Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə13/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   9   10   11   12   13   14   15   16   ...   38

 

49 


nekator  göbələyidir)  tənəklərə  külli  miqdarda  ziyan 

vurur. Əhali vegetasiya dövrü bəzən 8-10 dəfə (hər 10-12 

gündən  bir)  kükürd  tərkibli  dərmanlarla  (TİLT,  kolloid 

kükürd, fundazol və b.) bitkiləri dərmanlamalı olurlar; 

7. Respublikanın digər üzümçülük bölgələri üçün xarakterik 

olan 


filloksera 

zərərvericisi 

Abşeronda 

müşahidə 

olunmur; 

8. Əsasən 

süfrə 

üzümü 


sortları 

yetişdirilir. 

Çünki 

dənizkənarı  zona  olduğundan,  il  ərzində  günəşli  günlər 



1200-2400  saat  təşkil  etdiyindən  burada  yetişən  meyvə-

giləmeyvələr  digər  bölgələrə  nisbətən  daha  şirin,  dadlı 

olur. 

Abşeron üzümçülüyünün çox şərəfli tarixi ənənəsi olub. 



Respublikanın  əməkdar  aqronomu  olmuş  M.Əfəndiyevin 

yazdığına  görə,  Maxail  Ballas  aksiz  sənədlərinə  əsaslanaraq 

göstərmişdir  ki,  1895-ci  ildə  Abşeronda  3766  desyatin 

üzümlükdən  108652  pud,  yəni  17,5  min  ton  üzüm 

yığılmışdır.  Abşeronda  yetişdirilən  süfrə  üzümləri  tamamilə 

Bakı  şəhərində  istifadə  olunurdu.  Fikrimizcə  yetişdirilmiş 

üzümün  Abşerondan  kənara  çıxmamasının  səbəbi  bölgədəki 

əhalinin  sıxlığı  və  hər  adam  başına  düşən  məhsulun  kifayət 

qədər  olmaması  ilə  bağlıdır.  Bu  ənənə  müasir  dövrdə  də 

müşahidə  olunmaqdadır.  İstehsal  olunan  üzüm  və  üzüm 

məhsulları  əhalinin  hər  nəfərinə  düşən  normaya  görə  çox 

aşağıdır.  Ona  görə  də,  Bakı  bazarlarında  həmişə  digər 

ərazilərdən  (Salyan,  Şamaxı,  İsmayıllı,  Xaçmaz  və  b.) 

gətirilmiş üzüm məhsullarına rast gəlmək olur. 

Məmməd  Əfəndiyevin  yazdığına  görə,  Birinci  Dünya 

Müharibəsindən  əvvəl  Bakı  qəzasında  8125  desyatin 

üzümlük  sahəsi  olmuşdur.  Məlumdur  ki,  müharibə  illərində 

və eləcə də sonrakı inqilabi dövrlərdə digər sahələrdə olduğu 

kimi,  üzümçülüyün  də  inkişafından  söz  açmağa  dəyməz. 

Yalnız 1926-1928-ci illərdən başlayaraq üzümlük sahələrinə 

 

50 


diqqət  yetirilməyə  başlanmışdır.  Belə  ki,  1928-ci  ildə  Bakı 

Sovetinin  torpaq  şöbəsi  nəzdində  olan  Maştağa  aqronomiya 

məntəqəsi  ətraf  kəndlərə  pulsuz  göydaş,  kükürd,  əhəng 

verməklə, üzümlüklərdə dərmanlama işlərinə yardım etməyə 

başlamışdır.  Məhz  həmin  illərdə  Abşeronda  2  yeni 

üzümçülük  sovxozu  –  5  nömrəli  Hövsan  və  10  nömrəli 

Şüvəlan  sovxozları  təşkil  olunmuşdur.  Həmin  sovxozlar 

İkinci  Dünya  Müharibəsinə  qədər  fəaliyyət  göstərmişdir. 

Müharibə  illərində  həmin  üzümlüklər  bərbad  hala  düşmüş, 

bitkilərin  çoxu  quruyaraq  tələf  olduğundan  seyrəklik  əmələ 

gəlmişdir.  Müharibədən  sonrakı  illərdə  bu  sahələr  (235  ha) 

Türkan kəndindəki sovxozla birləşdirilərək, 1986-cı ilə qədər 

yaxşı vəziyyətdə, sonra isə 2000-ci ilə qədər yenidən bərbad 

halda saxlanılmışdır.  

Yerli  əhalinin  fərdi  həyətyanı  sahələrində  də  paralel 

olaraq bu cür enmə-qalxmalar müşahidə olunmuşdur.  

O  vaxtkı  dövlət  rəhbəri  olan  M.S.Qorbaçovun 

şərabçılığa  olan  yanlış  münasibəti  nəticəsində,  1985-ci  ildə 

veridiyi  qərar  təbii  ki,  bütün  respublikada  olduğu  kimi, 

Abşeron  üzümçülüyünə  də  öz  zərbəsini  vurdu.  Nəzarətsiz 

qalan  üzümlüklər  demək  olar  ki,  bütünlüklə  söküldü,  beton 

dayaqlar  və  məftillər  dəyər-dəyməzinə  satıldı,  tənək  kolları 

isə  kəsilərək  yerində  birillik  taxıl,  bostan-tərəvəz  bitkiləri 

əkildi. İstifadəsiz qalan sahələr isə daha çox oldu. 

1986-2000-ci  illər  ərzində  bu  proses  davam  etməklə, 

demək  olar  ki,  yalnız  ayrı-ayrı  həyətyanı  sahələrdə  xırda 

üzümlüklər  qaldı.  Daha  acınacaqlı  nəticələr  onda  oldu  ki, 

illərlə  ağır  zəhmət  və  fədakarlıqla  yaradılmış  yerli  qiymətli 

üzüm  sortları  –  Ağ  pişraz,  Qara  pişraz,  Göy  bəndəm,  Ağ 

gavangir,  Çahar  üzüm,  Əsgəri  və  b.  sıradan  çıxdı,  bir  qism 

sortlar – Ağ şanı, Qara şanı, Gəlinbarmağı, Xatını və b. məhv 

olmaq təhlükəsində qaldı. 

19  noyabr  2001-ci  ildə  Azərbaycan  Respublikası  Milli 



 

51 


Məclisinin  Üzümçülük  və  şərabçılıq  qanunu,  ümummilli 

lider  H.Əliyevin  “Üzümçülük  və  şərabçılıq  haqqında 

Azərbaycan  Respublikası  Qanununun  təsdiq  edilməsi” 

barədə  fərmanından  sonra,  yenidən  üzümçülüyə  diqqət 

artmağa  başladı.  Lakin  respublikanın  digər  zonalarına 

(Şamaxı,  İsmayıllı,  Cəlilabad,  Kürdəmir  və  b.)  nisbətən, 

Abşeronda  bu  işlər  çox  genişlənə  bilmədi.  Bunun  bir  neçə 

obyektiv və subyektiv səbəbləri vardır: 

 Erməni  işğalı  nəticəsində  Dağlıq  Qarabağdan  və  onun 

ətraf  rayonlarından  olan  məcburi  köçkünlərin,  Ermənistan 

ərazisindən  çıxarılmış  qaçqın  əhalinin  (ümumilikdə  1 

milyondan  artıq)  çox  hissəsinin  Abşeron  yarımadasında 

məskunlaşması  nəticəsində  torpaq  sahələrinin  tikililər  altına 

keçməsi; 

Üzümün  becərilməsi  sahəsində  təcrübədə  vərdişlərin, 

əhalinin  yalnız  yaşlı  təbəqəsində  olmaqla  gənc  nəslə 

öyrədilməməsi; 

Cavan  nəslin  bu  sahəyə  marağının  az  olması  və 

təbliğat-təşviqat işinin aşağı səviyyədə olması. 

Torpaq islahatı nəticəsində əkinə yararlı geniş sahələrin 

yerli  əhali  arasında  paylanması,  bələdiyyə  torpaqların  isə  öz 

təyinatı üzrə istifadə olunmaması və s. 

Bütün  bunlara  baxmayaraq,  fərdi  həyətyanı  sahələrdə 

və  bəzi  geniş  ərazilərdə  üzümlüklər  qorunub  saxlanılır  və 

becərilir. Bu sahədə bir sıra elmi təşkilatların  və fermerlərin 

fəaliyyəti  xüsusi  qeyd  edilməlidir.  Məlum  olduğu  kimi, 

üzümçülüyün  inkişafını  məhdudlaşdıran  problemlərdən  biri 

də əkin materialının az olmasıdır. Problemin həllində bir sıra 

elmi  müəssisələr  xeyli  işlər  görürlər  .  Az  ETÜŞİ-nin 

əməkdaşları Abşeron rayonu ərazisindəki kolleksiya bağında 

tingçilik  işinə  başlamışlar.  İnstitutun  kolleksiya  sahələrində 

300-dən çox yerli (aborigen)  və intorduksiya  olunmuş üzüm 

sortları qorunub saxlanılır və müxtəlif istiqamətlərdə tədqiqat 

 

52 



işləri aparılır. 

AMEA-nın 

Botanika 

İnstitutunun 

əməkdaşları 

T.H.Qaragözov  və  b.  üzümün  qiymətli  və  sıradan  çıxma 

təhlükəsində 

olan 


sortlarının 

tezləşdirilmiş 

üsulla 

çoxaldılması  yollarını  işləyib  hazırlamışlar.  Tezləşdirilmiş 



üsulla  çoxaldılmış  86  adda  aborigen  üzüm  sortları  AMEA-

nın  Mərkəzi  Nəbatat  Bağında  2003-cü  ildən  qorunub 

saxlanılır,  üzərində  müşahidələr  aparılır  və  çoxaldılaraq 

Abşeronun  yerli  əhalisi  arasında  yayılır.  Son  illər  Novxanı 

kəndi  yaxınlığında  110  ha  ərazidə  salınmış  texniki  üzüm 

sortlarından ibarət üzümlüklər də xüsusi qeyd olunmalıdır. 

Abşeron  şəraiti  əsasən  süfrə  üzümçülüyünün  inkişafı 

üçün perspektivli olsa da, hazırda burada ayrı-ayrı fermerlər 

İtaliyadan,  Fransadan  gətirilmiş  məhsuldar  texniki  üzüm 

sortlarından  100  hektarlarla  yeni  üzümlüklər  salmış  və 

burada  dünya  üzümçülüyündə  tətbiq  olunan  ən  yeni 

texnologiyalardan  –  suvarma,  formavermə,  emal  və  b. 

istifadə 

olunur. 


Əlbəttə, 

fermerlərin 

bu 

təcrübələri 



öyrənilməli, 

genişləndirilməli 

və 

Abşeronun 



tarixən 

formalaşmış 

şərəfli 

üzümçülük 

ənənələri 

davam 


etdirilməlidir.  

 

5. Üzümün xəstəliktörədiciləri və ziyanvericiləri, 

onlara qarşı mübarizə tədbirləri 

 

Xəstəlikləri:  Azərbaycanda  üzümün  ən  qorxulu  və 

geniş yayılmış xəstəlikləri mildiu və oidiumdur.  



Mildiu  (gəzəngi,  qarayanıq,  siyala)  –  xəstəliyinin 

törədicisi  olan  göbələklər  yağmurlu  yaz  aylarında  (xüsusilə 

may-iyun)  inkişaf  edir.  Əvvəlcə  torpağa  ən  yaxın  yarpaqlar 

sirayətlənir.  Yarpaqların  üzərində  əvvəlcə  dairəvi  formalı 

yağ  ləkəsini  xatırladan  açıq-qəhvəyi  ləkələr  əmələ  gəlir.  Bir 

neçə  gündən  sonra  həmin  ləkələr  olan  hissədə  yarpağın 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə