Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə17/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   13   14   15   16   17   18   19   20   ...   38

 

65 


V FƏSİL 

 

QAZON VƏ ONA QULLUQ QAYDALARI 

 

Qazon (yaşıl, canlı çəmən) – çoxillik taxıl və paxlalı ot 

bitkilərinin  süni  səpinindən  yaradılmış  sıx  yaşıl  sahədir. 

Digər taxıl otlarından fərqli olaraq, qazon otları həmişəyaşıl, 

qış  şaxtalarına  və  günəşin  yandırıcı  şüalarına  davamlı  olan 

növlərdir.  Qazon  becərilən  torpaq  sahələri  küləkli  havalarda 

tozun qalxmasının qarşısını almaqla bərabər, havadakı tozları 

da  özündə  saxlayır  və  yağışyağdırma  üsulu  ilə  suvarılmaqla 

tozun  yuyularaq  torpağa  hopmasında  böyük  rol  oynayır 

(şəkil 12).  

Qazon – küçə, həyətyanı sahə, ofis əraziləri, parklar və 

b.  sahələrin  təmizliyi,  gözəl  görünüşü,  yayda  sərinliyi  üçün 

əvəzedilməz  vasitədir.  Ona  görə  də  dekorativ  bağçılığı 

Qazon sahələrsiz təsəvvür etmək mümkün deyil. 



Qazonun yaradılması (salınması) xeyli əmək və vəsait 

sərf  edən  işdir.  Qazon  salınacaq  sahə  əvvəlcədən  çox 

dəqiqliklə  hamarlanmalıdır.  Hamarlanmış  sahəyə  5-7  sm 

qalınlığında  məhsuldar,  qidalı,  yumşaq  torpaq,  yəni,  yanmış 

peyin,  torf,  qidalı  torpaq,  şirəli  qum  (1:1:1:0,5)  qarışdırılıb, 

hazırlanmış  sahəyə  yayılmalı  və  kipləşdirilməlidir.  Torpaq-

iqlim  şəraitindən  asılı  olaraq  hər  m

2

  sahəyə  50-70  q  toxum 



səpilir.  Səpin  səriştəli  işçilər  tərəfindən  aparılmalıdır  ki, 

toxumlar sahədə bərabər paylana bilsin. Səpinin ən  münasib 

vaxtı  sentyabr-oktyabr  və  mart-aprel  aylarıdır.  Səpin  sakit, 

küləksiz  havada  aparılmalı  və  toxumların  üstü  1,5-2,0  sm 

qalınlığında, ələkdən keçirilmiş qidalı torpaq, torf qarışığı ilə 

örtülməli və narın yağışyağdırma üsulu ilə bol suvarılmalıdır. 

Toxumların  tez  və  kütləvi  cücərməsi  üçün  sahə  səhərlər  və 

axşamlar  bol  suvarılmalıdır.  Cücərti  alındıqdan  sonra, 

suvarma yalnız axşamlar aparılmalıdır. 

 

66 



Qazona qulluq işləri 

Qazonun  daimi  təravətli,  gözəl  və  uzunömürlü  olması 

üçün ona bütün il boyu xüsusi qulluq edilməlidir.  

Mühüm olan qulluq işləri: 



Biçilməsi.  Təzə  səpilmiş  qazonun  1-ci  biçini  nisbətən 

hündür  (5-6  sm  hündürlükdə),  sonrakı  biçinlər  isə  otun 

hündürlüyü  5  sm-dən  çox  olduqda  aparılır.  Qazon  çox 

uzandıqda  bitkilərin  uc  hissələri  saralaraq  dekorativliyi  itir. 

Vaxtlı-vaxtında  biçildikdə  isə  həmişə  bir  bərabərdə  və 

zümrüdü-yaşıl  rəngdə  qalır.  Qazonun  biçini  günün  sərin 

vaxtlarında,  axşam  saatlarında  aparılmalıdır  ki,  otların 

zədələnmiş  uc  hissələrini  günəş  şüası  yandırıbsaraltmasın. 

Əgər qazon dekorativ paxlalı bitkilərlə qarışıq yaradılıbsa, o 

halda biçin kütləvi çiçəkləmə qurtaran kimi aparılır. Biçilmiş 

hissələr  dərhal  sahədən  yığılmalıdır.  Əks  halda  kiflənərək, 

qalan bitkiləri çürüdə bilər.  



Qazonun yemləndirilməsi və havalandırılması 

Qazonsahələri  tez-tez  suvarıldığındantorpaqdan  qida 

maddələrinin yuyulması prosesi sürətlə gedir. Digər tərəfdən 

tez-tez biçildiyindən biçilmiş kütlə ilə bərabər torpaqdan qida 

maddələri  aparılır.  Bu  səbəblərdən  də  qazon  sahələri 

mütəmadi olaraq yemləndirilməlidir. Yemləndirmə payız-qış 

ayları peyin, peyin şirəsi, torf, fosfor və kaliumlu gübrələrlə, 

yaz-yay  ayları  isə  əsasən  azot  tərkibli,  az  miqdarda  fosfor, 

kalium  tərkibli  gübrələrlə  aparılmalıdır.  Torpaq  qidasından 

və  gübrənin  tərkibindən  asılı  olaraq  illik  yemləmə  gübrələri 

norması aşağıdakı kimidir: 

1m

2



 sahə üçün: peyin  və ya torf, yaxud  kompost – 2-3 

kq, verilmə vaxtı – noyabr ayı. 

Fosforlu  gübrə  –  50-70  q,  ümumi  normanın  70%-i 

oktyabr-noyabr ayları, 30%-i isə mart ayı. 

Kaliumlu  gübrələr  –  30-50  q,  70%  oktyabr-noyabr 

aylarında, 30% mart ayında. 




 

67 


Azotlu gübrələr – 30-40 q, may, iyun, iyul ayları. 

Qeyd  olunmalıdır  ki,  qazona  gübrə  səpilib  qurtaran 

kimi  dərhal  suvarılma  aparılmalıdır  ki,  gübrə  bitkinin 

üstündə qalıb yanıqlıq əmələ gətirməsin. 

Qazon tez-tez suvarıldığından sahə çimləşib bərkiyir və 

bitkinin  köklərinin  havalanması  çətinləşir.  Nəticədə  bitkidə 

torpaq  havasızlığındanirəli  gələn  saralmalar  başlayır  və 

qazon zəifləyir. Qabaqlayıcı tədbir olaraq ildə 1-2 dəfə deşici 

alət  və  ya  aqreqatlarla  qazon  sahələri  işlənməlidir.  Kiçik 

sahələrdə  bu  iş  (havalandırma)  ot  yabaları  ilə,  iri  sahələrdə 

isə bu iş üçün ixtisaslaşdırılmış aqreqatla həyata keçirilir.  

Qazon 


sahələrinin 

mütəmadi 

suvarılması, 

alaq 


otlarından  və  zibildən  vaxtaşırı  təmizlənməsi  və  b.  işlər  də 

vacib aqrotexniki tədbirlərdəndir.  

Qazonun  yaz-yay  qayğıları  onun  suvarılması  və 

biçilməsidirsə,  qış  qayğıları  da  rənginin  dəyişərəkbozarması 

və  saralmasıdır.  Qışda  qazonun  saralması  bir  neçə  səbəbdən 

baş verir: 

1. Torpaq  zəif  qidalıdır,ona  görə  də  soyuq  havaların 

təsirindən  bitkilər  saralır.  Belə  sahələrəoktyabr-noyabr 

aylarında üzvi və mineral gübrələr verilməlidir; 

2. Sahə  ağır-gillicəli  torpaqlıdır,  bitki  kökləri  normal 

havalanmır.  Bu  halda  noyabr  və  fevral  aylarında  ildə  2 

dəfə olmaqla torpaq havalandırılmalıdır; 

3. Qış  şaxtalarının  təsirindən.  Qazona  payızdan  ələnmiş 

peyin  səpildikdə,  bitkilər  qış  şaxtalarından  mühafizə 

oluna bilər.  

Qazon  sahələrində  seyrəkliyin  aradanqaldırılması 

tədbirləri 

Aqrotexniki  qaydalara  düzgün  riayət  edildikdə, 

qazonun  ömrü  6-7  ilə  qədər  uzana  bilir.  Lakin  qulluq  zəif 

olduqda,  qazonlar  3-cü  ildən  başlayaraq  seyrəkləşir  və 

dekorativliyini itirir. Seyrəklik iki yolla aradan qaldırılır: 

 

68 



1. Qazon  sahələri  çox  seyrəlmiş  və  qazon  bitkiləri  əvəzinə 

sahədə  digər  ot  bitkiləri,  məs.  çayır,  sürünən  ayrıq, 

cincilim,  quşəppəyi  və  b.  kütləvi  çoxalıbsa,  o  halda 

seyrəlmiş  sahələr  tamamilə  kəsilərək  qazonluqdan 

çıxarılır və yerinə hazır çimli qazon döşənir; 

2. Sahədə qazon bitkiləri ilə bərabər digər bitkilər də inkişaf 

etmiş olur  və  vizual olaraq sahənin 50%-ni qeyri bitkilər 

təşkil  edir.  Bu  halda  ərazi  qeyri-bitkilərdən  təmizlənir, 

sonra  dırmıqla  hamarlanır  və  hər  m

2

  sahəyə  ümumi 



normanın 80%-i qədər (yəni 40-50 qr) qazon  bitkilərinin 

toxumu  səpilir  və  üzəri  ələkdən  keçirilmiş  qidalı  torpaq-

qum-torf qarışığı ilə 1-2 sm qalınlığında örtülür və yağış 

yağdırma üsulu ilə tez-tez bol suvarılır. 

Bərpaetmənin  hər  iki  yolunun  mart  ayında  aparılması 

daha məqsədəuyğun hesab olunur. 

 

Qazonun xəstəlikləri 

Fuzarioz  (qarlı  kif)–  qazonların  ən  geniş  yayılmış 

xəstəliyidir.  Xəstəlik  özünü  ən  çox  payızın  sonları  və  yazın 

əvvəlləri  birüzə  verir.  əvvəlcə  qazon  xırda  talalar  (sarı 

ləkələr) şəklində görünür, vaxt  keçdikcə talalar böyüyüyr və 

bitkilər quruyur.  

Mübarizə:  qabaqlayıcı  tədbir  kimi  payızda  azotlu 

gübrələrdən imtina etmək, qazonun havalandırılmasını təşkil 

etmək,  qarla  örtülü  olduqda  üzərində  gəzməmək  lazımdır. 

Bütün  bunlardan  sonra  xəstəlik  müşahidə  olunduqda  sistem 

təsirli funqisidlərin biri ilə dərmanlanmalıdır.  

Bundan 


əlavə 

qazon 


sahələrində 

yosunların, 

mamırların,  cır  yulafcanın  da  görünməsi  onun  xəstəlik 

əlamətləridir.  Bunları  aradan  qaldırmaq  üçün  fuzarioz 

xəstəliyində tətbiq olunan əməliyyatlar həyata keçirilir.  

 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə