Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə4/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   2   3   4   5   6   7   8   9   ...   38

 

13 


bütün  bunlar  nəzərə  alınır.  Ağac  tipli  bitkilər  hündürboylu, 

genişçətirli,  uzunömürlü  olmaqla,  əkildiyi  yerdə  uzun  illər 

meyvə  və  toxum  verirlər.  Uyğun  olaraq  bu  bitkilərin  kök 

sistemi  də  daha  geniş  torpaq  sahəsini  əhatə  edir  və  daha 

həcmli  olur.  Məhz  bu  xüsusiyyətlərini  nəzərə  alaraq  ağac 

tipli bitkilərə həm torpaqda, həm də havada daha geniş qida 

sahəsi  (20-100  m

2

)  ayrılmalıdır.  Bitkilərin  əkin  dərinliyi  isə 



kol bitkilərinə nisbətən (20-30 sm) çox götürülməlidir.  

Kol  tipli  bitkilərin  boyunun  hündürlüyü  5-6  m-dən 

yuxarı  olmur.  3-5  m  hündürlükdə  olanları  isə  əksəriyyət 

təşkil edir. Kollarda çətirin tutduğu sahə ağaclara nisbətən az 

olur. Uyğun olaraq bu tip bitkilərdə  kök sistemi də nisbətən 

az həcmli olur. Yaranma mənşəyindən asılı olaraq onların bir 

çoxu,  məsələn,  Dovşanalması,  Dəfnəgilənar,  Ölməzkol, 

Azaliya  və  b.  kölgə  və  yarımkölgə  ərazilərdə  daha  yaxşı 

bitirlər.  Eyni  zamanda  ağac  bitkilərinə  nisbətən  havada  və 

torpaqda daha az qida sahəsi tələb edirlər.  

Ot  tipli  bitkilər  az  qida  sahəsi  tələb  etməklə  bir-birinə 

yaxın,  bəzi  hallarda  çox  sıx  (1  m

2

  sahəyə  50-100  ədəd) 



əkilirlər. 

Lian  bitkilərinin  tərkibi  yuxarıda  qeyd  etdiyimiz 

qruplardan  təşkil  olunsa  da,  bir  sıra  fərqli  xüsusiyyətlərə 

malikdir: tez böyüyürlər, az torpaq sahəsi tələb edirlər, digər 

qrup  bitkilərin  əkilməsi  mümkün  olmayan  yerlərin,  dəmir-

beton  səthlərin  və  b.  yerlərin  yaşıllaşdırılmasında  daha  çox 

istifadə olunurlar.  

 

14 



II FƏSİL 

 

BİTKİLƏRİN HƏYATINDA VƏ BECƏRİLMƏSİNDƏ 

ROL OYNAYAN ƏSAS AMİLLƏR 

 

Becərilmə şəraitində bitkilər üçün insan amili şübhəsiz 



mühüm rol oynayır. Lakin insan amili ilə yanaşı bitkilər həm 

də  bir  sıra  təbii  amillərin  təsiri  altında  formalaşırlar.  Bu 

amillərin  bitkilərə  təsir  mexanizminin  öyrənilməsi  mühüm 

əhəmiyyət daşıyır. 



 

Torpaq amili 

Bina 


üçün 

özülü 


(bünövrəsi) 

nə 


dərəcədə 

əhəmiyyətlidirsə, bitki üçün də torpaq amili bir o qədər vacib 

və  əhəmiyyətlidir.  Torpaq,  bitki  üçün  istinad,  dayaq  rolu 

oynamaqla  bərabər,  həm  də  qida  mənbəyidir.  Torpaq  əmələ 

gəldiyi  ana  süxurun,  zonanın  xarakterik  iqliminin,  bitki 

örtüyünün  və  mikroorqanizmlərin  (göbələklər,  bakteriyalar 

və  b.)  birgə  fəaliyyəti  nəticəsində  formalaşır.  Ona  görə  də 

çox müxtəlif tipdə torpaqlar vardır.  

Mədəni  bitkilərin  becərilməsi  üçün  yüngül,  qumsal, 

havanı,  suyu  yaxşı  keçirən,  yumşaq  10-11%  çürüntülü  qara 

torpaqlar  daha  əlverişlidir.  Əksinə  ağır-gilli,  tez  bərkiyən, 

suyu  çətin  keçirən  torpaqlarda  bitkilər  zəif  inkişaf  edir,  bəzi 

hallarda 

quruyaraq 

tələf 

olurlar. 



Belə 

torpaqları 

yaxşılaşdırmaq,  münbitləşdirmək  üçün  ora  şirəli  çay  qumu, 

yanmış (çürümüş) peyin, torf və b. qarışdırmaq lazımdır.  

Abşeron  yarımadasının  torpaq  tipi  çox  müxtəlif 

olmaqla,  əsasən  şorakətvari,  boz-qonur  və  boz-qəhvəyi 




 

15 


torpaqlar üstünlük təşkil edir ki, burada da üzvi-mineral qida 

elementləri  zəifdir.  Ona  görə  də  hər  hansı  bitkinin  əkilib 

becərilməsi 

zamanı 


onun 

normal 


inkişafına 

və 


məhsuldarlığına nail olmaq üçün bu torpaqlara kifayət qədər 

çrüntülü qara  meşə torpağı  və üzvi  gübrə (peyin, torf) əlavə 

edilməlidir.  

Dibçəkdə  becərilən  bitkilər  üçün  torpaq  amili  xüsusilə 

əhəmiyyətlidir.  Dibçək  torpaqları  yekcins  (ancaq  torpaq    və 

ya  ancaq  torf)  olduqda,  becərilən  bitkilər  adətən  normal 

inkişaf etmir. Ona görə də dibçək üçün istifadə olunan torpaq 

(substrat) müxtəlif qarışıqlardan hazırlanır. 

Əksərən 1 hissə çəmən torpağı, 0,5 hissə meşə torpağı, 

0,5 hissə yanmış (çürümüş) peyin, 1 hissə qum qarışdırılaraq 

hazırlanır.  Bitkinin  xüsusiyyətindən  asılı  olaraq  bu  nisbət 

dəyişilə bilər.  



 

Rütubət amili 

Su  bitki  hüceyrələrini  daimi  turqor  vəziyyətdə 

saxlamaqla,  orada  gedən  kimyəvi  proseslər  üçün  şərait 

yaradır,  qida  maddələrinin  bitki  orqanlarında  hərəkətini 

təmin  edir,  torpaqdakı  üzvi,  mineral  maddələri  həll  edərək 

bitkilərin sora biləcəyi şəklə (ionlara) salır. 

Suya olan tələbatına görə bitkilər 4 qrupa ayrılır: 

1. Hidrofillər  –  daimi  suda  yaşayanlar  –  su  zanbağı, 

elodeya, su kələmi və b. 

2. Hidrofitlər  –  çox  rütubətli  yerdə  yaşayanlar  –  söyüd, 

qovaq, evkalipt, bambuk, qarğı və b. 

3. Mezofitlər  –  suya  orta  dərəcədə  tələbkar  olan  bitkilər  – 

alma, armud, qoz, çinar, göyrüş və s. 

 

16 



4. Kserofitlər – suyu qənaətlə istifadə edən və ya susuzluğa 

davamlı  bitkilər  –  dovşan  kələmi,  kaktuslar,  aqavalar, 

dəvətikanı, püstə, badam, zeytun və b. 

Becərmədə  bitkilərin  rütubətə  olan  bioloji  tələbatı 

həmişə diqqət  mərkəzində  olmalıdır. Heç  vaxt püstə, badam 

ağacları söyüd və ya qovaq ağacları ilə yanaşı əkilməməlidir. 

Gec-tez  onlardan  biri  quruyaraq  tələf  olacaqdır.  Yəni,  suya 

az tələbatı olan bitkiləri tez-tez suvardıqda və ya əksinə, çox 

su  tələb  edən  bitkiləri  az  suvardıqda,  onlar  quruyaraq  tələf 

olurlar. Bitkilərin suya tələbatı, onların xarici görünüşü ilə də 

müəyyən  olunur.  Torpaqda  rütubət  azaldıqda  bitkinin 

yarpaqları  açıq-yaşıl  rəngdən  tünd-yaşıl  rəngə  keçməklə, 

yarpaqlar  solaraq  sallanır.  Xüsusilə  bu  hal  günün  qızmar 

vaxtlarında  özünü  daha  qabarıq  şəkildə  büruzə  verir.  Ona 

görə  də  bitkilərin  suya  olan  tələbatını  ödəmək  üçün  süni 

suvarmalar tətbiq olunmalıdır.  



 

İşıq amili 

Yarpaqlar  yeganə  laboratoriyadır  ki,  orada  bütün 

canlıların  qida  mənbəyi  olan  üzvi  maddələr  istehsal  olunur. 

Bu  istehsalın  effektivliyi  isə  ancaq  bitkilər  işıqla  normal 

təmin  olunduqda  daha  yüksək  olur.  Bitkilərin  işığa 

münasibəti  onların  cins  və  növündən,  həmçinin  ayrı-ayrı 

orqanların  bioloji  xüsusiyyətlərindən  asılı  olaraq  müəyyən 

edilir.  Bitkilər  işığa  olan  tələbatlarına  görə  3  qrupa 

bölünürlər: işıqsevən bitkilər (uzun gün bitkiləri); kölgəsevən 

bitkilər (qısa gün bitkiləri); neytral (yarımkölgə) bitkiləri. 

Badam,  püstə,  zeytun,  çinar,  palıd,  əksər  tərəvəz 

bitkiləri  və  b.  işıqsevən;  Moruq,  böyürtkən,  qarağat, 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə