı səbəbindən bitkinin məhv 

olacağı  əvvəlcədən  gözlə  göründüyü  halda,  artıqlığından 

məhv  olması  gözlə  müşahidə  olunmur.  Çünki,  dibçəyin  çox 

normada  və  tez-tez  suvarılması  ilk  növbədə  bitki  köklərinin 

çürüməsinə  səbəb  olur.  Daha  sonra  gözlə  görünən  hissə 

quruduğundan 

bitkini 

həyata 


qaytarmaq 

artıq 


gec 

olur.Dibçəkdə  torpağın  5-10  sm-lik  üst  qatının  quruması, 

onun suvarılması vaxtının əsas göstəricisidir. Dibçək bitkiləri 

payız-qış  ayları  səhərlər,  yaz-yay  ayları  isə  axşamlar 

suvarılmalıdır.  İstifadə  olunan  su  otaq  temperaturunda 

olmalıdır.  



 


 

39 


IV FƏSİL 

 

BITKI ÜZƏRINDƏ APARILAN ƏMƏLIYYATLAR 

 

Bitkilərə forma vermə və budama 

 

Bitkilərin  budanılması  və  onlara  forma  verilməsi 

mühüm aqrotexniki tədbirlərdən biridir.  

Cavan,  yəni  4-6  yaşa  qədər  olan  meyvə,  həmçinin 

dekorativ  məqsədlə  becərilən  ağac  və  kol  bitkilərində 

budama  əsasən  formavermə  istiqamətində  aparılır.  Bitkilərə 

düzgün  çətir  formalarının  verilməsi,  onların  ömrünü 

uzatmaqla  yanaşı,  məhsula  düşmələrini  tezləşdirir  və 

dekorativ görkəmdə saxlayır.  

Yaşlı bitkilər isə müxtəlif məqsədlərlə budanılır: 

a) 

Məhsuldarlığın nizamlanması; 



b)  Çox  yaşlaşmış  bitkilərin  dərin  budanılması  ilə 

cavanlaşdırılması; 

c) 

Bitkinin  xəstə,  zədəli,  qurumuş  və  qırılmış  budaq-



lardan təmizlənməsi; 

ç)  Ətrafdakı  bitkilərə,  aqrotexniki  işlərə  və  digərtədbirlərə 

mane olan budaqların kəsilməsi; 

d)  Köklər  qida  maddələrini  və  suyu  yerüstü  hissəyə 

normal çatdırmadıqda, yükün azaldılması; 

e) 


Güclü  şaxtalardan,  doludan  və  digər  təbiət  hadisə-

lərindən, xəstəlik və ziyanvericilərdən zədələnmiş budaqların 

kəsilməsi. 

 

Bitkilərə verilən süni çətir formaları 



 

Bitkilərə  formavermə  əməliyyatı  budamanın  bir  istiqa-

məti  olub,  məhsul  istiqamətində  becərilən  bitkilərdə  məhsula 

düşənə  qədər,  dekorativ  istiqamətdə  becərilən  bitkilərdə  isə 

bütün ömrü boyu tətbiq olunur. Hər iki halda məqsəd bitkidə 

müəyyən  çətir  forması  yaratmaq  və  bar  istiqamətində 

 

40 


becərilən bitkilərdə məhsula düşməni tezləşdirməkdir.  

Torpaq-iqlim  şəraitindən,  bioloji  xüsusiyyətlərindən, 

becərmənin  istiqamətindən  və  b.  asılı  olaraq  bitkilərə 

müxtəlif  çətir  formaları  verilir:  şar,  yastı-kvadrat,  yastı-

yumru,  müxtəlif  heyvan  və  quşlara  bənzədilən  formalar, 

hündür ştamplı çoxqollu çətir, alçaq ştamplı çoxqollu çətir və 

b.    Bu  formaların  bəziləri  (xüsusilə  heyvan  və  quşlara 

bənzədilənlər)  qabaqcadan  hazırlanmış  “karkas”  dayaqlar 

vasitəsilə yaradılır.  

Becərilmənin  istiqamətindən  asılı  olan  digər  çətir 

formaları da mövcuddur. Məs.: intensiv tipli meyvə bağlarında 

yastı-sıxlaşdırılmış şpaler formalar, superintensiv tipli bağlarda 

isə ehram formalı yığcam çətir formaları və b. tətbiq olunur.  

Tərəvəz  və  çiçək  məqsədilə  becərilən  bitkilərdə 

formavermənin  istiqaməti  məhsula  düşməni  tezləşdirmək  və 

keyfiyyətli  məhsul  əldə  etməyə  yönəldilir.  Məs.:  meyvəli 

tərəvəz bitkilərində (pomidor, bibər, badımcan) birinci çiçək 

buğumuna  qədər  yarpaq  qoltuğunda  əmələ  gəlmiş  biclər 

mütəmmadi  kəsilir  ki,  məhsula  düşmə  sürətlənsin  və  ya 

qızılgül  kolundan  gözəl  görünüşlü çiçək almaq üçün o, zəif, 

qoca budaqlardan təmizlənir  və hər  kolda  gül verə bilən 3-4 

yaxşı (standart) budağı saxlanılıb, onlar da 3-4 tumurcuqdan 

(gözdən) sonra kəsilir (Şəkil 11). 

 

Bitkilərin budanılması 



 

Bitkilər  yuxarıda  qeyd  etdiyimiz  kimi,  müxtəlif 

məqsədlərlə  budanıldığından  budama  ilin  bütün  fəsillərində 

aparıla  bilər.  Qışda  yarpağını  tökən  bitkilərdə  yarpaqlar 

tökülüb  qurtaran  kimi  başlayıb,  növbəti  ili  yeni  yarpaqlar 

əmələ gələnə qədər olan budama quru budama adlanır. Qışı 

mülayim  və  az  şaxtalı  keçən  aran  zonalarında  quru  budama 

bütün  payız-qış  dövrü,  qışı  sərt  keçən  dağlıq  zonalarda  isə 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə