Asif mehraliyev


Bitkilərin yemləndirilməsi



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə9/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   5   6   7   8   9   10   11   12   ...   38

 

33 


Bitkilərin yemləndirilməsi 

 

Bitkilərin normal böyümə və inkişafını təmin etmək və 

onlardan  yüksək  məhsul  əldə  etmək  üçün  onların  mütəmadi 

yemləndirilməsinin  böyük  əhəmiyyəti  var.  Xüsusilə  eyni 

yerdə  bir  neçə  il  dalbadal  bitki  becərdikdə  torpaqdakı  qida 

elementləri  tükənir.  Bitkilərin  daha  çox  mənimsədiyi  qida 

elementləri  makroelementlər,  az  istifadə  etdikləri  isə 

mikroelementlər adlanır. Makroelementlərə karbon, oksigen, 

hidrogen,  azot,  fosfor,  kalium  və  kalsium  mikroelementlərə 

isə bor, manqan, dəmir, mis və b. aiddir. 

Bitkinin  həyat  amilləri  kimi  qida  maddələri  də  biri 

digərini əvəz edə bilmir. Hər hansı bir element çatışmadıqda 

orqanizmdə fizioloji proseslər pozulur, bitki inkişafdan qalır 

və  məhsulu  azalır.  Məs.:  çox  cüzi  miqdarda  istifadə  olunan 

mis  çatışmadıqda  zoğun  uc  yarpaqları  saralır,  quruyur, 

meyvələr xırda və keyfiyyətsiz olur. Ona görə də bitkidə hər 

hansı  çatışmazlıq  müşahidə  olunursa,  ilk  növbədə  torpağın 

qida  tərkibini  öyrənmək  və  çatışmayan  elementi  bitkinin 

xüsusiyyətinə  uyğun  təmin  etmək  lazımdır.  Bitkiyə 

çatışmayan qida elementləri üzvi və mineral gübrələr vasitəsi 

ilə çatdırılır.  

Gübrələrdən  düzgün  istifadə  etmək  üçün  bitkinin 

xüsusiyyətini  (yəni,  hansı  qida  maddələrinə  daha  çox  və  ya 

az  tələbatı  olduğunu),  böyümə  və  inkişaf  fazalarını  (məs.: 

çiçəkləməyə  qədər,  yəni,  intensiv  böyümə  dövründə  azota, 

çiçəkləmə  və  meyvəvermə  dövründə  isə  fosfor  və  kaliuma 

daha  çox  tələbat  göstərir),  torpaqdakı  qida  maddələrinin 

miqdarını,  gübrənin  verilmə  vaxtını,  tərkibini  və  b.  bilmək 

zəruridir.  

 

34 



a) Gübrələrin növləri 

Üzvi  gübrələr:Bura  peyin  (mal,  qoyun,  at,  quş,  insan), 

peyin  şirəsi,  torf,  yaşıl  gübrə  aiddir.  Üzvi  gübrələr  azot, 

fosfor,  kalium  və  bir  sıra  mikroelementlərlə  zəngin 

olduğundan,  gübrələrin  ən  yaxşısı  hesab  olunur.  Üzvi 

gübrələrin  tətbiqi  zamanı  torpaq  qida  maddələri  ilə 

zənginləşməklə  bərabər,  onun  strukturu  (yüngül  qumlu 

torpaqlarda  suyun  və  havanın  saxlanması,  ağır  gillicəli 

torpaqlarda isə suyun və havanın normal hərəkəti) yaxşılaşır, 

humusun miqdarı artır.  

Mineral  gübrələr:  Bura  azotlu  gübrələr,  fosforlu 

gübrələr, 

kaliumlu 

gübrələr, 

kompleks  gübrələr 

və 


mikrogübrələr  (dəmir  gübrəsi,  mis  gübrəsi,  sink  gübrəsi  və 

b.) aiddir. 



b)  Gübrələrin verilmə vaxtı və qaydaları 

Üzvi  gübrələr  ləng  parçalandığından  (minerallaşması 

və  suda  ionlaşması)  bir  qayda  olaraq  onları  3-4  ildən  bir 

fasilə  ilə,  payızda  əsas  şum  altına  (20-30  sm  dərinliyə) 

vermək yaxşıdır. Qeyd etməliyik ki, üzvi gübrələr təzə halda, 

əldə  olunan  kimi,  istifadə  olunana  qədər  mütləq  tığ  (topa) 

şəkildə  qapalı  qablarda  və  ya  üstüörtülü  halda  (torpaqla, 

qumla  və  ya  polietilen  örtüklə)  6  aydan  1  ilə  qədər 

saxlanılmalıdır.  Tığ  və  ya  topadan  götürülmüş  gübrə  dərhal 

sahəyə səpilib dərin şumlanmaqla torpağa qarışdırılmalıdır.  

Fosforlu,  kaliumlu  və  kompleks  (N+P+K)  gübrələrin 

illik  normasının  50%-i  payızda,  10-12  sm  dərinlikdə  şum 

altına,  30%-i  yazda,  20%-i  isə  yayda  yemləmə  şəklində 

verilə bilər.  

Mikrogübrələr  bir  qayda  olaraq  vegetasiya  dövrü  suya 

qarışdırılaraq gövdə ətrafına və ya yarpaqlara çilənir.  




 

35 


Azotlu  gübrələr  isə  tez  həll  olduğundan  vegetasiya 

dövrü  2-3  dəfəyə,  torpaq  səthinə  və  ya  bitkinin  gövdə 

ətrafına səpilir. 

c) Gübrələmə normaları 

Gübrələmə  norması  torpaqdakı  qida  elementlərinin 

miqdarından, becərilən bitkinin xüsusiyyətindən, becərmənin 

təyinatından və b. asılıdır. 

Torpaqdakı  qida  elementləri  kifayət  qədərdirsə,  yəni 

torpaq  qidalıdırsa,  gübrə  norması  da  azaldılır  və  ya  heç 

verilmir. Elə bitkilər vardır ki, onlar torpaq qidasına o qədər 

də  tələbat  göstərmirlər.  Məs.:  bir  çox  dekorativ  bitkilər,  o 

cümlədən  iynəyarpaqlılar,  zeytun,  əncir,  palma,  kaktus, 

aqava  və  b.  Ancaq  bostan  və  tərəvəz  bitkiləri,  meyvə 

bitkiləri,  torpaq  qidasına  çox  tələbkardırlar.  Bitkilər  məhsul 

almaq  üçün  becərilirsə,  hər  il  mütləq  intensiv  yemləndirilir, 

dekorativ  və  digər  məqsədlərlə  becərildikdə  isə  onların 

intensiv yemlənməsi tələb olunmur.  

Gübrə  norması,  gübrələrin  tərkibində  olan  qida 

elementlərinin  miqdarına  (molekul  çəkisinə)  uyğun  olaraq, 

təsiredici  maddə  hesabı  ilə  təyin  edilir.  Məs.:  Ammonium 

şorası  (selitra)  –  NH

4

NO

3



-də  qida  maddəsi  (elementi)  olan 

azot  (N),  yəni,  təsiredici  maddə  34,5%-dir.  Yəni,  fiziki 

çəkidə 100  kq  Ammonium şorası  verildikdə,  onun 34,5  kq-ı 

azot  (təsiredici  maddə)  hesab  olunur.  1  ha-ya  100  kq 

təsiredici maddə hesabı ilə azot tələb olunursa, o halda fiziki 

çəkidə 310 kq ammonium şorası verilməlidir.  

Respublikamızda torpaqların müxtəlif tiplərdə, qidalılıq 

dərəcəsinin  isə  fərqli  olması  hər  zona  üçün  gübrə  normaları 

müəyyənləşdirməyi  tələb  edir.  Bununla  əlaqədar  olaraq 

alimlər orta gübrə normalarını da təklif etmişlər. Belə ki, hər 

 

36 


hektara3-4  ildən  bir  40-60  t  üzvi  gübrə,  təsiredici  maddə 

hesabı ilə 200-250 kq fosfor, 90-150 kq  kalium, 150-200 kq 

azot gübrəsi planlaşdırılmışdır.  

Qeyd  etmək  lazımdır  ki,  xüsusi  ilə  mineral  gübrələrin 

normadan  artıq  verilməsi,  bitkinin  inkişafına  mənfi  təsir 

etməklə  bərabər  ekoloji  tarazlığın  pozulmasına  da  təsir  edə 

bilir.  Ona  görə  də  gübrələr  bitkilərin  tələbatına  uyğun 

normada verilməlidir.  



 

ç) Dibçək bitkilərinin yemləndirilməsi 

Dibçək 


bitkiləri 

daha 


çox 

otaq 


şəraitində 

becərildiyindən  onlara  gübrələrin  verilməsi  zamanı  daha 

diqqətli  olmaq  lazımdır.  Digər  tərəfdən  isə  bu  bitkilər 

məhdud  substrat  şəraitində  becərildiklərindən  burada 

mütəmadi  yemləndirmə  tələb  olunur.  Dibçək  bitkilərinə 

gübrələrin,  suda  məhlullarının  verilməsi  daha  münasibdir. 

Bunun  üçün  üzvi  gübrə  kimi  quş  və  ya  at  peyinindən, 

mineral 


gübrələrdən 

azotlu, 


fosforlu 

və 


kaliumlu 

gübrələrdən,  həmçinin  bitkinin  bioloji  xüsusiyyətinə  uyğun 

mikroelementlərdən istifadə olunur. 

Quş və at peyinindən şirə hazırlamaq üçün 10 litr suya 

1 kq peyin əlavə edib, 25-30ºC temperaturda 15-20 gün ağzı 

kip bağlanmış qabda saxlanılır və gündə 1-2 dəfə qarışdırılır. 

Həmin məhlula 20 q  azotlu, 20 q fosforlu və 10 q kaliumlu 

gübrə də əlavə etmək olar. Hazır  olmuş  məhlulun 1 litrii 10 

litr  suya  qarışdırılıb,  ayda  bir  dəfə  bitki  dibinə  verilir.  Hər 

dəfə də 1 litrlik dibçəyə 0,2 litr, 3 litrliyə 0,5 litr, 10 litrliyə 2 

litr  vermək  məqsədəuyğundur. Qeyd etmək lazımdır  ki, indi 

bu  cür  qarışıqlar  bitki  mağazalarında  da  müxtəlif  adlarla 

hazır satılır.  



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə