Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə16/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   12   13   14   15   16   17   18   19   ...   38

 

61 


limon,  naringi,  feyxoa,  çin  qızılgülü,  lantana,  fuksiya  və  b. 

bitkilərdə müşahidə olunur.  



Torlu gənə  – adi  gözlə çətin  görünən, əsasən yarpağın 

alt  hissəsində  yaşayan  və  yarpaq  şirəsi  ilə  qidalanan  xırda 

həşəratdır. Koloniya halında yaşamaqla, özlərinə tor quraraq 

mühafizə  olunurlar.  Çox  sürətlə  çoxalırlar.  Xüsusilə  isti 

havalarda və istixanalarda bitkilərə çox ziyan verirlər.  

Yastıcalar–  dekorativ  məqsədlə  becərilən  bitkilər 

üzərində  bir  çox  yastıca  növləri  –  qalxanlı  yastıcalar,  unlu 

yastıcalar  və  b.  geniş  yayılmışdır.  Ağ,  şabalıdı,  boz  rəngli 

olub, əl ilə sıxdıqda qanabənzər  maye çıxır.  Əvvəlcə yarpaq 

üzərində  əhəng  ləkələrinə  bənzər  ulduzcuqlar  müşahidə 

olunur. Sonra isə sürətlə çoxalaraq bitkinin bütün orqanlarına 

yayılır.,  tək-tək  və  koloniya  halında  qidalanaraq  bitkini 

zəiflədir.  

Qeyd  olunan  bu  zərərvericilər  –  yəni,  mənənələr, 

yastıcalar,  gənələr,  ağqanadlılar  hamısı  deşib-soran  ağız 

aparatına  malik  həşəratlardır.  Ona  görə  də  bunlara  qarşı 

kimyəvi  mübarizə  məqsədilə  sistem  təsirli  preparatlardan 

istifadə olunmalıdır. Konfidor, hekplan, desis, avantaj, sumi-

alfa  və  b.  preparatların  0,1-0,3%-li  məhlullarını  çiləməklə 

effekt əldə etmək olar. Qeyd etmək lazımdır ki, dərmanlama 

işləri 


zərərvericinin 

inkişafının 

ilk 

mərhələsində 



aparılmalıdır. Gecikdirildikdə zərərvericilər özlərinə müdafiə 

vasitələri 

yaratmaqla 

müdafiə 


oluna 

bilirlər 

və 

dərmanlamanın  səmərəliliyi  aşağı  düşür.  Qeyd  olunan 



zərərvericilərdən  əlavə  bitkilərə  dəyişik  ipəksarıyan,  qış 

qarışçısı,  Amerika  ağ  kəpənəyi,  may  böcəyi  və  b.  da  zərər 

verirlər. Onlarla mübarizə digər həşəratlarda olduğu kimidir. 

Xəstəlikləri:  Bitkilər  bir  sıra  səbəblərdən  xəstələnə 

bilirlər: 

a) Mikroorqanizmlər,  bakteriyalar,  viruslar  və  göbələklər 

tərəfindən; 

 

62 


b) Aqrotexniki  tədbirlərin  vaxtlı-vaxtında  və  düzgün 

aparılmaması; 

c) Torpaq məhlulunda bəzi qida elementlərinin çatışmaması; 

ç) Ekoloji amillərin bitkilərə mənfi təsiri. 

Dekorativ  bağçılıqda  hal-hazırda  ən  çox  müşahidə 

olunan  fuzarioz,  pas,  unlu  şeh,  yarpaqlarda  qara  ləkəlik 

xəstəlikləridir.  

Fuzarioz–  solma  və  ya  kök  boğazı  çürüməsi  xəstəliyi 

də  adlanır.  Bir  sıra  parazit  göbələklər  tərəfindən  törənir. 

Ağac  və  kol  bitkilərinin  şitillərində,  soğanaqlı  bitkilərin 

soğanlarında  və  digər  ot  tipli  bitkilərdə  müşahidə  olunur. 

Xəstə bitkinin yarpaqları saralır, sonra isə bütün bitki solaraq 

quruyur.  Solmaqda  olan  bitkini(şitilləri)  torpaqdan  çıxarıb 

kökünə  baxdıqda,  kök  boğazının  nazilərək  quruduğu 

görünür.  Rütubətli,  ağır  torpaqlarda  xəstəlik  daha  sürətlə 

inkişaf edir.  

Mübarizə.  Əkin,  səpin  yerini  dəyişdirmək,  həmin  yerə 

3-4  il  başqa  bitki  əkmək,  toxumları  səpindən    qabaq  1:400 

nisbətində  formalinlə  islatmaq,  xəstəlik  müşahidə  olunan 

sahədə bitkiləri 0,4%-li Bordo məhlulu ilə 10-15 gündən bir 

2-3 dəfə çiləmək, xəstə bitkiləri sahədən kənarlaşdırmaq.  

Pas xəstəliyi – bir neçə növ göbələk tərəfindən törənir. 

Yarpaqların  üst  tərəfində  narıncı  və  ya  qırmızı,  paslı  ləkələr 

əmələ gəlir və güclü inkişaf etdikdə yarpaqları, cavan zoğları 

qurudaraq  bitkinin  inkişafını  ləngidir.  Xəstəlik  rütubətli 

illərdə  və  ərazilərdə  daha  çox  təsadüf  edir.  Ən  çox  ardıc, 

zirinc, itburnu, qızılgül, süsən, qərənfil və s. rast gəlinir. 

Xəstəlik  intensivləşdikdə  (erkən  yazda)  1%-li  Bordo 

məhlulu ilə 10-12 gündən bir 2-3 dəfə çiləmə aparılmalıdır.  

Qeyd  olunan  xəstəliklərdən  başqa  dekorativ  bitkilərdə 

unlu  şeh,  bakterioz,  xloroz  xəstəlikləri  də  az  hallarda 

müşahidə  edilir  ki,  biz  bunlar  haqqında  meyvə  bitkilərinin 

xəstəlikləri bölümündə məlumat vermişik.  




 

63 


Ən  önəmli  cəhətlərdən  biri  budur  ki,  bitkilərə  düzgün, 

kompleks  aqrotexniki  qulluq  göstərməklə,  onların  normal 

böyümə  və  inkişafı  təmin  olunduqda  bitkilər  az  hallarda 

xəstələnirlər. Aqrotexniki tədbirlər kompleksinə aşağıdakılar 

daxildir: 

1. Xarici  görünüşcə  sağlam,  zədəsiz,  illik  böyümə  gücü 

normal olan əkin materialı əldə etmək; 

2. Səpin üçün sağlam və etibarlı mənbələrdən əldə olunmuş 

toxumlardan istifadə etmək; 

3. Bitkinin əkin və səpin vaxtlarına düzgün əməl etmək; 

4. Bitkilərin suvarılma rejiminə daimi riayət etmək; 

5. Əsas  bitkinin  (və  ya  bitkilərin)  becərildiyi  ərazilərdə 

başqa  bitkilərin  (öz-özünə  əmələ  gəlmiş  bitkilərin) 

qarşısını almaq; 

6. Qurumuş və xəstə bitkiləri vaxtında ərazidən çıxarmaq; 

7. Ərazidə çox sıxlıq olmaması üçün mütəmadi olaraq sıxlıq 

yaradan bitkiləri və ya budaqları kəsərək kənarlaşdırmaq; 

8. Növbəli əkin sistemi tətbiq etmək. 

Aqrotexniki  tədbirlər  kompleksi  bitkilərin  zərərverici 

və  xəstəliklərlə  yoluxmaması  üçün  qabaqlayıcı  tədbirlərdir. 

Yəni,  bütün  yuxarıda  qeyd  etdiyimiz  tədbirlər  tam  həyata 

keçirildikdən  sonra  da  bitkidə  xəstəlik  müşahidə  olunarsa,  o 

halda  xəstəliyin  mənşəyini  müəyyən  etməklə,  müvafiq 

dərmanlardan istifadə olunmalıdır.  

 

Dərman preparatlarından istifadə qaydaları 

1.  Dərman 

preparatlarlarından 

hazırlanmış 

bütün 

məhlullar  24  saat 



müddətində  istifadə  olunub 

qurtarmalıdır; 

2.  Tozlama  halında  istifadə  olunanlar  (məs.  kükürd  tozu) 

səhər  saatlarında,  çiləmə  halında  istifadə  olunanlar  isə 

axşam saatlarında tətbiq olunmalıdır; 

3.  Çiləmə və tozlama zamanı çalışmaq lazımdır ki, dərman 

 

64 


yarpaqların əsasən alt hissəsinə dəysin; 

4.  Çiləyici aparatın ucluğu elə nizamlanmalıdır ki, məhlul 

duman şəklində püskürsün; 

5.  Çiləyici  və  tozlayıcının  ucluğu  bitkidən  0,5-1,0  m 

məsafədə saxlanılmalıdır; 

6.  Küləkli,  yağmurlu  və  qızmar  günəşli  (günorta 

saatlarında)  vaxtlarda,    və  çiçəkləmə  dövründə 

dərmanlamaq məsləhət deyil; 

7.  Dərmanlama  apardıqdan  sonra  yağış  yağarsa,  yağış 

kəsdikdən  və  yarpaqlar  quruduqdan  sonra  dərmanlama 

təkrar aparılmalıdır; 

8.  Torpaq  zərərvericilərinə  qarşı  zəhərli  aldadıcı  yemlər 

günün  axşam  saatlarında  qoyulmalı  və  səhərlər 

yığışdırılmalıdır; 

9.  Dərmanlarla 

ancaq 


səriştəsi 

olan 


bağbanlar, 

təhlükəsizlik 

tədbirləri 

keçmiş 


işçilər, 

sahə 


mütəxəssisləri işləməlidir; 

10.  Yadda saxlamaq lazımdır ki, xəstəlik və ziyanvericilərə 

qarşı istifadə olunan bütün dərmanlar (pestisidlər) insan 

sağlamlığı  üçün  də  təhlükəlidir.  Bu 

səbəbdən 

pestisidlərlə iş ərəfəində xüsusi mühafizə geyimlərindən 

istifadə  olunmaqla  iş  qurtardıqdan  sonra  işçi  yaxşıca 

yuyunmalı  və  dərhal  təmiz  hava  olan  ərazilərdə 

dayanmalıdır. 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə