Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə8/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   4   5   6   7   8   9   10   11   ...   38

 

29 


Kivi 

Zirinc 


Albalı 

Fındıq 


Zeytun 

Qızüzümü 

Gavalı 

Akasiya 


Qarağat 

Oleandr 


Alça 

Çökə 


Çinar 

Şümşad 


Tut 

Şam 


Qovaq 

İydə 


Əzgil (adi) 

Tuya 


Söyüd 

Tekoma 


Yapon əzgili 

Sərv 


Bidmüşk 

Gərməşov 

Dəfnə 

Ağcaqayın 



Abeliya 

Jaqqa 


Pittosporum 

 

Basınağacı 



Jasmin 

Palıd 


 

Cubuqluca 

 

Qizilağac 



 

Filbahar 

 

Fıstıq 


 

 

Bizim  təcrübələrimizdə  çətin  kökverən  irimeyvəli 



çiyələk  ağacının  çilikləri  0,002%-li  indolil-yağ  turşusunda  5 

dəqiqə  saxlanılaraq  xüsusi  hazırlanmış  substratda  mart 

ayında əkilmiş və 20% bitiş əldə olunmuşdur. 

Çiliklərin  kök  verməsinə  digər  amillər  də  təsir  edir. 

Belə ki, payızda yarpaqlar töküldükdən dərhal sonra tədarük 

edilmiş  oduncaqlı  çiliklər  qışda  qaranlıq  sərin  yerdə 

saxlanılaraq,  yazda  əkildikdə  daha  yüksək  nəticələr  əldə 

olunur.  Bununla  yanaşı  ciliyin  standart  ölçüləri  (uzunluğu 

20-30  sm,  diametri  6-10  mm),  əkildiyi  substrat  (1  hissə 

çaylaq  qumu  +  0,5  hissə  meşə  torpağı  +  0,5  hissə  yarpaq 

çürüntüsü),  becərildiyi  mühitin  nisbi  rütubəti  (həm  havada, 

həm  də  torpaqda  85-95%)  və  b.  çiliklərin  kök  verməsini 

stimullaşdıran amillərdəndir.  

2. Basdırmalarla çoxaldılma:Basdırmalarla çoxaldılma 

bitkilərin  ən  qədim  çoxaldılma  üsuludur.  Ona  görə  də 

bölgələrdə  bu  üsul  müxtəlif  adlarla  –  qolatma,  daldırma, 

doldurma,  gümləmə,  lügəndə,  filgəndə  və  b.  adlanır. 

Mahiyyət 

isə 


birdir. 

Ana 


bitkinin 

budaq 


və 

ya 


zoğununbitkidən  ayrılmadan  gövdə  ətrafında  torpağa 

basdırılmasıdır.  İşin  icra  texnologiyası  belədir:  Ana  bitkinin 

dibindən əmələ  gəlmiş zoğ  və ya budaq qismən budanılaraq 

(lazımsız  kiçik  zoğlardan  təmizlənərək)  həmin  istiqamətdə 

müəyyən uzunluqda və 30 x 40 sm dərinlik və enində qazılıb 

 

30 



hazırlanmış  xəndəyə  üfiqi  istiqamətdə  uzadılır,  ucdan  bir 

hissə isə (20-30 sm) bayırda saxlanılır (şəkil  9). Sonra üzəri 

qidalı yumşaq torpaqla doldurulur.  

Kökündə  çoxlu  sayda  zoğlar  əmələ  gətirən  bitkilərdə 

isə  (məs.  nar  kolunda)  bitkinin  ətrafı  şaquli  istiqamətdə 

qidalı,  rütubətli,  yumşaq  toprpaqla  25-30  sm  hündürlükdə 

doldurulur.  Doldurulmuş  hissə  mütəmadi  rütubətləndiril-

məlidir.  1-2  ildən  sonra  bir  ana  bitki  dibindən  5-10  ədəd 

köklü  bitki  əldə  etmək  olar.  Bu  əməliyyatlar  bitkilərin  nisbi 

sükunət dövrü (payız və qış ayları) aparılmalıdır.  

Bizim  tədqiqatlarda  bu  üsuldan  istifadə  edilməklə 

qələmlə çətin çoxaldılan irimeyvəli çiyələk ağacının, zoğalın, 

fotiniyanın və b. çoxaldılmasında 90-100%-lik nəticələr əldə 

olunmuşdur.  



3.  Calaq  yolu  ilə  çoxaldılma  –  Xüsusilə  qiymətli 

bitkilərinçoxaldılmasında daha geniş istifadə olunan üsuldur. 

Calaqla  çoxaldılmada  əsasən  meyvəçilikdə  və  bəzək-

bağçılıqda  istifadə  olunur.  Bağçılığa  calaq  təbiətdən 

gəlmədir.  Təbii  meşələrdə  qonşu  bitkilər  və  ya  budaqların 

bir-birinə bitişərək (calanaraq) böyüməsi, insanların diqqətini 

cəlb etməyə bilməzdi.  

Müxtəlif  cins  və  növlərin  (həmçinin  sortların)  calaq 

zamanı  bir-biri  ilə  qarşılıqlı  münasibəti  tam  aydınlaşdırıl-

mamışdır.  Yəni  tamamilə  fərqli  cinslər  və  növlər  bir-biri  ilə 

uyuşduğu  halda  (məs.  armudun  heyvaya,  əzgilə,  yemişana 

calaq edilməsi kimi), hətta eyni növü (məs.: Çin alması, Çin 

alması  ilə)  bir-birinə  calaq  etdikdə  uyuşmur.  Ona  görə  də 

calaq  işində  tarixi  təcrübələrdən  və  əməli  işlərdən  geniş 

istifadə olunmaqla, bir-biri ilə uyuşan bitkilər yalnız praktiki 

olaraq müəyyən edilir. 

Calağın tutması bir sıra amillərdən də asılıdır: 

a) 

Calağın 

vurulma 

vaxtının 

düzgün 

təyin 

olunması.Bu  amil  özlüyündə  torpaq-iqlim  şəraitindən  çox 



 

31 


asılıdır.  Yaz  calağı  adətən  bitkidə  şirə  hərəkəti  başlayan 

dövrdən, yəni qabığın oduncaqdan asanlıqla ayrıldığı zaman 

calaq  etmək  olar.  Torpaq-iqlim  şəraitindən  asılı  olaraq  bu 

calaq  növü  mart-aprel  aylarında  aparılır.  Yaz  calağı  həm 

qələmlə,  həm  də  göz  (tumurcuq)  vasitəsilə  aparıla  bilər. 

Calaqaltının  diametri  2-3  sm-dən  artıq  olduqda  qələmlə,  az 

olduqda iş gözlə aparılır. 

b) 

Calaqüstünün 

kəsilmə 

vaxtı. 

Calaq  yazda 

aparılacaqsa  calaqüstü  calağın  aparılma  vaxtından  qabaq 

(tumurcuqlar oyanmamış) götürülərək qaranlıq, sərin şəraitdə 

saxlanılmalıdır.  Calaq  yayda  aparıldıqda  isə  calaqüstü  calaq 

ərəfəsində götürülür və dərhal da vurulur. 



c)  Calaqüstü  ilə  calaqaltının  kambi  (canlı  qabıq) 

qatının  ağız-ağıza  düzgün  oturdulması  –  calağın  tutması 

üçün başlıca şərtlərdəndir.  



ç)  Calaq  alətlərinin  steril  olması,  calaqçının  səriştəsi 

və səliqəsi də – calağın tutmasında əhəmiyyətli rol oynayır. 

Bütün bunlardan əlavə aqrotexniki tədbirlərin (xüsusilə 

calaqdan əvvəl calaqaltının və calaqüstünün bol suvarılması) 

vaxtında  və  keyfiyyətlə  aparılması  da  calağın  tutmasına  və 

normal inkişafına müsbət təsir edən amillərdəndir. 

Göz  calağının  vurulma  qaydası.Calaqüstü  bitkinin 

birillik  zoğlarından  iti  calaq  bıçağı  vasitəsiləazca  oduncaqla 

birlikdə  25-30  mm  uzunluqda,  2-3  mm  enində  göz 

(tumurcuq)  kəsilərək yarpaq sapları ilə birlikdə götürülür  və 

calanacaq  bitkinin  (calaqaltının)  gövdəsində  “T”  şəklində 

kəsilmiş  qabığın  altına  yerləşdirilir  və  kip  bağlanır.Bağlama 

materialı  kimi  yumşaq  həsirdən  və  ya  izoləedici  lentdən 

istifadə  olunur  (şəkil  10).Çalışmaq  lazımdır  ki,  zoğlar 

məhsuldar  və  sağlam  ana  bitkinin  orta  yarusundan  və  günəş 

düşən cəhətdən götürülsün.  



Qələm calağının vurulma qaydası.Qələm calağının bir 

neçə  növü  var:  yarma  qələm  calağı,  qabıqaltı  qələm  calağı, 

 

32 


qondarma qələm calağı, yaxşılaşdırılmış dilli qələm calağı və 

b.  Bunlardan  ən  çox  qabıqaltı  qələm  calağından  istifadə 

olunur. 

Bunun 


üçün 

calaqüstü 

kimi 

2-3 


gözdən 

(tumurcuqdan)  ibarət  qələm  götürülür.  Qələmin  yuxarı 

hissəsi  axırınci  gözün  əks  tərəfindən  1,5  sm  yuxarı  çəpinə, 

aşağısı  isə  gözdən  2  sm  aşağı  düzünə  kəsilir.  Düzünə 

kəsilmiş  hissədə  bir  tərəfdən  qabıq  və  oduncaq  iti  bıçaqla 

yonularaq paz şəklinə salınır və azacıq oduncaq saxlanılaraq 

digər  tərəfdə  saxlanılmış  qabıqla  birlikdə  calaqaltının 

oduncağı  ilə  qabığı  arasına  yerləşdirilir  və  kip  bağlanır. 

Qələmin  (calaqüstünün)  çəpinə  kəsilmiş  yuxarı  hissəsinə  və 

calaqaltının  kəsilmiş  hissəsinə  bağ  məlhəmi  sürtülür  ki, 

quruma getməsin (şəkil 10). 

Bitkilərin  calaq  yolu  ilə  çoxaldılması  bir  sıra 

məqsədlərə xidmət edir: 

1. Qiymətli  ağac  və  kol  sort  və  formalarının  sürətlə 

çoxaldılması; 

2. Bəzi dekorativ kol tipli bitkilərin ağac formada becərilməsi. 

Məs.: tutun sərilən formasını qara  və ya ağ tuta calamaqla 

hündürgövdəli sallaq çətirli dekorativ tut forması yaradılır; 

3. Qısaömürlü  və quraqlığa davamlı olan şaftalı  sortlarını acı 

badama  calamaqla  səmərəli  nəticə  əldə  olunur  və  ya 

üzümün  filloksera  zərərvericisinə  davamlı  olan  Amerika 

mənşəli  növlərə  (Kober  5BB)  qiymətli  sortlar  calamaqla 

filloksera bəlasından qurtulmaq olur; 

4. Həvəskar  bağbanlar  calaq  vurmaqla  bir  ağacın  üzərində 

sanki bağ yaradırlar: Məs.: yemişanın bir budağına armud, 

digərinə 

əzgil, 

başqa 


birinə 

başqa 


armud 

sortu 


calamaqlaestetik zövq verən kiçik bağ yaradırlar. 

 

 



 

 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə